Aydın Dadaşov - Barışa çağıran ana
05.11.13

Folklorşünas alim Məmmədhüseyn Təhmasibin artıq Qafqaz və Orta Asiya teat¬r¬larının səhnəsində dəfələrlə tamaşaya qoyulmaqla müəllifə şöhrət gətirmiş «Bahar» pyesi əsasında yaz-dığı, kinorejissor qardaşı Rza Təhmasibin quruluş verdiyi «Onu bağışlamaq olarmı?» ssenarisi dedektiv janrında olsa da, burada folklor elementlərindən ge¬niş istifadə olunmuşdur. Film boyu baharın gəlişinə həsr olunmuş müxtəlif mahnılar bəstələyən Sevdanın (mək¬təbli Manana Abuyeva) cinayətkar dəstənin üzvü tərəfindən kor edilməsi və onu xilas edə biləcək cər¬rah Kəmalə xanımın (Hökumə  Qurbanova) da  beş¬bar¬maqla vurulması xeyir-şər qarşıdurmasını əyani ola¬raq göstərir. Sevda xanımın mühüm işlər müs¬tən¬tiqi Qayanın (Mehdi Məmmədov) bacısı olması, onun mahnılarını ifa edən müğənni rəfiqəsi Qumrunun (Mu¬siqili Komediya Teatrının solisti Məleykə Şah¬mər¬danova) cinayətin açılmasında fəal iştirak edən Qüd¬rətlə (Həsənağa Salayev) sevgi motivi və nəhayət, cinayətkar Tərlanın (cinayətkara inqilabçı donu gey¬di¬rilən «Kamonun sonuncu igidliyi» filmində baş rolda oynamış Qurgen Tonus) göz həkimi Kəmalənin mü¬haribədə itgin düşmüş kiçik qardaşı olduğunun müəyyənləşdirilməsi nağıllarımızın dramaturji struk¬turuna əsaslanır. Qiyafəsini dəyişərək Sara xala (Ətayə Əliyeva) kimi cinayətkarın tutulmasında yaxından iş¬tirak edən leytnant Qarayevanın Şahmarın (Naxçıvan Döv¬lət Dram Teatrının aktyoru, 1920-36-cı illərdə direktoru Əli Xəlilov) pəncərəyə qoyduğu metal par¬çası ilə Tərlana «dəmir kimi möhkəm ol» işarəsi ver¬məsi məhz folklor elementlərini yaşadır. Nəhayət, fi-nal¬da cinayətkar oğlunun bağışlanması üçün ek¬ran¬dan birbaşa tamaşaçıya üz tutan ananın (üç dəfə SSRİ dövlət mükafatına layiq görülmüş Veriko An¬ca¬parid¬ze¬nin) mətnində müharibənin bütün bəlaların əsas səbəbi kimi göstərilməsi bəşəri ideyanı önə çəkir. Sonrakı hadisələrdə Tərlanın Sevdaya evlənə biləcəyi eh¬¬timalının yaranması isə bir daha nağıl və das¬tan¬la¬rımızın şirin sonluğuna çevrilir.
Yeri gəlmişkən ssenari müəllifinin və quruluşçu re¬jissorun kiçik bacıları, BDU-nun dosenti Cəmilə Xa¬nım Təhmasibin söylədiyinə görə ilk əvvəl Tərlan ro¬lu¬na Gəncə Dövlət Dram Teatrının səhnəsində uzun illər bu personajı uğurla ifa etmiş aktyor Ələddin Ab¬ba¬sov çəkiləsi imiş. Lakin həmin ərəfədə Bakıda olan aktyor Qurgen Tonusun qarətçi sifətilə mənzilinə so¬xul¬maqla inandırdığı Rza müəllimi fikrindən daşın¬dı¬rıb¬mış. Məleykə Şahmərdanova isə zahirən güclü  gö-rünən bu aktyorun əslində çox zəif olması və hətta üzləşmədə Şahmarın üzərinə atılmaq istərkən qo¬lun¬dan tutan leytnant Qarayeva rolundakı Ətayə xanımın onun qolunu sındırdığını iddia etməsi faktı da ma¬raqlıdır.
Qayanın, təkcə cinayətkar dəstənin başçısı Şah¬mar bəyi ifşa etmək deyil, həm də müharibənin uçu¬ruma yuvarlatdığı həbsdən azad edib yanında sü¬rü¬cülüyə götürdüyü Tərlanı yenidən həyata qaytarmaq məqsədi romantizm cərəyanına məxsus hissiyyat ger¬¬çəkliyini önə çəkir. Və potensial qatili, onun beş¬barmaqla vurub kor etdiyi, bəstəkarlığı, ecazkar mu¬si¬qisi ilə insanların sevimlisi olmaqla yanaşı, günahsız qurban funksiyası daşıyan qızla ünsiyyətdən doğan sevgi motivi cinayət məcəlləsini belə arxa plana ata¬raq ekran əsərinin formadan doğan dedektiv janrını məzmunu önə çəkən arxetip nağıl janrına çevirməklə bə¬dii hadisə yaradır.
Heç şübhəsiz ki, personajların adlarında da folk¬lor motivini qoruyan müəllifin əsl adı Kamal olub Şah¬¬mar bəylərin zəhərli təsiri altında Sevda bülbü¬lü¬nün qənimi Tərlana çevrilənlərə qarşı Qaya, Qüdrət ki¬¬mi möhkəm oğulların qoyması bu müasir nağılda xeyirin miqyasını genişləndirməklə mövzunu əbə¬diy¬yata qovuşdurur. Hadisələrin düyününün açılışında oxunan məktubdan və göstərilən şəkildən sonra mü¬haribə başlandığı gün itirdiyi qardaşını tapan SSRİ xalq artisti Hökümə Qurbanovanın ustalıqla yaratdığı ha¬disəli pauzadan sonra: «Mənim cani qardaşım» - de¬yə hönkürməsi  illərlə formalaşan peşəkar üslubun nü¬mayişinə çevrilir.
Filmin dramaturji strukturunda fəal iştirak et¬mək¬lə dastan təhkiyyəsini önə çəkən mahnıların müəllifi bəs¬təkar Tofiq Quliyevin bəstələri özünün yüksək es¬te¬tik həllini tapır. Firəngiz Əhmədovanın Qumrunun səsi ilə oxuduğu:
«Gözəldir a dostlar, vətənin şən bayramı,
Bu azad mahnını, qoy söyləsin hamı.»
Və:
«Hər yanda bax gül açılıb gəl gözəl pəri,
Olmuş adın el içində dillər əzbəri»
Sevdanı səsləndirən Şövkət Ələkbərovanın, Tərla¬nın dilindən ifa edən Mirzə Babayevlə oxuduqları:
«Bax gəlib ilk bahar, qaynayır sular.
Gör nələr söyləyir, quşların səsi.»
- nəğmələri bu gün də populyardır.

Professor A.Ə.Dadaşovun “Folklorumuzun ilk doktoru” monoqrafiyasından. B. 2007.

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.