Vasif Əlihüseyn - Ərinlə dalaşan yadına düşürəm
14.11.13
MƏNİ GÖRDÜYÜN PALTARDA YATIRAM
Bilirəm, ərinlə dalaşan da yadına düşürəm. qızının ağlamağı da qəribə gəlir sənə inana bilmirsən ana olmağına.
Əvvəl gözlərimin yaşı axırdı indi daha ağlaya bilmirəm Mən də baş barmağımın corabımı deşib boylanan da duyuram sənsizliyi. Bilirəm ki, təkəm özümə fikir vermirəm.
Soyuqdan, məni gördüyün paltarda yatıram e vallah gecə yuxuna da elə gəlmək üçün..
Sən məni görüb yastığın o üzünü çevirirsən, mən də səni görüb bu üzünü...
indi yığışmışam sənsizliyin içinə soyuğunda isinirəm boşluğun sən, boşluğun qədər doldurmusan xəyalımı.
|