“Qanun” nəşriyyatı dünya ədəbiyyatından yeni kitablar nəşr edib
27.12.13

Fyodor Dostoyevski  - ÖLÜ EVDƏN QEYDLƏR

«Ölü evdən qeydlər» Dostoyevski yaradıcılığında və dünyagörü­şündə dönüş nöqtəsidir. Bu əsəri Dostoyevski onillik fasilədən, Sibir sürgünündən qayıtdıqdan sonra yazmışdır. 1849-cu ildə yazıçı Petra­şev­skinin dərnəyində iştirakına və orada V.Q.Belin­skinin «Qoqola mək­­tub»unu oxuduğuna görə digər sosialist-utopistlərlə birlikdə həbs edilmişdi. Məhkəmə ona də­rnəyin fəal­ları sırasında ölüm hökmü çıxarmış və onun icrasına bir neçə dəqiqə qalmış  hökm Çar tərə­findən dəyişdirilərək Sibirə sür­gün­lə əvəz edilmişdi. Özünün çox da uzaqda olmayan ölüm an­larını yaşayan gənc ədib cəzanın dörd ilini Omsk şəhərinin həbsxanasında, qalan altı ilini isə Sibirdə keçirmişdi.

«Ölü evdən qeydlər» əsəri yazıçının məhz Omsk həbs­xa­na­sın­dakı həyatını və təəssüratlarını əks etdirir və real faktlar əsasında yazıl­mışdır. Müdhiş cinayətlər törətmiş məhbuslarla ünsiyyət onun dün­ya­görüşünə ciddi təsir etmişdir.
 
Bakı, Qanun Nəşriyyatı, 2013
376 səh. 
Tərcümə edəni: Məmməd Qocayev
Korrektor: Sona Əliyeva
       
 
FYODOR DOSTOYEVSKİ   -  CİNAYƏT VƏ CƏZA


 “Cinayət və Cəza” Dostoyevskinin ən gözəl romanlarından biridir (“Prestupleniye i Nakazaniye”). İlk dəfə 1866-cı ildə “Russkiy vestnik” adlı ədəbiyyat jurnalında çap edilib. Bu ro­man Dostoyevskinin katorqa­dan qayıtdıqdan sonra yazdığı ikin­­ci irihəcmli əsəridir. Bununla birlikdə yazıçının püxtələşmə dövrünün ilk böyük romanı sayılır.
Əsərin oxucunu daim gərginlikdə saxlayan psixoloji süjet xətti var. Dünyanın böyük yazarları bu romanı detektiv janrı­nın şedevri hesab eləyirlər.
Kasıb Raskolnikov çalışqan və qabiliyyətli olsa da, maddi imkansızlıq ucbatından təhsil aldığı hüquq fakültəsini yarıda buraxmaq məcburiyyə­tində qalır. O, hesab eləyir ki, var-dövlə­tin, pulla nələr eləmək gərəkdiyini bil­məyən, yaramaz, insanlıq ailəsində parazit kimi yer tutan mənəviyyat­sızların əlində ol­ması, o var-dövlətlə cəmiyyətin inkişafına hüdudsuz xe­yir verə biləcək insanlarınsa maddi sıxıntı çəkməsi qətiyyən ədalətli deyil.  Bu yanlışlığı düzəltmək üçün Raskolnikov qoca və çox varlı olan sələmçi qarını heç bir şahid buraxmadan öldürür. Kimsənin onu görmədiyini və arxada bir iz qoymadığını bilə-bilə, Raskolnikov sonsuz iztirablara düçar olur. O, artıq in­sanlığını, paklığını itirmiş durumdadır. Saf ürəkli Son­yaya ci­nayətini etiraf edən Raskolnikov bundan sonra polisə təslim olur və cəzasını çəkmək üçün Sibirə katorqaya gedir.
“Mənim alçaldılmışların xilaskarı, zəiflərin təsəllisi olmaq üçün hər hansı əxlaq qanununu pozmaq kimi hüququm varmı?” - romanın qa­yə­sini bu sual təşkil eləyir. Bəs cavab? Cavab da elə bu əsərin özündədir.

Bakı, Qanun Nəşriyyatı, “Əli və Nino” Nəşriyyatı, 2013,
636 səh.,
Tərcümə edən:     Beydulla Musayev   

 
Corco Faletti - MƏN ÖLDÜRÜRƏM 

Bu əsər son onilliyin ən məşhur italyan romanıdır. Kitab dükanlarında görünəndən iki il sonra iki milyon yarım tirajla satılıb, digər dillərə tərcümə olunanda isə başlanğıc tirajı yüz min nüsxəni keçib.
«Mən öldürürəm» romanında hər şey var – gərginlik və maraqlı süjet, kazino, «Formula-1» yarışları, Şubertin, Tom Uaytsın musiqiləri, Monte-Karlonun təkrarolunmaz gözəl mənzərələri... Hadisələrin mərkəzində isə özgə üzlərinin kolleksiyasını toplayan müəmmalı gecə qatili dayanır.

Bakı, Qanun Nəşriyyatı, 2013
648 səhifə. 1000 tiraj
Ruscadan tərcümə:     Aslan Quliyev
Nəşriyyat redaktoru:     Nəriman Əbdülrəhmanlı 
Korrektor:         Gülnar Elşənqızı                                    


FRİDRİX NİTSŞE  - ZƏRDÜŞT BELƏ DEYİRDİ


Bu əsər dünya fəlsəfi fikrinin zehinlərdə dərin iz buraxan on kitabından biri sayılır. Dahi mütəfəkkir Fridrix Nitsşenin qədim şərq müdriki Zərdüştün həyatına və düşüncələrinə həsr olunmuş əsəri həyat və qüdrətli zəka qəhrəmanları haqqında ən kədərli epopeyalardan biridir. Burada poetik əzəmət, dərin fikir, mənalı rəmz, hər cür tiranlıq və saxtakarlığın amansız ifşası çox qəribə şəkildə bir-biri ilə çulğalanmışdır.
Nitsşe özü bu əsər barədə belə yazır: «Bu ya poeziya, ya beşinci İncil, ya da nəsə hələ adı olmayan bir şeydir; bu, mənim əsərlərimin ən ciddisi, ən uğurlusudur».

Bakı, Qanun Nəşriyyatı, 2013, 432 səh., 1000 tiraj
Tərcümə edənlər:    Aybəniz Abbasova
        (I hissə Alman dilindən)
        Əlisa Nicat
        (II, III, IV hissələr - rus dilindən)
Redaktor:         Əlisa Nicat
Korrektor:    Flora Əliyeva              
                                    
 
С.K. Roulinq -  HARRİ POTTER VƏ SİRLƏR OTAĞI

Harri Potterin macəraları ilə bağlı ikinci kitabda o, yenidən qara qüvvələrlə amansız mübarizəyə atılır. Lakin bu dəfə düşmən o qədər güclüdür ki, qələbəyə ümid azdır...
"Hoqvarts" Sehrbarzlıq və Ovsun məktəbində hə- yəcanlı hadisələr baş verir. Kimsə şagirdlərə hücum- lar edir, müəllimlər isə şübhələnir ki, bu, Sirli otaqda gizlənmiş hansısa bədheybətdir. Harri Potter və dostları Sirli otağın gizlinlərini üzə çıxarır, bundan sonra Harri yenidən Lord Voldemort ilə savaşmal ıdır. Bəs bu dəfə Harri qalib gələcəkmi?

Bakı, Qanun Nəşriyyatı, 2013
346 səhifə. 1000 tiraj
Tərcümə edən:         Kifayət Haqverdiyeva           
Korrektor:         Rövşən Ağayev


Etel Lilian Voyniç - OVOD

"Ovod" romanı bir əsrdən artıqdır ki, böyük maraqla qarşılanır və oxucularda güclü emosiyalar yaradır. Bu əsər XIX əsrin 30-cu illərində italyanların işğalçı Avstriya impe- riyasına qarşı üsyanından, bu üsyanın iştirakçılarından biri olan Artur Bertonun faciəli həyatından bəhs edir. "Ovod" təxəllüsü ilə kəskin yazılar yazan bu gənc idealist sonunda öz xalqının azadlığı uğrunda canından belə keçməyə hazır olan inqilabçı Feliçe Rivarisə çevrilir. O, usanmadan, yorul- madan düşmənlə mübarizə aparır, hətta haqqında çıxarı- lan ölüm hökmünün dəyişdirilməsi təklifi də onu tutduğu yoldan döndərə bilmir. Bu mübariz gəncin qəlbində bir də şəxsi faciələrinin açdığı yaralar - doğmalarının onu intiha- ra sürükləyən yalanı və bütün həyatını qaraldan cavabsız sevgisi var.

Bakı, Qanun Nəşriyyatı, "Əli və Nino" Nəşriyyatı, 2013, 344 səh., 1000 tiraj
Tərcümə edən:    Beydulla Musayev
Qanun Nəşriyyatı
Bakı, AZ 1102, Tbilisi pros., II Alatava 9 Tel.: (+994 12) 431-16-62; 431-38-18 Mob.: (+994 55) 212 42 37 e-mail: [email protected] www.qanun.az www.fb.com/Qanunpublishing

"Əli və Nino" Nəşriyyatı Bakı, AZ 1005, Z.Tağıyev küç., 19 Tel.: (+994 12) 493 04 12 (+994 12) 493 93 68 e-mail: [email protected]nino.az www.alinino.az
www.fb.com/aliandnino.azerbaijan


Avanqard.net



 

Yenililklər
19.08.19
Fərid Hüseynin kitabı Serbiyada nəşr edilib
30.07.19
Güclü insan sorağında - Əhməd bəy Ağaoğlu-150
30.07.19
Azərbaycan-Qırğız ədəbi əlaqələrində yeni səhifə
29.07.19
“Türk dilləri araşdırmaları” jurnalının ilk nömrəsi işıq üzü görüb
29.07.19
Əhməd bəy Ağaoğluna həsr olunan konfrans keçiriləcək
29.07.19
“Qoşa qanad” ədəbi almanaxı işıq üzü görüb
29.07.19
Ədəbiyyat İnstitutu Avrasiya Türk Araşdırmaları İnstitutu ilə memorandum imzaladı
26.07.19
“Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək
26.07.19
Məhəmməd Tanhu - 8-ci günün qeydləri
26.07.19
Ədəbiyyat İnstitutunda Qırğızıstan yazıçıları ilə görüş təşkil olunub
24.07.19
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
24.07.19
Nemətullah Naxçıvaninin “Şərhi-Gülşəni-raz” əsərinin iki müxtəlif nüsxəsi əldə edilib
24.07.19
Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub
23.07.19
Prezident Murad Köhnəqalaya ev verdi
23.07.19
Svetlana Alekseyiviçin növbəti romanı yayımlanıb
23.07.19
Amerikalı yazıçı-satirik vəfat edib
22.07.19
Tanınmış jurnalist Amil Novruzovun 60 illiyinə
22.07.19
Aida Feyzullayevanın “Komparativistikanın işığında” kitabı işıq üzü görüb
22.07.19
"Gənc Qırğız şeiri antologiyası" Bakıda və Bişkekdə təqdim olunacaq
22.07.19
"Qanun"dan yeni nəşrlər
22.07.19
“Türkologiya” jurnalının əlavəsi akademik Məmmədağa Şirəliyevin 110 illiyinə həsr ediləcək
18.07.19
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb
18.07.19
İradə Musayeva - Üçlü formul müəmmasına düzəliş... 
18.07.19
Etimad Başkeçid yazır - Qırxayaq hər addımını düşünsəydi...
18.07.19
Nəsiminin dilinin dialektoloji tədqiqinə həsr olunmuş yeni kitab çap olunub
18.07.19
Azərbaycanda ilk dəfə türkdilli əlyazmaların toplu kataloqu nəşr olunub
18.07.19
Yazıçı Andrea Kamilleri vəfat edib
17.07.19
Yeni kitab: “Dilin elmi və estetik problemləri”
17.07.19
Aşıq sənətinə həsr olunmuş növbəti kitab işıq üzü görüb
16.07.19
"Qanun"dan yeni nəşrlər
16.07.19
“Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib
15.07.19
The Guardian: Audiokitab mütaliənin gələcəyidir
15.07.19
Azərbaycanda növbəti Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək
12.07.19
Alber  Kamyunun "Xoşbəxt ölüm" kitabı çap olunub
12.07.19
Fərid Hüseyn AYB-nin Gənclər Şurasının sədri seçildi
12.07.19
Nəsiminin qəzəl və rübailəri Moldovada nəşr olundu
11.07.19
Məczub Təbrizinin “Divan”ı Təbrizdə nəşr olunub
11.07.19
Məmməd Səid Ordubadinin "Qanlı Sənələr"i çap olunub
11.07.19
Dillər Universitetində Səlim Babullaoğlunun almanca kitabının müzakirəsi
10.07.19
Şəhla Aslan yazır - Eynşteyn və nağıllar
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.