Əsmər Ali - Sənki öz başına deyilsən ürək
23.10.13
Sənə kim demişdi sevdin o yarı? Sənki öz başına deyilsən ürək. İsti yay gunumə gətirib qarı, Dondura-dondura üşütmə ürək.
Axı demişdim ki, sevmə hec kəsi? Sevməyin cəzası çox ağır olur. Bilirsən, sevməyin nədi ən pisi? Sevgin öz gözünə göz dağı olur...
Sevirdin eybi yox, nolaydı axı, Biləydin sevdiyin kimdi, nəçidi? Bir az da səbr etsən nolardı axı, Bəlkə o özgənin sevgilisidi?!
Bədənim ürəyi daşıya bilmir, İçimdən yeyəcək, yıxacaq ürək. Sevgin ürəyimi yandırıb yaxır, Bir gün axırıma çıxacaq ürək.
Avanqard.net
|