Alber Kamyunu əridən qadın - Mariya
16.10.13

Alber təbiətcə ünsiyyətcil və azad olsa da, əslində, tənha adam idi.  Don Juanlığı ilə seçilən bu məşhur yazarın, xoşbəxt sevgilinin, həvəskar aktyorun bioqraflarının sözlərinə görə, оnun həyatındakı qadınların əksəriyyəti fransız millətindən olmayıb. Bu sıraya Alberin gənclik rəfiqələri, sonra ispan aktrisası Mariya Kazares, ingilis yazıçısı Artur Köstlerin xanımı, amerikalı tələbə Patrisiya Bleyk, "Mi” adıyla tanınan alman rəssamı və başqalarının adlarını çəkmək mümkündür...

Kamyu iki dəfə ailə həyatı qurub və bu qadınların ikisi də Əlcazair fransızları olub. Onların hər ikisi psixoloji problemlərdən əziyyət çəkib: biri narkotik aludəçisi olub, o birisi klinikanın pəncərəsindən özünü atmaqla intihara cəhd edib...

1936-cı ildə Avropaya ailəvi səyahət edən Kamyu təsadüfən oxuduğu məktub sayəsində o zamankı arvadı Simona İenin xəyanətindən xəbər tutub və Praqada keçirilən bir neçə günü yazıçı ağır depressiya içərisində başa vurub.

…"Bu dəhşətli ayrılıq heç olmasa bizim bir-birimizə daimi ehtiyacımızı hər zamankından daha çox duymağa vadar edəcək”. "Sənə xəbər vermək istəyirəm ki, çərşənbə axşamı maşınla gələcəyəm. Səni yenidən görəcəyimdən o qədər xoşbəxtəm ki, bunu yazanda sevincdən gülürəm. Bu mənim buradan yazdığım sonuncu məktubdur”.

Mariya Kazareslə Alber 1943-cü ilin payızında tanış olublar. Kamyu Parisin "Matüren” teatrında "Anlaşılmazlıq” adlı yeni pyesini oxumalıydı. Pyesdə baş rolu ifa etməli olan Mariya gözlərini ondan çəkmirmiş və bu, yazıçını əsəbləşdirirmiş. Alber kəkələyir, boğazı quruyur, sonluqları "yeyirmiş”.

Qadınlara qarşı xüsusi həssaslığı olan yazıçı onların ilk addım atmasına alışmamışdı. Bu təcrübəli Don Juanın öz qaydaları vardı. Kamyunun bütün romanları eyni süjetə cüzi improvizələrlə baş verirdi: hər şey anlaşılmaz, qarşısıalınmaz güclü maraqla başlayırdı, amma Alber sevgidən çox tez yorulur, doyurdu! Mariya isə ona ilk addımı atmağa imkan vermədi, hər şeyə özü başladı: təklif etdi ki, yazıçı onu evə ötürsün.

İlk söhbətdəncə, Kamyu ona heyran oldu. Amma məsələ Mariyanın cazibəsində deyildi, Kamyu az qadın görməmişdi, amma ilk dəfə idi ki, onun ideyalarını tamamilə başa düşən, əsərlərini xırdalıqlarına qədər anlayan sevgili tapmışdı. Bu, artıq adi sevgi romanı deyildi, əsl ehtiras burulğanıydı. Məsələ o yerə çatmışdı ki, Alber qısqanclıqdan onun baş rolu oynamasını istəmirdi. Rejissor xəbərdar edirdi:  "Onsuz sizin pyes iflasa uğrayacaq”. Amma pyes Kamyunun vecinə də deyildi.

Mariyadan ötrü dəli-divanə olan Alber yaza da bilmirdi, çünki o, bir neçə istiqamətə parçalanmağa adət etməmişdi.

İlk nikahı arvadının narkotiklərə meyli üzündən dağılmışdı, ikinci arvadı Fransin onu incəsənətə meyl bağlayırdı — Fransin rəssam idi və pianoda əla ifa edirdi. Amma onların evliliyinə təsir edən əsas məqam Kamyunun xəstəliyi idi. Vərəmdən əziyyət çəkən yazıçıya onun qayğısına qala biləcək qadın lazım idi. Yəni heç bir sevgidən söhbət gedə bilməzdi…

Alberlə Mariya tanış olanda Fransin Əlcəzairdə idi. Bu xoşbəxtlik qısa sürdü: Parisin bütün bohem kafelərində Kamyudan çox Mariyanı tanıyırdılar.  Mariya isə onun evli olduğunu gec öyrənmişdi. Qadının reaksiyası qorxunc idi: mən sənin arvadından qorxmuram və ondan gizlənmək niyyətində deyiləm. Böyük ehtimalla, Alber də arvadından qorxmurdu. Amma Mariyanın ehtirası, daxili qüvvəsi, onu ciddidən əndişələndirirdi. Buna görə də qəfildən arvadına məktub yazıb ondan dərhal Parisə qayıtmasını istədi. Fransin gələndən sonra Mariya şərt qoydu: "Sənə vaxt verirəm, seç: ya mən, ya o. Amma uzatma”.

Bir il sonra Fransin yazıçıya ekiz uşaq doğanda Alber az qala onları doğum evində unudacaqdı: Kamyu arvadını maşına oturdub, çemodanları götürmüş və "Getdik” demişdi. Bunu Fransin heç vaxt unutmayacaqdı. Elə Mariya da. Sonra onlar uzun müddət görüşməyəcəkdilər.

Üç il sonra Mariya ilə Alber təsadüfən rastlaşdılar və hər şey yenidən başladı. Bu vaxt ərzində aktrisa bir neçə roman yaşamışdı və həmkarlarından biri ilə görüşürdü. Mariya Alberə söz verdi ki, ondan ayrılacaq. Amma qısqanclıqdan dəli olan Alber məsələyə özü nöqtə qoydu: barlardan birində Anye Erve adlı rəqibini yaxşıca əzişdirdi.

Mariya bəzən şıltaqlıq eləyib Alberi evdən qovanda yazıçı gecəni onun evinin geniş eyvanında keçirirdi, burada Kamyu dizi üstə yazmağı öyrənmişdi, bu ona evindəki yazı masasında yazmaqdan daha rahat görünürdü. Özünün "Qiyamçı insan” əsərini o, Mariyanın eyvanında yazmışdı.

Fransin məsələdən hali olsa da, susur, ev qayğılarıyla məşğul olur, ərinin problemlərini həll edirdi. Bir gün öskürdüyü zaman üzünü sildiyi məhrəbada qan ləkəsini görəndə Alber ölüm qorxusunu yenidən yaşamaşa başladı. Arvadı onu Orana müalicəyə getməyə razı saldı. Kamyu hər gün Fransinə öləcəyini deyir, dəfn bürosuna gedib qiymətlərlə maraqlanır, eyni vaxtda orada işləyən qəşəng qızlarla tanış olub görüşürdü.

Amma bu arada Mariyanın bir aktyora ərə getməyə hazırlaşması barədə xəbər gəldi və Alber hər şeyi unudub Parisə tələsdi. Aktrisa izahat verməyi düşünmürdü də. Əksinə, Mariya onun bu müddətdə olan sevgi macəralarından xəbərdar idi.

Ərinin ardınca Parisə qayıdan Fransin əsəb sarsıntısı keçirirdi. Arvadının intihara cəhd elədiyi barədə xəbəri Kamyu dostunun evində eşitdi: dördüncü mərtəbədən atılan qadının həyatını xilas etmək mümkün olmuşdu. Onu xəstəxanada başdan-ayağa sarğı içində görən Alber "mən qatiləm, bağışla məni, mən qatiləm” deyərək ağlamışdı.

Nobel mükafatından sonrakı ziyafətə Kamyu arvadı ilə gəlmişdi, Mariya isə təbrik açıqcası yollamaqla kifayətlənmişdi. Bununla belə, onların münasibəti sonra da davam etdi. Onlar bir-birini sevir, nifrət edir, zaman-zaman kənarda sevgi macəraları yaşayırdılar.

Avtoqəzaya düşməzdən əvvəl dostu ilə söhbətində Kamyu arvadından ayrılıb ömrünü Mariya ilə yaşamaq istədiyini bildirmişdi.  Qismət deyilmiş. Mariya əvvəl-axır başqasına getməliydi, getdi də. Amma çox gec... /ann.az, Rəbiqə/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.