Qocaman şairlər “Ədəbiyyat qəzeti” haqda: “O qəzeti heç bir ədəbiyyat adamı bəyənmir”
22.11.13

Modern.az saytı Azərbaycan Yazıçılar Birliyinin nəzdində olan mətbu orqanların fəaliyyətinə mütəmadi olaraq toxunub. Bu dəfə isə məxsusi olaraq 1934-cü ildən fəaliyyət göstərən və qurumun yeganə qəzeti olan “Ədəbiyyat qəzeti” barədə yazarlar arasında sorğu keçirdik.

Sorğuya qocaman yazarların cəlb olunmasının əsas məqsədi o dövrün “Ədəbiyyat qəzeti” ilə bu günün “Ədəbiyyat qəzeti”ni müqayisə etmək idi.

Şair-publisist Tofiq Abdin uzun illərin qəzeti barədə ürəkağrısı ilə danışdı. Ötənlərin əsas ədəbi tribunası olan qəzetə bugünkü mənfi münasibətin müxtəlif səbəblərini əsas gətirdi: “Anar müəllim də öz müsahibəsində “Ədəbiyyat qəzeti” haqqında danışmışdı. Deyirlər ki, qəzetdə yaxşı materiallar çap olunmur. Qəzet də deyir ki, sən nə vaxt yaxşı yazı gətirdin ki, mən də çap eləmədim? Gətirilən yazılar da Tofiq Abdinin, Ramiz Rövşənin, Vaqif Cəbrayılzadənin şeirləri deyil, tutaq ki, Qəşəm Nəcəfzadənin şeirləridir. O da ədəbiyyatdır, bu da ədəviyyatdır. İndi hansısa qəzetdə çap olunmaq deyəndə adama gülməli gəlir. Çünki siz gənclərin əlində indi o qədər imkanlar var ki. Nəriman Həsənzadə “Ədəbiyyat qəzeti”ndən gedəni mən ora yazı verməmişəm. Durum indi necə deyim ki, Ayaz Vəfalı məni çap eləmədi. “Ədəbiyyat qəzeti”  və hər hansı bir qəzeti təbii ki, daha yaxşı buraxmaq da olar. Amma bunu deyən kimi həmin mətbu orqan da qarşıya bir arqument qoyur. Deyir ki, siz bizə yaxşı ədəbiyyat verin, biz də çap edək. “Ədəbiyyat qəzeti” Yazıçılar Birliyinin orqanıdır, o durub pambıqdan, kələmdən yazı vermir ki. İndiki məqamda “Ədəbiyyat qəzeti” bütün ədəbiyyat adamların xoşuna  gəlmir. Siz gənclər o qədər inkişaf etmisiz ki, bunun qarşısını almaq mümkün deyil. Mən qəzetə bir yazı verənə qədər görürəm ki, bir gənc yazar tez saytların birinə yazı verdi. “Ədəbiyyat qəzeti” Yazıçılar Birliyinin orqanıdır. Hər orqanın özünün səlahiyyətində olduğu mövzular, yazılar var. “Ədəbiyyat qəzeti” də bu cür çalışır. Düzdü, qəzeti daha yaxşı buraxmaq olar. Amma yaxşı buraxmaq üçün onların elə bir resepti yoxdur. Azərbaycanda 10 yaxşı şair var. Bu 10 şair bir ildə çap olundu. Sonra nə etməliyəm mən? Orda tərtibatı dəyişib, yeni qüvvələr cəlb etmək olar. Bunu da oranın baş redaktoru var, Ayaz Vəfalı, o edə bilər. Bir yerə ki dövlət pul verir qonorarın verilməsini özü müəyyən edir. Məsələn deyir ki, mən Tofiq Abdini yox, Nizami Cəfərovun məqaləsini çap edib qonorarı ona verirəm. Mən Ayaz Vəfalınınn yanına gedib ona müraciət etməmişəm. Ona görə yox ki, qəzet oxunmur. “525-ci qəzet”də çap olunuram. Gözəl ədəbiyyat səhifəsi  var. Elə orda çap olunan imzalar sonradan “Ədəbiyyat qəzeti”ndə çap olunur. Bəlkə də o qəzetdə yaxşı yazılar var. Sadəcə bu qəzetin adı qarayaxa çıxıb. Mən o qəzeti oxumuram”.

Şair Vahid Əziz isə tam fərqli olaraq “Ədəbiyyat qəzeti”ndən razılığını bildirdi. Əvvəl və indi də asanlıqla çap olunduğunu dilə gətirdi: “Mən əvvəl də “Ədəbiyyat qəzeti”ndə çap olunmuşam, indi də çap olunuram. Münasibətim də həmişə yaxşı olub. Rəhmətlik Heydər Əliyev “Azərbaycan”, “Ulduz”, “Qobustan” jurnallarına və “Ədəbiyyat qəzeti”nə pul ayırdı. Sonra o orqanlar müntəzəm şəkildə çap olunmaqla yanaşı həm də qonorar da verdilər. Təsəvvür elə ki, yazıçı ədəbiyyata xidmət etmək üçün kitabını buraxanda cibindən pul xərcləyirdisə, bu qəzet o vaxt qonorar verirdi. Mən nə vaxt şeirlərimi vermişəmsə çap ediblər. Sonuncu dəfə keçən il iki şeirim çap olunub“.

Şair-publisist Məmməd Aslan isə “525-ci qəzet”də çap olunduğundan “Ədəbiyyat qəzeti”nə ehtiyacı olmadığını bildirdi:  “Ömrümün cavan vaxtında “Ədəbiyyat qəzeti”ndə işləmişəm. Ora ilə əməkdaşlıq etmişəm. Cavanlıq çağımda orda şeirlərim və məqalələrim çap olunub. Aşıq Şəmşirin ulu babası Miskin Abdal haqqında “Miskinlərin ən məğruru” adlı yazım da çıxıb. Yeni nəslin Miskin Abdal tanışlığı da o yazı ilə olub. Nə isə bununla demək istəyirəm ki, ən yaxşı yazılarım elə o qəzetdə çıxıb. İndi ümumiyyətlə,  az çap olunuram. Keçən həftə elə o Miskin Abdalın nəslindən olan Qəmbər Şəmşiroğlu barədə geniş yazı yazmışam. Şeirlərimi verəndə çap edirlər. Sadəcə olaraq şeirlərimi “525-ci qəzet”də çap etdirirəm. Mən bir qəzetdən, bir pəncərədən dünyaya boylanmaq istəyirəm. Hər yerə yazı vermirəm. Amma ora da gətirib versəm yenə də çap edərlər. Odur ki, bu barədə başqa söz danışmağa haqqım yoxdu. Oranın baş redaktoru Ayaz Vəfalı ilə də vaxtilə bir yerdə işləmişik“. /Elmin Nuri, modern.az/


Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.