Cəlil Cavanşir - İçəsən eşşək kimi
25.10.13
Heç olmasa ömründə bircə yol Dəlilik edəsən... Günəşə gözlərini qıymadan baxıb, Qucaqlayan tikanlı bir gül kolunu. Məsələn toyunun il dönümündə o qədər içəsən ki, unudasan uşağının üzünü, evinin yolunu.
Heç olmasa ömründə bircə yol dəlilik edəsən. Heç vaxt üzünü görmədiyin bir qadına zəng edib Sevirəm deyəsən. Saçlarını daramamış çıxasan evdən. Corabı ayyaqqabının üstündən geyəsən.
Heç olmasa ömründə bircə yol Dəlilik edəsən. Tüpürəsən üzü küləyə, Sonra güləsən. Çıxıb gedəsən səni tanıyan dostların həyatından içəsən eşşək kimi Qarşına çıxan hamını söyəsən.
Heç olmasa ömründə bircə yol dəlilik edəsən. Öz qiymətindən də ucuz Düşmən cəbhəyə "satılasan". Bir addım geriyə çəkilib, Yer kürəsinin üstündən atılasan...
Heç olmasa ömründə bircə yol dəlilik edəsən...
/facebook.com/celilcavanshir/
|