Elşən Böyükvənd - Molla Nəsrəddinin yeni Şeyx Nəsrulla həzərtlərinə məktubu
29.10.13

Ey Azərbaycanlı bacılar və qardaşlar!
Bilin və agah olun. Ululuğuna və şövkətinə qurban olduğum Tanrım, il boyunca əhli Bərzəxə verdiyi işgəncə və aldığı etirafdan dincəlmək üçün, onları (yəni məni və bizləri) xəstəxanalara göndərir. Bilmədiyiniz kimi, Bərzəxdə tikanlı qamçıların kürəyimizə, ayağımızın altına, qarnımıza və g.t ovçularının oxundan yayınan g.tlərimizə endirdiyi ruh usandıran zərbələrdən sonra, huşdan gedir və ayaqdan başa qan ayağına (camına) dönürük. Bərzəxdə kanalizasiya borularının olmadığı üçün, milyardlarca qan ayağına dönən insanın qanı və anqırtıları, işgəncəçilərə və ulu Tanrımıza böyük problemlər açmışdı. Buna əsasən, ulu Tanrım yaralarımızın sağalmağı və qasnaq bağlamağı üçün bizə mərhəmət göstərməyə məcbur oldu. Bunu da artırmalıyam ki, əngimiz və gövdəmizdə dincəlməlidir axı. Elə düşünün ki, işgəncəçi və işgəncə olunan insan, səhərdən axşama qədər əngləri açılıb yumulur və birinin əli və başqasının isə gövdəsi durmadan işgəncə edir və işgəncə olunur. Ey əhli xürafə, qır qazanda qaynayan əti yenidən qaynatmaq üçün, biz kafirləri sağaltmaq lazımdır ya yox? Bu qədər qicbəsər olmayın, ulu Tanrımız işgəncəçilərlə bizi əbədi olaraq Xoruzlar kimi boğuşdurmaq üçün hərdən istirahətə göndərməyə və tövşümüzü dərməyə rahat buraxmalıdır. Mən bu məktubu, xəstəxana yatağında uzandığım yerdəcə sizlərə yazıram.
Mənim günahim isə, doğu ölkələrində sülənərək cadu, xürafə və qaranlqla apardığım amansız mübarizə yolunda adlarını çəkə bilmədiyim köbələk-başlıları çay-çörək və paradan məhrum etməyimdir.
Bərzəxə və öz əhvalatıma görə ətraflı və geniş şəkildə yazmağı sonra kı məktublarıma saxlayıram.
Məni yenidən sizə qovuşduran məsələ, Şeyx Nəsrullanın xəstəxanadan qaçıb gizli şəkilədə Əzrayıl peyğəmbərin uçağına minib, Bakı şəhərinə qayıtmasıdır. Hə, hə, düzgün oxudunuz. Şeyx Nəsrulla hal-hazırda Bakıda yaşayır. Mən xəstəxanada ANS kanalına baxarkən Şeyx Nəsrullanın yuyulmamış xiyar kimi Tv-yə soxulduğunu gördüyümdə az qala özümü islatmışdım. Siz bilmirsiniz ki, Bərzəxdə nə kefə baxırdı bu Nəsrulla. Xəstəxanaya necə və hansı səbəbdən gəldiyini ölüb buralra gələndən sonra anlayacaqsınız. Bir sıra məsələlərə görə Şeyx Nəsrullanın xəstəxanaya necə gəlməsini təəssüf ki, sizlərə deyə bilməyəcəyəm.
ANS kanalında Şeyx Nəsrullanı aba və əmmamə ilə deyil, gözlük vurmuş və müasir geyimdə, üzü qırxılmış və boyu güdəlmiş şəkildə görən zaman, ay səni yanasan sehirbaz Nəsrulla, dedim. O, palanlı Eşşəyinə minib üz-başı qırxılmamış şəkildə və hamama getmədiyi üçün pis qoxu verdiyi zamanın Nəsrullası deyil artıq.
Şeyxiniz ANS kanalının “Gizli Azərbaycan” adlı verilişində ələmlərin gücündən, şəfalı sulardan, qutsal ucaqlar, dəlik deşiklərin dar çərçivəsinə soxularaq aldığı olağanüstü gücdən, sehirli daşlardan və kafir Stalinin müqəddəs ocağın daşına mıx çalıb Sovet Birliyinin öndərliyi rütbəsinə yüksəldiyindən, və cadunun həkimlik və bilimdən daha təsirli olmasını çox məzəli və təlxəkvari hərəkərlərlə Tv tamaşaçılarına inandırmağa və ötürməyə çalışır. Əcəba! Bu Şeyx Nəsrulla, romanda yaza bilərmiş. Kafirlər ocağı olan batını bəyənmədiyini deyib Bilgisayardan istifadə edir və Post Modernizm axımındanda danışır, artıq. Məsələn, “Azərbaycana Post Modernizmi mən getirmişəm, məndə torbama soxub aparacağam” demişdi. Ya, romanının bir parçasında “İran dövləti atom silahına yiyələnib kafirlərə divan tutmalıdır” yazmışdı bu cırtdan Şeyx Nəsrulla. Şeyxiniz dinc və farağat duran deyil ki, birdən birə görürsən ki, onun üçün qutsal torpaq hesablanan İrana gedib və orada belə çıxış edib ki, “İran, batı ölkələrindn daha demokratik və mədəni bir ölkədir”. “İranda bütün azlıqlar bir birinə sevgi və məhəbbət bəsləyərək yaşayırlar”. Otur yerində ay cırtdan kişi, bir həftə İranda qalıb bu düşüncələrə haradan çatdın axı? Məyər sənin rəhmətlik Atan, Pişəvəri hərəkatı çökdürüləndən sonra canın götürüb Quzey Azərbaycana getmədimi? Güneylilərə “Torke Xər” (Eşşək Türk) deyən Farsları harada görübsən axı? Ulu Tanrının verdiyi dili Güney Azərbaycanlılara yasaqlayanları öyürsənmi Şeyx Nəsrulla?

Aman Allah yeni Şeyxiz gəlib iman apara
Qoruyın qoymayın imanızı Şeyxiz apara.
(Şəhriyar)

Ey qardaşlar və bacılarım! Yazımı yarımçıq buraxmalıyam. Cahil və vəhşi işgəncəçi çəkib dilimi kökündən üzən andaca məndə onun daşş…dan yapşıb sıxdım  kı, bu zavallı dilimi kökündən üzməsin. O, anqırandan sonra əngimi çəkib çıraraq dilimi ağzımdan dartıb çıxartmaq istəyirdi, amma, ulu Tanrı səsləndi ki, ay qanmaz çöl eşşəyi, onun dilini kökündən üzsən, o, istintağa necə cavab verəcək?. Buna görə hal-hazırda həkim əfəndi, mənim yırtılmış əngimi iyinə-sapla tikmək istəyir. Əngim sağalandan sonra məndə Tv-yə gəlib, Şeyx Nəsrullanın iç üzünü açacağam, çün ki, mən bildiyim kimi Azərbaycanın hər iki tayında kitab və yazı oxuyan insanların sayı pək azdır.
Hələlik, sizi Şeyx Nəsrulla ilə tək qoyub xəstəxanada sağalanacan istirahət etməliyəm. Tanrı sizi qorusun.

Molla Nəsrəddin

Yenililklər
30.05.20
Səxavət Sahil - Mənəvi qonorar
27.05.20
Kino strukturları Mədəniyyət Nazirliyindən ayrılsın - kino pullarının yeyilməsinin qarşısını almaq yolu...
27.05.20
Elçin İbrahimov - Bir dəfə danışdığımız dil heç zaman unudulmaz!
27.05.20
1918-1920-ci illərdə nəşr edilmiş “Azərbaycan” qəzeti latın qrafikalı əlifbaya transliterasiya olunur
27.05.20
Fəxri Müslüm - Mən ölsəm, içimdən öləcəm
26.05.20
Azərbaycanda Kino Şurası yaradıldı
14.05.20
Qafqaz Albaniyası abidəsi biganəliyin qurbanı olub
14.05.20
“Azərbaycan coğrafi adları ingilis dilində” kitabı nəşrə hazırlanır
14.05.20
Əlyazmaların elektron kitabxanasının yaradılması işi davam etdirilir
12.05.20
Rumıniyalı məşhur şairin kitabı Bakıda nəşr edildi
12.05.20
Dünya ədəbiyyatına dair fundamental əsər
12.05.20
Azərbaycan Milli Ensiklopediyasının 9-cu cildi nəşr edilib
12.05.20
Türkiyədə hər biri 500 illik tarixə sahib iki ədəd "İncil" tapılıb
11.05.20
Mərahim Nəsib - Sinif yoldaşım intihar edəndə sevdiyim qız nişanlandı
11.05.20
Fəxri Müslüm - Söhrab Tahirin əziz xatirəsinə
07.05.20
“Ulduz” jurnalının Məhəmməd Hadiyə həsr edilə xüsusi buraxılışı çap edilib
07.05.20
Fərid Hüseynin miniatür şeirlər kitabı çap olunub
07.05.20
Azad Qaradərilidən yeni ktab: “Qadağan zonası”
07.05.20
Rəbiqədən yeni kitab:“Çətirlərin qiyamı”
13.04.20
SURDO TV internet kanalı fəaliyyətə başladı – VİDEO
10.04.20
Mucru.art fəaliyyətə başladı
27.03.20
Nərimanov irsinin öyrənilməsinə layiqli töhfə
25.03.20
Orxan Mərdan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23.03.20
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
23.03.20
Milli Kitabxana ölkəmizdə yaranan vəziyyətlə əlaqədar oxuculara onlayn xidmətlərini təklif edir
23.03.20
Antonio Tabukkinin "İzabel üçün. Mandala" romanına ön söz
23.03.20
Məhəmməd İqbal - İlahi eşq və milli düçüncə şairi
23.03.20
Türkiyəli rejissor Xocalı soyqırı haqqında film çəkəcək
21.03.20
Antonio Tabukkinin “İzabel üçün. Mandala” romanı çap edilib
16.03.20
Elmira Axundova - Məmməd Orucun "Oyun havası"
15.03.20
Anar: “Koronavirusa görə yaşlı üzvlərimizin işə gəlməsinə məhdudiyyət qoyulacaq”
15.03.20
Qalib Şəfahətin "Sandıq" romanı çap olunub
14.03.20
Cəlil Cavanşirdən yeni kitab - "Eşq və intihar"
13.03.20
“Tarix və Tale” romanına dünyanın “şəxsiyyət vəsiqəsi” demək olardı, amma…
12.03.20
“Wall Street”də Nigar Əliyeva tərəfindən açılmış “America IDream” şirkəti
12.03.20
İçərişəhərdə keçirilməsi nəzərdə tutulan Novruz tədbirləri ləğv edilib
12.03.20
Xalq yazıçısı səfir təyin edildi
11.03.20
Fevralda ən çox satılan Azərbaycan ədəbiyyatının siyahısı
11.03.20

İstanbulda qədim və nadir Azərbaycan xalçalarının sərgisi açılacaq

11.03.20
“Avroviziya-2020"-də Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim edilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.