Raqif Raufoğlu - Yox e, həyat deyil axı bu...
22.10.13
Yox e, həyat deyil axı bu, Yuxunun şirin vaxtına qalxıb Günəşdən həyat istəmək. Həyatın acı vaxtında Arxanı aya çevirib yatmaq. Oturmaq, durmaq, Yemək, içmək. Bir dəfə oğul İki dəfə ata olmaq. On dəfə prezident seçmək. Gəlməyəcək adamı hər gün gözləyib, Gələn adamdan qaçmaq. Özün üçün darıxmaq. Həmişə eyni olan şəkillərini düzüb baxmaq Və aranızda Bir eynilik axtarmaq... Yox e, həyat deyil axı bu, Adamlar da dünyaya eyni gəlmir biri kilo yarım olur biri beş kilo bir sarı olur biri qara və bütün bunlara böyüklərin eyni cavabı: “Bilirsiz, bu həyat ki, var haaa…” Həyata bir bax. Özü də ki, Bizim öz tarixmiz var əziz Allah, Çəkil kənara... Yox e, həyat deyil axı bu, Hamının cavab axtardığı üç sual: Niyə, necə, hara? Hər şey sizin öz əlinizdə. Bəlkə, birdən, görəsən… Və bütün müəmmaların cavabı Bir sözdə: Böyüyərsən, bilərsən…
28.07.2013
Avanqard.net
|