Ulduz Zeynalova - Yuxularımdan qorxuram
27.12.13
Qısa hekayə
Atamı aparmışdılar. Həmin gecə yuxumda gördüm onu. Əynində ağ libas, qoltuğunda nərd taxtası. Uzun bir yol gedirdi. Hönkürtümə anam qaçaraq gəldi. Göz yaşları içində boğularaq anamı qucaqlayıb, - atamı ordan qurtarmaq lazımdı, - dedim...
Sonradan mənə ayan oldu ki, yuxuda nərd taxtası görmək zindana, ağ libas isə ölümə işarədir.
Yuxularımdan çox qorxuram!
Avanqrad.net
|