Kənan Hacı - “Ölü mətn” haqda qeydlər
12.11.13

Orxan Fikrətoğlunun nəsri elitar ədəbiyyat kateqoriyasına aiddir. O, elitar yazıçı olduğu üçün kütlə onu hələ də telejurnalist kimi tanıyır. Onun əksər hekayə və povestləri süjetsiz olduğu üçün oxucu çox vaxt bu süjetsizliyin içindəki süjeti müəyyənləşdirə bilmir.
 
Onun hekayələrini oxuyanda vur-tut on yeddi-on səkkiz yaşım vardı və etiraf edim ki, bir vaxtlar bu hekayələrin təsiri ilə xırda hekayələr də yazırdım. Nədənsə bu yazıçının üslubu mənə həmişə doğma olub, o hekayələr gözümüzlə gördüyümüzü deyil, görə bilmədiklərimizi bizə göstərən film kimi yaddaşımda qalıb.
 
Bu yaxınlarda “Ölü mətn” romanını oxudum. Həcmcə kiçik əsərdə bir millətin bir əsr boyunca yaşadığı faciələr həm realistik, həm fantastik, həm detektiv, həm də postmodernist detallarla özünəməxsus şəkildə təsvir edilib. Romanın bədii materialı orijinaldır.
 
Mətnaltı işarələrlə zəngin olan romanın hər cümləsi arif oxucuya ipucu verir. Bu əsərdə natamam insan tipi təsvir olunur, o, çarəsizdi, köməksizdi, dar ayaqda xəyanət də edə bilir, bütün müqəddəs dəyərləri tapdayıb keçməyi də bacarır. Yazıçı Allahın da, Allahın adamlarının da öldürüldüyü bir millətin öz yaddaşından, öz ruhundan, öz mətnindən uzaq düşməsinin tarixi köklərini açıb göstərir. Namüəyyən qəhrəmanın bütün taleyi açılır, amma romanın başlıca qayəsi bu taleyin puçluğunu göstərmək deyil. Burada onun faciəsi daha konkret aspektdə götürülür:
 
“Mən əski əlifbanı bilmirəm. “Ölü mətn”i oxumaq üçün bu əlifbanı mənə öyrədəcək adamı tapsam belə mən o əlifbanın içində gizlənmiş mənaları və ölü həqiqətləri bu tezliklə anlaya bilmərəm. Mən o mətni lap əvvəldən yaşamalıyam”.
 
“Ölü mətn”i diriltmək üçün böyük bir mədəniyyətin uyuduğu həmin o əlifbanı öyrənmək və bu əlifba vasitəsilə öz həqiqətini dərk etməlisən. Əsərin qəhrəmanını biz əvvəldə Ustad kimi, sonra balıqçı kimi tanıyırıq, daha sonra o, başqa –başqa qiyafələrdə qarşımıza çıxır, bu metamorfoza xalqın bir epoxadan başqa epoxaya keçdiyi dövrlərdə baş verir. Yazıçı oxucunu qəsdən labirintə salıb arada ona tutalqa da verir ki, təsvir olunan hadisənin mahiyyətini, bir-biri ilə bağlılığını anlaya bilsin.
 
Məsələn:
 
“Bu gün bədii mətn yaranmadığından, insan ruhu çaşqındır. Olanları anlamır. Yeniləşmir. Necə yaşayacağını bilmir. Dəyərlər köhnə, ənənələr bəsitdir. Bu günün düşüncə surəti başqadır, mətni başqa. Bu səbəbdən insan yarımçıq cümlədir. Bitmiş fikir deyil”.
 
Əsərin əvvəlində Ustad tələbəyə fikrini belə izah edir və bu fikir əsərin nüvəsini təşkil edir. Təzə hökumətin sadiq nökərinə çevrilmiş İsmayıl da ölü mətnin yetişdirdiyi adamdır. Fağır bir adamın qəddar, qaniçən, vəhşi bir tipə çevrilməsi insanın ruhunun axtalanmasına bir işarədir. Öz yerlisi olan İbrahimi öldürməkdən çəkinməyən İsmayılın karına əslində ölməyib sağ qalan həmin İbrahim gəlir. Öz kimliyini unudub yad ölkəyə sığınan İsmayıl vətənə dönəndə onu İbrahimdən başqa heç kim tanımır. İsmayıl İbrahimin gözlərinin içinə baxıb ölür. Bu ölüm onun rəzil həyatının nəticəsiydi, əlindən alınmış həyatının faciəvi sonluğu idi. O, öləndə İbrahim deyir: “Biz yaşayanda deyil, öləndə bir-birimizə oxşayırıq. Biz ayrı-ayrı ideyaların əsgəri olsaq da bir mətnin yazısıydıq…”
 
Əsərdə Xeyirlə Şər sanki qoşa addımlayır. Xeyir də bizimdi, Şər də. Yüz illik bir dövr ərzində millətin zaman-zaman yadlaşdırılması prosesi romanın əksər fraqmentlərində kiçik, amma tutumlu detallarla təsvir olunur.
 
Günlərlə yeni əlifba haqqında düşünən Alməmməd kişi bir gün bütün tanışlarını başına yığıb deyir:
 
“Mən bu əlifba ilə sizi millət edəcəyəm. Özünüzü tanıyıb nə etməli olduğunuzu biləcəksiniz. Siz hələ millət deyilsiniz, ona görə heç nə anlamırsınız… Millət olandan sonra isə bütün olanları anlayacağıq. Milləti millət edən onun əlifbasıdır”.
 
Səhərisi günü Alməmməd kişini həbs edirlər. Sən demə, onu dinləyənlərin əksəriyyəti çuğulçu imiş. Onun dediklərinin hamısını rus hökumətinə çatdırıblarmış.
 
Sovet hökuməti onu həbs edib sürgünə yollayır, tale elə gətirir ki, onun oğlu böyüyüb atasının öldürüldüyü Orta Asiyada yerləşən sovet qoşunlarının, atasının qatili olan ordunun komandanı olur.
 
“Bu mümkünsüzlük necə mümkün olmuşdu? Atadan balaya bir dövlət, bir fikir və bir ərazi içində yaşayan sağlam bir ərazi qalmırsa, bala özündən xəbərsiz atanın düşməninə çevrilir”.
 
“Ölü mətn” üç nəslin taleyi haqqındadır, bu üç nəsil əslində eyni taleyin daşıyıcılarıdırlar. Hər üç nəslin yaddaşı dəyişdirilib və onlar öz köklərindən uzaq düşüblər. Əski əlifbanı bilənlərin də hamısını məhv edirlər. Bu əlifbanı bilən bir nəfər var: Şamil. Onun da dili laldır.
 
Müəllif oxucu üçün şifrələri tam açmır. Reallıq və fantaziya burada bir-birinə qarışmış şəkildədir. Əsərin daxili qatındakı mistika sonluğa doğru tədricən üzə çıxır. Oxucu artıq anlamağa başlayır ki, “Ölü mətn”in qəhrəmanı öz babasının, atasının və özünün yaşadığı dövrü təftiş edir.
 
“Ölü mətn”i yalnız qoca sufi oxuya bilir və Ustada deyir:
 
“Bu uşaq kimdisə, səni ayıltmaq istəyir… Ölü, ruhsuz mətnlərdən ruhani mətnə, ali sözə qaytarmaq istəyir. Səni sözün zikrinə çağırır. Ruhu olmayan mətn ölü mətndir. Yazı ruhsuz ola bilməz. Yazıdan məişətdə istifadə etmək günahdır. Ruhsuz insan ölü mətndir”.
 
Ustad sonda anlayır ki, “Ölü mətn”i yazan gənc elə özüymüş. O, öz yazdığı mətni ona görə oxuya bilmir ki, özü də bu ruhsuz aləmin bir üzvüdür, ruhaniyyətdən məhrumdu. Ona görə söz onun içində ehya edə bilmir…
 
Mətnin, insanın ruhunu özünə qaytarmaq… Bu, müəllifin üzərinə götürdüyü missiyadır. Çox ağır bir missiya… /kulis.az/

Yenililklər
04.06.20
Moskvada “Azərbaycanlılar. XIX-XX əsrlərdə millətin formalaşmasının başlıca mərhələləri” kitabı çapdan çıxıb
04.06.20
“Açar” filminin tizeri təqdim olunub
03.06.20
Arif Məlikovun qəbirüstü abidəsi ucaldılıb
03.06.20
“Azərbaycan ədəbiyyatında alleqoriya” monoqrafiyası çapdan çıxıb
03.06.20
Yeni Azərbaycan kinosunun ABŞ-da qazandığı uğur
02.06.20
Bədirxan Əhmədli - Romantizm: bütün yönləri ilə
02.06.20
Cəlil Cavanşir: "Bəşəri, intellektual ədəbiyyat yaratmaq iddiam yoxdur" - Müsahibə
02.06.20
“Dünya ədəbiyyatı”nın yeni sayı - “Elmi baxış”
02.06.20

Dövlət Rəsm Qalereyası tədbirlərini onlayn formatda davam etdirir

02.06.20
Əlyazmalar İnstitutu: “Müqəddəs zilhiccə bayramları” kitabı nəşr olunub
01.06.20
Adın zirvələrə çoxdan yazılıb...
30.05.20
Səxavət Sahil - Mənəvi qonorar
27.05.20
Kino strukturları Mədəniyyət Nazirliyindən ayrılsın - kino pullarının yeyilməsinin qarşısını almaq yolu...
27.05.20
Elçin İbrahimov - Bir dəfə danışdığımız dil heç zaman unudulmaz!
27.05.20
1918-1920-ci illərdə nəşr edilmiş “Azərbaycan” qəzeti latın qrafikalı əlifbaya transliterasiya olunur
27.05.20
Fəxri Müslüm - Mən ölsəm, içimdən öləcəm
26.05.20
Azərbaycanda Kino Şurası yaradıldı
14.05.20
Qafqaz Albaniyası abidəsi biganəliyin qurbanı olub
14.05.20
“Azərbaycan coğrafi adları ingilis dilində” kitabı nəşrə hazırlanır
14.05.20
Əlyazmaların elektron kitabxanasının yaradılması işi davam etdirilir
12.05.20
Rumıniyalı məşhur şairin kitabı Bakıda nəşr edildi
12.05.20
Dünya ədəbiyyatına dair fundamental əsər
12.05.20
Azərbaycan Milli Ensiklopediyasının 9-cu cildi nəşr edilib
12.05.20
Türkiyədə hər biri 500 illik tarixə sahib iki ədəd "İncil" tapılıb
11.05.20
Mərahim Nəsib - Sinif yoldaşım intihar edəndə sevdiyim qız nişanlandı
11.05.20
Fəxri Müslüm - Söhrab Tahirin əziz xatirəsinə
07.05.20
“Ulduz” jurnalının Məhəmməd Hadiyə həsr edilə xüsusi buraxılışı çap edilib
07.05.20
Fərid Hüseynin miniatür şeirlər kitabı çap olunub
07.05.20
Azad Qaradərilidən yeni ktab: “Qadağan zonası”
07.05.20
Rəbiqədən yeni kitab:“Çətirlərin qiyamı”
13.04.20
SURDO TV internet kanalı fəaliyyətə başladı – VİDEO
10.04.20
Mucru.art fəaliyyətə başladı
27.03.20
Nərimanov irsinin öyrənilməsinə layiqli töhfə
25.03.20
Orxan Mərdan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23.03.20
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
23.03.20
Milli Kitabxana ölkəmizdə yaranan vəziyyətlə əlaqədar oxuculara onlayn xidmətlərini təklif edir
23.03.20
Antonio Tabukkinin "İzabel üçün. Mandala" romanına ön söz
23.03.20
Məhəmməd İqbal - İlahi eşq və milli düçüncə şairi
23.03.20
Türkiyəli rejissor Xocalı soyqırı haqqında film çəkəcək
21.03.20
Antonio Tabukkinin “İzabel üçün. Mandala” romanı çap edilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.