Rövşən Danyeri - Seymur Baycanın kəndirbazlığı
20.12.13

Seymur Baycanın “Ana ürəyi” romanını oxuduqca gözümün qabağına onun oxucularından narazılığı gəldi. Seymur bəy bu kitabı ilə oxucularından yaxşıca qisas alıb.

Yadımdadır, “Quqark” romanının rus dili versiyası çap olunanda Seymur Baycandan müsahibə almışdım. Elə “Ana ürəyi” barəsində ilk dəfə bu müsahibəsində məlumat vermişdi. Onda oxucularından çox şikayətlənmişdi. Deyirdi ki, adam Azərbaycanda əsl yazıçı olduğunu hiss edə bilmir: “Bizdə adam özünü yazar hesab edə bilmir. Gedirəm “Əli və Nino”ya və ya başqa bir kitab evinə, orda kitab mühitini görə bilmirəm. Bundan başqa bizim oxucularımızın səviyyəsi də çox aşağıdır. Baxırsan ki, normal, ağıllı-başlı adamdır, ancaq kitabla bağlı elə sual verir ki, deyirsən, bu, həqiqətənmi normal insandır? Biri gəlib soruşur ki, doğrudanmı, bu yazdıqların olub? Və ya həqiqətənmi sən bu qədər yemək yeyirsən?

Seymur Baycanın “Ana ürəyi” kitabını oxuduqca məhz bu sözləri xatırlayırdım. Düşünürəm ki, Seymur bəy bu roman vasitəsilə öz ənənəvi oxucusundan intiqam alıb, onu çox ustalıqla dolaya bilib. Mətndəki ironiyanı bəlkə bə bir çox oxucular başa düşə bilməyib. Hətta buna görə onu aşağı səviyyəli əsər yazmaqda günahlandırıblar da. Ancaq Seymur Baycan “Ana ürəyi” ilə bütün oxucu qruplarının istəyinə uyğun bir əsər ortaya qoya bilib. O, həm Varis, Qaraqan kimi yazıçıların oxucu qruplarına, həm də intellektual oxucunun maraqlarına uyğun əsər yarada bilib. Əslində, bu çox təhlükəli bir oyundur. Necə deyərlər, yazıçı qələm ilə kəndirbazlıq edib. O, roman boyunca bir xəttin üstündə çox ustalıqla hərəkət edə bilib. Əgər hər hansı bir tərəfə ağırlıq salsaydı, bütün tarazlıq pozulardı. Roman alınmazdı, istənilən effekti verməzdi. Nəticədə o, zəif əsər yaratmış olardı. Bəlkə də bu kitabı Seymur Baycan deyil də gənc bir yazıçı yazsaydı, bu qədər uğur qazana bilməzdi. Çox böyük tənqidlərə məruz qalardı. “Ana ürəyi”ndə yazıçı həm ona əcaib suallar verən oxucusunu dolayır, həm də lağlağı edərkən öz intellektual oxucusunu da unutmur. O, əsərdə ədəbiyyat yarada bilir. İstər aldadılmış oxucu, istərsə də ciddi ədəbiyyat sevənlər burada oxumağa nəsə tapa bilir. Seymur Baycan romanında millətçiləri, boş-boş danışan aktivistləri, yaltaqları, romantikləri obrazları vasitəsilə çox rahatlıqla tənqid hədəfinə gətirir, lağlağı obyektinə çevirir. Əslində, bunu etməklə böyük bir risqə gedir. Düşünürəm ki, hər hansı bir yazıçı bu qədər böyük risq etməzdi.

Çünki bunun sonunda Seymur Baycanın özü demişkən, gülünc vəziyətə düşüb, romanın bir lətifəyə bənzədilməsi də ola bilərdi. Ancaq o, bundan qorxmayaraq qələminə, yazı texnikasına güvənərək çox maraqlı bir mətn ortaya qoya bilib. Romanın başından sonuna qədər oxucularını dolamaqla məşğul olan bəy, arada intellektual oxucuları üçün xüsusi müsajlar da verir. Bununla yanaşı qisas aldığı insanlara ustalıqla tələ qurur. İstər romanın başlanğıcındakı tanışlıq prosesi, istərsə də “bədbəxt o adamdır ki, bədbəxt olduğunu bilir” tipli cümlələrlə öz istəyini yerini yetirir. Bu romanı oxuduqca sanki müəllif bir kənarda durub, sənə gülür təəssüratı yaranır.

Seymur Baycanın bu romanında bəyənmədiyim bir məqam  oldu. O, reklam qanunu kobud şəkildə pozur. O, romanda ümumiləşdirmədən istifadə edərək “Romantik” tipli butiklərdən alış-veriş edən gənclərə ironiya ilə yanaşır. Onlara etirazını bildirir. Ancaq bununla yanaşı o, Azərbaycanda fəaliyyət göstərən firmanın imicinə də xüsusi zərbə vurur. Bəlkə də mənim bu cümlələrim həddən artıq idealistcəsinə çıxır. Və bu bir çoxlarının xoşuna gəlməyəcək. Ancaq bununla belə qanunlara görə bir markanın üzərindən bu cür anti-piar kampaniya aparmaq qanunla qadağandır.

Bütün bunlara baxmayaraq bu kitabı hər kəsə oxumağı məsləhət görürəm. Kitabdakı “Ana ürəyi” romanı 106 səhifədir. İstər bu romanı, istərsə də digər hekayələri birnəfəsə oxuyacaqsınız. Bu kitab sizin çox xoşunuza gələcək. Seymur Baycanın publisistik yazılarındakı ironiyasını və yazı texnologiyasını görə biləcəksiniz. Buna görə də kitabı oxuduğunun vaxta və ən yaxşısı xərclədiyiniz pula görə təəssüflənməyəcəksiniz. /teleqraf.com/

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.