Cavanşir Yusifli - Kitab yaddaşı
17.12.13

Dostum Məsiağa Məhəmmədinin ad gününə

        Bəzən gerçəklik «kitaba qayıdır». Kitabda yazılanları yaşamağa başlayır və kitabda nələrin təsvir edilməsi gerçəklikdə baş verənlərin qısa düsturuna çevrilir. Bu nədir? Əsərlə gerçəklik arasındakı əlaqələrin bir nöqtədə doğrultusumu? Yəqin ki, belədir. Ancaq... Hər şey həyatdakı «hə» ilə «yox»un bitişdiyi, biri digərinə yavuq gəldiyi məqamdan dəyişir, başqalaşır, az-az adamların anlayacağı bir nəsnəyə çevrilir. İbn Ərəbinin «Futuhat» əsərində belə bir məqam var.
 
Uşaq və fəlsəfə
        Günlərin bir günü  Qorduya, müsəlman mollası (kadi) Əbu Valid İbn  Ruşdin evinə gəldim; hər yerdə Allahın mənə bəxş etdiyi işıqdan, nurdan danışıldığını eşidəndə çox təəccüblənmiş və mənimlə görüşmək istədiyni bildirmişdi. Dostlarından biri - atam ağlına gələn hansı bəhanəyləsə onun yanına tələsmişdi. Bu dövrdə üzünə tük çıxmamış bir uşaqdım, nə bığım, nə də saqqalım vardı. Özümü təqdim edəndə yerindən qalxdı, ehtiram və məhəbbətini bildirdi və məni bağrına basdı. Sonra dedi: «Hə». Mən də öz növbəmdə «Hə»dedim. Nə dediyini başa düşdüyümü görəndə üzündə təbəssüm yarandı. Ancaq sevincinin özəyində nəyin durduğunu anlayanda əlavə etdim: «Yox». Qaşlarıçatıldı, sifətinin rəngi dəyişdi və şübhə ifadə etməyə başladı: «İlahi vəhylə nəyi aşkar etdiniz? Bu, qəlbimizə şübhə toxumu səpən nəsnələrlə eynidirmi?». Cavabverdim: «Həm hə, həm də yox; hə ilə yox arasında düşüncəmiz uçur və...heç nə görünmür...”  İbn Arabi, Futuhat, I, p. 153-154. (fransız dilindən tərcümə). 

     A.V. Smirnov, İbn Ərəbinin ən yaxşı tədqiqatçılarından biri bu görüşlər haqqında yazmışdı: «Desək, yanılmarıq ki, orta əsrlər insanı həyatın hər bir anının məna ilə aşılandığı bir dünyada yaşayır və.. bu anlamda haqqında bəhs edilən məna bu an mövcud olan nəsnənin sərhədləri ilə qapanmır, gələcəyə uzanır və əbədiyyətlə bağlanır. Bu insan dibsiz və irrasional sonsuzluğu tanımır. Onun üçün maddi dünya fiziki baxımdan olmasa da fikirdə, mənada əl çatan səma sferasının sərhədlərini qapsayır və istənilən varlığın qurulduğu görünən elementləri yaxşı tanıyır. Dünya evi onun üçün yaradılıb və ona tabedir, çünki insan dünyanın ən ali varlığıdır, yaradıcılığın ən son həddidir. Orta əsrlər insanı qəfildən özü haqqında oturuşmuş təsəvvürləri dağıtma təhlükəsinin olmadığı sabit dünyada yaşayır...».
        Başqa sözlə desək, bu dünya əbədiyyətə aparan yolda müvəqqəti dayanacaq olsa da, insana yaxın və anlaşıqlıdır. Mistisizmdə o, daha da şəffaflaşır: hər bir hadisənin içindən hadisələrin rəngarəng mozaikasını bir məqamda düyümləyən bir məna doğulur. Ənənəvi dini təsəvvürün ayırdığı Allah və onun yaratdığı insan mistik üçün yerin və göyün, əbədinin və faninin bir yerdə olduğu məqmada qovuşur. Demək, sufi üçün təkcə dünya evi deyil, onun mənbəyi-başlanğıcı da «əllə toxunan məsafədədir». Dünyada insanın əliylə toxuna bilmədiyi heç nə qalmır...          
         Aydın məsələdir ki, orta əsrlər başa çatdıqdan sonra bu təsəvvür də köklü təbəddülata uğrayır. Sufi – yerlə göyü birləşdirən, hər bir əşyanın və nəsnənin üzərinə işıq salan, onu tanıdan bir fiqurdur, bu fiqur aradan qalxdıqdan sonra səhnə başqa təsəvvürlərin, fərqli yaşama qaydalarının meydanına çevrilir. Canlı varlıq – mediator aradan qalxdıqdan sonra bütün hadisələr bənzətmə üsulu ilə qurulur, tarix səhnəsində sadəcə orta əsrlər mahiyyətinin oyunu çıxarılır – ancaq tərs üzünə...
       
Axundovun «...Dərviş Məstəli Şahında» bu mediator təlxəklə əvəz edilir. Yeni dövr oyun əsrdir. Hər bir hadisə pərdə arxasına qədər uzanır, bura çatan kimi, həqiqi mahiyyətini əldə edərək dünyanın üstünə yeriyir (..ya Məlixa!), dünyanı dağıdır, daş üstə daş qalmır. Bu oyun qəliz siyasət sferasını formalaşdırır, orta əsrlərin insan anlayışı atrofiyaya uğrayır, dibsiz, sərhədsiz və...mənasız bir dünya yaranır. Bu formulun içindəki qəliz oyunlar indiki dövrdə də davam edir. Eynən Axundovun komediyasında olduğu kimi, əvvəl oyunun daşları düzülür, müəyyən hadisələr sırasının məntiqi «qarışdırılır», çalxalanır, o vaxta qədər çalxalanır ki, görünən mahiyyət itsin...
    
Yeni qurulan oyunda hadisənin əsl mahiyyətinə deyil, onun oxşarına istinad edilir, bu iş təkrarlandıqca nəyin yalan, nəyin doğru olmasının sərhəddi itir, meydana övliya libasında baş kəsənlər gəlir.

Avanqard.net

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.