“Azərbaycan“ jurnalında dəyişiklik olacaq?
13.12.13

"Tənqidlərlə razı deyiləm"

2014-cü ildə Azərbaycan Yazıçılar Birliyinin qurultayı keçiriləcək. Bu qurultaydan sonra Yazıçılar Birliyində köklü dəyişikliklər ediləcəyini, qurumda gəncləşdirmə siyasətinin aparılacağını iddia edənlər var. İlk növbədə mətbu orqanların rəhbərlərinin dəyişdiriləcəyi deyilir. Biz də vaxtaşırı tənqid olunan "Azərbaycan" jurnalı barəsində fikirlərini öyrənmək üçün yazıçılara və jurnalın əməkdaşlarına müraciət etdik.

"Bu jurnal məni qane edir"

Şair Qulu Ağsəs "Azərbaycan" jurnalının normal çıxdığını dedi: "İntiqam müəllim öz statusuna, dünya görüşünə, praktikasına uyğun jurnal çap edir. "Azərbaycan" jurnalı vicdanla çıxır. Ən azından onu deyə bilərəm ki, bu jurnal məni qane edir. Burada adətən böyük romanlar çap olunur. Əkrəm Əylislinin, İsa Hüseynovun, Elçin Əfəndiyevin əsərləri burada dərc olunur. Hətta Yazıçılar Birliyi ilə münasibətləri pis olan Əkrəm Əylislinin də əsərlərini "Azərbaycan" jurnalında yayımlayırlar".

"Prosesə müdaxilə edə bilmir"

Jurnalın əməkdaşı, tənqidçi Əsəd Cahangir İntiqam Qasımlının fəaliyyətindən razı olduğunu dedi: "İndi saytların, qəzetlərin, jurnalların sayı həddən artıq çoxalıb. Kimin kimdən xoşu gəlmirsə başlayır tənqid etməyə. "Azərbaycan" jurnalı hazırkı ədəbiyyatın səviyyəsinə uyğun şəkildə çıxır. Bu jurnalda bədii yükü olan əsərlər, tərcümələr, tənqidi məqalələr dərc olunur. Təbii ki, bu mətbu orqanda da müəyyən problemlər var. Ən böyük problemlərdən biri də ədəbi prosesə birbaşa müdaxilə edə bilməməsidir. Ancaq bununla yanaşı jurnal ədəbiyyatımıza böyük töhfələr verir. İntiqam müəllim öz işinin öhdəsindən yaxşı gələ bilir. Mən hesab eləmirəm ki, o, sözün pis mənasında yaşlanıb, artıq öz vəzifəsinin öhdəsindən gələ bilmir. Onun çox gözəl estetik zövqü var. Bu da İntiqam müəllimə imkan verir ki, "Azərbaycan" jurnalının ədəbi cəhətdən yüksək səviyyədə çıxmasını təmin etsin. Bu günə kimi görməmişəm ki, o, hər hansı bir pis yazıya yaxşı, yaxşı yazıya isə pis desin. Baş redaktorun dəyişilməsinə hər hansı bir ehtiyacın olduğunu düşünmürəm. Amma əlbəttə ki, Anar müəllim gəncləşdirmə siyasəti çərçivəsində bütün jurnalların rəhbərliyini dəyişdirərsə, "Azərbaycan" dərgisində də bu cür islahatlar aparıla bilər".

"Bizə cəfəngiyyat göndərirlər"

"Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımlı da gəzən söz-söhbətlərə münasibət bildirdi: "Mən tənqidlərlə razılaşmıram. "Azərbaycan" jurnalı çox yüksək səviyyədə çıxa bilir. Qaldı ki, gəncləşdirmə siyasəti məsələsinə, axı mən hələ qocalmamışam. 35 ildir ki, çox cüzi maaşla Azərbaycan ədəbiyyatına xidmət edirəm. Bir adam vəzifəsindən o zaman uzaqlaşdırılmalıdır ki, o, peşəsinin öhdəsindən gələ bilməsin. Ölülər elə bilir, dirilər hər gün halva yeyir. Bizə  roman adı ilə 400-500 səhifə  cəfəngiyyat göndərirlər. Bütün bunları oxumaq, seçmək lazımdır. "Azərbaycan" jurnalında hər dəfə böyük əsərlərə yer verilir. "Ulduz" jurnalı kimi kiçik hekayələr yayımlamaqla keçinə bilmirik". /teleqraf.com/

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.