Elvin Bakiroğlu - Sənə nifrət eləyirəm, yeməyinə fikir ver
29.10.13
SƏNƏ NİFRƏT ELƏYİRƏM!
Sənə nifrət eləyirəm, Çox e, çox e, həm də çox. Sənə nifrət eləyirəm, Necəsən, nə var, nə yox?
Sənə nifrət eləyənin Bu dünyada nə dərdi? Sənə nifrət eləyirəm, İşlərin nə təhərdi?
Bir az da unutmusan, Ürəyimə damır ki. Sənə nifrət eləyirəm, Bir yerin ağrımır ki?
Havalar da korlanıb, Zayı çıxıb hər şeyin. Sənə nifrət eləyirəm, Əynini qalın geyin.
Nifrət nə yaxşı şeydi, Ayağımdan qaçır yer. Sənə nifrət eləyirəm, Yeməyinə fikir ver.
Yuxuda görmüşəm ki, Bir nəfərə gedirsən. Sənə nifrət eləyirəm, Nə vaxt ərə gedirsən?..
|