Vaqif Yusifli - Şeirimə bax, şəklimi əzbərlə
22.10.13

Qəşəm Nəcəfzadənin yeni şeirləri haqqında

İndi tanınmış bir şair kimi ədəbi ijtimaityyətin və çoxsaylı oxucuların diqqətini jəlb edən Qəşəm Nəcəfzadəni ilk dəfə gördüyümdən ən azı otuz il keçir və demək olar ki, onun bir şair kimi CAVANLIQDAN DOLULUĞA gedən yolunu izləyənlərdən biri də mən olmuşam. Qəşəm, deyərdim ki, cavanlığına çox az oxşayır. Gəncədə, filoloci fakültənin tələbəsiydi, ən əziz dostum, müqtədir füzulişünas və Qəşəmin müəllimi Sabir Əliyev (Allah rəhmət eləsin!) vasitəsilə tanış olduq. Qıvrım saçlı, sir-sifətindən Səməd Vurğunun dəlisov cavanlığına oxşayan Qəşəmi sonralar, İmişlidə müəllim işləyərkən Bakıya, «Azərbaycan», «Ulduz» curnallarının redaksiyalarına gələndə də görürdüm. Onun 2000- ji ilə qədər beş-altı nazik şeir kitabları da çap olunmuşdu. Amma etiraf olunmalıdır ki, yeni eranın, həm də yeni əsrin başlanğıcına kimi Qəşəm Nəcəfzadə (bu zaman yaşı qırxa da çatmışdı) ədəbi aləmdə o qədər də məşhur deyildi. Qəşəmi QƏŞƏM eləyən yeni əsr oldu və QƏŞƏM illər boyu içində gəzdirdiyi, amma istifadə eləyə bilmədiyi poetik enerjini yeni əsrdə işə saldı...

Qəşəm Nəcəfzadə yeni əsrə yeni düşüncə tərzi ilə daxil olmağa, poeziya aləmində seçilməyə, fərqlənməyə cəhd etdi. Biz məqalələrimizin birində Qəşəm Nəcəfzadənin bu cəhdlərini obyektiv şəkildə işıqlandırmağa çalışmışıq, hətta qeyd etmişik ki, Qəşəm Nəcəfzadə istəsə də, istəməsə də, etraf etsə də, etməsə də özündən iki nəsil əvvəlin-«altmışıncıların» poetik təcrübəsindən də faydalanıbdır.

Amma bu dünyada heç bir şair (hətta təqlidçi şairlər də) digərinə bənzəmir, hər şairin yaxşı-pis öz sifəti olur, öz böyük yolu ya son dərəcə kiçik bir cığırı olur, hər bir şairin öz istedadının dərəcəsindən asılı olaraq poetik nəfəsi olur ya da zəif səsi…Bu mənada Qəşəm Nəcəfzadə istedadlı şairdir, kimlərinsə onun şeirlərini bəyənib-bəyənməməyindən asılı olmayaraq öz yolu var.

Budur, Qəşəm Nəcəfzadənin «Azərbaycan» jurnalında (mənim və onun doğma jurnalında) son üç ildə (2011-2013) dərc edilən şeirləri…Bu şeirləri oxuyuram və arada bir əl saxlayıb Qəşəmin XX əsrdə yazdığı, vaxtilə mənim də təqdir etdiyim bir şeirini xatırlayıram:

Birdən
adam dolur hirsdən,
yumruqnan,
yaynan, oxnan.
Azxqala daşa adam,
Daşmır.
Birdən o qədər sevgin,
O qədər şeirin..
Az qala adam
Kərəm olsun,
olmur.
Birdən qolunda qılınjın,
Canında gücün,
Altında Qıratın,
qəzəbin, sevgmn,
elə artır, artır
Adam az qala,
Az qala Koroğlu olsun,
olmur.


Bu, o vaxtkı Qəşəmin ən yaxşı şeirlərindən idi və mən arzulayırdım ki, Qəşəm bu stili, bu yolu tərk etməsin. Çünki sərbəst şeirin bu yönü Qəşəmin ifadəsində yaxşı alınırdı. Onun yadda qalası heca şeirləri də vardı və ən başlıcası, o zamankı müəllim Qəşəm həyatda necəydisə, şeirində də eləydi. Deyirdi ki: «Həmişə cibimdə ağlar maaşım», deyirdi ki: «Böldük səni, Tikə-tikə elədik, Anan ölsün, bacın ölsün, ay Vətən», deyirdi ki:

 «Gərək şair səsi uzaqdan gələ,
 Ay keçə, il keçə, unudula o.
 Bir əsrdən sonra geriyə dönə,
 Doğulduğu kəndə, öldüyü kəndə»,


deyirdi ki:

«Bir ağac ək, Şair olacaqsan!
Düşün, bu yağışlı gündə
 Durub qaçmaq olar əlacsızlara,
 Atasız bir qızı xoşbəxt eləmək olar»,


deyirdi ki:

«Şeirdən adama ev olmur təkcə.
Hər gün arvadıma şeir oxuyuram,
 Sonra arvadımı döyürəm hər gün».


Qəşəm indi də həyatda necədirsə, şeirdə də elədir. Amma təbii ki, indiki həyat çox mürəkkəbdir, başaçılmazdır, təzadlıdır və Qəşəm də bir insan kimi həyatın bu qəribəliklərindən qaça bilməz. Qəşəmin yuxarıdakı şeirinə bir-iki misra əlavə edək: «Az qala adam ŞAİR olsun, amma olmur» (Bu əlavənin Qəşəmə aidiyyəti yoxdur). Bəs əsl şair olmaq üçün nə lazımmış? Birincisi, İSTEDAD. İkincisi, DÜNYAGÖRÜŞÜ. Üçüncüsü, ŞAİRLİK, SƏNƏTKARLIQ TEXNİKASI. Bunların üçü də Qəşəmdə var. Təbii ki, onun bütün şeirləri əliyyül-əla deyil, içində elələri var ki, səviyyəcə Qəşəmin ən yaxşı şeirlərindən geridə qalır.
Gəlin elə, söhbəti bu axara yönəldək.

Qəşəmin bir şair kimi artıq formalaşmış, sabitləşmiş xarakterik cizgiləri göz qabağındadır. Mən bunları beləcə qruplaşdırıram:

1. Qəşəm Nəcəfzadə XXI əsrin yeni Azərbaycan şeirinin bir təmsilçisidir və əlbəttə, tək deyil. Aqşin, Zahir Əzəmət, Səlim Babullaoğlu, Rasim Qaraca, Elxan Zal Qaraxanlı, Azad Yaşar, Etimad Başkeçid, Fərid, Xaqani Hass, Cavidan, rəhmətlik Fərhad Mete, Feyziyyə, Emin Piri kimi modernist şairlərin sırasındadır və bu adlarını çəkdiyim şairlər bütövlükdə yaxud hər biri ayrılıqda şeirimizə bir təzəlik gətiriblər və gətirməkdədirlər. Qəşəm nə gətirib?
İlk növbədə, şeirdə həddindən artıq bir sərbəstlik. Sərbəstlik sözünü dırnaq arasına almıram. Çünki Qəşəmin sərbəstliyində poeziyadan kənar və poeziyaya zidd nəsə nəzərə çarpmır. Bu sərbəstlik öncə fikrin, düşüncənin sərbəstliyidir, öz hüdudlarını genişləndirməsidir. Qəşəm ənənəvi bir mövzuya müraciət edir və başqa şairlərin o mövzuya yanaşmasından fərqli bir şəkildə özünü ifadə edir.

Məni müharibəyə aparmayın, düşmən öldürən deyiləm,
Mənə silah verməyin, satıb kitab alacam.
Mənə düşmən göstərməyin, dost olacam,
Şeir oxuyacam əsgərlərə səhərdən-axşamacan.
Məni müharibəyə aparmayın…
..Müharibəni oyuncağa çevirəcəm,
Məni müharibəyə aparmayın.


2.
Fikrin sərbəstliyi şeirdə «filosofluğa», şüarçılığa, fikir söyləmək iddiasına aparıb çıxarmır. Qəşəm dediyi, söylədiyi fikirləri təşbihlərin, metaforaların əhatəsində təqdim edir. Necə deyərlər, şeirinin xamırını duzsuz yoğurmur. Məsələn, «Payız təsnifi» şeirində Qəşəm bu fəslin ayrı-ayrı cizgilərini bir yerə toplayır və gözlərimiz qarşısında PAYIZ adlı bir duyğular portreti canlandırır. Elə ki, sən özünü əsl payızda hiss edirsən.Bəzi təşbihlər sənə qəribə gəlsə də…Hətta fikirləşəndə ki, bu, sənin olmayan payızın necə oldu səninki oldu.

payız, ay köhnə kilim
ipləri didim, didim
naxışı dilim-dilim
hər düyünü ölüm-itim
sökərəm didərəm səni,
tüklərini hər yana tökərəm sənin
sarı kilimin xatirəsi, ay payız, payız…
dünyanın sarı sarmaşığıdı
nənəmin su altında qaşığı
gədəbəyin dağlarına çıxan səlyan aşığı-payız.
pəncərə şüşəsinin qırağı ilə küləyin vızıltısı
payız
teleqraf tellərinə minən küləyin dızıltısı
payız
zamanın iti bıçaqla təbiətin üzünə çəkdiyi cızığı
payız


3. Qəşəm Nəcəfzadənin bu son şeirlərində XXI əsr insanının (konkret olaraq bir Azərbaycan ziyalısının) səmimi etirafları səslənməkdədir…Əlbəttə, «bir Azərbaycan ziyalısı» ifadəsini şərti qəbul edin, bir yox, o sayaq düşünən ziyalılar…Başqalarının dilinə gətirmədiklərini Qəşəm şeirlərində səsləndirə bilir. Məsələn, «Vətən» şeirində olduğu kimi. Kifayət qədər etirazçı ruhun ifadəsidi bu şeir.
Deyir ki:

«Bu saat gedib bilet alaram
 Cəhənnəm olub gedərəm Almaniyaya.
Sən qal pullu kişilərə Sənə şeir yazmayanlara
Uğrunda ölməyənlərə qal.
Onsuz da mənim komam səni pis göstərir
Mənim kədərim sənə yaraşmır, vətən. ..
Mənə halallıq ver çıxım gedim.
Amma minəndə təyyarəyə
Bir şeyə ağlayacam
alnıma dəyməyən güllənə heyif..»


4. Qəşəmi çağdaş modernist şairlər sırasında qeyd etdim və buna heç də təəssüflənmirəm. Sizin də şəkk-şübhəniz olmasın. Çünki Qəşəmin şeirlərində get-gedə ənənədən (yəni indi də mövcudluğunu hifz edən ənənəvi prinsiplərdən) uzaqlaşmaq, üzülüşmək xassəsi göz qabağındadır. O, hansı mövzuya yanaşırsa, yazılanları, deyilənləri yox, yazılmayanları, deyilməyənləri düşünür. Təzə ifadə vasitələri axtarır, tapır və şeirlərində fikrin və sözün təzəliyini yaratmağa müvəffəq olur (bu sahədə uğursuzluğa da tuş gəlir) Deyək ki, onun «Təsniflər» silsiləsi şeirimizdə maraqlı hadisə kimi diqqəti jəlb edir. Məsələn, «Qarabağ şikəstəsi» uğurludur. İroniya, eyham və ən çox fəji notlar çulğaşdığı bu şeir musiqi, ahəng, ritm çalarlarına görə doğrudan da şikəstəyə oxşayır (şeirdə q, ş, s səslərinin yaratdığı alliterasiya da diqqətdən yayınmır). Bu fikri «Simayi-şəms» barədə də söyləmək olar. Amma deyək ki, Qəşəmin «Çahargah»ında bu, alınmır. Eyy, uyy, heyy, ey dad, ey dadibedad…bu səs çığırtıları formallıqdan uzağa getmir.

5. Qəşəmin «Şeirimə bax, şəklimi əzbərlə..» adlı bir təzə şeiri də var və mən istəyirəm bu şeirdən ayrıca söz açım. Niyə? O səbəbdən ki, Qəşəmin şeirlərində duyğuların, hisslərin sözlərlə ifadə olunan rəsmlərini görürük. Deyək ki, «buludlar, yollar, ağaclar, küləklər» və s. təbiət atributları, həmçinin digər maddi cisimlər Qəşəmin şeirlərində rəssam fırçasından sıçrayan ayrı-ayrı gizgilər və görüntülər kimi nəzərə çarpır. Təbiət: çöl, çəmən, dağ, dərə, ağaclar, küləklər, fəsillər olmadan Qəşəmin şeirləri poetik qaynağdan, binövrədən məhrum olardı. Necə ki, onun bir şeirində («Quşlar tanımırsa..») deyildiyi kimi. Qəşəmin çox şeirində onun özüylə təbiət birləşir. Bir də görürsən Qəşəm dönüb olur payız fəsli, ağac, külək, ya da bulud..Payız Qəşəm, Ağac Qəşəm, Külək Qəşəm, Bulud Qəşəm...

Bir parça buluddu damarımda qan,
Məni qaldırır göyə, uçuram.
Həvəsim yox təzə paltar geyməyə,
Mən bu yerdən baş götürüb qaçıram.

Canım yaman ağrıyır fikirli ağac kimi,
Mənə payız gəlmədi mənə adamlar gəldi,
Məni yağış vurmadı, məni göz yaşı vurdu,
Üst-başım yara oldu,
Yənim-başım köhnəldi.
Özümü atıram bu maşının altına.
Qoy desinlər, bu axşam maşın bir bulud vurub,
Sürücü düşüb desin, nə gözəldi bu ölü,
Bu adamla maşının təkərləri yuyulub.


6. Qəşəm Nəcəfzadənin şeirlərində hardasa xırda-xırda qüsurlar da tapmaq olar, təsadüfü hallarda dilimizin zərifliyinə xələl gətirən sözlər, ifadələr də olur. Amma bütün bunlar artıq oturuşmuş bir şairin yaradıcılığına heç bir kölgə salmır. Məni qətiyyən narahat etmir deyim ki, seirlərində bəzən epik düşüncə sahibi kimi nəzərə çarpan Qəşəm Nəcəfzadə niyə poema yazmır.. O da məni qətiyyən narahat eləmir ki, Qəşəmin bir çox şeirldərində «vız, dız, cız, mız» tipli sözlərin sayı artır («Cız» adlı şeiri də var), bunların olmamağı daha yaxşıdır. Ancaq sözün düzü, narahat oluram ki, Qəşəmin bəzi şeirlərində nöqtə, vergül (ümumən durğu işarələri) yoxa çıxır. Lazım deyil, belə eləmə, Qəşəm. Şeirdə nöqtə, vergül, nida gözəlliyinə qəsd etmə!
7. Mən gərək yazının əvvəlində Qəşəm Nəcəfzadənin ŞAİR SƏCİYYƏSİ haqda söz açaydım. Amma indi də gec deyil. Qəşəm Nəcəfzadə müasir Azərbaycan poeziyasında realist-ironik təmayülün nümayəndəsidir. O,hər nəsnəyə, əşyaya, predmetə, qarşısında cərəyan edən hadisələrə birbaşa müdaxilə etməyi çox sevir, bu münasibət bəzən sarkazm səviyyəsinə yüksəlir, bəzən də zarafat və anekdot kimi anlaşılır. Hər halda, ikinjisi olmasa yaxşıdır. Deyirlər ki, Qəşəmin şeirlərində lirika azalır. Amma bununla razılaşmıram. Onun ironik şeirlərində belə bəzən göz yaşları axıdıldığının şahidi olursan.

Qəşəm Nəcəfzadənin şeirləri barədə qələmə aldığım bu kiçik yazını onun ürəyimjə olan gözəl bir şeiri ilə bitirmək istəyirəm. Heç bir izaha ehtiyaj duymuram.

Cibimdəki sənədləri metro qatarlarının təkərlərinin altına tullayıb
Gedib bir çiçəyin ləçəklərinin altında ağlamaq istəyirəm,
Qoymurlar,
Deyirlər, çiçəyi biz əkmişik.
Başımı götürüb Bakının ən ucqar kəndlərinin birində
Balaca bir koma tikmək istəyirəm.
Qovurlar
Deyirlər, torpağı biz yaratmışıq.
Dənizdən balıq tutmaq istəyirəm,
Hasar çəkirlər.
Çimmək istəyirəm,
Pul istəyirlər,
Deyirlər, dəniz bizimdi.
Meşədə kölgəni də satırlar…
Deyirlər, bizim ağacın kölgəsidir.
Allahım,
Mənə çiçək ver,
Mənə meşə ver,
dəniz ver
ev ver
Mənə hava ver, Allahım…


“Kaspi” qəzeti
 

Yenililklər
04.06.20
Moskvada “Azərbaycanlılar. XIX-XX əsrlərdə millətin formalaşmasının başlıca mərhələləri” kitabı çapdan çıxıb
04.06.20
“Açar” filminin tizeri təqdim olunub
03.06.20
Arif Məlikovun qəbirüstü abidəsi ucaldılıb
03.06.20
“Azərbaycan ədəbiyyatında alleqoriya” monoqrafiyası çapdan çıxıb
03.06.20
Yeni Azərbaycan kinosunun ABŞ-da qazandığı uğur
02.06.20
Bədirxan Əhmədli - Romantizm: bütün yönləri ilə
02.06.20
Cəlil Cavanşir: "Bəşəri, intellektual ədəbiyyat yaratmaq iddiam yoxdur" - Müsahibə
02.06.20
“Dünya ədəbiyyatı”nın yeni sayı - “Elmi baxış”
02.06.20

Dövlət Rəsm Qalereyası tədbirlərini onlayn formatda davam etdirir

02.06.20
Əlyazmalar İnstitutu: “Müqəddəs zilhiccə bayramları” kitabı nəşr olunub
01.06.20
Adın zirvələrə çoxdan yazılıb...
30.05.20
Səxavət Sahil - Mənəvi qonorar
27.05.20
Kino strukturları Mədəniyyət Nazirliyindən ayrılsın - kino pullarının yeyilməsinin qarşısını almaq yolu...
27.05.20
Elçin İbrahimov - Bir dəfə danışdığımız dil heç zaman unudulmaz!
27.05.20
1918-1920-ci illərdə nəşr edilmiş “Azərbaycan” qəzeti latın qrafikalı əlifbaya transliterasiya olunur
27.05.20
Fəxri Müslüm - Mən ölsəm, içimdən öləcəm
26.05.20
Azərbaycanda Kino Şurası yaradıldı
14.05.20
Qafqaz Albaniyası abidəsi biganəliyin qurbanı olub
14.05.20
“Azərbaycan coğrafi adları ingilis dilində” kitabı nəşrə hazırlanır
14.05.20
Əlyazmaların elektron kitabxanasının yaradılması işi davam etdirilir
12.05.20
Rumıniyalı məşhur şairin kitabı Bakıda nəşr edildi
12.05.20
Dünya ədəbiyyatına dair fundamental əsər
12.05.20
Azərbaycan Milli Ensiklopediyasının 9-cu cildi nəşr edilib
12.05.20
Türkiyədə hər biri 500 illik tarixə sahib iki ədəd "İncil" tapılıb
11.05.20
Mərahim Nəsib - Sinif yoldaşım intihar edəndə sevdiyim qız nişanlandı
11.05.20
Fəxri Müslüm - Söhrab Tahirin əziz xatirəsinə
07.05.20
“Ulduz” jurnalının Məhəmməd Hadiyə həsr edilə xüsusi buraxılışı çap edilib
07.05.20
Fərid Hüseynin miniatür şeirlər kitabı çap olunub
07.05.20
Azad Qaradərilidən yeni ktab: “Qadağan zonası”
07.05.20
Rəbiqədən yeni kitab:“Çətirlərin qiyamı”
13.04.20
SURDO TV internet kanalı fəaliyyətə başladı – VİDEO
10.04.20
Mucru.art fəaliyyətə başladı
27.03.20
Nərimanov irsinin öyrənilməsinə layiqli töhfə
25.03.20
Orxan Mərdan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23.03.20
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
23.03.20
Milli Kitabxana ölkəmizdə yaranan vəziyyətlə əlaqədar oxuculara onlayn xidmətlərini təklif edir
23.03.20
Antonio Tabukkinin "İzabel üçün. Mandala" romanına ön söz
23.03.20
Məhəmməd İqbal - İlahi eşq və milli düçüncə şairi
23.03.20
Türkiyəli rejissor Xocalı soyqırı haqqında film çəkəcək
21.03.20
Antonio Tabukkinin “İzabel üçün. Mandala” romanı çap edilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.