Etimad Başkeçid - Bazar olsun!
08.11.13

«Siz Panikovskini tanımırsınız! Panikoski hamınızı satacaq, sonra alacaq və yenə satacaq, amma bu dəfə bir az da baha satacaq»

İlf və Petrov «Qızıl buzov»
 
Bu yaxınlarda «Gəl, istədiyin qədər pul apar, imkanın olanda qaytararsan» tipli plakatlardan birinə uyub, yaxınlıqdakı bank şöbəsinə yollandım.
 
Bank işçisi təhər-tövrümü, əyin-başımı rentgen baxışlarıyla ciddi tədqiq etdikdən sonra məni sorğu-sual etməyə başladı. Mənə verilən sualların məğzi barədə danışmayacağam, onsuz da indilərdə banklara borcu olmayan yoxdur və bu alçaldıcı 40 dəqiqəlik prosedurdan hamının xəbəri var.
 
Nəhayət bank işçisinə başa sala bildim ki, mən ayağımı yerə sağlam basan adamam və əslində onların mənə verəcəyi min manat olmadan da keçinə bilərəm… Vəziyyətin absurd nöqtəyə çatdığını hiss edən müsahibim «Bağışlayın, - dedi, - mən burada sadəcə araçıyam, bizə verilən təlimat üzrə söhbət aparıram».
 
O abırlı gənc oğlanın xəcalətli üz ifadəsini xatırlayınca onun təmsil etdiyi zümrə haqqında düşünməyə bilmirsən…
 
«Azərbaycanda ən populyar peşə hansıdır?»  deyə sorğu aparılsa, heç şübhəniz olmasın, «makler»lik ön sıralarda yer alacaq.
 
Makler hər şeyin əmtəəyə çevrildiyi zəmanənin ən fəsahətli atributudur.     
 
Bizim araçı-maklerlər sizi bütün arzu-niyyətinizə qovuşdurmağa qadirdirlər. Əlin cibində olsun, yetər.
 
Ev, maşın, ən qədim peşə sahibləri ilə görüş, vəzifə, prestijli diplom, qəzetdə kimisə vurmaq və ya qılığına girmək, elmi ad, məhkəmə hökmü, qəbiristanlıqda yer, emiqrasiya kağızları, toy tədarükü, mükafat, Ayda torpaq sahəsi, quş iliyi, can dərmanı… Maklerlərin bazarında könlün istəyən hər şeyə rast gəlmək olar.
 
Bu sənətkarlar Oksfordun iqtisadiyyat fakültəsini bitirməsələr də, «On iki stul» və «Qızıl buzov»dakı Ostap İbrahimoviç Süleyman Berta-Mariya Bender bəyi suya aparıb susuz gətirərlər.
 
Amma universitet bitirməməyin də öz bədəli var. Maklerlərimiz ali təhsilli olsaydılar (insafən onların sırasında belələri də az deyil), bəzi tarixi personajların təcrübəsindən bəhrələnər, öz fəaliyyət sferalarını bir az da genişləndirərdilər.
 
Məsələn, Orta əsrlərdə Almaniyada İohann Tetsel adlı bir ruhani, Dominikan monastrının baş keşişi camaata cənnətə düşmək üçün «vəsiqə» - günahların bağışlanmasını təsdiqləyən indulgensiya satırmış. O, hər yerdə böyük hörmət-izzətlə qarşılanırmış, insanlar əlində-ovcunda nə varsa verib, ruhlarını arındırırmışlar. Testel hər cinayət üçün ayrıca məbləğ müəyyənləşdirmişdi: adam öldürmüsənsə – 7 qızıl, valideynlərini ötəki dünyaya vasil etmisənsə – 10 qızıl, münkirliyə görə – 9 qızıl və s.
 
Doğrudur, sonralar almanlar Tetselin burnunu ovdular.
 
Bizdə isə aksiologiya elmi hələlik dincəlir.
 
Bazarlanmayan dəyər qalmayıbsa, aksiologiyanın bu yerlərdə nə iti azıb?
 
«- Ən çox kimlərin imzası tələb olunub?
 
- Çingiz Abdullayev və Elxan Qaraqan…
 
- Bunu nə ilə izah edirsiniz?
 
- Onların əsərləri yaxşıdır. Kitabları da ona görə satılır. Onların kitabları barədə daim resenziyalar yazılır deyə, kitabları ən yaxşı satılanlar sırasında yüksək mövqedə qərarlaşır».
 
Hörmətli Nigar Köçərlinin bu cavablarından bəlli olur ki, o kitabların «yaxşı» və «pis» olmasını yalnız onların satış koefisienti ilə müəyyənləşdirir. Tam zamanın ruhunda bir cavabdır. Həm də orijinal cavabdır – dünyanın heç bir bukinistindən belə dəyərləndirmə eşitməzsiniz. Qoy zövqlü insanların oxuduğu «ciddi ədəbiyyat»la mistika, detektiv,  macəra ədəbiyyatı – kütlələrə hesablanmış «yüngül ədəbiyyat», yəni pop-mədəniyyət arasındakı fərqlər barədə qərblilər danışsınlar. Bizdə əsas olanı kitabların satılmasıdır, satılmırsa, get başqa işin qulpundan yapış, mağazanın rəflərini məşğul etmə!
 
İş adamlarımıza bazar arzulayıram! /kulis.az/

Yenililklər
04.06.20
Moskvada “Azərbaycanlılar. XIX-XX əsrlərdə millətin formalaşmasının başlıca mərhələləri” kitabı çapdan çıxıb
04.06.20
“Açar” filminin tizeri təqdim olunub
03.06.20
Arif Məlikovun qəbirüstü abidəsi ucaldılıb
03.06.20
“Azərbaycan ədəbiyyatında alleqoriya” monoqrafiyası çapdan çıxıb
03.06.20
Yeni Azərbaycan kinosunun ABŞ-da qazandığı uğur
02.06.20
Bədirxan Əhmədli - Romantizm: bütün yönləri ilə
02.06.20
Cəlil Cavanşir: "Bəşəri, intellektual ədəbiyyat yaratmaq iddiam yoxdur" - Müsahibə
02.06.20
“Dünya ədəbiyyatı”nın yeni sayı - “Elmi baxış”
02.06.20

Dövlət Rəsm Qalereyası tədbirlərini onlayn formatda davam etdirir

02.06.20
Əlyazmalar İnstitutu: “Müqəddəs zilhiccə bayramları” kitabı nəşr olunub
01.06.20
Adın zirvələrə çoxdan yazılıb...
30.05.20
Səxavət Sahil - Mənəvi qonorar
27.05.20
Kino strukturları Mədəniyyət Nazirliyindən ayrılsın - kino pullarının yeyilməsinin qarşısını almaq yolu...
27.05.20
Elçin İbrahimov - Bir dəfə danışdığımız dil heç zaman unudulmaz!
27.05.20
1918-1920-ci illərdə nəşr edilmiş “Azərbaycan” qəzeti latın qrafikalı əlifbaya transliterasiya olunur
27.05.20
Fəxri Müslüm - Mən ölsəm, içimdən öləcəm
26.05.20
Azərbaycanda Kino Şurası yaradıldı
14.05.20
Qafqaz Albaniyası abidəsi biganəliyin qurbanı olub
14.05.20
“Azərbaycan coğrafi adları ingilis dilində” kitabı nəşrə hazırlanır
14.05.20
Əlyazmaların elektron kitabxanasının yaradılması işi davam etdirilir
12.05.20
Rumıniyalı məşhur şairin kitabı Bakıda nəşr edildi
12.05.20
Dünya ədəbiyyatına dair fundamental əsər
12.05.20
Azərbaycan Milli Ensiklopediyasının 9-cu cildi nəşr edilib
12.05.20
Türkiyədə hər biri 500 illik tarixə sahib iki ədəd "İncil" tapılıb
11.05.20
Mərahim Nəsib - Sinif yoldaşım intihar edəndə sevdiyim qız nişanlandı
11.05.20
Fəxri Müslüm - Söhrab Tahirin əziz xatirəsinə
07.05.20
“Ulduz” jurnalının Məhəmməd Hadiyə həsr edilə xüsusi buraxılışı çap edilib
07.05.20
Fərid Hüseynin miniatür şeirlər kitabı çap olunub
07.05.20
Azad Qaradərilidən yeni ktab: “Qadağan zonası”
07.05.20
Rəbiqədən yeni kitab:“Çətirlərin qiyamı”
13.04.20
SURDO TV internet kanalı fəaliyyətə başladı – VİDEO
10.04.20
Mucru.art fəaliyyətə başladı
27.03.20
Nərimanov irsinin öyrənilməsinə layiqli töhfə
25.03.20
Orxan Mərdan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23.03.20
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
23.03.20
Milli Kitabxana ölkəmizdə yaranan vəziyyətlə əlaqədar oxuculara onlayn xidmətlərini təklif edir
23.03.20
Antonio Tabukkinin "İzabel üçün. Mandala" romanına ön söz
23.03.20
Məhəmməd İqbal - İlahi eşq və milli düçüncə şairi
23.03.20
Türkiyəli rejissor Xocalı soyqırı haqqında film çəkəcək
21.03.20
Antonio Tabukkinin “İzabel üçün. Mandala” romanı çap edilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.