Parisdə Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunan sərgi təşkil edilib

13.11.13

Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Parisdəki Məktublar və Əlyazmalar Muzeyində dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunan sərgi təşkil edilmişdir.

Muzeyin təsisçisi və prezidenti Jerar Leritiye qonaqları salamlayaraq görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən sərginin onun rəhbərlik etdiyi müəssisədə təşkil olunmasından böyük məmnunluq hissi keçirdiyini bəyan etmişdir.

Muzeyin səlahiyyətli nümayəndəsi Paskal Fülaşe Nizami Gəncəvi kimi dünyəvi şairin Fransada az tanınmasından təəssüf hissi keçirdiyini bildirmiş, şairin 20 mindən artıq şerinin toplandığı “ Divan”nının Şərq ölkələrində yaxşı tanındığını xatırlatmış, əsərlərində sosial problemlərdən söhbət açıldığını, məhəbbət və gözəlliyi tərənnüm edildiyini vurğulamışdır.

Şairin beş poemasının toplandığı “ Xəmsə “ əsərinin dünya ədəbiyyatında “ Beş xəzinə “ adı altında tanındığını, Nizami Gəncəvi tərəfindən yaradılan ədəbi məktəbin hind, fars, türk, özbək. əfqan və digər türk dilli xalqların ədəbiyyatına ciddi təsir etdiyini diqqətə çatdıran P. Fülaşe dahi söz ustasının əlyazmalarının dünyanın nüfuzlu muzey və kitabxanalarında, o cümlədən İstanbul, Tehran, Qahirə, San-Peterburq, London, Paris və Berlinin kitabxana və muzeylərində qorunub saxlanıldığını bildirmişdir.

Paskal Fülaşe muzeydə təşkil olunan sərginin humanist filosof və şair Nizami Gəncəvinin Fransada tanınmasında, habelə Şərq və Qərb mədəniyyətlərinin yaxınlaşmasında mühüm rol oynayacağına əminliyini qeyd etmişdir.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxışında Şərq intibahının, bəşəriyyətin parlaq simalarından biri olan Azərbaycanın dahi filosofu və böyük şairi Nizami Gəncəvinin ədəbi sahədə misilsiz irs qoyduğunu, səkkiz əsr bundan əvvəl yaşamasına baxmayaraq onun ideyalarının bu günlər belə öz aktuallığını itirmədiyini diqqətə çatdırmışdır.

Şairin vaxtilə əsərlərində əks etdirdiyi azadlıq, bərabərlik və qardaşlıq, habelə dünyəvilik, qadınlar və kişilər arasında bərabərlik ideyalarının hətta uzun əsrlər keçməsinə baxmayaraq müasir dövrün mühüm hadisələrinin əsasını təşkil etdiyini vurğulayan səfir Nizami Gəncəvinin xatirəsinin və irsinin bu gün ölkəmizdə yüksək qiymətləndirildiyini, doğulduğu doğma şəhəri Gəncədə movzeleyinin yaradıldığını, Bakıda şairin adını daşıyan muzeyin fəaliyyət göstərdiyini, şairin həyatından və yaradıcılığından bəhs edən “ Nizami “ filminin çəkildiyini, N. Gəncəvinin anadan olmasının 870 illiyinin təntənəli şəkildə qeyd edilməsi ilə bağlı 2011-ci ildə Prezident İlham Əliyev tərəfindən sərəncam imzaladığını, əsərlərinin müxtəlif dillərdə tərcümə edilməsində Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mühriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xüsusi rolunu diqqətə çatdırmışdır.

E. Əmirbəyov şairin anadan olmasının 850 illiyi münasibətilə UNESCO tərəfindən 1991-ci ilin N. Gəncəvi ili elan olunduğunu, 2012-ci ildə Romada şairiə büst qoyulduğunu bildirmiş və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə görkəmli söz ustadının 870 illiyi ilə əlaqədar Fransada keçiriləcək silsilə tədbirlər haqda məlumat vermişdir.

Sonda səfir şairin vətəni Gəncənin qədim və müasir həyatından bəhs edən fotolarla bərabər sərgidə nümayiş etdirlən xalçaların, bəzək əşyalarının, geyimlərin Nizami Gəncəvi vaxtında hakimiyyətdə olan Atabəylər və Şirvanşahlar dövrünü əks etdirdiyini bildirmişdir.

Mərasimdə senator Pyer Bordie Azərbaycana iki dəfə səfər etdiyini , birinci səfəri zamanı yalnız Bakıda olduğunu, ikinci dəfə isə Bakı ilə yanaşı ölkənin ikinci böyük şəhəri Gəncədə də olduğunu xatırlatmış, Gəncənin tarixiliyinin və qədimliyinin onda böyük təəssürat yaratdığını, Nizami Gəncəvinin mövzeleyinə baş çəkdiyini bildirmişdir. Senator Azərbaycanda olduğu müddətdə hamının Nizami Gəncəvidən danışdığını, ölkəsində şair və filosof , həm də milli qəhərman tək xatırlandığını qeyd etmiş, hətta Gəncədə keçirilən şərab festivalında belə böyük ideallar tərənnümçüsünün həyat və yaradıcılığından söhbət getdiyinin şahdi olduğunu vurğulamışdır.

Fransa Şərq Dilləri və Sivilizasiyaları İnstitutunun müəllimi Aygün Eyyubova Nizami Gəncəvinin dünya ədəbiyyatı tarixini zənginləşdirən yaradıcılığının əsas məziyyətlərindən bəhs edərkən şairin poemalarında şəxisiyyətə hörmətin, xeyirin şər üzərində qələbəsinin, saf hisslərin və təmiz məhəbbət in əks olunduğunu, əsərlərinin əsas mövzusunun Şərq aləmindəki rəvayət və hadisələrdən alındığını bildirmişdir.

Sərgidə şairin anadan olduğu Gəncə şəhərinin qədim və müasir görnüşlərinin, müxtəlif yerlərdə qoyulan büst və heykəllərinin, movzoleyinin, adını daşıyan elm və mədəniyyət ocaqlarının əks olunduğu fotolar, əsərlərindən ibarət illustirasiyaların təsvir edildiyi xalçalar, şaririn yaşadığı dövrə məxsus geyimlər, dulusçuluq və misgərlik nümunələri nümayiş etdirilmişdir.

Qonaqlara Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən kitablar və broşürlar paylanmışdır. /AzərTAc/

Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.