Aytən Nəsibbəyli - Aygül Qurbanova üçün
26.12.13
O qız əlində kitab ağlar. Süzülər sətir-sətir, misra-misra gilələr. Hər gilə nifrət, hər nifrət bir əzm, mübarizə. Tutacaq yaxanızdan, əlbət, bir gün. Dəli kimi, Gözü dönmüş o. Ya qazanacaq, Ya qalibdir. Nə qorxusu?! Qorxun siz. Qorxun teatrdan, kitabdan. Bir silahsız gəncin odlu ürəyindən. Atılan mərmi deyil, güldü hər gün. Görmədiniz! Ölən biz yox, sizdiniz hər gün. Duymadınız!
Avanqard.net
|