Gülbala Dadaş - Qəzəllər
07.01.14












***
Nolardı bu naşadımı sən şad eləsəydin,
Dünya dağılardı məni gər yad eləsəydin.

İndi bu günə düşməz idi, ey qara gözlüm,
Bu aşiqə vaxtında bir imdad eləsəydin.

Bəlkə də görüb halımı insafa gələrdi,
Gördükdə könül yarımı fəryad eləsəydin.

Məhbus eləyəndən məni azadəyəm Allah,
Məhkum olardım məni azad eləsəydin.

Sən Kəbəni abad eləmişlərdən olardın,
Viranə qalan qəlbimi abad eləsəydin.

Dillərdə Dadaş sən də bir əfsanə olardın,
Etmiş nəyi Məcnun ilə Fərhad eləsəydin.


***
Bunca ah edər bəs, sus-sus ürəyim sus.
Ah naləni kəs-kəs, sus-sus ürəyim sus.

Bir kəlmə də dinmə, dünya sənin üçün,
Olsa belə məhbəs, sus-sus ürəyim sus.

Az səslə o yarı, səndən çox uzaqdı,
Verməz səsinə səs, sus-sus ürəyim sus.

Bir sirrdir eşqim, fəryad qoparma,
Yoxsa duyar hər kəs, sus-sus ürəyim sus.

Sən vəslinə xatir, döz-döz ürəyim döz,
Tut hicri müqəddəs, sus-sus ürəyim sus.

Ah-nalən üzündən, rüsva Dadaş oldu,
Bunca ah edər bəs, sus-sus ürəyim sus.


***
Bilmirəm ki, bu kədər hardan axı sezdi məni,
Çəkdi sakitcənə bir küncə sıxıb əzdi məni.

Qanadım yoxdu uçum göydə səadət arayım,
Üzü dönmüş yer üzündə nə ki var üzdü məni.

Əyri əysəydi yolumdan məni yandırmazdı,
Ah, əyriylə işim yoxdu, əyən düzdü məni.

Sadəyəm üzdə, içim xeyli mürəkkəb məsələ,
Heyif üzləşdiyim hər kəs düşünür çözdü məni.

Saldı nurun o qara gözlü qara günlərimə,
Nura qərq etdi qara gözlər ilə sezdi məni.

Çatdırarsız Dadaşın bu qəzəlin sahibinə,
Mən öləndən sora bəlkə arayıb gəzdi məni.

Yenililklər
14.01.20
Gürcüstanda Zəlimxan Yaqubun xatirəsinin əbədiləşdirilməsi təklif olunub
14.01.20
“Təhsil terminlərinin izahlı lüğət”i çap olunub
14.01.20
Nəsiminin həyat və yaradıcılığına müasir baxışı əks etdirən monoqrafiya çap edilib
14.01.20
 “Manqurt” tamaşası növbəti dəfə nümayiş ediləcək
09.01.20
“Ədəbi Proses – 2018” kitabı çap olunub
31.12.19
Mahirə Nağıqızı: "İstənilən ixtisası ən böyük zəhmət hesabına qazanmaq olar, amma şair kimi doğulmaq lazımdır" - MÜSAHİBƏ
28.12.19
Məmməd Cəfər Cəfərova həsr olunan elmi sessiya keçirilib
28.12.19
Ülvi Babasoy: "Çağdaş ədəbiyyatda dil bəlkə də heç onuncu yox, iyirminci yerdə dayanır" - MÜSAHİBƏ
28.12.19
"Ulduz” jurnalının dekabr sayı işıq üzü görüb
27.12.19
Bakı Mühəndislik Univeristetində Səxavət Sahilin yeni kitabı müzakirə olunub
27.12.19
Mərahim Nəsib - Şəms Təbrizinin məktubu
27.12.19
AYB-nin Gənclər Şurasının üzvləri ədəbi orqanların redaksiya heyətinə qəbul edilib
26.12.19
Əhməd Cəfəroğlunun 120 illiyilə bağlı elmi sessiya keçirilib
26.12.19
Qulu Ağsəs tələbələrə nə vəd etdi? - Pedaqoji Universitetdə GÖRÜŞ - FOTOLAR
25.12.19
Səxavət Sahil - Qafqaz müharibəsi rus ədəbiyyatında
25.12.19
Fərid Hüseyn Serbiya Yazıçılar Birliyinə üzv qəbul edilib
24.12.19
Gülbala Dadaş - Sonsuz dərya gizlədib, özündə bu adanı. 
23.12.19
“Metafizika” (ISSN 2616-6879) jurnalının 2019/4 sayı nəşr edilib
21.12.19
Şəhla Aslan - Feminizmindən qorxanlar...
21.12.19
AMEA-nın İctimaiyyətlə əlaqələr şöbələrinin hesabat iclası keçirilib
17.12.19
“Qafqaz müharibəsi rus ədəbiyyatında” kitabı haqqında bir neçə söz
16.12.19
Cəlil Cavanşirin “Azğın” kitabının təqdimat mərasimi keçirilib
12.12.19
İmadəddin Nəsimiyə həsr olunmuş elmi-nəzəri seminar keçirilib
12.12.19
Tamilla Əliyevanın “Qafqaz müharibəsi rus ədəbiyyatında” monoqrafiyası  olunub
10.12.19
“Bir əsrlik Nəsimi araşdırmaları” kitabının təqdimatı olub
09.12.19
“Ey Nəsimi, cahanı tutdu sözün...” II Beynəlxalq Elmi Konfransı keçirilib
09.12.19
Pərvanə Məmmədli - Rza Bərahəni yaradıcılığından seçmələr
07.12.19
Rasim Qaraca - Kəpənəkli günlər
07.12.19
Nemət Mətin - Sonuncu uçuş
06.12.19
Yazıçı Kənan Hacı ABŞ-da mükafat aldı
06.12.19
Vüqar Əhmədin yeni monoqrafiyası işıq üzü görüb
06.12.19
Azərbaycan Universitetində Mişel Fukonun “Sözlər və nəsnələr” kitabının təqdimatı olub
03.12.19
"Ulduz"un noyabr sayı çap olunub
03.12.19
Cəlil Cavanşirdən 18+ roman gəldi
03.12.19
Pərvanə Məmmədli - Tatyana Çaladzeni qədrini bilmədik
02.12.19
Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
02.12.19
Səxavət Sahilin “Nar ağacının nəğmələri” kitabı çap olunub
02.12.19
Adil Mirseyidin "Son şeir, son vəsiyyət"i təqdim olundu
02.12.19
Cavanşir Yusiflinin "Mətn. İşarə. Məna" kitabı təqdim olundu
27.11.19
2020-ci il üçün dövlət mükafatlarına əsərlərin qəbulu elan edilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.