Londonda Kamal Abdullanın “Yarımçıq əlyazma” romanının təqdimatı olub
27.11.13

Londonda yazıçı Kamal Abdullanın ingilis dilinə tərcümə edilmiş “Yarımçıq əlyazma” romanının təqdimatı olmuşdur. Mərasim Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı ilə “Waterstones” kitab evində keçirilmişdir.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov müəllif barədə məlumat vermiş, onu müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olmaqla yanaşı, tanınmış ədəbi tənqidçi, ədəbiyyatşünas, dilşünas və mədəniyyətşünas alim kimi səciyyələndirmişdir.
Qeyd edilmişdir ki, yazıçının bu əsəri indiyədək ingilis, rus, ərəb, fransız, türk, qazax, portuqal və digər dillərə tərcümə olunmuş, dünyanın bir çox ölkəsində çap edilmişdir.
F.Qurbanov romanın əsas mövzusu, onun aid olduğu tarixi dövrlər, Azərbaycanda cərəyan edən hadisələrdən bəhs etmiş, yazıçının əsərin ana qayəsini təşkil edən tarixi şəxsiyyətlər və hadisələrə yanaşma tərzi, onları öz dili ilə ifadə üslubu barədə danışmışdır.
Tədbirdə çıxış edən Kamal Abdulla kitabın ingilis dilində nəşrində zəhməti olanlara, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə və AAC-a təşəkkürünü bildirmiş, bu əsərin Birləşmiş Krallıqda nəşr olunmasına görə məmnunluğunu ifadə etmişdir. Müəllif qeyd etmişdir ki, bu romanın dünyanın müxtəlif ölkələrində oxucular tərəfindən Azərbaycan ədəbiyyatının bir nümunəsi kimi maraqla qarşılanması və həmin əsərdə Azərbaycanın görkəmli şəxsiyyətlərindən və tariximizin önəmli dövrlərindən bəhs olunması onun üçün xüsusi əhəmiyyət daşıyır.
Romanın tərcüməçisi Enn Tompson əsərin ingilis dilinə tərcüməsi ilə bağlı özünəməxsus məqamlara toxunmuş, tərcümə zamanı orijinalın keyfiyyətlərini qorumaqla Dədə Qorqud, Şah İsmayıl və müasir dövrlərə xas dil üslubuna xüsusi diqqət yetirildiyini bildirmişdir.
Sonra müəllif oxucuları maraqlandıran sualları cavablandırmış, əsərin ədəbi-bədii keyfiyyətləri ilə bağlı müzakirələr olmuşdur.
Daha sonra romandan ingilis dilində parçalar oxunmuşdur. /AzərTAc/

Yenililklər
06.06.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında təmsil olunur
06.06.23
Günay Əfəndiyeva 21-ci Alanya Beynəlxalq Turizm və İncəsənət Festivalında iştirak edib
06.06.23
Vüqar Əhməd - Ədəbiyyatşünaslığımızın parlaq siması - Şirindil Alışanlı
01.06.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Polşadakı Səfirliyimiz Varşava Beynəlxalq Kitab Sərgisində təmsil olunub
31.05.23
XI ANAİB Kitab Sərgisi keçiriləcək
31.05.23
Günay Əfəndiyeva Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi ilə görüşüb
28.05.23
Gülşən Behbud - Sözü yaşayan və sözüylə yaşadan xanım
28.05.23
Hökumə Billuri (Həkimə İbrahim qızı Billuri) “Xalq Əmanəti” layihəsinin 23-cü nəşrində
26.05.23
Macarıstanda Xurşidbanu Natəvana həsr olunmuş “Şuşanın tək incisi” filmi nümayiş olunub
25.05.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Oşda VII Beynəlxalq "Dünya xalqlarının dastanları" Festivalının əsas təşkilatçılarındanbiri olub
25.05.23
Xalq yazıçısı Elçinin 80 illik yubileyi münasibətilə elmi sessiya keçirilib
19.05.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Macarıstan arasında əməkdaşlıq genişlənir
18.05.23
AMEA-da Mir Cəlalın 115 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
17.05.23
Azad Qaradərəli - Avdının şairliyi
11.05.23
Özbəkistanın Mədəniyyət və turizm naziri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib
10.05.23
I Naxçıvan Kitab Sərgisinin proqramı məlum oldu
10.05.23
İçərişəhərdə Milli Kitab Sərgisi keçiriləcək
08.05.23
Günay Əfəndiyeva Qazaxıstanda TÜRKSOY-un 30 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
05.05.23
Qazaxıstanda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib
04.05.23
Məmməd Orucun "Naməlum Fikrət Qoca" adlı kitabının təqdimatı keçirilib
04.05.23
Günay Əfəndiyeva Qazaxıstanın Mədəniyyət və idman naziri Asxat Oralovla görüşüb
03.05.23
“Həsən Seyidbəyli həyatı və nəsr yaradıcılığı” kitabı işıq üzü görüb
03.05.23
Kənan Hacı - Ədəbi tənqidin ətaləti
01.05.23
Azad Qaradərəli - Yazıçı Məqsəd Nurun rəssamlığı
01.05.23
Günay Əfəndiyeva: “Şübhəsiz ki, Şuşanı geniş miqyasda tanıdarkən Türk qardaşlığının, birliyinin gücünü dünyaya bir daha sərgiləmiş oluruq”
01.05.23
“Heydər Əliyev Və Azərbaycanın Davamlı İnkişaf Strategiyası: Modernləşmədə Yeni Təmayüllər"adlı Beynəlxalq elmi simpozium keçirilib
28.04.23

"Ana tarla" nın premyerası oldu

18.04.23
ANAİB I Naxçıvan Kitab Sərgisi keçiriləcək
17.04.23
Daşkənddə Xurşidbanu Natəvanın özbək dilinə tərcümə olunmuş əsərlərinin təqdimatı baş tutub
17.04.23
“Şuşa günləri” çərçivəsində Daşkənd Dövlət Sənət və Mədəniyyət İnstitutunda konsert keçirlib
17.04.23

Yaddaşları oyadan kitab

14.04.23
Günay Əfəndiyeva Özbəkistan Respublikasının Mədəniyyət və Turizm naziri ilə görüşüb
13.04.23
"Türkoloji etüdlər" kitabının təqdimatı olub
13.04.23
 “Azərbaycan teatrı–150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumu başa çatıb
13.04.23
Bakıda tarix-memarlıq abidəsinə müdaxilə edilib
13.04.23
Özbəkistanda Şuşa Günlərinin rəsmi açılış mərasimi keçirilib
12.04.23
Anar Məcidzadə - Yaşamaq səninçün asan gəlməsin
06.04.23
Uşaq və tədris ədəbiyyatı ilə bağlı seminar keçiriləcək
06.04.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanda “Şuşa Günləri” keçirəcək
05.04.23
"Əmir Xosrov Dəhləvi” kitabı işıq üzü görüb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.