Aqşin Yeniseyin "Uğur sirri" - MÜSAHİBƏ
17.12.13

Uğur nədir? Siz özünüzü uğurlar qazanmış biri hesab edirsinizmi? 


- Mən bu barədə heç vaxt fikirləşməmişəm. Amma onu da deyim ki, yaradıcı uğurlamın hamısı həyatımdakı uğursuzluqlarımın bəhrəsidir. Mən uduza-uduza qazanan “qumarbaz” kimi bir şeyəm. Deyəsən, Folkner də belə deyirdi ki, yaradıcılıq məğlubiyyət məsələsidir. Mən hələ uğurun “dadına” baxmamışam, ona görə insanlara yalan danışa bilmərəm.


Belə bir deyim var: uğuru da, uğursuzluğu da öncədən proqnozlaşdırmaq mümkündür. Siz uğurlarınızı proqnozlaşdırana qədər hansı yollardan keçmisiniz? 


- Sadəcə, Üzeyir Hacıbəyov kəndlərdən istedadlı uşaqları yığıb Bakıya oxumağa gətirdiyi kimi məni də universitetə gətirib atam. Vəssalam. Təkbaşıma oxumuşam, yaşamışam, bir növ, küçə uşağı kimi, Qavroş kimi. Amma həmişə düşüncəm bu olub ki, ən pis adam haqqında da yaxşı düşünmək lazımdır. Bu günə kimi bir qəpik belə olsun müftə pula göz dikməmişəm, yalnız oxumaq və yazmaqla yaşamışam. İndi də belədir. Evdə hamı yatır, mən isə hər gün səhər saat altıda durub günortaya qədər yazıram. Yüngül istirahətdən sonra isə həyatımı başqa müəlliflərin yazdıqlarına xərcləyirəm. 


Sizə görə “uğurun düsturu” nədir? Ümumiyyətlə, uğurlu biri olmaq üçün nə etmək, nədən başlamaq lazımdır?


- Məncə, belə bir düstur yoxdur. İnsan, sadəcə, bacardığı işin qolundan-qıçından yapışmalıdır. Özündən böyük görsənmək iddiası cılızlıq əlamətidir. Amma sözgəlişi belə bir resept verə bilərəm: zəhmət və şans. Eşşək ən zəhməteş heyvandır, amma şansı yoxdur, ona görə də eşşəkdi ki eşşək. Panda isə ən tənbəl heyvandır, amma şansı var. Ona görə hamı onu sevir. Fikrim yəqin ki, aydın oldu. Mütəxəsislər şərh edirlər ki, danışıq qabiliyyətinə yiyələn hər kəs cəmiyyətdə yaxşı mövqe tuta və maliyyə uğurları qazana bilər. 


Siz insan münasibətlərində əsasən nəyə diqqət yetirirsiniz?


- Hətta bəşəriyyətin böyük kəsiminin boyun qaçırdığı məsuliyyət hissinə. Məsələn, elə vaxt olur ki, şerdəki bir misraya can vermək üçün günlərlə əlləşirəm, amma adam da var, ağzına gələni yazır ki, “xalq şairi” olsun, orden-medal, təqaüd, Nizami Gəncəvi kimi padşahdan kəniz alıb özünə arvad eləsin. Bəzən istədiyim sözü canımdan çıxarmaqdan ötrü evdə əsəbi şəkildə gəzişirəm. Xanımımın bu halıma konkret deyinməsi də var: “Nə özünü öldürürsən yenə”. Mənim şer yazmağım, sadəcə, passiv, astagəl intihardır.


Bəzi gənclər bir işə başlayanda “Düşün, tətbiq et və nəticələndir” prinsipini unudurlar. Yəni onlar düşündüklərini ya tətbiq etmir, ya da nəticələndirmirlər. Bu problemlə üzləşənlərə nə söyləmək istərdiniz?


- Yaradıcı gəncliyi yaradıcılıq məsələlərində başlı-başına buraxmaq lazımdır. Bu yaradıcı anarxiya mütləq ədəbi-estetik bir nizam yaradacaq. Daxili azadlıq olmadan yaratmaq mümkün deyil. Elə adamlar var ki, hətta özlərinin daxili senzurası onları pis yazmağa məcbur edir. Sözsüz ki, mədəniyyətin üzərində ictimai-siyasi nəzarət olub və olacaq. Çünki o “nəzarətçilər” də bu cəmiyyətin tərkib hissələridir. Yaradıcılıq intim hadisədir, o prosesi heç kim görməməlidir, onsuz da, onun nəvəsi-nəticəsi hamının olacaq.


Uğurlu insanlar bildirirlər ki, özünü əhəmiyyətli hiss etmək istəyi onları, o cümlədən də bir çox insanı gözəl işlər görməyə vadar edib. Qarşısındakına “əhəmiyyətlisən” mesajını verməkdə çətinlik çəkənlərə nə söyləmək istərdiniz?


- Bu, adi bir məişət eqoizmidir. Əhəmiyyətli olduğunu bildiyin adama həsəd hissinə qapılıb bilərəkdən laqeyd münasibət sərgiləmək. Ona görə də ən sadə yol kiminsə nə deyəcəyinə fikir vermədən öz işinlə məşğul olmaqdır. İkinci məsələ odur ki, insanlar çox zaman layiq olmadıqları qiyməti, hörməti tələb edir başqalarından. Bu da eqoizmin bir növüdür. Məsələn, özümü misal çəkim; haqqımda, daha doğrusu, yazılarım haqqında xeyli tərif və tənqid, hətta təhqir eşidirəm. İnanın, bunların heç birinin mənim üçün əhəmiyyəti yoxdur. Çünki yazı yazanda o adamların heç biri mənim yanımda olmur, nə tərifləyənlər, nə tənqid edənlər.


Sizcə insanların ən güclü silahı nədir-ağıl, yoxsa ürək?


- Bu barədə bir yazım olub. Mən bir şair kimi ürəyin tərəfindəyəm, amma sadə bir insan kimi ağlın. O insanlara qibtə edirəm ki, ağılları ilə ürəklərini dost edə biliblər. İnsanın bədənində beyinlə ürək kimi bir-birilərinin istəklərinə düşmənçilik edən ikinci belə cütlük yoxdur. Ürəyin istədiyini beyin, beyinin istədiyini ürək istəmir. /azadinform.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.