Kamal Abdulla - Küləyi dişləyib boşluq dolduranlar…
07.11.13

Mirmehdinin yaxınlarda çapdan çıxmış "Küləyi dişləyən" adlı romanını birnəfəsə oxudum. Varaqlayırdım ki, oxumayım, çünki başqa bir əsərlə məşğul idim. Daha böyük, daha mürəkkəb və daha ağır roman oxumaqdaydım. Bu, Nəriman Əbdürrəhmanlının "Yolçu" romanı idi. Necə deyərlər, romanı romana qatmaq istəmirdim. Amma qatdım. Bəlkə də belə daha yaxşı oldu. Təsadüf qəribə bir qanunauyğunluq ortaya qoydu. Son dövrün ən mürəkkəb romanı və ən sadə romanı barədə aydın təsəvvürüm oldu. Amma bu ilk baxışda belə göründü. Nərimandakı mürəkkəbliyin arxasında munis bir həzinliyə bürünmüş sadəlik, Mirmehdidə isə sadəliyin arxasındakı möhtəşəm əzəmət məni valeh elədi. "Yolçu" barədə hələ yazmağa, ümid edirəm ki, imkanım olacaq. Oxuyum qurtarım, sonra. "Küləyi dişləyən" isə məni susmağa qoymur.
           
Bəri başdan deyim ki, mən, əlbəttə ki, tənqidçilik eləmək fikrindən uzağam. Öz təəssüratımı kimin üçün maraqlıdısa, onunla bölüşürəm. Mənə elə gəldi ki, haqqında danışdığım bu həcmcə kiçik roman, əslində, çox böyük mətləblər qaldırır. Elə bil, romanın çəkisi ilə qaldırdığı mətləblərin çəkisi bir-birinə uyğun gəlmir, belə halda pəhləvanları ağırlıq daşlarına yaxın buraxmırlar. Amma roman öz görünüşünün çərçivəsindən çıxıb bu ağırlığı əvvəlcə döşünə ala bilir, sonra da yuxarı qaldırır.
          
Çox incə və həssas psixoloji bir durum açılır. Mən Azərbaycan ədəbiyyatının başqa bir misalında bunca incə psixoloji məqamla hansısa bir romançının uğraşmasını xatırlamıram. Dünya ədəbiyyatı səviyyəsində! Təxminən, bizim alışdığımız məntiq və dillə desək, quşu açıb qəfəsdən buraxırlar, o isə uçmaq istəmir, yenidən qəfəsə qayıdır. Kiminsə yadına bu gözəl deyimin roman dolumu gəlirmi ədəbiyyatımızda? Mənim yadıma gəlmir. "Küləyi dişləyən"dən sonra bu boşluq da doldu. Nəsə məni axır zamanlar şerimizdə, nəsrimizdə, dramaturgiyamızda özünü aşkar göstərən boşluqlar düşündürür. Salamın doldurduğu boşluq, Etimadın doldurduğu boşluq, Fəxrinin, Aqşinin, Qismətin, Əlişirin Şükürlünün, Kəramətin, Şərifin, Kənanın, daha kimlərin doldurduğu boşluqlar…
          
Nəsr təfəkkürümüzdə bihudə zəhmətlə bağlı nə isə tapmaq bəlkə də mümkün olardı, amma sən nifrət etdiyin bir işlə, səni insanlıqdan çıxaran, zombiyə çevirmək istəyən bir proseslə elə qaynayıb-qarışırsan ki, onun tərkibinə elə çevrilirsən ki, daha bilinmir, sən bu prosesin içindəsən, yoxsa bu proses sənin içində yatıb qalıbmış doğma övlad kimi… Bax bunu tapmaq mümkün deyil. Sən bu prosesi o qədər özləmisən ki, bəlkə də bir məqam gələ bilər, bəlkə də o məqam gəlib,  sən Generala da səni  bu zülmə düçar etdiyi üçün  qəlbində hiss keçirmək bacarığı qalıbsa, hətta ona da sevgi duya bilərsən, ona da minnətdarlıq hiss edərsən.  General qızı da, xoş xəyallar da, isti, rahat gələcək də səni artıq özünə cəlb eləməz, sən Kafkanın Qreqor Zambasına çevrilmə yolunun lap başlanğıcındasan, özünün bundan xəbərin yox…
          
Sən nifrət elədiyin bir işlə ləzzətlə uğraşmağa davam edirsən, amma sən qəti mazoxist deyilsən, çıxış yolu bunda deyil səninçün, bu sənin bəraətin deyil.
          
Roman dəhşətli dərəcədə neytral bir üslubda yazılıb. Müəllif qələmə aldığı hadisələrlə təqdim etdiyi təsvirin ideal tonallığını çox gözəl tapıb. İntonasiya, əsasən pozulmur. Abzaslar səviyyəsində (hə, onu da deyim ki, romandakı bölgülər də adekvat qəbuletməyə xidməti ədəbi ləyaqətlə yerinə yetirir), səni sıxan, əsərin ümumi məngənəsindən itələyib çıxaran moment yoxdur. Oxucu sonadək müəllif tərəfindən salındığı "priyom"dan xilas ola bilmir, əsərin sirli cazibəsindən çıxmır. Uçqundan tələf olan əlyazma müəlifinin (romanın qəhrəmanının) cəsədinin daşların altından çıxmış qolu mənim gözümün qabağından getmir.
          
Bunu yazdım və düşündüm ki, sonadək səmimi olsam, gərək yazaydım – var elə moment ki, məni düşdüyüm tonallıqdan çıxarır. Bu, müəllifin lüzumsuz özünü sətirlərin arasından kiməsə göstərmək cəhdidir. Bu, tez- tez baş vermir. Amma onlar var. Məni diksindirən vulqarizmləri nəzərdə tuturam. Əzizi-mən, lazım deyil! Sən kiməsə demək istəyirsən ki, dayanın, baxın, mən də sizin kimi cəsarətliyəm. Sənin bu reverans etdiklərin yel olub sənin mətninin yanından da keçə bilməzlər. Sənin belə reveranslara ehtiyacın yoxdur. Pardon, sənin mətninin buna ehtiyacı yoxdur. Qətiyyən yoxdur! Sakit, normal, yeni Azərbaycan nəsri formalaşır, bu vulqarizmlərin hesabına deyil. Etimadda bu yoxdu, Şərifdə bu yoxdu, Uğurluda bu yoxdu, səndə də olmasaydı… Sən unutmamalısan ki, sən təkcə küləkdişləyən deyilsən, sən həm də boşluqdolduransan.
          
Ağır yükün altına girmisən, qardaş. Nədənsə, mənə elə gəlir ki, bu ağırlığın dərəcə və ən əsası, siqlətinin nə qədərinə, lap elə belə deyəcəyəm, cahanşümul olmasından xəbərin yoxdu. Heç bəlkə o adlarını çəkdiklərimin də özlərinin özlərindən xəbəri yoxdu. Mətnin isə bundan artıq xəbəri var. O Mətn, belə olmasaydı, sənə imkan verməzdi ki, onu bu möhtəşəm hala salasan. Sən Mətnin seçmiş olduğu sirdaşlardansan.
            
Əlyazmalarla söhbət eləməyə çalışanların sırasında səni də görmək çox xoşdur. /kulis.az/

Yenililklər
30.05.20
Səxavət Sahil - Mənəvi qonorar
27.05.20
Kino strukturları Mədəniyyət Nazirliyindən ayrılsın - kino pullarının yeyilməsinin qarşısını almaq yolu...
27.05.20
Elçin İbrahimov - Bir dəfə danışdığımız dil heç zaman unudulmaz!
27.05.20
1918-1920-ci illərdə nəşr edilmiş “Azərbaycan” qəzeti latın qrafikalı əlifbaya transliterasiya olunur
27.05.20
Fəxri Müslüm - Mən ölsəm, içimdən öləcəm
26.05.20
Azərbaycanda Kino Şurası yaradıldı
14.05.20
Qafqaz Albaniyası abidəsi biganəliyin qurbanı olub
14.05.20
“Azərbaycan coğrafi adları ingilis dilində” kitabı nəşrə hazırlanır
14.05.20
Əlyazmaların elektron kitabxanasının yaradılması işi davam etdirilir
12.05.20
Rumıniyalı məşhur şairin kitabı Bakıda nəşr edildi
12.05.20
Dünya ədəbiyyatına dair fundamental əsər
12.05.20
Azərbaycan Milli Ensiklopediyasının 9-cu cildi nəşr edilib
12.05.20
Türkiyədə hər biri 500 illik tarixə sahib iki ədəd "İncil" tapılıb
11.05.20
Mərahim Nəsib - Sinif yoldaşım intihar edəndə sevdiyim qız nişanlandı
11.05.20
Fəxri Müslüm - Söhrab Tahirin əziz xatirəsinə
07.05.20
“Ulduz” jurnalının Məhəmməd Hadiyə həsr edilə xüsusi buraxılışı çap edilib
07.05.20
Fərid Hüseynin miniatür şeirlər kitabı çap olunub
07.05.20
Azad Qaradərilidən yeni ktab: “Qadağan zonası”
07.05.20
Rəbiqədən yeni kitab:“Çətirlərin qiyamı”
13.04.20
SURDO TV internet kanalı fəaliyyətə başladı – VİDEO
10.04.20
Mucru.art fəaliyyətə başladı
27.03.20
Nərimanov irsinin öyrənilməsinə layiqli töhfə
25.03.20
Orxan Mərdan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23.03.20
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
23.03.20
Milli Kitabxana ölkəmizdə yaranan vəziyyətlə əlaqədar oxuculara onlayn xidmətlərini təklif edir
23.03.20
Antonio Tabukkinin "İzabel üçün. Mandala" romanına ön söz
23.03.20
Məhəmməd İqbal - İlahi eşq və milli düçüncə şairi
23.03.20
Türkiyəli rejissor Xocalı soyqırı haqqında film çəkəcək
21.03.20
Antonio Tabukkinin “İzabel üçün. Mandala” romanı çap edilib
16.03.20
Elmira Axundova - Məmməd Orucun "Oyun havası"
15.03.20
Anar: “Koronavirusa görə yaşlı üzvlərimizin işə gəlməsinə məhdudiyyət qoyulacaq”
15.03.20
Qalib Şəfahətin "Sandıq" romanı çap olunub
14.03.20
Cəlil Cavanşirdən yeni kitab - "Eşq və intihar"
13.03.20
“Tarix və Tale” romanına dünyanın “şəxsiyyət vəsiqəsi” demək olardı, amma…
12.03.20
“Wall Street”də Nigar Əliyeva tərəfindən açılmış “America IDream” şirkəti
12.03.20
İçərişəhərdə keçirilməsi nəzərdə tutulan Novruz tədbirləri ləğv edilib
12.03.20
Xalq yazıçısı səfir təyin edildi
11.03.20
Fevralda ən çox satılan Azərbaycan ədəbiyyatının siyahısı
11.03.20

İstanbulda qədim və nadir Azərbaycan xalçalarının sərgisi açılacaq

11.03.20
“Avroviziya-2020"-də Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim edilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.