Mirzə İbrahimovun əsərlərinin biblioqrafiyası çapdan çıxıb
04.12.13

Ölkəmizin ən nüfuzlu elm məbədi olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası “Azərbaycanın Elm və Mədəniyyət Xadimləri” seriyasından görkəmli dövlət xadimi, Xalq Yazıçısı, ədəbiyyatşünas və publisist, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri olmuş, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Mirzə İbrahimovun əsərlərinin biblioqrafiyasını Azərbaycan, rus və ingilis dillərində nəşr etdirmişdir.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasından AzərTAc-a bildirmişlər ki, nəşrin tərtibçi müəllifləri filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli və İsmət Səfərovdur.

AMEA rəyasət heyətinin sərəncamına əsasən hazırlanan, professor Teymur Əhmədovun və Firəngiz Hüseynovanın redaktorluğu ilə işıq üzü görən biblioqrafiya Mirzə İbrahimovun 1930-2011-ci illər arasında Azərbaycan, rus, türk, fars, ingilis və digər xalqların dillərində nəşr olunmuş kitablarını, konqres, elmi sessiya və konfrans materiallarını, eləcə də dövri mətbuatda dərc edilmiş ədəbi-tənqidi və publisistik məqalələrini, habelə müxtəlif qəzetlərə müsahibələrini əhatə edir.

Göstəricidə əvvəlcə M.İbrahimovun kitabları, sonra dövri mətbuatda çıxmış əsərləri verilmişdir. Akademikin ədəbi-tənqidi və publisistik məqalələri isə xronoloji qayda ilə sistemləşdirilmişdir. Yazıçının həyat və yaradıcılığı haqqında, eləcə də tərcümə etdiyi əsərlər ayrıca bölmələrdə öz əksini tapmışdır.

Biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədi ilə Mirzə İbrahimovun əsərlərinin və onun haqqında yazan müəlliflərin adlarının əlifba göstəricisi də verilmişdir. Həmçinin görkəmli elm və mədəniyyət xadimlərinin M.İbrahimov haqqında fikirləri də biblioqrafik-göstəricidə öz əksini tapmışdır.

Biblioqrafik-göstərici Xalq Yazıçısı Mirzə İbrahimov haqqında hərtərəfli məlumat almaq istəyən oxucular üçün əvəzedilməz bir vəsaitdir. /AzərTAc/

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.