"Qanun" nəşriyyatı iki yeni kitab çap edib
27.11.13

KREMLİN  ARVADLARI - Larisa  Vasilyeva      

      
Rus yazıçısı L.Vasilyevanın «Kremlin arvadları» kitabı 1917-ci ilin oktyabrından 1991-ci ilin avqustuna kimi, əvvəlcə XKS – bolşevik, sonra da SSRİ – kommunist  diktaturası rəhbərlərinin həyat yoldaşları-arvadlarına həsr olunmuşdur. Son dərəcə əhatəli və əsrin axırlarında SSRİ dağılana kimi arxivlərin xüsusi bölmələrində tamamilə və həmişəlik məxfi möhürü ilə saxlanılan partiya və dövlət təşkilatların rəsmi sənədlərindən, faktiki materiallardan lazımınca istifadə etmiş müəllif, qalın Kreml divarları əhatəsində baş vermiş qadın faciələrinin səbəbləri və səbəbkarları haqqında oxuculara ətraflı məlumat verir. İ.Stalinin həyat yoldaşı Nadejda Alliluyevanın intiharından sonra, Kreml rəhbərləri arvadlarının həbs edilib ölüm düşərgələrinə sürgünə göndərilmələrinin miqyasları günü-gündən genişlənərək, onun ölüm gününə kimi davam etmişdir.
 Üç hissə, 664 səhifə və 150-dən artıq personajdan  ibarət kitabda bir nəfər də olsun bədii obraz yoxdur, bir dənə də müəllif uydurması təsvir olunmamışdır; hamısı Kreml rəhbərləri arvadlarının faciəli həyatlarının şərhidir.  
Məhz buna görə də müəllif, sovet-kommunist diktaturasının çoxsaylı cinayətlərinin bir qismi olan, Kremldə ancaq partiya və dövlət rəhbərlərinin arvadlarına qarşı həmin o diktaturanın güc strukturları tərəfindən törədilən cinayətləri ustalıqla sadalayaraq, oxucuları həm bu faciələrin, həm də diktator və diktator ətrafının qeyri-insani  fəaliyyət haqqında daha da dərindən düşünməyə dəvət edir. 

Лариса  Васильева        КРЕМЛЕВСКИЕ  ЖЕНЫ
Larisa  Vasilyeva            KREMLİN  ARVADLARI
Bakı, Qanun Nəşriyyatı, 2013, 664 səhifə.

Ruscadan tərcümə:     Abdulhəlim Mikrağvi
Nəşriyyat redaktoru:     Anar Mahmudoğlu 
Qiyməti 11.60 AZN


 
MƏHƏBBƏT YUVASI - Ziqfrid Lents 


Müharibədən sonrakı dövr alman ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan Ziqfrid Lents (1926) yalnız dünya şöhrətli “Alman dili dərsi”, “Diyarşünaslıq muzeyi” və s. romanların müəllifi deyil, həm də “kiçik janr”ın böyük ustası kimi tanınır.
Tədqiqatçılardan birinin “Yolu tez qət etməyi xoşlayan sprinter” adlandırdığı Lents öz hekayələrində müa­­sir insanı düşündürən problemlərə toxunur, onların ictimai-siyasi, mənəvi-psixoloji problemlərinin kök­lə­rini araşdırır. Yazıçının qəhrəmanları əsasən “kiçik adam”lardır, ancaq onlarla yaşadıqları cəmiyyət, bu cə­miy­yətdəki həyat tərzi, əxlaq normaları, sosial mühit arasında həmişə böyük təzadlar olur və Lentsin əksər hallarda istehza, bəzən də kövrək duyğularla qələmə aldığı hekayələrin süjetləri də məhz bu cür təzadlar üzərində qurulub...

SİEGFRİED LENZ   EİN HAUS AUS LAUTER LİEBE
ZİQFRİD  LENTS    MƏHƏBBƏT YUVASI
Bakı, Qanun Nəşriyyatı, 2013. 100 səh., 1000 tiraj

Alman dilindən tərcümə:        Vilayət Hacıyev
Redaktor:             Rövşən Hacıbəyli

Qiyməti 3.40 AZN

Avanqard.net

Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.