Akif Əhmədgil: "Desəm ki, Anar pis adamdır, oğlum deyə bilər, ay ata, ayıbdı"

07.11.13

– Akif müəllim, “Ürəyimin sümüyü yoxdur” adlı kitabınızda maraqlı şeirlər yer alıb. Ancaq kitab ədəbi mühitdə bu şeirlər çox da yayılmayıb, səs-səda doğurmayıb. Sizcə, səbəb nədir?

– Kitab haqqında mətbuatda Məmməd İsmayılın, Əkrəm Əylislinin məqalələri olunub. Hesab edirəm ki, o yazılar bu kitabın özündən də daha vacibdir, maraqlı məqamlarla zəngindir. Müxtəlif vaxtlarda yazdığım bu şeirlər kitabı 1999-cu ildə çap olunub, böyük təbliğatı, reklamı olmayıb. O vaxt Heydər Əliyev gənclərə prezident təqaüdü verirdi. Təklif edilmişdi ki, gənclərə təqaüd verməklə yanaşı, onların kitabını da çap etdirək. Beləliklə, həmin təklifin nəticəsi oldu bir neçə gənc yazarın əsərləri nəşr edildi. Mənim isə “Ürəyimin sümüyü yoxdur” kitabım işıq üzü gördü. Bundan əlavə tərcümə kitablarım çıxıb. İki kitabı Anarla işləmişəm. Onlardan biri Yəyha Akanginin hələlik Azərbaycanda olan yeganə kitabıdır. Digəri isə Makidoniya şairlərinin şeirləridir. Eyni zamanda müxtəlif tərcümə etdiyim, redaktoru və ya tərtibçisi olduğum 40 qədər kitab işıq üzü görüb.


– Anar müəllim sizə çox yaxşılıqlar edib, deyəsən, həmişə minnətdarsınız ona.

– Bəli, Anar müəllim mənə atanın oğula etmədiyi yaxşılıqları edib. 1998-ci ildə Prezidentə təqdimat yazıb, mənə dörd otaqlı ev verdirib. İki dəfə adımı prezident təqaüdü siyahısına saldırıb. Ağılsızlıq edib Milli Məclisdən işdən çıxdığım çətin vaxtlarımda çox kömək olub. Elə yaxşılıqlar var ki, onları unutsan, ən yaxınların sənin üzünə durar. Mən indi desəm ki, Anar pis adamdır, oğlum deyə bilər, ay ata, 1998-ci ildən onun səyi nəticəsində bizə verilmiş evdə yaşayırıq, ayıbdı. Yəni yaxşılıqları unutmaq olmaz, minnətdar olmaq lazımdır. 

Bu ölkədə şair kimi yaşamaq çox çətindir. Nazim Hikmət deyir ki, şair olmaq ölmək deməkdir. Hər dəfə şeir yazanda insan həmin hissi keçirir, ölür, dirilir. Belə bir işlə məşğul olub əvəzində çətin yaşamaq ikiqat zülmdür. Ona görə də xeyirxahlarıma çox sağ ol deyirəm. Əgər əlimizdən tutanlar olmasaydı, yaşamın mənası olmazdı. Xeyirxah adamlardan şair Məmməd İsmayılın da adını çəkə bilərəm. Onların adını ona görə çəkirəm ki, onlardan biri qürbətdədir, digəri isə burda çox zərbə altında qalır. İnsan oğlu unutqandır, mən də daxil olmaqla. Ancaq elə dəyərlər var ki, onları unutmaq olmaz. Şair kimi ola bilər ki, ədəbiyyat tarixində qalmadım. Ancaq Anar, Məmməd İsmayıl qalacaq ədəbiyyat tarixində. Vaxt gələcək biz unudulanda onların bir tədqiqatçısı bizim onlarla gördüyümüz işlərə, onların bizim haqqımızda yazdıqlarına baxıb bizim haqda da düşünəcəklər.

– Artıq dəyərlər dəyişib, sözü meyarı hesab etdimiz adamlar nələrinsə xatirinə zəif əsərlərin müəllifləri haqqında da məqalələr yazırlar. Bu mənada, məncə, kiminsə yazdıqları isə fəxr etməyə dəyməz.

– Düzdür. Bu onsuz da bütün zamanlarda belə olub. Füyuzatçılarla Molla Nəsrəddinçilər bir-birini sevməyib əleyhlərinə yazılar yazıblar, halbuki hər iki tərəfdə böyük adamlar var idi. İstedadı qəbul eləmək çətin məsələdir. Həmişə nələrəsə görə yazı yazan adamlar olub. Ancaq o yazılar qalmır, itib-batır. Məktəb yoxdur, ona görə də dəyər yoxdur bu gün. Keçid dövründə zəif, bir az da satılmaq istəyən yazı-pozu adamlarını ucuz aldılar, özü də su qiymətinə. Dolanışıq bəzən yazı adamlarını təriflər yazmağa vadar elədi, mənəvi iflas başladı. İndi siz gənclər istədiyiniz mövzuda yazırsınız, çap olunursunuz. Bizim yazdığımız dövrdə ədəbiyyat arxa plana keçdi. İstedadlar görünmədi. Bu gün ədəbiyyat yazılı mətbuatda əks edilir, ancaq televiziyalara çıxış yoxdur. Xalq öz əsas yazıçılarının üzünü görməyib. Beynəlxalq mükafatlar alıram, amma televiziyalar kiçik informasiya xəbəri belə hazırlamırlar. Televiziyaların qapısı ədəbiyyatın üzünə bağlıdır. Ədəbiyyat qəzet-jurnal blokadasında, xeyirxahların ümidinə qalıb. Ona görə də yaxşı adamlar da yamanlığa girişirlər bəzən.

– Ədəbi mühitdəki obrazınız ilğım kimidir. Görünüb dərhal da çəkilirsiniz.

– Ardıcıllığım var, ancaq görünən ardıcıllıq deyil. Bir böyük iş görürəm qəzetdə balaca bir informasiya gedir, bu mənə bəs edir, ta uzun-uzadı gördüyüm işi mətbuatda işıqlandırmıram. Gündə şeir yazmırsan ki, şeir yazılanda şairsən. Şair kimi yaşamaq çox çətindir. Azərbaycan reallığı buna imkan vermir. Şair elə ilğım kimi olsa yaxşıdır, az görünmək şairə yaraşır.

– Şeirlərinizdə ictimai motiv, tənqidi münasibət güclüdür. Sosiallıq, ictimai problemlər sizi çoxmu maraqlıdır?

– Şair içindən nə gəlirsə onu yazır da, əslində, ictimai motiv də elə ürəkdən gələndir, baxırsan səni narahat edən məsələləri işıqlanıdırırsan. Bəlkə də əvvəlki kitablarda hələ ictimai motiv azdır, yaxınlarda çap olunacaq kitabımda bu cür şeirlər daha çox olacaq. Çexov mövzu axtarmayıb, o hər hadisəni hekayəyə çevirə bilib. Ona görə hekayə ustasıdır. Şeirdə də gərək gördüklərini vərəqə köçürə biləsən. Kibrit qutusundan yazıb da dünyanı təsvir etmək olar.

– Şeirlərinizdə Vaqif Bayatlı Odərin və Çingiz Əlioğlunun poetik nəfəsini duydum, deyəsən, onların mətnlərini çox oxumusunuz təsir hiss edilir, yoxsa?

– Çingiz Əlioğlu mənim seminar rəhbərim olub. Şüvəlanda keçirilən poeziya seminarlarında iştirak etmişəm. V.Bayatlı da çox sevdiyim şairdir, hər ikisinin əsərlərini çox oxumuşam, ola bilər ki, təsir olsun. Sən deyən təsir varsa, buna mən ancaq sevinə bilərəm. Çünki hər iki şairi sevirəm. Ç.Əlioğlunun şeirlərimin çap olunmasında, rolu olub. Seyran Səxavət də şeirlərimi çap edib, qayğı göstərib. Dünya ədəbiyyatındansa Yeseninin şeirlərini çox oxuyurdum, bəzən ondan da təsirlənmələr ola bilər. Əli Kərimin şeirlərini dönə-dönə oxumuşam. Onunda təsirin hiss etdiyim vaxtlar olub. Təsirdən qorxmaq lazım deyil, təsirlənməməkdən qorxmaq lazımdır.

– Şüvəlandakı semirnar günlərində deyəsən, sevdiyiniz bir qız olub orda və onun şəninə “Dəniz necə şirindir” adlı şeir yazmısınız? Duzlu Xəzərə “şirin” demək hardan ağlınıza gəlmişdi (gülürük)

– Sən Allah, çox dərinə getməyək, mənim Puşkin kimi dueldə ölən halım yoxdur. O vaxt mən uşaq idim, həvəs göstərirdim çox şeyə. O şeir də həmin həvəsdən yaranan ötəri bir hissin ifadəsidir. İndi o illərdən məni çox şey ayırır yaddan çıxarmışam. İndi təzə yaddaşla yaşayıram.

– Bir neçə şeir kitabını Azərbaycan dilinə tərcümə etmisiniz, tərcümə prinsipləriniz nədən ibarətdir?

– Əvvəla onu deyim ki, ən böyük arzum Türkiyədə oxumaq idi, amma alınmadı. Rusiyada oxudum, orda mənim müəllimim Brejnevin şəxsi tərcüməçisi idi, az-az gəlirdi dərsə. Ancaq həmişə onu gəlməyini səbirsizliklə gözləyirdim. Onun mühazirələrinə şeir kimi qulaq asırdım. Çox şey öyrəndim ondan. Şeir tərcümə etmək çox çətindir. Əsas prinsipim odur ki, çalışıram şairin ruhunu saxlayım, ancaq mətnin məzmunundan kənara çıxmayaraq. Orijinala sadiqliyin mənə görə əsas prinsipi budur. Oljas Süleymenovun şeirlərini tərcümə edəndə Tərcümə Mərkəzindən məni Almataya göndərmişdilər. Şeirlərin bir hissəsini orda, bir hissəsini Bakıda tərcümə etmişəm. Baxıram ki, Almatada etdiyim tərcümələr daha yaxşıdır, görünür, şeirin yazılma məkanına da bələd olmaq, o ruhu hiss etmək də vacib məqamlardan biridir. Elə bil ki, şeirin ruhu ilə, şeirin yazıldığı yerin ruhu üst-üstə düşür. Fikrimcə, şeiri şair tərcümə etməlidir. Evimə çörəyi tərcüməçiliklə aparmışam, şairlik mənə az gəlir gətirib.

– Kimlərin əsərlərini oxuyursunuz və bəyənirsiniz?

– Vaqif Bəhmənli, Murad Könəqala, Adil Cəmil, Ağacəfər Həsənlinin şeirlərini oxuyuram. Gənclərdən Aqşinin çox yaxşı şeirləri var. Aqil Abbasın “Dolu” romanını son illər oxuduğum dəyərli nəsr nümunəsidir. Mikayıl Müşviqin kitabını oxudum və yenidən kəşf etdim onu. O II Dünya Müharibəsinin olacağını 10 il əvvəl bilib, hətta Polşada olacağını da deyib. Müşfiq məni heyrətə salıb və onun haqqında bir məqalə də yazmışam. Gənc yazarları çox oxuyuram, bəla odur ki, indiki dövrdə yaradıcı mühitdə yaradıcı cıdır yoxdur, əvəzində söyüşmələr, qırğınlar, sataşmalar var. İnanıram ki, belə məqamlar olmasa gənc ədəbi istedadlar daha güclü parlaya bilər. /kaspi.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.