"Qanun" nəşriyyatının çap etdiyi yeni kitablar

12.11.13

“Qanun” nəşriyyatı Azərbaycan və dünya ədəbiyyatı seriyasından kitab nəşrini davam etdirməkdədir. Nəşriyyat son günlərdə Çingiz Abdullayev, Qaraqan, Amin Maalouf, Paulo Coelho, Qabriel Qarsia Markes kimi yerli və xarici müəlliflərinin kitablarını çap edib. Çap olunan kitablar arasında ikinci dəfəf yenidən nəşr olunan kitablar da var. Aşağıdakı sıyahılda çap edilən kitablar haqqında ətraflı məlumatla tanış ola bilərsiniz.   


Çingiz Abdullayev - YENİ CƏNGAVƏR QADINLARIN QƏBİLƏSİ
 
Tanınmış iş adamı Paşkov köhnə Yeni ili keçirmək məqsədilə şəhərdən kənar bağ evində qonaqlarını yığır – demək olar ki, yalnız yaxın adamlarını. Amma ziyafət başlanmadan əvvəl onu öz otağında bıçaqla qətlə yetirilmiş vəziyyətdə tapırlar. Ən əlverişlisi təsadüfi qətldən şübhələnməkdir – içəri girən oğruya maneə törədən Paşkov onun tərəfindən bıçaqlanır və cani qaçıb gedir. Lakin bu işin araşdırılması məşhur mütəxəssis Dronqoya həvalə olunur və o aydınlaşdırır ki, həmin gecə bağ evində yığışan “qatı dostlar” kimi adlandığımız insanlar olub –sən demə onları bir-birilərindən olduqca çox köhnə ədavətlər ayırırmış. Bu isə o deməkdir iş belə tezliklə bağlanmayacaq...

280 səhifə, 2000 tiraj
Ruscadan tərcümə:
Ülviyyə Ağayeva
Nəşriyyat redaktoru:
Ehtiram İlham

 
Amin Maalouf - SƏMƏRQƏND

Amin Maalouf 1949-cu ildə Livanda dünyaya göz açıb. İqtisadiyyat və sosiologiya fakültəsini bitirdikdən sonra jurnalist kimi fəaliyyət göstərib. 1976-cı ildən etibarən Parisdə yaşayır. Müxtəlif redaksiyalarda yönətici və köşə yazarı kimi fəaliyyət göstərən Maalouf hazırda vaxtının əksəriyyətini kitab yazmaqla ke­çirir. Çox yaxşı tanıdığı Asiya və Aralıq dənizi bölgəsinin mif və əfsanələrini əsərlərində məharətlə qələmə alan Maalouf “Les Croisades vues par les Arabes” (“Xaç yürüşü ərəblərin gözü ilə”) (1983) adlı ilk kitabı ilə uğur qazandı və kitabın tərcümə edil­diyi dillərin ölkələrində tanındı. 1986-cı ildə nəşr edilən və eyni ildə “Fransa-Ərəb dostluq mükafatı”nı alan ikinci kitabı (ilk romanı) “Leon l’Africain” (“Afrikalı Leo”) isə bu gün “klassiklər” sırasında yer almaqdadır. Maalouf 1988-ci ildə yayımlanan “Samarcande” (“Səmərqənd”) əsəri də böyük coşqu doğurmuş və bir çox dillərə tərcümə edilmişdir. “Səmərqənd”dən sonra qələmə aldığı digər iki əsəri – “Les Jardins de lumière” (“İşıq bağçaları”) (1991) və “Le Premier Siecle après Béatrice” (“Beatrisdən sonra birinci əsr”) (1992) əsərləri də roman janrında yazılmışdır. Amin Maalouf 1993-cü ildə işıq üzü görən “Le Rocher de Tanions” (“Tanios qayaları”) əsəri ilə “Goncourt” mükafatına layiq görülmüşdür. “Les Echelles du Levant” (“Şərqin limanları”) romanı 1996-cı ildə, “Les İdentité Meurtrière” (“Ölümcül şəxsiyyətlər”) adlı esselər toplusu isə 1998-ci ildə nəşr edilmişdir. 2000-ci ildə Maalouf “Le Périple de Baldassare” əsəri yayımlandı. Finlandiyalı musiqiçi Kayya Saariaxonun bəstələdiyi opera üçün yazdığı “Uzaqdan məhəbbət” (2002) Maalouf ilk librettosudur. 2004-cü ildə “Origines” (“Başlanğıclar”) romanı, 2006-cı ildə ikinci librettosu “Adriana Mater”, 2009-cu ildə isə ikinci esselər toplusu “Le dérèglement du monde” (“Dünyanın əxlaqsızlığı”) əsərləri yayımlanmışdır. Amin Maalouf 2011-ci ildə Fransız Akademiyasına üzv seçilmişdir.

Amin Maalouf       SAMARCANDE
Amin Maalouf       SƏMƏRQƏND
436 səhifə. 1000 tiraj
Fransızcadan tərcümə:     Minə Candan Rauf qızı
Nəşriyyat redaktoru:     Təhminə Bədəlova


 Paulo  Coelho  - ON BİR DƏQİQƏ"
(2-ci nəşri)
 
Bu əsər eşq və ehtiras haqqındadır. İki bədənin bir-birilə ehtiras dilində danışmağı öyrənməsin­dən bəhs edir.
Braziliyanın ucqar bir əyalətində yaşayan Mariya xarici ölkələr üçün işçi toplayan birinin təkid­lə­rinə duruş gətirməyib İsveçrəyə, qapalı klublardan birində rəqqasə işləməyə yollanır. Orada rast­­­laşdığı reallıqsa vəd edilənlərdən çox fərq­lənir və Mariya fahişəliyə başlamalı olur. Amma bu yolda qızı elə bir görüş gözləyir ki, həm Ma­riyanın özünü, həm də onun həya- tını dəyişəcək. 

304 səh., 1000 tiraj
Tərcümə: Nəriman Əbdülrəhmanlı


Qaraqan - BİRİNCİ ADDIM. “BEŞ ANONİM MİLYONÇU“

“Üç Addım” trilogiyası ən vacib üç suala cavab axtarır.  Biz Kimik? Bura niyə gəlmişik? Hara gedirik?  İnsanların dəyər verdiyi şeylər və cəmiyyətin qanunları, dinlər və əqidələrin kəsişməsində yaranan tarix və onun bizə təsiri. Pul və siyasət, elm və ruh, mədəniyyət və doqmalar arasındakı ziddiyyətlər.     “Birinci Addım”   Qaraqanın öz dilindən danışılan bu kitab dünyəvi dəyərləri araşdırır və Azərbaycan cəmiyyətində uğur qazanmış insanların sirrini  açır. Pul, Uğur və Xoşbəxtlik arasında daha nələr var? Və doğrudanmı bunlar üçün mübarizə aparmaq lazımdır?

256 səh., 1500 tiraj
7 AZN


Qabriel Qarsia Markes - EŞQ VƏ BAŞQA CİNLƏR
(2-ci nəşri)

Bir uğursuz, sonu faciəli eşq hekayətidir.
Valideynlərinin sevgisindən məhrum, dünyanı zənci magiyası ilə dərk edən, azadlığın dəyərini kölələrdən öyrənən və eşqini qaranlıq kilsə hücrəsində tapan azyaşlı bir qız və zahidlik andı içmiş əqidəli, Tanrıya inancında səmimi olan, amma həqiqi inancın məhz Yaradana və yaradılmışlara sevgi olduğunu sonda anlayan 33 yaşlı rahibin ürəkparçalayan dastanı.
Oxşar hekayətlər bir çox xalqlarda mövcuddur. Am¬ma Markesin nəql etdiyi dastanın bir ayrı gözəlliyi və sehri var.

Rus dilindən tərcümə:  Əziz Rzazadə
248 səhifə.


Qabriel Qarsia Markes - GÖZLƏNİLƏN BİR QƏTLİN TARİXÇƏSİ
(2-ci nəşri)

Santyaqo Nasarın öləcəyini bilən bütün şəhər əhli qətlin baş verdiyi ana qədər bunu ciddi qəbul eləmir. Elə Nasar özü də hər şeyi bilə-bilə sakitcə onu gözləyən ölümə doğru gedir.
Markesin əsərləri içində məzmunca ən mistik və həm də ən realist olan bu povesti oxucunu heyrətamiz şəkildə gözlənilən faciənin havasına kökləyir. Bəs nə üçün hamı bir nəfər kimi onun qurtulmasını istədiyi halda, heç kimsə bu labüd qətlin qarşısını ala bilmir – hətta qatilin özünün də bu dünyada Nasarı həyatdan məhrum eləməkdən az istədiyi bir şey yoxdur.

128 səh. 1000 tiraj. qiyməti 4 azn


Avanqard.net

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.