Səxavət Sahil - İlkin Fikrətoğlu haqqında qeydlər
25.11.13

Avanqard.net ədəbiyyat portalıdır. Burda ədəbi mətnlər hesab elədiyimiz yazıları çap edirik. Bu belə.
İlkin Fikrətoğlu isə tanınmış və təcrübəli idman jurnalisti və teleaparıcısıdır. Bu da belə.

Kimsə soruşa bilər ki, bəs sarışın oğlanın ədəbiyyata nə aidiyyəti var. Deyirəm ki var. Özü də, hazırda ədəbiyyat ortalığında olan qocalı-cavanlı yazarlarımızın bəzilərindən daha çöx ədəbiyyat, söz adamıdır.

Həm mütaliəsi, həm yaddaşı həm də şeir qoşmağı ilə İlkin Fikrətoğlu bəzi yazarlarımızdan istedadlıdır. Bu fikrimi İlkin Fikrətoğlunun dostları məmnuniyyətlə təstiq edər. Yazarlar arasında isə Kənan Hacı bunu şəxsən şahidi olub. Bir dəfə çay məclisində İlkin Fikrətoğlu gözlənilmədən Kənan Hacıya 3-4 misra həsr elədi. Kənan Hacı isə sözün yaxşı mənasında təəcüblənib əhsən dedi. İnanmayanlar Kənan Hacıdan soruşa bilər. 

İlkin Fikrətoğlu bu günə qədər bəlkə də 5-6 kitablıq bədahətədn şeir yazıb, bədahətən deyib. Əlbət də ki bunlar əhval-ruhiyyə şeirləridir. Lakin dostumuz öz sözlərini kağıza köçürməkdən uzaqdır.

Söz bazası dərindir dostumuzun. Onun heyran olunası yaddaşı var. Bu da təbii ki, mütaliə ilə, kitabla, oxumaqla bağlıdır.

Bir dəfə qədim Şabran torpağında ad günü məclisində idik. Kefimizin yaxşı vaxtında mərasimə aşıq dəvət olundu. Aşıq gəlib hazır qoşmalarından dedi, məclisdəkilərin adlarınına söz qoşdu, şirinlik aldı. Yadıma İlkin dostumuzun qoşmaları, bədahətən dediyi şeirləri düşdü. Yanımda əyləşən, İlkinin qardaşı Aqşinə dedim ki, bu aşığın qoşmalarından İlkin gündə 5-10 bənd deyir, özü də aşıqdan fərqli olaraq pulsuz qoşur şeirlərini. Aşıq da sıra ilə ordakıların adlarına şeir qoşub cibişdanına para doldururdu. Növbə İlkin Fikrətoğluna çatdı, aşıq dostumuzun adına bir bənd şeir dedi. Aşığa diqqətlə qulaq asan İlkin isə cavabında bir bənd şeir dedi. Aşıq tutulub qaldı, əhvalı korlansa da biruzə vermədi. Amma əvvəlki şövqlə deyə bilmirdi. Təbii ki, aşıq İlkin Fikrətoğluna cavab verə bilmədi. Bir necə dəfə İlkindən həmin bəndi təkrar etməsini istədi. Çox uzatmıram, məclisin sonunda aşıq İlkin Fikrətoğluna cavab şeirini desə də çöx mənasız alındı.

İlkin Fikrətoğlu haqqında yazmaq xoşdur. Yeyib içən oğlanların sözü olmasın İlkin canlara dəyən oğlandır. Elə özü də yeyib içən oğlandır. Onu dostları çox istəyir. Dostları da o qədərdir ki, sayıb qurtara bilməzsən. Dostdan danışdıq, gərək düşməni də yada salaq. İnamıram İlkinin düşməni olsun. Olsa da İlkin onlara düşmən gözü ilə baxmaz.

Bu gün İlkin Fikrətoğlunun ad günüdür. Sözü ölçülü-biçili, cümləsi mübtadəli, xəbərli İlkin Fikrətoğlunun.

Onun cəsarətli reoprtajları, jurnalist vicdanı ilə yazdığı mətnləri, aparıcılıq qabiliyyəti gənc jurnalistlər üçün əsl örnəkdir. Və s, və s...

Peygəmbərlik yaşın mübarək, əziz İlkin! Təbrik edirəm!

Mən bu yazını qeydlər kimi yazdım. Yəni qarışıq, ordan burdan. İlkin Fikrətoğlu mənim üçün ədəbiyyat, söz adamıdır. Söz adamı olmaq təkcə yazmaq məsələsi deyil. Həm də bilmək məsələsidir.

Yenililklər
30.05.20
Səxavət Sahil - Mənəvi qonorar
27.05.20
Kino strukturları Mədəniyyət Nazirliyindən ayrılsın - kino pullarının yeyilməsinin qarşısını almaq yolu...
27.05.20
Elçin İbrahimov - Bir dəfə danışdığımız dil heç zaman unudulmaz!
27.05.20
1918-1920-ci illərdə nəşr edilmiş “Azərbaycan” qəzeti latın qrafikalı əlifbaya transliterasiya olunur
27.05.20
Fəxri Müslüm - Mən ölsəm, içimdən öləcəm
26.05.20
Azərbaycanda Kino Şurası yaradıldı
14.05.20
Qafqaz Albaniyası abidəsi biganəliyin qurbanı olub
14.05.20
“Azərbaycan coğrafi adları ingilis dilində” kitabı nəşrə hazırlanır
14.05.20
Əlyazmaların elektron kitabxanasının yaradılması işi davam etdirilir
12.05.20
Rumıniyalı məşhur şairin kitabı Bakıda nəşr edildi
12.05.20
Dünya ədəbiyyatına dair fundamental əsər
12.05.20
Azərbaycan Milli Ensiklopediyasının 9-cu cildi nəşr edilib
12.05.20
Türkiyədə hər biri 500 illik tarixə sahib iki ədəd "İncil" tapılıb
11.05.20
Mərahim Nəsib - Sinif yoldaşım intihar edəndə sevdiyim qız nişanlandı
11.05.20
Fəxri Müslüm - Söhrab Tahirin əziz xatirəsinə
07.05.20
“Ulduz” jurnalının Məhəmməd Hadiyə həsr edilə xüsusi buraxılışı çap edilib
07.05.20
Fərid Hüseynin miniatür şeirlər kitabı çap olunub
07.05.20
Azad Qaradərilidən yeni ktab: “Qadağan zonası”
07.05.20
Rəbiqədən yeni kitab:“Çətirlərin qiyamı”
13.04.20
SURDO TV internet kanalı fəaliyyətə başladı – VİDEO
10.04.20
Mucru.art fəaliyyətə başladı
27.03.20
Nərimanov irsinin öyrənilməsinə layiqli töhfə
25.03.20
Orxan Mərdan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23.03.20
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
23.03.20
Milli Kitabxana ölkəmizdə yaranan vəziyyətlə əlaqədar oxuculara onlayn xidmətlərini təklif edir
23.03.20
Antonio Tabukkinin "İzabel üçün. Mandala" romanına ön söz
23.03.20
Məhəmməd İqbal - İlahi eşq və milli düçüncə şairi
23.03.20
Türkiyəli rejissor Xocalı soyqırı haqqında film çəkəcək
21.03.20
Antonio Tabukkinin “İzabel üçün. Mandala” romanı çap edilib
16.03.20
Elmira Axundova - Məmməd Orucun "Oyun havası"
15.03.20
Anar: “Koronavirusa görə yaşlı üzvlərimizin işə gəlməsinə məhdudiyyət qoyulacaq”
15.03.20
Qalib Şəfahətin "Sandıq" romanı çap olunub
14.03.20
Cəlil Cavanşirdən yeni kitab - "Eşq və intihar"
13.03.20
“Tarix və Tale” romanına dünyanın “şəxsiyyət vəsiqəsi” demək olardı, amma…
12.03.20
“Wall Street”də Nigar Əliyeva tərəfindən açılmış “America IDream” şirkəti
12.03.20
İçərişəhərdə keçirilməsi nəzərdə tutulan Novruz tədbirləri ləğv edilib
12.03.20
Xalq yazıçısı səfir təyin edildi
11.03.20
Fevralda ən çox satılan Azərbaycan ədəbiyyatının siyahısı
11.03.20

İstanbulda qədim və nadir Azərbaycan xalçalarının sərgisi açılacaq

11.03.20
“Avroviziya-2020"-də Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim edilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.