Firuz Mustafa - Qağayi  kimi
21.10.13

Hekayə

 İndi çimərlik də, çimərliyin səs-küyü də arxada qalmışdı. Çingiz molberti yerə qoyub ətrafa nəzər saldı. Arxa tərəf qamışlıq idi. Qarşıda dənizin ləpələri sahil qumlarını yalayırdı. Yan tərəfdəki uzunsov-boz qayalar sanki dənizlə sıx qamışlığı birləşdirən daş körpü idi. Uzaqda, dənizlə üfüqün çarpazlaçdığı yerdə, qağayılar görünürdü; quşlar səs-səsə verib qarıldaşır, uçuşub sahilə sarı gəlirdilər.
 Sevda çantasını sahildə dikələn kiçik qaya parçasının üstünə atdı.
 -Soyuqdur?
 Qız Çingizin sualına sualla cavab verdi:
 -Çimmək istəmirsən?
 -Yox, mən bir az işləmək istəyirəm.
 -Dənizi çəkəcəksən?
 -Yox, səni...
 -Elə bu geyimdə?
 Qız güldü.
 Çingiz ciddi tərzdə:
 -Əlbəttə,-deyə, cavab verdi.-Dənizdə başqa geyimə ehtiyac olmur.
 Sevda çantasını qayanın üstündən götürüb qamışılığa sarı üz tutdu.
 Çingiz təəccüblə qızı süzdü:
 -Sən nə edirsən?
 -Paltarımı geymək istəyirəm. Məni çıl-çılpaq çəkib biabır etmək istəyirsən?
 Çingiz güldü:
 -Yaxşı, mən sənə paltar da geydirərəm.
 -O necə olur elə?
 -Sadəcə... Səni geyim-kecimdə, lap istəsən paltoda çəkə bilərəm.
 -Yox bir kürkdə.
 -Qoy olsun kürk... Dənizdə çimən kürklü qız. Hə, necə səslənir?
 -Səslənişi pis deyil, amma şəklin necə alınması... Bax, sual budur, bu...
 Çingiz qumluğa uzanıb qızın üzünə baxmadan dilləndi:
 -Bura bax, ağlıma bir ideya gəldi.
 -O nə ideyadır elə?
 -İndi deyərəm sənə...
 Qız ona sarı əyildi.
 -Hə, buyur, eşidirəm.
 -Tələsmə... Qoy bir kompozisiyanı əvvəlcə başımda qurum, sonra...
 Çingiz ayağa durub molbertin “ayaqlarını” yerdə bərkitdi, rəngləri yan-yana düzüb fırçanı götürdü.
 Yaxınlıqda qamışlıq xışıldadı. Qamışların arasından əvvəlcə bir quş çıxdı, bu, qanadları yerlə sürünən qağayı idi, ehtimal ki, yaralanmışdı, sonra boz bir it göründü, o da qamışlıqdan çıxmışdı; it qağayını qapıb sahil boyu qaçmağa başladı. Quş civildəyərək haray-həşir qoparmışdı. Bütün bunların hamısı sanki bir göz qırpımında baş verdi. Çingiz itin arxasınca götürüldü, amma artıq gec idi. Bir azdan it gözdən itdi.
 Sevda bir ovuc qum götürüb heç özü də bilmədi ki, nə üçünsə, alabaşın arxasınca atdı.
 -İt oğlu it...
 Çingiz qızın hərəkətinə və sözünə gülüb:
 -Gecikdik, quşu xilas edə bilmədik,-dedi.
 -Gördün, yazıq quş necə çırpınırdı?
 -Qağayı, yəqin ki, bizim timsalımızda özünə xilaskar axtarırdı, amma alınmadı. Nə etməli, bu da bir həyatdır, orada da burada olduğu kimi güclülər zəifləri məhv edir.
 -Hə, məncə indi başlamaq olar. Soyun...
 Qız tərs-tərs onu süzdü.
 - Nə?
 -Soyun...
 Qız :
 -Soyunum? Mən soyunmuşam axı...
 Çingiz laqeyd tərzdə dedi:
 -Əynində nə varsa çıxar at bir kənara.
 Sevda təəccüb qarışıq hirslə:
 -Sən nə danışırsan?-dedi.- Məni buna görə gətirmisən bura?
 Çingiz qəhqəhə çəkdi:
 -“Buna görə”? Nəyə görə yəni? Yaxın gəl.
 -Hə, gəldim.
 Çingiz əyilib qızın isti yanağından öpdü.
 -Bax belə. Hə, indi isə əyləş.
 -Harada?
 -Elə burada, qumun üstündə. Bax belə...
 -Sonra?...
 -İndi lazımsız, artıq şeyləri at bir yana.
 -Yenə başladın? Çıxıb gedərəm ha...
 Çingiz əlini əvvəlcə onun gündə yanıb qaralmış çiynində, sonra isə güllü busqalterinin arxadan ilgəklənmiş bağları üstündə gəzdirərək nəvazişlə dedi:
 -Heç olmasa bunu soyun. Şəkil çəkəcəyəm.
 -Çək də... Mən ki, sənə mane olmuram.
 Çingiz fırçanı götürüb rəngləri qarışdırmağa başladı. Qızın gözü onun əlində idi.
 Qamışlıqdan yungül meh əsirdi.
 Çingiz əyilib fırçanı qəfildən qızın kürəyinə çəkdi.
 Qız diksindi.
 -Sən nə edirsən, Çingiz?
 -Sənin kürəyində şəkil çəkmək istəyirəm. Bundan gözəl kətan ola bilməz.
 Fırçanın tükləri qızın kürəyini qıdıqladı. Sevda sövq-təbii çiyinlərini çəkib geri qanrıldı:
 -Dayan üst-başımı batırdın ki...
 -Üst-başın var ki? Qoy şəkli çəkim qurtarım, sonra yuyunarsan...
 -Axı sənin nəyinə lazımdır belə şəkil?
 -Mən əvvəlcə ayrı şəkil çəkmək istəyirdim, amma indi fikrimi, daha doğrusu, mövzunu dəyişəsi oldum. Sən niyə narahat olursan ki?.. Bəyəm fırşa incidir səni? Bu, ola bilməz.... Sənin tayların bədənlərinə iynə ilə şəkil döydürür, amma sən... Sən isə adi fırçadan qorxursan.
 -Qorxmuram ey, bədənim çimçəşir... Həm də günün altında əyləşmışəm. İsti nəfəsimi kəsər burada.
 Çingiz öz başındakı uzun dimdikli yüngül kepkanı onun başına qoydu:
 -Hə, bu da sənə antigünəş... Mən istini qətiyyən hiss etmirəm. Belə gözəl kətan görməmişəm indiyəcən.
 -Eh, sən də əcəb kətan tapdın...
 Çingiz fırça ilə rəngləri qarışdırıb geri çəkildi, diqqətlə qızın kürəyinə baxdı, saki həqiqətən kətan üzərində şəkəcəyi şəklin konturlarını müəyyənləşdirirdi; o, adətən, yağlı boya ilə işlədiyi şəkillərin ilk eskizlərini karandaşla çəkirdi, amma indi birbaıa şəklin özünü çəkmək istəyirdi.
 Fırça qızın kürəyində hərləndi. Deyəsən, Sevda ta narahat olmurdu. Əksinə, Çingiz qızın məmnun olduğunu daxili bir hisslə duyurdu.
 -Nə çəkirsən?
 -Qağayı...
 -Bayaq it qapan qağayını?
 -Hələ dəqiq bilmirəm bu hansı qağayı olacaq. Hər halda mən burada xəstə, yaralı quşun yox, şahanə bir qağayının şəklini çəkmək istəyirəm.
 Az sonra Çingiz ehmalca, diqqəti çəkməyən sakit, etinasız bir əda ilə çimərlik busqalterinin bağını açıb onu qızın dizinin üstünə atdı.
 Qız çiyinlərini oynadıb yavaş səslə dedi:
 -Sən nə edirsən, ayıbdır axı...
 -İndi burada nə alabaş var, nə də qağayı. Utanmağa bir kimsə yox...
 -Gəlib-gedən olar birdən.
 -Narahat olma... Məncə bu tərəfdə təkcə nudistlər çimir.
 -Doğrudan? Bəyəm biz bura adamları Adəm-Həvva geyimində görmək üçün gəlmişik?
 Çingiz qızın səsinin həlimliyindən, fırçanın altında çiyinlərini oynadıb nazla əzilib-büzülməsindən onun qətiyyən narahat olmadığını, əksinə, bədəninə çəkilən boyalardan və rənglərin qoxusundan bəlkə də ləzzət aldığını hiss edirdi. Çingiz ilk dəfə idi ki, insan bədənində şəkil çəkirdı və bu anlarda nədənsə ona elə gəlirdi ki, yer üzündə ən gözəl bir kətanın üzərində işləyir. “Kətan” onun gözlərinin önündə yığılıb-açılır, gərilib-titrəyirdi.
 -İndi qollarını yana aç.Qağayı qanadları kimi...
 Qara-bozumtul buludların arasından ağ işıq parçası kimi baş vurub üzə çıxan ağ qağayı sanki Sevdanın kürəyinə qonmuşdu. Bir azdan sonra qağayının qanadları da “hazır oldu”. Qanadlar qızın qollarında həkk olunmuşdu. Qız qollarını yana açanda şəkildəki quş da qanadlarını “gərirdi”. Qızın qolları aşağı enəndə qağayının da qanadları yanlarına düşürdü və bu vəziyyətdə çəkildəki quş bayaq alabaşın qapıb aradan çıxdığı yaralı qağayıya bənzəyirdi.
 Şəkil hazır olanda Çingiz dərindən nəfəs aldı, bir neçə addım geri çəkilib diqqətlə çəkdiyi işə nəzər saldı.
 -Qanadlarını gen aç, qağayı...
 Sevda qollarını yana açdı. Sonra qız nəyisə xatırlayıbmış kimi əlləri ilə cəld çılpaq sinəsini qapadı.
 Dənizin üstündə halay vuran qağayılar səs-səsə vermişdilər.
 Qız boynunu geri döndərib dedi:
 -Amma mən öz qağayımı görə bilmirəm.
 -Bunun üçün sənə bir bədənnüma güzgü lazımdır.
 -Doğrudan, yaxşı qağayı alınıb?
 -İndi sənə arxadan baxan elə güman edər ki, kürəyində qağayı gəzdirirsən.
 Qız güldü:
 -Yaxşı ki, qartal-zad çəkməmisən... Birdən kürəyimi dimdikləyərdi...
 -Hə, indi uça bilərsən.
 Sevda irəli yeriyib qollarını yana açdı. Kürəyindəki quşun dimdiyi qızın boynuna dirənmişdi. Qağayının, qoynunda süzdüyü boz-qaramtıl buludlar sanki birdən-birə hərəkətə gəldi.
 Qız dənizə sarı qaçmağa başladı. Dizinəcən suya girdi. Ucadan qışqırmağa başladı:
 -İndi mən qağayı olacağam, uçub göy üzündəki o azad quşlara qoşulacağam... İnanmırsan?
 -İ-na-nı-ram....
 Qız suları yarıb dərinliyə doğru irəliləyirdi.
 Birdən elə bil möcüzə baş verdi. Dənizin üstündə səs-səsə verən qağayılar bulud topası kimi qəfildən aşağı endilər. Onlardan biri Savdanın çiyninə qondu.
 Çingiz tez suların qoynuna baş vurdu. Qağayılar pırıltı ilə havaya qalxdılar. Ətrafa qəribə bir sakitlik çökdü. Dəniz aram-aram yırğalanırdı.
 Sevda gözə dəymirdi. Sanki qız qağayılara qoşularaq uçub getmişdi.
 Sahildə bir it göründü. Bu, bayaq yaralı qağayını qapıb aradan çıxan boz alabaş idi. Quş hələ də itin ağzında çırpınırdı.

Avanqard.net

Yenililklər
20.09.19
Gülhüseyn Hüseynoğlunun kitabının təqdımatı oldu
18.09.19
BMT Pikassonun “Gernika” əsərinə görə İspaniyadan üzr istəyib
18.09.19
Vasif Əlihüseyn - Elə gözəl idi dizimdəki yaraların qurumuş qaysaqlarını qoparmaq
18.09.19
Vüqar Əhməd - Aktyorun dəfni
16.09.19
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi
16.09.19
Türk rənginin - Turkuazın hekayəsi
12.09.19
Ayhan Miyanalı - 40-ncı sınaq
12.09.19
Rəşad Məcidin “Qələmsiz yazılanlar”ı
12.09.19
İsa Həbibbəylinin yeni monoqrafiyası çap olunub
06.09.19
Naxçıvan Dövlət Tarix muzeyi - 95
06.09.19
Ramil Əhmədin “İki Şəhərin Yazıları” adlı kitabının təqdimat və imza günü keçiriləcək
01.09.19
Esmira Fuad - Faniliyin poetik tarixi
01.09.19
Regina Deriyeva - Uşaqlıq-xəzinəsidir gözyaşlarının
19.08.19
Fərid Hüseynin kitabı Serbiyada nəşr edilib
30.07.19
Güclü insan sorağında - Əhməd bəy Ağaoğlu-150
30.07.19
Azərbaycan-Qırğız ədəbi əlaqələrində yeni səhifə
29.07.19
“Türk dilləri araşdırmaları” jurnalının ilk nömrəsi işıq üzü görüb
29.07.19
Əhməd bəy Ağaoğluna həsr olunan konfrans keçiriləcək
29.07.19
“Qoşa qanad” ədəbi almanaxı işıq üzü görüb
29.07.19
Ədəbiyyat İnstitutu Avrasiya Türk Araşdırmaları İnstitutu ilə memorandum imzaladı
26.07.19
“Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək
26.07.19
Məhəmməd Tanhu - 8-ci günün qeydləri
26.07.19
Ədəbiyyat İnstitutunda Qırğızıstan yazıçıları ilə görüş təşkil olunub
24.07.19
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
24.07.19
Nemətullah Naxçıvaninin “Şərhi-Gülşəni-raz” əsərinin iki müxtəlif nüsxəsi əldə edilib
24.07.19
Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub
23.07.19
Prezident Murad Köhnəqalaya ev verdi
23.07.19
Svetlana Alekseyiviçin növbəti romanı yayımlanıb
23.07.19
Amerikalı yazıçı-satirik vəfat edib
22.07.19
Tanınmış jurnalist Amil Novruzovun 60 illiyinə
22.07.19
Aida Feyzullayevanın “Komparativistikanın işığında” kitabı işıq üzü görüb
22.07.19
"Gənc Qırğız şeiri antologiyası" Bakıda və Bişkekdə təqdim olunacaq
22.07.19
"Qanun"dan yeni nəşrlər
22.07.19
“Türkologiya” jurnalının əlavəsi akademik Məmmədağa Şirəliyevin 110 illiyinə həsr ediləcək
18.07.19
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb
18.07.19
İradə Musayeva - Üçlü formul müəmmasına düzəliş... 
18.07.19
Etimad Başkeçid yazır - Qırxayaq hər addımını düşünsəydi...
18.07.19
Nəsiminin dilinin dialektoloji tədqiqinə həsr olunmuş yeni kitab çap olunub
18.07.19
Azərbaycanda ilk dəfə türkdilli əlyazmaların toplu kataloqu nəşr olunub
18.07.19
Yazıçı Andrea Kamilleri vəfat edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.