Kənan Hacı - Gizli Bakı

30.10.13

“Bakıda mütəşəkkil, hətta bütün burada olan millətlərə qarşı üstünlük siyasəti aparan daşnaklar vardır. Erməni burjuaziyası, erməni tacirləri Tiflisdə gürcü burjuaziyasını, gürcü tacirlərini səhnədən çıxarıb ölkədə ağalıq etməyə başladıqları kimi, Azərbaycanda da, hətta onun mərkəzi sayılan Bakı şəhərində də hücuma keçmişlər. Onlar Bakı ticarətinin, Bakı neftinin, Bakıdakı möhtəşəm binaların səksən faizini mənimsəmişlər. Onlar az vaxtdan sonra Bakı sərvətdarlarını tamamilə sıxışdırıb aralıqdan çıxarmağa tələsirlər. Hazırda silah olmadan da, güllə açılmadan da müsəlman sərvəti ilə erməni sərvəri baş – başa vurmaqda və döyüşməkdədir.”
                              
M.S Ordubadinin  “Gizli Bakı”  romanından

 
Əvvəllər mən Bakını çox sevirdim. Şərq və Qərb dəyərlərinin toqquşduğu bu polifonik məkana sevgimin kökü  Xəzər dənizindən su içir, desəm, yanılmaram.  “Xəzərin qucağında yatıb dincələn”  Bakının qarışqa kimi qaynaşan insanları ilk baxışda adamda elə təəssürat yaradır ki, şəhər özü tənbəl, yatağan olsa da sakinləri işgüzar, çalışqan, kəl kimi dözümlü və sağlamdırlar.
 
Tofiq Quliyevin  “Bakı haqqında mahnı”sını heç vaxt sonacan dinləyə bilmirəm. Mənə elə gəlir ki, bu mahnı Bakının yuxudan  ayılıb özünə kənardan baxmasına mane olur.
 
Bakının dünyanın bütün ziddiyyətlərini özündə birləşdirən bir nöqtəsi var. Bura  “Zavağzalnı”  deyirlər. Keçmiş əyyamlarda erməni lotuları burada yerləşən kafedə donuz kababı çəkərdilər. İndi o kafenin yerində   “Şuşa”  restoranı tikiblər, kababçılar da özümüzünkülərdir. İldə-ayda bir Şuşa yadlarına düşə, ya düşməyə... Biz  itirdiyimiz torpaqların adlarını Bakıda şadlıq saraylarına vermişik, içində düd deyincə yeyib-içib köpüklü sağlıqlar demişik,  “Yanıq Kərəmi”yə qol götürüb oynamışıq...
 
Vağzalın üstündəki  “Qarabağ”  mehmanxanasının da axırına çıxdıq. Bu yer indi axşamlar vahimə doğurur və buranın hüznlü proyeksiyası çoxlarına Qarabağın özündən daha maraqlı görünür. Bu yeri zəbt etmək istəyən karlı- zorlu adamlar var. Onlar Bakıni göydələnlərlə fəth etmək istəyirlər. Bir vaxtlar Bakının yaraşığı olan  “Xruşşovka”lara elə bu səbəbdən ölüm hökmü kəsildi.
 
Belə bir ideya təbii ki, rəhmətlik Xruşşovun öz ağlına gələ bilməzdi. Onun xaricdə görüb bəyəndiyi panellərdən tikilmiş kütləvi beşmərtəbə massivləri sonralar SSRİ-ni də ağuşuna aldı. O vaxtlar bu tipli tikililər Parisin fəhlələr yaşayan məhəllələrində kifayət qədər idi və onların istismar müddəti də çox az idi. Elə Bakının özündə də təzə tikilən bu binalara  “vremyanka”  deyirdilər. İndi bu binaların da axırı çatıb, tarix geniş ağzını açıb onları udmağa hazırlaşır.
 
Biz inqilabi romantikanin gerçəkliyin qart sifətinə çırpılan dalğalarında nələr görmədik?  M.S. Ordubadinin təsvir etdiyi Bakı  hələ də bizim üçün gizli olaraq qalır və yəqin ki, bundan sonra da belə qalacaq.  Biz heç bu günümüzün gizli Bakısına, pərdə arxasındakı Bakıya rəhmətlik Ordubadi qədər bələd deyilik.
 
Bakı sadə insanlarımızın qafasında  “can  Bakı, can Bakı, can sənə qurban Bakı!”  kimi sentimental əhvalda inikas edir. Toy-düyündə  girdirmə Bakı arağından vurub  keflənəndən sonra ara müğənnilərinə  “Bakılı balasıyam” mahnısını sifariş verərək şabaş yarışına çıxmasaq qan düşər.
 
Tikilən körpülərin güdazına gedən körpülərdən xəbərimiz varmı? Hansı ki, o körpülər bizi uşaqlığımızın Bakısına aparırdı... Hardasa oxumuşdum ki, bu şəhərin işıqlı nəyi varsa, asanlıqla bir-iki çantaya yığıb aparmaq olar.  “Bakı küləklər şəhəridir” deyib öyünənlərin ağlına həmişə şübhə ilə yanaşmışam. A balam, bu külək nə matah şey olub sizinçün?!
 
Müşfiqin  “Küləklər”iylə indiki bu sırtıq, üzlü küləklərin nə əlaqəsi var, bilmirəm.  Hələ o şeirin alt qatlarında gizlənən mənanı çözələyin, görün, nakam şair nə demək istəyib. Küləklər, bir də yağışlar  həmişə Bakının paxırını açıb – töküb, əvəzində gül-bülbül şüərasının şah beytinə çevrilib. Bu da sənə daha bir təzad!      
 
...Qara şəhərin sərhədləri boyunca uzanan  genişlikdə sanki dünyanın sonuna yetişirsən. Göydələnlər bizi dünyadan,  əsl Bakıdan ayrı salır. Göydələnlərdən yıxılıb ölənlər də şəhiddirlər. Sabah o göydələnlərdə rahat və asudə yaşayanlar binanın tikintisi zamanı  əcəl-mayallaq olanları heç vaxt xatırlamayacaqlar amma...
 
Göydələnlərin kölgəsi altında yaşayan  cırtdanlar bizik – o göydələnlərə tramvay pəncərəsindən, yastı – yapalaq damlardan boylananlar...
 
Uşaqlıqda mən Bakını çox sevirdim... Yayda sırtıq ağcaqanadları, qışda isə canavar ağızlı küləklərilə zəhləmi töksə belə  uşaqsayağı xoşbəxtlik içində bu şəhərdə yaşamağımdan  qürur duyurdum. Bu sevginin izləri köhnə qəlpə yarasının sızıltısı kimi hərdən məni yatmağa qoymur... /kulis.az/

Yenililklər
04.06.20
Moskvada “Azərbaycanlılar. XIX-XX əsrlərdə millətin formalaşmasının başlıca mərhələləri” kitabı çapdan çıxıb
04.06.20
“Açar” filminin tizeri təqdim olunub
03.06.20
Arif Məlikovun qəbirüstü abidəsi ucaldılıb
03.06.20
“Azərbaycan ədəbiyyatında alleqoriya” monoqrafiyası çapdan çıxıb
03.06.20
Yeni Azərbaycan kinosunun ABŞ-da qazandığı uğur
02.06.20
Bədirxan Əhmədli - Romantizm: bütün yönləri ilə
02.06.20
Cəlil Cavanşir: "Bəşəri, intellektual ədəbiyyat yaratmaq iddiam yoxdur" - Müsahibə
02.06.20
“Dünya ədəbiyyatı”nın yeni sayı - “Elmi baxış”
02.06.20

Dövlət Rəsm Qalereyası tədbirlərini onlayn formatda davam etdirir

02.06.20
Əlyazmalar İnstitutu: “Müqəddəs zilhiccə bayramları” kitabı nəşr olunub
01.06.20
Adın zirvələrə çoxdan yazılıb...
30.05.20
Səxavət Sahil - Mənəvi qonorar
27.05.20
Kino strukturları Mədəniyyət Nazirliyindən ayrılsın - kino pullarının yeyilməsinin qarşısını almaq yolu...
27.05.20
Elçin İbrahimov - Bir dəfə danışdığımız dil heç zaman unudulmaz!
27.05.20
1918-1920-ci illərdə nəşr edilmiş “Azərbaycan” qəzeti latın qrafikalı əlifbaya transliterasiya olunur
27.05.20
Fəxri Müslüm - Mən ölsəm, içimdən öləcəm
26.05.20
Azərbaycanda Kino Şurası yaradıldı
14.05.20
Qafqaz Albaniyası abidəsi biganəliyin qurbanı olub
14.05.20
“Azərbaycan coğrafi adları ingilis dilində” kitabı nəşrə hazırlanır
14.05.20
Əlyazmaların elektron kitabxanasının yaradılması işi davam etdirilir
12.05.20
Rumıniyalı məşhur şairin kitabı Bakıda nəşr edildi
12.05.20
Dünya ədəbiyyatına dair fundamental əsər
12.05.20
Azərbaycan Milli Ensiklopediyasının 9-cu cildi nəşr edilib
12.05.20
Türkiyədə hər biri 500 illik tarixə sahib iki ədəd "İncil" tapılıb
11.05.20
Mərahim Nəsib - Sinif yoldaşım intihar edəndə sevdiyim qız nişanlandı
11.05.20
Fəxri Müslüm - Söhrab Tahirin əziz xatirəsinə
07.05.20
“Ulduz” jurnalının Məhəmməd Hadiyə həsr edilə xüsusi buraxılışı çap edilib
07.05.20
Fərid Hüseynin miniatür şeirlər kitabı çap olunub
07.05.20
Azad Qaradərilidən yeni ktab: “Qadağan zonası”
07.05.20
Rəbiqədən yeni kitab:“Çətirlərin qiyamı”
13.04.20
SURDO TV internet kanalı fəaliyyətə başladı – VİDEO
10.04.20
Mucru.art fəaliyyətə başladı
27.03.20
Nərimanov irsinin öyrənilməsinə layiqli töhfə
25.03.20
Orxan Mərdan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23.03.20
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
23.03.20
Milli Kitabxana ölkəmizdə yaranan vəziyyətlə əlaqədar oxuculara onlayn xidmətlərini təklif edir
23.03.20
Antonio Tabukkinin "İzabel üçün. Mandala" romanına ön söz
23.03.20
Məhəmməd İqbal - İlahi eşq və milli düçüncə şairi
23.03.20
Türkiyəli rejissor Xocalı soyqırı haqqında film çəkəcək
21.03.20
Antonio Tabukkinin “İzabel üçün. Mandala” romanı çap edilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.