Tapdıq Yolçu - 4-ü 400-ə çevirmiş əsər
04.12.13

Əslinə qalsa, mən bu yazını hələ altı ay bundan əvvəl yazmaq istəyirdim və o, indiki kimi bir köşə yazısı yox, çox böyük həvəs, isti duyğu və ciddi məsuliyyət hissi ilə redaktəsini etdiyim, Azərbaycan ədəbi mühitində sayılıb-seçilən, tanınmış yazıçı, 30 illik dostum Nəriman Əbdülrəhmanlının “Yolçu” romanına bir ön söz əvəzi olmalıydı, lakin əsər müəllifi məni bu fikrimdən daşındırıb, söylədi ki, qoy kitab işıq üzü görsün, bir nə qədər oxuyanlar olsun, sonra sözünü söylə...

...Və mən bu gün də həmin əsər barədə geniş söz açmaq istəmirəm (bu təşəbbüs artıq özümdən gəlmişdir), lakin söhbətim kitab və kitablarla bağlı bir ağrılı mövzu barədə olacaqdır. Çünki “Yolçu”nun işıq üzü gördüyü gündən ötən üç ay ərzində bir çox dost-tanış həm əyani görüşlərimizdə, həm virtual (“Facebook”da) yazışmalarımızda o kitabı necə və haradan əldə etmək barədə çoxluca sorğular aparmaqda və ya ödənişi müqabilində rastıma çıxarsa, onun üçün də o kitabdan bir-iki nüsxə əldə etməyi xahiş etməkdədirlər (Səmimi etirafda bulunum ki, indiyəcən cəmi iki dostumun bu xahişini yerinə yetirə bilmişəm). Budur, o yazışmalardan bir əyani nümunə: Fikret Aslan Merhaba Tapdıq bey. Evvela çıkan kitap hayırlı olsun, insanlık adına tebrik ederiz NERİMAN beyi. İstanbula geldiginizde “YOLÇU” adlı eserden iki adet getirirseniz, mutlu olurum, tabiiki ücreti karşılıgında. Saygı ve sevgi ile.

Hələ bir neçə dostumun da bu cür xahişlərlə üzləşdiyini bildiyimdən ortada, əslində, çox vacib, ağrılı bir sosial-mədəni problemin olduğunu bir daha yəqin etdim – yaşadığımız ölkədə doğma dilimizdə nəşr olunan kitabları əldə etmək üçün, bircə dənə də olsa, kitab mağazası yoxdur! Axı, istər mən olum, ya başqası, nə fərqi, hansısa bir kitabın peşində olub, Bakıdan bu yana nə qədər sifarişi saxlaya bilərik ki?! Bu xitabın cavabı da, zənnimcə, hər bir arif adam üçün aydın olan bir məsələdir, belə ki, bu işdə ya “dövlət qayğısı” deyilən bir addım atılmalı, ya da ilk bir neçə ildə bu təşəbbüsündən bir qəpik belə qazanc əldə etməyib, əksinə, sanılı pul hesabından məhrum olacağını gözünün altına alıb, hansısa bir xeyriyyəçi iş adamının bir kitab mağazası açması çıxış yolu ola bilər.

Yeri gəlmişkən, mövzu ilə əlaqəli bir faktı haşiyə olaraq burada qeyd etməyə bilmirəm – ölkəmizdə Azərbaycan dövlətinin bir məmuru çalışırdı və o insanın buradakı 5-6 illik fəaliyyəti dövründə görmüş olduğu ən gözəl, səmərəli işlərindən biri də bu idi ki, bir neçə mədəniyyət mərkəzimizə, çox sayda orta təhsil ocağımıza minlərlə elmi-bədii kitab bağışlamış, onlarla bu cür yeni mədəni irs nümunəsinin nəşrinə yardımçı olmuşdu. Onun bu fəaliyyətini qiymətləndirərkən, bəndəniz, hətta bir yeni kitabın təqdimatı zamanı həmin insana açıq, səmimi bir etirafını da belə ifadə etdi (neyləyim, doğrudan, bu fikirdəyəm ki, hər insana sağlığında qiymət verib, yaxşı işinə görə üzünə təriflər söylənilsə daha yaxşı olar!): “Əfəndim, soydaşlarım Sizi hər zaman “kitab filankəs” deyə, hörmətlə xatırlayacaqlar!”

Aşkar olan fakt budur – kitab oxumağa maraqlı soydaşımız heç də az deyildir, lakin hər kəsin, tutaq ki, ildə bir-iki dəfə nə Bakıya, el arasında deyildiyi kimi, nə də Şəkiyə yolu düşür, bəs onlar neyləsin? Bu yurdda əvvəlki sovet dönəmindən qalma kitablar da məlum səbəblərdən kara gəlmir. Bütün bunların da nəticəsində, xüsusilə, minlərlə gənc soydaşımız milli-mədəni irsimizi öyrənib, onları qavrayıb, yaddaşına köçürmək imkanından məhrum olmaqdadır. Təbii ki, o gənclərin də mənəviyyatla bağlı boş qalmaqda olan qafalarındakı yeri çox zaman başqa nələrsə tutur və bu da onların düzgün əqli inkişafına əngəl törədir...

...Sonra da deyirik ki, insanlarımız orda-burda niyə ən çox televiziya kanallarında nümayiş etdirilən boş, mənasız şou-filan söhbəti eləyirlər?!

...Sonra da deyirik, gənclərimiz onları öz zərərli əqidə təsiri altına alanların toruna nədən belə asanca düşürlər?!

Bu ritorik sualların bir cavabı da odur ki, o gənclər məşhur Məşədi İbadın heç olmasa “yarıyacan oxumuş olduğu cəmi 4 səhifəlik “Tarixi-Nadir”dən tamamən xəbərsizdirlər! Hələ “Yolçu”nu demirəm. Bu əsəri ilə Nəriman Əbdülrəhmanlı Nadir şahın tarixini yüz dəfə artırıb, belə ki, müəllif 560 səhifəlik əsərinin 400 səhifəsini tarixdə bizim də taleyimizlə bağlı müəyyən rolu olmuş həmin şəxsin həyat və fəaliyyətinə həsr etmişdir. Dahi Üzeyir Hacıbəyovun əsl nadanlıq nümunəsi kimi ustalıqla işlətmiş olduğu “Tarixi-Nadir” kəlamı artıq arxaikləşdi, çünki Nərimanın bu yeni əsərini oxuyan insan haqqında kiminsə, ən azı, “o, kəmsavaddır”  söyləməyə haqqı çatmayacaqdır! /mediaforum.az/

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.