Zəlimxan Yaqub: “Onlar gəncliyimi əlimdən alıb” - MÜSAHİBƏ
06.11.13

- Özünüzü necə təqdim edirsiz?
 
- Mən özümü heç vaxt təqdim eləmirəm, söhbətim, həmin insana münasibətim özü təqdimatdır.
 
- Yaqubov Zəlimxanla Zəlimxan Yaqub arasında hansı fərqlər var?
 
- Fərq çoxdur. Gənclik illərində təcrübə az olur. O vaxtı elə dövr idi ki, söyüdə də palıd deyirdik. Gənclik, ehtiras, çılğınlıq - bunlar insanı uçuruma da apara bilər, necə ki aparır. Mənim də gəncliyimlə bu günümün fərqi təcrübədədir, hər yaşın öz dövrü, hər dövrün də öz yaşı var. “Çərşənbə günündə çeşmə başında, Gözüm bir alagöz xanıma düşdü”. Bunları deməyə insana iyirmi beş yaş kifayət edir. “Ayaq getdi, əl gətirdi, diş yedi, Baxmaqdan savayı gözə nə qaldı?!” -  bu sözləri deməkçün isə doxsan il yaşamalısan. İndi məndə ağıl var, biclik var, dünyanı həqiqi mənada görmək var, ancaq gənclik illərindəki o coşqunluq, çılğınlıq, dəliqanlılıq yoxdur.
 
 
Sağlamlığımı itirdim, amma…
 
 
- Həyatdakı uğurlarınıza nələri qurban vermək məcburiyyətində qalmısız?
 
- Təbii ki, bu uğurlar elə-belə gəlməyib, onlar mənim gəncliyimi, sağlamlığımı əlimdən alıb. Həyatda nəyi qazanmalısansa, ondan artığını itirməsən, istədiyini əldə edə bilməzsən. Sağlamlığımı itirmişəm, amma yaddaşım yerindədir, çünki uşaqlığımdan yaddaşımı kitablarla, biliklərlə tərbiyə eləmişəm. Hazırda da mən bir kitab oxuyuram və artıq bitirmək üzrəyəm.
 
- Hansı kitabı oxuyursunuz?
 
- Məmməd Arazla bağlı bir kitabdır, həmin kitabda bütün Azərbaycan şairlərinin fikirləri yazılıb.
 
- Gənclərdən kimisə oxuyursuzmu?
 
- Əlbəttə... Gəncliyi oxumasan, gəncliyi öyrənməsən, kamillik əldə edə bilməzsən. Gənclik bizim keçmişimizdir, mən də gənc olmuşam, öyrənə-öyrənə gəlmişəm.
 
 
Günahlarım çox olub

 
 
- Günahınız çox olub?
 
- Elədiyim səhvlər, günahlar çox olub, o səhvləri, o günahları ki mən eləməyə bilərdim, eləmişəm. İndi düşünürəm ki, elədiyim günahları ayağımın altına yığsalar, başım göyə ucalar. Elədiyi xətaları dərk edən adam böyük adamdır.
 
 
Mənim ölümüm belə olacaq…
 
 
- Kənardan Zəlimxan Yaqub çox güclü görünür…
 
- Mən çox güclü adamam. Çox çətinliklər, çox pisliklər görmüşəm, amma o çətinliklərdən keçmişəm və bu günə gəlib çatmışam. Çünki güclü düşmənlərə qalib gəlməkçün özün də gərək güclü olasan. Mən özümü həm də ona görə güclü hesab edirəm ki, hal-hazırda kəskin ağrılarım var, amma siz bunu hiss etmirsiz. Çünki öz dərdimi, problemimi qarşımdakı insana hiss etdirməməyə çalışıram; sevincimi, gözəlliyimi insanlara paylayaram, dərdimi özümə saxlayaram. Ölməyimi də belə təsəvvür edirəm: səhnədə şeir oxuyuram və şeir oxuya-oxuya birdən-birə səhnədən gedirəm, yaddaşlarda necə varamsa, elə qalmaq istəyirəm. Gərək torpağa layiqli can aparasan.
 
 
Baş ömrü yaşamışam…
 
- Elə bir şeir varmı ki, atdığınız hər addımda dilinizə gəlir, unuda bilmirsiz?

 
- Bir şeirim var - “Yaşamışam” adlı, onu heç vaxt unuda bilmirəm, pis və yaxşı günümdə yadıma düşür.
 
Məni ömrün yolunda çox ölümlər haqladı,
Nə əqidəm sarsıldı, nə inamım laxladı.
Çətin gündə qollarım torpağı qucaqladı,
Ayaqda sürünmədim, baş ömrü yaşamışam...

/axar.az/

Yenililklər
24.02.20
Rəvan Cavid - “Azğın”: roman, yoxsa cızma-qara gündəlik?
24.02.20
"Kitabi-Dədə Qorqud”un üçüncü – Günbəd əlyazması" cap olunub
24.02.20

İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub

24.02.20
Azər Abdulla - Peşmanlıqdan sevincə keçid
23.02.20
Elçin Hüseynbəyli - Qarağac - Romandan parça
23.02.20
Bədirxan Əhmədli - Gerçək və intellektual türkçü Muhsin Kadıoğlu
23.02.20
Könül Nuriyeva - "İsanın İncili"ndəki sonsuz suallar
23.02.20
Əlyazmalar İnstitutunda “Nəsimidən nəsimlər” kitabının təqdimatı olub
23.02.20
Ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verən alim – akademik Həmid Araslı
21.02.20
İnsanın əzəməti – Dino Butsatinin hekayəsi
21.02.20
Tramp “Oskar” mükafatının Cənubi Koreya filmi “Parazitlər”ə verilməsini tənqid edib
21.02.20
Məşhur yazıçı hekayəsini 1 ABŞ dollarına satdı
21.02.20
Müslüm Maqomayev haqqında çəkilən serialın treyleri yayımlandı - VİDEO
21.02.20
Xalq rəssamı Böyükağa Mirzəzadənin anadan olmasından 99 il ötür
21.02.20
Taleh Eminoğlu - Knut Hamsun: bir medalın iki üzü
21.02.20
Bakıda Beynəlxalq film festivalı keçiriləcək
21.02.20
"Müqayisəli ədəbiyyatşünaslıq" jurnalının yeni sayı çıxıb
21.02.20
Hacı Ələmdar Mahirin anım günü
18.02.20
Özbəkistanda “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsi elan olundu
12.02.20
"Təkrarın tənhalığı”nda "Sevdiyim əsər” – Fərid Hüseynin kitab təqdimatından reportaj
10.02.20
Gülbala Dadaş - “Hər kəsin öz eşqi” kitabı haqqında
07.02.20
Fərid Hüseynin kitablarının təqdimat mərasimi keçiriləcək
05.02.20
Bəsirə Əzizəlinin Muhsin Kadıoğlu haqqında monoqrafiyası çap olunub
05.02.20
İradə Musayeva -  Süleyman Rüstəmi əksinqilabçı adlandıran repressiya qurbanı
03.02.20
Cavanşir Yusiflinin Səlim Babullaoğlu haqqında kitabı nəşr edilib
02.02.20
İradə Musayeva - Bağırovun gizli tapşırığı: “Boynuna qoyuluncaya qədər döyün!”
01.02.20
"Qanun” nəşriyyatında "The Paris Review müsahibələri” adlı kitab nəşr edilib
01.02.20
Rusiya Yazıçılar İttifaqı ilə AYB arasında əməkdaşlıq müqaviləsi imzalanıb
29.01.20
İradə Musayeva - Bağırov bu tərcüməçimizi həbs etmək üçün Stalindən icazə istəmişdi
28.01.20
Fərid Hüseyn - İnsanın unutqanlığı bəzən onun ədalətidi
28.01.20
AYB-nin Gənclər Şurasının “Ulduz”u nəşr edildi
25.01.20
İradə Musayeva - Müstəqil Azərbaycan” sözü dilinizdən çıxmadımı?
25.01.20
Fazil Abbasov - Qanımı süz, şərab kimi...
25.01.20
Əsmər Hüseyn Xan - Onda balaca idik, adımız uşağıydı
25.01.20
Şəhla Aslan Türkiyənin "KonTV" kanalında aparıcılıq edəcək
24.01.20
İradə Musayeva -  Repressiya illərində  tragik həbs situasiyaları...
22.01.20
“Dünya ədəbiyyatı” dərgisinin yeni sayı esse janrına həsr edilib
22.01.20
İlham Əziz - O dünyadan gələn səslər
22.01.20
İradə Musayeva - Repressiya dəhşətləri
22.01.20
Yazıçı-publisist Aqşin Babayevin daha bir kitabı çapdan çıxıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.