Rasət Pirisoyu - Füzuli, Axundov və sonrakı Azərbaycan ədəbiyyatı
01.11.13

İnkar, yaxud Məhəmməd Füzuli, Mirzə Fətəli Axundov və

sonrakı Azərbaycan ədəbiyyatı.

Yazıya zəruri əlavə

Əziz dostlar!

Mən adətən yazıdığım yazılara tarix qoymuram.  
Bu niyə belədir?  Əslində bu yazıların böyük əksəriyyəti  qəfildən yaranır.
Bəzən   yazıların necə meydana gəldiyindən  mənim heç özümün də  xəbərim  olmur.
(Təbii ki, yazıların tezisləri əvvəlcədən  məlum olur)
Amma bu yazının, yəni  «İnkar,
yaxud Məhəmməd Füzuli, Mirzə Fətəli Axundov və sonrakı Azərbaycan ədəbiyyatı»  
yazısının nə vaxt yazıldığını  müəyyənləşdirmək mənə nəsib olub.
Mən bu yazını ən azı, (ondan qabaq yazılmasına dair  əlimdə heç bir fakt yoxdur ),
11.08. 1993-cü il tarixdə yazmışam.
Bunu müəyyəlşdirmək üçün mən yazının  yazılıdığı faylın «svoystva»sını   açmışam
və orda bu tarixi görmüşəm.

Bu yazıdan sonra çoxları  Azərbaycan ədəbyyatında Mirzə Fətəli Axundov  inkarından
 danışıblar,  özü də onlar bu fikri bir qayda olaraq, müəllifi göstərmədən  
 öz fikirləri kimi təqdim ediblər.
Adam iyrənir.  
Məsələ bunda deyil.
Azərbaycanda  M.F. Axundov ədəbi inkarının mahiyyəti bəzən saxtalaşdırılır,
bəzən bu inkarı M.F. Axundovun  tarixi xidməti kimi  (heç şübhəsiz bu
Azərbaycan ədəbiyyatı üçün  çox ciddi  tarixi  xidmətdir)   təqdim edən
ədəbiyyat dələduzları, bunu Azərbaycan ədəbiyyatına qarşı
 qoyurlar, Azərbaycanda  həm də
 Azərbaycan ədəbiyyatının  «mövcud»,  habelə bu ədəbiyyatın  hər şeydən əvvəl
sənət hadisəsi olduğunu  unudurlar.
Belə düşünmək sadəlöhvlük olardı. Bu,
ədəbiyyatı diletant səviyyədə başa düşmək nümunəsidir.  

Ona görə  mən  təqibən  20 il qabaq yazılımış bu yazımı yenidən çap etdlirəmk
qərarına  gəldim.
  Yazı vaxtı ilə  «Sənət» qəzetində çap olunub.
( Təəssüf ki, mən həmin tarixi də unutmuşam)
 
  Bu  yazıda  araşdırılan problem 
Azərbaycan ədəbiyyatının  nəhəng tarixinin  ancaq kiçik bir fraqmentidir.

 Mən yazını olduğu kimi, heç bir əlavə etmədən  oxucular təqdim edirəm.



    +++   

Azərbaycan ədəbiyyatı bütöv ədəbiyyatdır. Bu, hər şeydən əvvəl,  Azərbaycan xalqının bir xalq kimi bütövlüyündən irəli gəlir. Mən Azərbaycan xalqının bütövlüyü anlayışını kəmiyyət kimi deyil, keyfiyyət kimi qəbul edirəm.  Bu mənada Azərbaycan ədəbiyyatı orta əsrlərin heyrət doğuran, qeyri - adi axtarışları mühitində də,  Avropa mədəniyyəti ilə ünsiyyətin ilk mərhələsində də, hətta sovet  ideologiyasının total nəzarəti altında da  özünü məhz bir bütöv kimi aparıb, heç bir ədəbiyyatın əlavəsinə çevirilməyib, əksinə digər ədəbiyyatlarla müqayisədə, şərqdə Azərbaycan xalqına ( Azərbaycan Respublikasının təsisçilərinə - R ) məxsus  «ilk respublika» missyasını həmişə qoruyub saxlaya bilib.
Hətta nəsillər arasında əlaqələrin qırıldığı məqamlarda da, ədəbiyyatımızda meydana çıxan hər hansı ədəbi «reaksiya» Azərbaycan ədəbiyyatının çox əsrlik prinsiplərinə uyğun olub.
Azərbaycan ədəbiyyatının ən çətin dövrlərindən biri sovet dövrüdür. Bu dövr və bu dövrdən miras qalan ədəbi davranış «normaları» bir çox hallarda hətta düşmənçilik səviyyəsinə qalxır. Bu da səbəbsiz deyil;  çoxsaylı müşahidələr və faktlar bunu  deməyə əsas verir ki, sovet cəmiyyətində ədəbiyyatda tənqid, yaxud inkar yazıçının sonu demək idi.
Bu qorxu gunu bu gün də bizim ədəbi mühitimizdə yaşayır, (deyəsən,  hətta nəfəs alır!... və inkişaf edir!!!...)
Məsələn, Rafiq Tağının  AYB -nin sıralarından ( sözə bax  - «sıralarından» - R.) çıxarılmasını məhz bu qorxunun nəticəsi kimi izah etmək mümkündür.
Bu biabırçılığı başqa cür necə  izah eləyəsən axı? 
Əslində isə normal cəmiyyətlərdə, başqa sahələrdə olduğu kimi, ədəbiyyatda da tənqid, yaxud  inkar tamamilə normal hadisədir, buna görə  nə  inkar edən tərəf, nə də inkar olunan tərəf qeyri - adi cəza ilə üz-üzə durur; nə ictimai mənada, nə də hüquqi baxımdan...
Əslində inkar səviyyəsinə qalxan ədəbiyyatın özü də ilk baxışda göründüyü qədər  asan məsələ deyil.
Mənə elə gəlir ki,  Azərbaycan ədəbiyyatında bircə ədəbi inkar faktı mövcuddur. Bu da Mirzə  Fətəli Axundovun Məhəmməd Füzulini  (təkcə Məhəmməd Füzulinimi? - R) inkar etməsi faktıdır. Bütün başqa hallarda Azərbaycan ədəbiyyatında ya nəsillər bir - birini davam etdirib, ya da nəsillər arasında əlaqələrin qırılması ədəbi inkar səviyyəsinə qalxa bilməyib.
Məsələn,  Azərbaycan sovet ədəbiyyatının özündən əvvəlki ədəbiyyata münasibəti ədəbi münasibət  olmadığına görə  inkar xarakteri daşımırdı və Azərbaycan sovet ədəbiyyatı Azərbaycan ədəbiyyatına keyfiyyətcə təzə heç nə əlavə eləmirdi. Bu ədəbiyyatın ən yaxşı nümunələri,  ən yaxışı halda ya Azərbaycan ədəbiyyatında ədəbi  normaların bərpası işini görürdü, ya hansısa ədəbi prinsipləri təkminləşdiridi, ya da sadəcə,  özündən əvvəlki ədəbi axtarışları  davam etdiridi.
Mirzə Fətəli Axundov isə özündən əvvəlki Azərbaycan ədəbiyyatını inkar etdi. Azərbaycanda keyfiyyətcə yeni ədəbiyyat yaratdı. Amma  bu o demək deyil ki, Mirzə Fətəli Axundov özündən əvvəlki ədəbiyyatın üstündən «xətt çəkdi», yaxud onun fəaliyyətinə qadağa qoydu, yaxud da özündən əvvəlki ədəbiyyatı hansısa zümrənin, ya da sinfin düşməni elan etdi.
Mirzə Fətəli Axundov  inkarı Füzulinin Azərbaycan mənəvi mühitinə tamamilə yeni şəkildə qayıtması üçün zəmin hazırladı. Füzuli poeziyasının qavranılmasının sərhədlərini xeyli genişləndirdi.
Təbii ki, bu,  Mirzə Fətəli Axundovun bir proqram kimi nəzərdə tutduğu  hadisə deyildi. Bu Azərbaycan ədəbiyyatının özünəməxsusluğundan, məziyyətindən və xarakterindən irəli gəlirdi.
Cəsarətlə demək olar ki, Azərbaycan mənəvi mühitində Mirzə Fətəli Axundov faktı olmasaydı, Məhəmməd Füzuli yaradıcılığına nə Mirzə Ələkbər Sabir,  nə də Üzeyr Hacıbəyov münasibəti yaranacaqdı. Bu bir həqiqətdir ki, Mirzə Fətəli Axundovun məşhur «Məktubları»ndan, «Aldanmış kəvakib»indən və  komediyalarından sonra Azərbaycan ədəbiyyatında yeni ədəbi prinsiplər işə düşdü. Və bu ədəbi prinsiplər öz ardıcıllarını yetirməyə başladı. Cəlil Məmmədquluzadənin nadir «Molla Nəsrəddin» jurnalı da bu ardıcıl axtarışların nəticəsi kimi meydana çıxdı.
Və bu vaxt, yəni Mirzə Fətəli Axundov prinsiplərinin «Molla Nəsrəddin» jurnalına doğru inkişaf etdiyi dövrdə, bu torpağın başqa bir dahi şairi, Mirzə Ələkbər Sabir, Azərbaycanın bir  güncündə əyləşib Füzuli şerləri yazırdı və ağlına da gətirmirdi ki, yazıdığı bu şerlər Azərbaycan ədəbiyyatına təzə heç nə əlavə etmir:

İstəsən zülfün kimi könlüm pərişan olamısn,
Ol qədər cövr  et mənə, ah etmək imkan olamsın

Bu şeirləri  yazmaqla Mirzə  Ələkbər Sabir Füzuli ruhunu içəridən qavrayır və sənətdə Füzuli alətləri ilə işləməyi  mənimsəyirdi.
Amma bu gün tanıdığımız Mirzə Ələkbər Sabirin meydana  çıxması üçün  nə Mirzə Ələkbər Sabir istedadı bəs eləyirdi, nə də Füzuli alətləri ilə işləmək səriştəsi.  Bunun üçün  şairin yaradıcılığına mütləq Mirzə Fətəli Axundov prinsipləri əlavə olunmalıydı. Bu hadisə isə Mirzə Ələkbər Sabirin «molla nəsrəddinçilər»lə tanışılığından sonra baş verdi.
Və Azərbaycan ədəbiyyatında Mirzə Fətəli Axundovun Məhəmməd Füzulini inkar etməsi faktı,  aradan illər keçəndən sonra, tamamilə yeni  şəkildə, bir az da dəqiqləşdirsək, Məhəmməd Füzuli yaradacalığının davamı şəklində  meydana çıxdı.
Füzulinin dilindəki «Nitqim tutulur qönçeyi - xəndanını görcək» misrasının Sabirin dilində «Nitqim tutulur kuçədə covlanını görcək»  şəkilinə düşməsi üçün ortada mütləq Mirzə Fətəli Axundov inkarı olmalıydı.
Mirzə Fətəli Axundov faktı azərbaycançılığın çox qüdrətli bir keyfiyyətini meydana çıxardı. Aydın oldu ki, Azərbaycan mühitində normal şəkildə baş verən hər şey, o cümlədən ədəbi inkar,  dağıdıcı xarakter daşımır, əksinə, bu,  nəsillər arasında əlaqələri yeni formada və məzmunda üzə çıxarır,  azərbaycançılığın daha dərin qatlarına enmək imkanı yaradır.
Azərbaycan ədəbiyyatında ən müxtəlif çalarla görünən azərbaycançılıq, təssüf ki, hələlik  Azərbaycanın   ictimai, siyasi və mədəni mühitində bütün möhtəşəmliyi ilə görünmür.
Biz istəsək də,  istəməsək də,    Azərbaycan ədəbiyyatı bütün dövrlərdə ədəbiyyat olmaqdan savayı, həm də başqa missiyanı - ictimai fikrin istinad nöqtəsi olmaq  missiyasını yerinə yetirib.  Bu, Mirzə Fətəli Axundovla  başlayan   Azərbaycan ədəbiyyatının da son iki yüz illik tarixinin alın yazısıdır.
Bu tarix isə  hələ də davam edir.


11.08. 1993-cü il

Yenililklər
30.05.20
Səxavət Sahil - Mənəvi qonorar
27.05.20
Kino strukturları Mədəniyyət Nazirliyindən ayrılsın - kino pullarının yeyilməsinin qarşısını almaq yolu...
27.05.20
Elçin İbrahimov - Bir dəfə danışdığımız dil heç zaman unudulmaz!
27.05.20
1918-1920-ci illərdə nəşr edilmiş “Azərbaycan” qəzeti latın qrafikalı əlifbaya transliterasiya olunur
27.05.20
Fəxri Müslüm - Mən ölsəm, içimdən öləcəm
26.05.20
Azərbaycanda Kino Şurası yaradıldı
14.05.20
Qafqaz Albaniyası abidəsi biganəliyin qurbanı olub
14.05.20
“Azərbaycan coğrafi adları ingilis dilində” kitabı nəşrə hazırlanır
14.05.20
Əlyazmaların elektron kitabxanasının yaradılması işi davam etdirilir
12.05.20
Rumıniyalı məşhur şairin kitabı Bakıda nəşr edildi
12.05.20
Dünya ədəbiyyatına dair fundamental əsər
12.05.20
Azərbaycan Milli Ensiklopediyasının 9-cu cildi nəşr edilib
12.05.20
Türkiyədə hər biri 500 illik tarixə sahib iki ədəd "İncil" tapılıb
11.05.20
Mərahim Nəsib - Sinif yoldaşım intihar edəndə sevdiyim qız nişanlandı
11.05.20
Fəxri Müslüm - Söhrab Tahirin əziz xatirəsinə
07.05.20
“Ulduz” jurnalının Məhəmməd Hadiyə həsr edilə xüsusi buraxılışı çap edilib
07.05.20
Fərid Hüseynin miniatür şeirlər kitabı çap olunub
07.05.20
Azad Qaradərilidən yeni ktab: “Qadağan zonası”
07.05.20
Rəbiqədən yeni kitab:“Çətirlərin qiyamı”
13.04.20
SURDO TV internet kanalı fəaliyyətə başladı – VİDEO
10.04.20
Mucru.art fəaliyyətə başladı
27.03.20
Nərimanov irsinin öyrənilməsinə layiqli töhfə
25.03.20
Orxan Mərdan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23.03.20
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
23.03.20
Milli Kitabxana ölkəmizdə yaranan vəziyyətlə əlaqədar oxuculara onlayn xidmətlərini təklif edir
23.03.20
Antonio Tabukkinin "İzabel üçün. Mandala" romanına ön söz
23.03.20
Məhəmməd İqbal - İlahi eşq və milli düçüncə şairi
23.03.20
Türkiyəli rejissor Xocalı soyqırı haqqında film çəkəcək
21.03.20
Antonio Tabukkinin “İzabel üçün. Mandala” romanı çap edilib
16.03.20
Elmira Axundova - Məmməd Orucun "Oyun havası"
15.03.20
Anar: “Koronavirusa görə yaşlı üzvlərimizin işə gəlməsinə məhdudiyyət qoyulacaq”
15.03.20
Qalib Şəfahətin "Sandıq" romanı çap olunub
14.03.20
Cəlil Cavanşirdən yeni kitab - "Eşq və intihar"
13.03.20
“Tarix və Tale” romanına dünyanın “şəxsiyyət vəsiqəsi” demək olardı, amma…
12.03.20
“Wall Street”də Nigar Əliyeva tərəfindən açılmış “America IDream” şirkəti
12.03.20
İçərişəhərdə keçirilməsi nəzərdə tutulan Novruz tədbirləri ləğv edilib
12.03.20
Xalq yazıçısı səfir təyin edildi
11.03.20
Fevralda ən çox satılan Azərbaycan ədəbiyyatının siyahısı
11.03.20

İstanbulda qədim və nadir Azərbaycan xalçalarının sərgisi açılacaq

11.03.20
“Avroviziya-2020"-də Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim edilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.