Şair Taleh Həmidlə müsahibə
18.11.13

- Taleh bəy, şairlik nədir, əzab, yoxsa Allahın lütfü?

 

- Bu sual məni həmişə düşündürüb. İndi də  düşündürür. Çox güman ki, bundan sonra da onun ətrafında düşünməli olacağam. Həmişə mən özüm də özümə “şairlik nədir?” sualını vermişəm, ona cavab axtarmışam. Amma əksər vaxtlarda cavabın özündən sual doğub. Şairlik mənim üçün əzab deyil, isti, mehriban duyğuların qoynunda dinclik tapdığım anlardır. Hər dəfə könlüm qubarlanıb, hissim, duyğum, qəlbim şeirlə köklənəndə özümü dünyanın ən ülvi, ən saf, ən xoşbəxt adamı hesab eləmişəm. Çünki zərif və ülvi duyğular haqqında düşünmüşəm. Sözə tapınıb, onun qüdrətinə arxalanmışam. Mən bir insan kimi incə qəlbli, zərif insanları sevirəm. «Qalın» insanlarla rastlaşanda ürəyimdən bircə təsəlli keçib ki, sənə baxanda, mən əsl insanam. Çünki mən kövrək duyğularla yaşamağı bacarıram.

Dünyasını vaxtsız dəyişən şair qardaşım Malik Həmidin ”Bağışla məni” kitabına ön sözü də elə mən özüm yazmışam. Orada belə bir fikir var: “Yaradan hər bir insanın taleyinə bir yazı yazır. Əgər ikinci bir yazı yazırsa, onun adı şairlik və şeirdir”. Bu günlərdə “Nə yaxşı şair yarandım” adlı bir şeir yazmışam. Orada misralar var:

 

Arzu eləmədim büllur sarayı,

Kimsənin yığdığı sona qalmayıb.

Şairlik Tanrının vergisi, payı,

Şairlər sevgidən şair olmayıb.

 

 

Məncə, şairlik Tanrının insana verdiyi qismətdir, paydır. Tanrı payı isə əzab yox, sevinc, sevgi, ülviyyət payıdır.

 

 

- Zaman-zaman hamımız həyatdan qopuruq, bura gəldiyimizə görə peşmanlayırıq. Sizdə necə, belə hallar olurmu?

 

- Həyatın bir fəlsəfəsi var. İnsan həyata gəldiyi gündən getməyə doğru bir yol başlayır. Bu da təbiidir. Başlanan yolun əvvəli, sonu var. Fikrimcə, bizim dünyaya gəlişimiz bizim üçün yaşamaqdan daha çox borcdur. Biz o borcu qaytarmaq barədə fikirləşməliyik. Onu verməyə gəlirik. Bu borcun cavabı o qədər geniş anlamdadır ki, onu bir-iki sözlə ifadə etmək, şübhəsiz ki, çətindir. Həyatımın təəssüf dolu, acılı günləri çox olub. Amma heç vaxt dünyaya gəlməyimin peşmançılığını yaşamamışam.

 

Ömür sadəcə bir yuxudur

 

- Doğrudanmı gənclik ömrün gözəl anlarıdır?

 

- Həmişə fikirləşmişəm ki, insan ömrü fəsillərdən ibarətdir. Yazı, yayı, payızı, qışı var. Gəncliyi ömrün baharı adlandıranlar səhv eləmirlər. Bir yerdə ki, güllər, çiçəklər açır, şair dostum demişkən, çiçəklər arının iş yerinə çevrilir, belə bir fəsli sevməmək mümkünmü? Amma təbiətin də, həyatın da öz qanunları var. Bahardan sonra payız gəlir. Biz birinə seviniriksə, o birini də sevinclə qarşılayıb yaşamağı bacarmalıyıq.

 

- Ömrün ahıl çağları necədir?

 

- Ləzzətdir. Yaşanan gündən, açılan səhərdən, düşən axşamlardan adam gənclik illərində olduğundan daha çox dad, ləzzət alır. Elə bil ömrün qiymətini başa düşürsən. Gənclik illərində bizə elə gəlir ki, başladığımız yol hələ çox-çox uzaq gedəcək. Amma ömür sadəcə bir yuxudur, onun illəri, günləri elə tez ötür ki, bir də görürsən ki, dayanacaqdan dayanacağa, vaqondan vaqona keçib, tamam başqa bir səmtə yaxınlaşmısan. Bunun üçün də ahıl çağların qədir-qiyməti adama hərdən çox qəribə və şirin gəlir.

60-illiyimdə «Yaş altımışdır» adlı bir şeir yazmışdım:

 

Susmaz oldu eşqim, dilim,

Canım oldu doğma elim,

Əlini saçıma çəkdi sevgilim,

Dedi, şair, qocalmaq da bir alqışdı,

Sən sevin ki, yaş altmışdı

 

Əlli yaşımı ağrılar, acılar içində, xəstəxanalar palatasında qarşıladım. Həyatımın ölüm-dirimlə mübarizə illərini yaşadım. Hərdən mənə elə gəlirdi ki, deyəsən doğrudan da hər şey bitdi. Amma bitmədi. Tanrı mənə ömrün altmışını da qismət elədi. Ona görə həm uşaqlığımı, həm gəncliyimi, həm ömrün ahıl çağlarını özümə taleyin töhfəsi bilirəm.

Biz arzularla yaşayırıq, amma müəyən qanunauyğunluqlar da var. Əgər övlad toyu edib nəvə görmək istəyiriksə, biz bunu ancaq ahıllıqda yaşaya bilirik. Ona görə də ömrün bütün mərhələlərinin qədir-qiyməti insan üçün əziz olur.

 

Taleh Həmidin adına verilmiş

xoşbəxtlik

İtdiyi üçün etibarsız sayılır…

 

 

- Hər kəs bir işə başlayanda özü haqqında xəyallar qurur. Yəqin ki, siz də bu anları yaşamısınız. Hansı arzularınız vardı?

 

- Belə məqamlar adətən ömrün uşaqlıq, gənclik illərində olur. Romantika, romantik duyğular ancaq gəncliklə dostluq edir. Biz onda, yəni o əlçatmaz gənclik illərində hansı arzular, hansı xəyallarla yaşamırıq?! İllər keçir, ömür dolanır, görürük ki, talenin də insan üçün öz dürlü-dürlü töhfələri olur.

Xəyal uçan quşdur, arzu isə gələcəkdir. Təəssüflər olsun ki, biz o uzaqlıqdan baxanda gələcəyi hələ dəqiq müəyyənləşdirib, görə bilmirik. O, necə gəlir, necə olacaq? Bunu kim bilir?

Cavanlıqda arzularım çox idi. Müəyyən bir qisminə yetişdim, əksər hissəsinə isə nə əlim çatdı, nə ünüm yetdi. Məncə, heç kəsə arzuladığını vermirlər, istədiklərini verirlər. O da verilə, ya verilməyə…

 

- Böyük arzularınızdan hansı gerçəkləşməmiş qaldı?

 

- Çoxusu. Qızım Sevinc 12 yaşında dünyasını dəyişəndə, onu kəndimizdəki qəbiristanlığa tapşırıb dəhşətli xəyallar, ağrılar içərisində geri qayıdırdım. Birdən dönüb arxaya baxdım. Bir anlıq mənə elə gəldi ki, orada təkcə övladımı yox, həm də ən böyük arzularımı dəfn edib qayıdıram. Onda bir şeir yazmışdım:

 

Unutdum ömrün

uzaq qatarında

xoşbəxtliyimi,

İtirdim tələbəlik illərində

İtirdiyim çantam kimi.

İndi qaldıqca

Uzaq-uzaq qütblər arasında mən

Təcili bir elan vermək

Keçir ürəyimdən.

Ağrılar var  sinəmboyu yayılır,

Taleh Həmidin adına verilmiş

xoşbəxtlik

İtdiyi üçün etibarsız sayılır

 

Xoşbəxtlik bir andır. Hələ mən dünyada sonadək xoşbəxt olan bir insan görməmişəm. Hər halda bu, mənim fikrimdir. Bəlkə özünü əbədi xoşbəxt sayanlar var. Amma buna inanmağım gəlmir. İnsanın böyük arzuları qurtarırsa, onlar çin olmursa, əbədi xoşbəxtlər də yoxdur. /axar.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.