Aqşin Yenisey - Elba adasında yüz gün
30.12.13

1814-ci il

 
Bomboş adadır, ildırım qəfildən elə gurladı ki,
Hətta qorxudan ağaclar belə altını batırdı.
Gecədir, zülmət elə qatıdır ki,
Elə bil, Tanrı bu qaranlıqla dünyanı gizləmək istəyir kimdənsə.
Sönmüş işıqlar yuxu görür uçuq qəsrlərin qapısı ağzında.
Hətta itlər belə hürmür naməlum səsə.
Dustaqlar  öz ürəklərini qucaqlayıb yatır.
Mənsə,
yuxusuzluqla dalaşıram, dustaq olduğum evdəki güzgülərə baxıram.
Heç bir güzgü özümü göstərmir mənə.
 
Güzgülərdəki  əksim də atıb gedib məni!
 
Darıxıram... darıxıram...
Mən səni yox, sənin gəlməməyini gözləyəcəyəm, Jozefina!
adadakı bütün ağacları yuxuna göndərəcəyəm.
Sahibi ölmüş bütün itləri arxanca hürdürəcəyəm.
Sənin gəlmədiyin hər yerə gələcəyəm.
Ürəyimə damıb ki, o günü görəcəyəm:
Mən sənsiz - əliboş öləcəyəm.

1819-cu il

gecə əynini soyunur küçədə
yatmağa hazırlaşır qaranlıq
göy üzünü üstünə örtür yer üzü
Hamı Tanrını unudur bir anlıq.
yuxusu ərşə çəkilir gecənin
yadına düşür sevdiyi səhər -
heç vaxt bir yerdə olmayıblar,
amma həmişə bir-birilərini seviblər.

1820-ci il

Qarları yağmadı bu qışın
Amma biz küçələrdə üşüdük...
Yağışları yağmadı bu payızın
Amma biz etiraz aksiyalarında şaquli deyil,
Üfüqi yağan polis yağışlarında islandıq...
Gülləri açmadı bu yazın
Amma biz məhbəs həyətində solduq...
İstiləri tez düşdü bu yayın
Amma biz, iki yalqız,
Bir-birimizə sarılıb donduq.

                 1822-ci il

qürub...
sevdiklərim taleyimin arxasında batır.
demə, hamı getmək üçün gəlirmiş bu evə
indi qədim kəndi kimi qərq oluram qaranlığa.
niyə belə tez öldünüz, ümidlələrim?
arzularım, niyə belə tez qocaldınız?
Demə, sevginin vurma cədvəli beləymiş:
"iki vur iki" bərabərdi " iki yalqız"

1830-cu il

yaşamamaqdan ötrü elə darıxıram ki...
qorxuram ölüm də bu xiffəti unutdura bilməsin.
pəncərədən baxıram.
Heç kimin qulaq asmadığı küncdəki qəmli nəğmə kimi yalqızam.
Bu gün qaranquşları qayıtmayan yazam,
Köçən durnalarının arxasınca əl yelləyən payızam.
Amma xahiş edirəm, bunu kimsəyə deməyin,
Bunu kimsə bilməsin.
Pəncərədən baxıram,
sığırçınlar  havada həyəcanla uçurlar,
sanki, göylərdə axtarırlar
dünyanın itkin düşmüş yiyəsin.

1853-cü il

Sevdiyim insanların çoxu
bir yerdə çəkdirdiyimiz şəkillərdə itkin düşdü, yoxa çıxdı.
vaxtilə sevdiyim qadınla yanaşı çəkdirdiyim şəklə baxıram.
o, indi şəkildə də yoxdu.
Sevdiyim qadınların hamısı o idi.
İndi tək qalan bütün adamların hamısı mənəm.
Gözlərin yuxuma girir hər gecə və üzr istəyir:
“Bağışla, biz kor idik, görə bilmirdik”.

1914-cü il

Hər gün saatımı geri çəkirəm
Səninlə olduğum günlərə doğru.

/1937.az/

Yenililklər
24.02.20
Rəvan Cavid - “Azğın”: roman, yoxsa cızma-qara gündəlik?
24.02.20
"Kitabi-Dədə Qorqud”un üçüncü – Günbəd əlyazması" cap olunub
24.02.20

İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub

24.02.20
Azər Abdulla - Peşmanlıqdan sevincə keçid
23.02.20
Elçin Hüseynbəyli - Qarağac - Romandan parça
23.02.20
Bədirxan Əhmədli - Gerçək və intellektual türkçü Muhsin Kadıoğlu
23.02.20
Könül Nuriyeva - "İsanın İncili"ndəki sonsuz suallar
23.02.20
Əlyazmalar İnstitutunda “Nəsimidən nəsimlər” kitabının təqdimatı olub
23.02.20
Ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verən alim – akademik Həmid Araslı
21.02.20
İnsanın əzəməti – Dino Butsatinin hekayəsi
21.02.20
Tramp “Oskar” mükafatının Cənubi Koreya filmi “Parazitlər”ə verilməsini tənqid edib
21.02.20
Məşhur yazıçı hekayəsini 1 ABŞ dollarına satdı
21.02.20
Müslüm Maqomayev haqqında çəkilən serialın treyleri yayımlandı - VİDEO
21.02.20
Xalq rəssamı Böyükağa Mirzəzadənin anadan olmasından 99 il ötür
21.02.20
Taleh Eminoğlu - Knut Hamsun: bir medalın iki üzü
21.02.20
Bakıda Beynəlxalq film festivalı keçiriləcək
21.02.20
"Müqayisəli ədəbiyyatşünaslıq" jurnalının yeni sayı çıxıb
21.02.20
Hacı Ələmdar Mahirin anım günü
18.02.20
Özbəkistanda “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsi elan olundu
12.02.20
"Təkrarın tənhalığı”nda "Sevdiyim əsər” – Fərid Hüseynin kitab təqdimatından reportaj
10.02.20
Gülbala Dadaş - “Hər kəsin öz eşqi” kitabı haqqında
07.02.20
Fərid Hüseynin kitablarının təqdimat mərasimi keçiriləcək
05.02.20
Bəsirə Əzizəlinin Muhsin Kadıoğlu haqqında monoqrafiyası çap olunub
05.02.20
İradə Musayeva -  Süleyman Rüstəmi əksinqilabçı adlandıran repressiya qurbanı
03.02.20
Cavanşir Yusiflinin Səlim Babullaoğlu haqqında kitabı nəşr edilib
02.02.20
İradə Musayeva - Bağırovun gizli tapşırığı: “Boynuna qoyuluncaya qədər döyün!”
01.02.20
"Qanun” nəşriyyatında "The Paris Review müsahibələri” adlı kitab nəşr edilib
01.02.20
Rusiya Yazıçılar İttifaqı ilə AYB arasında əməkdaşlıq müqaviləsi imzalanıb
29.01.20
İradə Musayeva - Bağırov bu tərcüməçimizi həbs etmək üçün Stalindən icazə istəmişdi
28.01.20
Fərid Hüseyn - İnsanın unutqanlığı bəzən onun ədalətidi
28.01.20
AYB-nin Gənclər Şurasının “Ulduz”u nəşr edildi
25.01.20
İradə Musayeva - Müstəqil Azərbaycan” sözü dilinizdən çıxmadımı?
25.01.20
Fazil Abbasov - Qanımı süz, şərab kimi...
25.01.20
Əsmər Hüseyn Xan - Onda balaca idik, adımız uşağıydı
25.01.20
Şəhla Aslan Türkiyənin "KonTV" kanalında aparıcılıq edəcək
24.01.20
İradə Musayeva -  Repressiya illərində  tragik həbs situasiyaları...
22.01.20
“Dünya ədəbiyyatı” dərgisinin yeni sayı esse janrına həsr edilib
22.01.20
İlham Əziz - O dünyadan gələn səslər
22.01.20
İradə Musayeva - Repressiya dəhşətləri
22.01.20
Yazıçı-publisist Aqşin Babayevin daha bir kitabı çapdan çıxıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.