Səxavət Sahil - Bir vaxt sevdiyim qadınlar
28.10.13
Bir vaxt sevdiyim qadınlar indi kiminsə döşək ağını yumaqla, uşağının pampersini dəyişməklə məşğuldu.
Bir vaxt əllərindən tutmaq istədiyim qadınlar, indi mətbəxdə dayanıb, əllərindən yorulur.
Bir vaxtlar yollarını ayağıma yığdığım qadınlar, indi ayaq səsinə qapı açmağa vərdiş edib.
Həmin qadınlar axşam gələn kişinin əllərindəki torbanı gözləməkdədi.
İndi o qadınlar evdəki yorğuna çay süzüb, sonra onu içəni maddım-maddım süzüb ərli qadın olduğuna sevinməklə məşğuldu.
İndi o qadınlar çox məşğuldur, indi mən bekaram. İndi mən heç nə... elə belə özüm üçün bekarlayıram... ...həmin qadınları yada salmaqla təkrarlıyıram.
|