Salam Sarvan: "Poeziyamızın klassiklərini öldürmək zamanı çoxdan çatıb"
20.12.13

- Sizi müasir şeirimizin Salamı - ilki, novatoru hesab etmək olar?

 

- Düzü, bu cür təhlillər aparmamışam, mən sadəcə şeir yazmışam və bu şeirin ədəbiyyatşünaslıq baxımından, hansı ölçülərdə olmasıyla maraqlanmamışam.

 

- "Boğulmaq da olmur, dayazdı dünya".  Dünya dayazdır, yoxsa biz yaxşı üzgüçüyük?

 

- Misradan kənara çıxaq: əslində dünya dərindir, bizsə, sanki onun sahilində yaşamaqdayıq. Sanki içinə girməmişik.

 

- Salam Sarvan yaradıcılığında "saat fəlsəfəsi". Bir çox şeirinizdə saat sözü, zaman məfhumu işlənib. Planlı iş görməyi sevdiyiniz, itirdiyiniz zamana heyfsilədiyiniz, yoxsa, qocalıqdan qorxduğunuz üçün?

 

- Planlı heç nə eləmirəm. Əslində, zaman itkisi deyilən bir şey yoxdur. Yəni, yaşayıb “geridə qoyduğumuz” keçmiş də həmişə bizimdir, həmişə bizimlədir. Eləcə, qarşıdakı gələcək də uzaqda, kənarda deyil, elə, indiki yaşantılarımızın içindədir. Məsələn, təzə şeirlərdən birində belə məqam var: noolsun ki, hələ gələcəyin telefonunu gəzdirmirik, gələcəyin günəşi altında ki gəzirik. Yəni, gələcəkdən böyük gözləntilər sadəlövhlükdü. Gələcəkdə xırda şeylər dəyişə bilər: məsələn, yaşımızın rəqəmi artar, saç düzümümüzün dəbi dəyişər, paltaryuyan maşın bir az da təkmilləşər... Amma keçmişin də, gələcəyin də böyük dəyərlərini biz, indiki həyatımızda da yaşayırıq. Qocalıqdansa qorxmuram. Bilirəm ki, qocalmayacağam.

 

- Oyun oynamaq çətindi,  sözlə oynamaq?

 

 - Hər ikisi asandır. Bilirsən, elə oyunlar var ki, onlarda qələbə olmur. Yəni, hesab olmur. Əslində, ədəbiyyat da həyat kimi hesabsız, yəni, məğlubiyyətsiz və qələbəsiz oyundur. Hərçənd, indi baxanda görürəm ki, həyatda da, ədəbiyyatda da oynadığım bütün oyunlara qambit başlanğıcıyla başlamışam. Qambit şahmat terminidi, oyun başlayan kimi ilk gedişdən qurban verirsən.

 

- Məğlub olmağı bacarırsınız?

 

- Revanş imkanı həmişə var, deyə məğlubiyyət deyilən şey də yox. Ümumən, qisasçılığı təbii hiss sayıram.

 

- Şəxsiyyət yaradıcılığa nə dərəcədə təsir edir? Salam Sarvan hansı şeirlərində var? Bəs hansılarda başqasını yazıb?

 

- Bu suala çox cavab vermişəm. Təkrar olsa da, qoy yenə deyim: oxucuya elə gəlir ki, şair bütün şeirlərində özüdür, öz taleyi ilə, öz yaşantılarıyladır. Ancaq belə ola bilməz, çünki yazdığımız şeirlər müxtəlif dağınıq düşüncə qatlarının nəticəsidir, bəziləri heç müəllifin öz yaşantıları deyil. Məsələn, sənə misralar deyirəm: Kəndiri rezinmiş dar ağacımın, bəxtəvər başıma, hələ dartılır. Ana, məni basdırarsan boyumu soxduğun yerə. Dərdin doqquzuncu mərtəbəsində, bizim gözümüzdə saatnandı su. Bunlar bir vaxtlar ənənəvi şeirimizi doldurmuş "ölüm", "dərd", "göz yaşı", "sevgi" pafosuna ironiyadır. Amma ironiyasız, müəyyən yaşantılardan yaranan məqamlar da var. Məsələn: Hər şeyi, hamını unutmaqla ölü kimi bir şeysən. Təkcə soyuducunun fasiləli səsidi həyatı arabir yadına salan. Elə məqamlar da var ki, həyatilikdən uzaq, təxəyyül kombinasiyalarıdır. Onları ədəbiyyat yuxuları da hesab eləmək olar. Məsələn: Öləsən... gözünü qapaya bir qız əlləri, bu, sənin ilk qadın sığalın ola!   Elə şeirlər də var ki, sadəcə, müşahidədən gəlir:   Zibil qutularından hər gün çörək tullantılarını yığan bomj bu dəfə tullanmış solğun gülləri yığırdı qadınına bağışlamaqçün. Nəhayət, söz oyunları:

 

Sənə deyiləsi deyil sənə deyiləsi sözüm.

 

Yəni, iki cür şeir oxucusu var: biri heç vaxt şeirə sənət meyarlarından yanaşmır və məncə, o bu mənada yarımhaqlıdır. O, şeirdəki enerjinin yarısını almaq istəyir  – ruhi, mənəvi zövqü alır, amma estetik zövq barədə düşünmür. O biri isə əksinə, şeirin estetik yükünə diqqət yetirir, amma oxuduğunu içinə salmır.

 

- Təzəlikcə “Sevgi şeirimizdə mevgi” adlı silsilə yazılar yazmağa başlamısınız. Həmin yazılarda Azərbaycan poeziyasının  uzun zaman “cananın tükünə” ilişib qalmasını lağa qoyursunuz. Bildiyimiz kimi, bu gün ənənə olan şey nə vaxtsa, novatorluq olub. Bəs Salam Sarvan poeziyasında elə bir mövzu varmı ki, bu gün üçün novator olub, 100-200 il sonra xələfləri tərəfindən tənqid olunsun? Yoxsa, həmişə aktual olacağını düşünür?

 

- Belə danışaq da, məncə, elə ədəbi irs var ki, onu tənqid eləmək də mənasız işdi. Yaşamayan şeirləri öldürmək lazım. Yəni, “tük”dən asılı poeziyamızın klassiklərini öldürmək zamanı çoxdan çatıb. Onların əksəriyyətini dərsliklərdən, tədris sistemindən çıxartmaq lazımdı. Lap heykəllərini də yığışdırsalar, pis olmaz. Həm də, bu cəfəngiyyatın dissertasiya, diplom işi-filan kimi məsələlərdə mövzu kimi seçilməsinə də gərək yol verilməsin. Özümə qalanda, bütün zamanları doldurmaq kimi düşük bir niyyətim yoxdu.  

 

- Paradoks: "Humanist şair, qatil oldu".

 

- Kim deyir ki, mən humanist şairəm?!

 

- Humanist insan olmaya bilərsiniz, amma məncə, humanist şairsiniz. Ümumiyyətlə, insan qətllərinə necəsə haqq qazandırmaq mümkündürmü?

 

- Bu yaxında bir şey oxudum, deyəsən, Konfutsidən idi, deyir ki, insanları niyə öldürürsünüz, bir az da gözləyin, özləri onsuz da öləcəklər.

 

- Son dövrlər, abı-havasına uyğun sərbəst şeirləriniz var. Sizcə, sizdə hecada yazmaq daha uğurlu alınır, ya sərbəstdə?

 

- Sərbəst şeirləri təkcə son dövrlər yox, 90-cı illərdə də yazmışam. Onları miniatürlər də hesab eləmək olar. Hal-qəziyyə budu ki, indiyədək janrından, formasından asılı olmayaraq nə yazmışamsa, deyilənə görə, hamısı alınıb. Hətta cavanlıqda yazdığım sevgi məktubları da, hətta partiyada işləyəndə yazdığım siyasi bəyanat mətni də. (gülür)

 

- Yazıçı eqosu, iddiası haqda fikrinizi bilmək istərdim.

 

- Bədii mətn elə eqodur, iddiadır başdan-ayağa. Gəlin hesab eləyək ki, “ədəbi əxlaq”  deyilən bir şey var. Bu halda mən yazıçının yox, yazının iddiasını “ədəbi əxlaqa” uyğun sayıram.

 

- Qatarlar relsdən çıxıb, qəza törədəndə, Azadlığa çıxır, bəs siz?

 

- Mən daha çatmışam, qəza mümkün deyil. Bu heç, bu, zarafatdı. Yazdığım şeirlərin misraları üstündə qurulmuş suallara cavab vermək, çətindi mənimçün.

 

- Hansı ayrılıq üzündən səssiz yaşar balıqlar?

 

- Bu cür poetik suala cavab da poetik olacaq, təbii ki. Bəlkə də, yarandıqlarıyçün, yəni "yox"dan "var" olduqlarıyçün, yəni yoxluqlarından ayrıldıqlarıyçün.

 

- Həyata praqmatik baxan şair necə olur ki, şeirdə hisslərə bu qədər önəm verir?

 

- Həyata praqmatik baxmağıma baxma, hisslərlə görürəm. (gülür)

 

- Hələlik son sözünüz.

 

- Səyahətə çıxmaq lazımdır.

 

- Mən, yoxsa siz?

 

- Mən. Sən hələ vətəndə doyunca yaşamamısan...

 

- Birdəfəlik “səyahətlə” aranız necədir? Başqa ölkədə yaşamağa getmək, mühacirət...

 

- Məndə bu alınmayacaq, güman ki. Amma gedənləri anlayıram. Dünyanı görmək, dünyaya qarışmaq lazımdı ki, öləndə “dünyadan getdi” ifadəsi məntiqi səslənsin. Biz heç e, biz öləndə dünyadan yox, uzaqbaşı 4-cü mikrorayondan getmiş olacağıq. Dünyanı gördük ki?! /1937.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.