Qalib Şəfahət - Gecələr ər qoynunda gizlənməkdən...
12.11.13
O QIZIN ARZULARI
Ölümcül yaralanıb o qızın arzuları - gündüzlər hər gün əri işə ötürməkdən, uşağı məktəbə yola salmaqdan, gecələr ər qoynunda gizlənməkdən. Qolları yorulub arzuları üstünə çəkməkdən. Yenə üstü açıq qalıb - soyuq dəyib bu gecə. Nəfəs ala bilmir qəlbində gizlətdiyi xəyanətdən. Nə qədər tək yatmaq olar Bir arzu, bir xəyalla?!. Hər gün ev süpürür uzun saçları ilə qonağı olacaq deyə. Hər gün yemək hazırlayır - kirpiyində qor götürüb. Vəfasızlıqdan o yanaömur qurtarır -
sərhəd kimi. Özüylə döyüşdə ölümcül yaralanıb o qızın arzuları...
GÖZÜNÜ AÇ
Gözünü aç, bir baxım, Bir də görüm özümü.
Baxışın mürgüləyir - Vərəqləyim özümü.
Gözünü aç, bağlama, Şeirim hardadı, bilim. Qəlbim əsir düşübdü - Gedib yolunda ölüm.
Gözlərini bir aç, bax, Gözlərin nə haldadı? Həsrət çoxdan çatıbdı - Vüsal hələ yoldadı.
Göz yaşın quruyubmu? Havam çatmır, boğuldum. Ürəyində öləcəm -
Gözlərində doğuldum.
GİZLƏNMİŞƏM
Heç yerimi bilən yox Mən qəmdə gizlənmişəm. Hamı baxır üzünə, Sinəndə gizlənmişəm.
Qəlbim köksündə ada, Fikrim batıb dəryada. Alışdım-yandım oda, Sönəndə gizlənmişəm.
Qovruldum istisindən, Kor oldum tüstüsündən. Xəyalların köksündə n, Enəndə gizlənmişəm.
Baxammadım üzünə, Kədər çökdü gözümə, Qayıdırdım özümə, Dönəndə gizlənmişəm.
Köksündə qırma məni, Sabahdan sorma məni, Bu gün axtarma məni Dünəndə izlənmişəm.
Avanqard.net
|