Rəhim Əliyev - Əşirət xəstəliyi
08.01.14

Aslan Quliyevin povesti haqqında
                           
Sovet vaxtı ədəbiyyatın təşkilatı və yaradıcı bütövlüyü xüsusi səylə qorunurdu. Hər şeyə şəxsən rəhbərlik eləmək istəyən kommunistlər  üçün bu,  prinsipial idi. Hamı bir təşkilatda olub eynu mətləblərdən yazmalı idi. Lakin əməldə ədəbi mühitə tətbiq ediləndə bu mümkün olmurdu: Ədəbi təşkilatlara dolmuş məmurlar sovet büdcəsindən qələm adamlarına buraxılan pulu qamarlamaq üçün min sifətə girirdilər ki, yazıçılıq bunlardan biri idi. Onlar tayfa, region, rəhbərə sədaqət və s. əlamətlərlə dəstələr düzəldirdilər. Bunlar da yazıçı təşkılatının birliyinin kağızda qalmasına səbəb olurdu.
Amma sovet baxtı cidddi ədəbi prinsiplərə görə də ayrılmalar var idi. Bunlardan ən ciddisi kəndə münasibətlə bağlı idi. Yazıçı və şairlərin çoxu kənddən idi. Onlar  ordan özünəməxsus əxlaq və dəyərlərlə ədəbiyyata gəlirdilər (Söhbət istedadl adamlardan gedir.) Xüsusilə ədəbiyyata gəldikıəri ilk vaxtlarda onların yazıcı təşkilatına dolmuş məmurların əxlaqsızlığı ilə toqquşması labüd olurdu. O biri tərəfdən, onlar yazıçı məmurların düşməninə çevrilirdilər. Ona görə ki, onlar sovet kəndində gördüklərini ədəbiyyata gətirirdilər və ya buna çalışırdılar. Kəndin gerçəkliyi isə əsil quldarlıq mühiti idi: kolxoza işləmək məcburi idi, qeydiyyat adı ilə təhkimçilik hüququ vardı, kəndli yetişdirdiyi məhsuldan hec nə götürə bilməzdi.
Məhz kəndə münasibətə görə yazıcılar rəsmi dövlət qulluqçularına və səmimi Azərbaycan ədəbiyyatına ayrılmışdı. Birincilərdə ədəbiyyata aid heç nə yox idi. Lakin kommunist hökuməti tərəfindən verilmiş ədəbi titulları vardı. Bir də birpartiyalı hakimiyyətə şəriklikləri. Onlar uzunqulaq kimi tərs və ötkəm idilər: adi çobanın da bacardığı şeyi, məsələn, iki sətri qafiyələndirməyi bacarmayanda  deyirdilər  ki, qafiyə lazım deyil. Kənddə yoldan keçənin zorla  pambıq yığmağa aparılmasına etiraz edən əsərlər haqda deyirdilər ki, bu, həyat həqiqəti deyil. Bəs həyat həqiqəti nədir? Hökumətin dediyi.
Beləliklə yazıçı məmurlar ölkədə xüsusi  əxlaqsızlıq forması yaratmışdılar və həmin əxlaqsızlıq bu gün də davam edir.  Mahiyyəti də muzdla yalan danışmaq, riyakarlıq etmək və bundan qızarmamaq idi. Xalqın büdcə pullarını mənimsəmək üçün hökumətin istənilən əmrinə itaət edirdilər. Onların əsas işlək orqanı qarınları idi. İndiki kimi. Bunu mətbuat onlara xatırladanda isə qeyzlənirlər. On beş illik müstəqillik dövründə Azərbaycan yazıçıları yenə iki qrupa bölünüb: hökumətin xidmətində olan məmurlar və  yazıcılar.
Bizdə öz mənliyini öz qarnına qurban verməyən insanlar və qələm adamları çoxdur: Onlar sovet vaxtı da olub, indi də vardır. Onlar  inhisarda olan jurnallara roman, povest, poema verəndə orda bu əsərləri 3-4 ilə “oxuyub” cavab verirlər. Çünki orada məmurlardan artıq yer qalmır.
Lakin istedadlı və əxlaqlı adamlar düşünməyə, yazmaya, oxumaya bilmirlər. Onlardan biri Yardımlıda yaşayan yazıçı Aslan Quliyevdir. O, xeyirxah adamların hesabina iki iri nəsr kitabı buraxıb. İxtisasca riyaziyyat müəllimi olsa da, qələmi əlindən qoymur. Onun “Məni niyə öldürürsüz” adlı povestini oxuyandan sonra mən elə bildim ki, o, qələmi atıbdır. Bakı redaksiyalarında onun rast gəldiyi qara cəhalət, fantastik fərdiyyətçilik və qeyri səmimilik, cox zaman başqa cür yazanlara cılpaq bir nüfrət, müqavimət, yazıçı zəhmətinə nadan laqeydlikdən sonra o  daha yazmaz. Axı mühitsiz yazıçılıq ağlasığmaz dərəcədə çətindir.
Amma Aslan Quliyev bu maneələrdən keçib və keçir. Çünki ədəbiyyat onun üçün gödəniyyət, pul və status mülahizələrindən çox-çox yüksək bir şeydir.
O, ədəbi mühiti olmayan Yardımlıda ədəbiyyatla yaşayır, onun inkişafına xidmət edir. Həmişə belə olmuşdur: ançaq ədəbiyyatla, onun əxlaqı ilə yaşayanlar ədəbiyyatın ideallarını, sözün nüfuzunu qoruyub özllərindən sonra gələnlərə ötürürlər. Məhz sözə təmənnasz xidmət edənlər ədəbiyyatın başqa peşə adamlarında həmişə qibtə yaratmış adını ucaldırlar. Mən bu fikirləri həm də Aslan Quliyevin sonuncu povesti münasibəti ilə deyirəm. Onun "Köpək balıqları" (Azərbaycan j., N 6, 2006) povestini oxudum və gördüm ki, insanların istedadına, zəhmətinə qiymət qoymaq nə qədər çətin və məsuliyyətlidir. Xüsusilə bir peşə kimi bu işlə məşğğul olanlar üçün.
Bu günə qədər Aslan cox ədalətsizliklər görüb və bu cəhətdən onun bioqrafiyası original deyil. Cəfər Cabbarlıdan başlayaraq istedad üzərində əqidə inkvizisiyasina Səməd Vurğun da, Bəxtiyar Bahabzadə də, Çingiz Hüseynov da, Sabir Əhmədov da, Asif Əfəndiyev də, Əkrəm Əylisli də məruz qalıb. Bu gün  isə yazıçı qurumları bu siyasəti davam etdirir.
Belə mühitdə və cəmiyyətdə yazıcılıq etmək cox cətindir. Mənəvi qəhrəmanlıqdır. Aslan Quliyev də kəndində oturub mükafat gözləmədən bu mənəvi qəhrəmanlığı edənlərdən biridir. 25 il əvvəl onun balaca bir kitabını nəşriyyatdan mənə rəyə verəndə mən onun orijinal bir istedad olduğunu hiss etmişdim. Onun hekayələrini oxuyanda adama elə gəlirdi ki, bu adam Azərbaycanda yaşamır. Onun qələmə aldığı həyat materialı tamam təzə idi: onda bizim nəsrdə heç zaman olmamış sərt, bir qədər qəddar insan tipləri var idi. Onda ilk dəfə olaraq Azərbaycan meşəsinin cox cazibəli obrazını gördüm. Bunlar əbəbi təzəlik idi və mən bunların nəsrimiz üçün gərəkli və zənginləşirici olduğu qənaətinə gəldim.
Lakin qəribə hadisə baş verdi: ən cox bir regionun yazıçılarını sevən tənqidçi Aslanın ilk nəşriyyat qovluğuna mənfi rəy yazmışdı və ən pisi də o idi ki, həmin rəydə anlaşılmaz bir qəzəb də vardi. Bir qovluq haqda iki fikir adilikdir. Amma bu fikirlərdən birinin qəzəbli olması aşkar bir həqiqəti təsdiqləyirdi: qəzəbləndirmək də istedad əlaməti idi.
Lakin Aslanin ilk kitabı vaxtında çıxmadı. Cünki onun qovluğu başqalarına oxşamırdı. Onun orijinallığı qəzəblə qarşılandı. Başqa mülahizələr də oldu, bu barədə damışmaq ağır olsa da demək istəyirəm. Hesab olunurdu ki, Aslanın yaşadığı zonadan nasirlər çıxa bilməz. Həticədə onun ilk kitabı on beş il sonra, müəllifin öz hesabına kitab buraxmaq imkanı olandan sonra işıq üzü gördü. Amma xoşbəxtlikdən Aslan Quliyev çap olunmaq naminə simasız axına qoşula bilmədi. Bununla da onun istedadı qorunmuş oldu.
Aslan Quliyevin istedadının əsas cəhətlərindən biri onun qüvvətli bədii fantaziyası və bu fantaziyanin müstəqilliyidir. O kənddə yaşayır, amma onun nəsrində bizim ənənəvi kənd prozasından heç bir mövzu, motiv və obraza rast gəlmək olmur. Bu onun istedadınin müstəqilliyinin gücünü göstərir. O xoşbəxt yazçıdır: yüzlərlə həmkarı üçün başqalarına oxşamamaq problimi var, Aslan üçünsə bu, yoxdur, bəlkə bunun əksi var.
Aslan sırf ədəbi dildə yazan bir yazıcıdır. Bu da ona qarşı müqavimət yaradan bir əlamət olubdur. Həqiqət belədir ki, ləhcə şirinliyi ədəbi dilin inkişafda olduğu dövrə aiddir. Beş-on ildən sonra bu ləhcəni bilən oxucularla birlikdə onun şirinliyini duymaq imkanı da yox olur. O biri tərəfdən müyyən mərhələdə ədəbi dillərin yazılı üslubu onun şifahi üslubunu özünə uyğunlaşdırır. Bizim ana dilimizdə  bu gün artıq qəzet dili ilə şifahi danışıq çox yaxınlaşıb. Ona görə indi Aslanın nəsr dilinə iradlar zəminsiz görünür. İllər keçdikcə onun nəsr dili daha ifadəli və daha yığcam olur. Nəzərə almalıyıq ki, yazıçıların əksəriyyəti kimi Aslan Quliyev mətbuatda çalışmayıb. Bunun isə həm müsbət, həm də mənfi cəhətləri var. Amma müsbəti daha coxdur, xüsusilə böyük nəsr formalarında yazan müəlliflərin dili ücün.
Aslan Quliyevin yazıcı stixiyası ən çox təbiətlə, meşə ilə bağlıdır. O məhz bu mövzularla ədədiyyata gəlib. Lakin vaxt keçdikcə, o yaşadığı mühiti və hadisələri işıqlandıran əsərlər də yazıb. İndiyəcən onun iki iri nəsr kitabi cıxıb, lakin onun cap olunmamış roman və povestlərinin sayı on dəfə coxdur. O ən yaxşı romanlarından birini – “Yolun sonu” əsərini bitirdikdən ancaq on il sonra kitab şəklində buraxdıra bilmişdir.
Mən cəsarətlə deyərdim ki, “Yolun sonu” müstəqillik dövründə müasir mövzuda yazılmış bir-iki ən yaxşı iri nəsr əsərlərindən biridir. Poman 90-cı illərin əvvəllərində ölkəni sarsıtmış dəhşətli inflyasiyanın nəticələri haqqındadır. Manatın yüz qat qiymətdən düşməsi cəmiyyətin bütün təbəqələrində yoxsulluq və ehtiyac yaratmışdı. Adamlar müharibə vaxtı olduğu kimi evlərindəki xəlçə-palazı, mis-misənəi satmalı olurdu. Aslanı qəhrəmanları bu işlərlə məşğul olur, hətta traktorla  üç min il yaşı olan qədim qəbristanlığı qazırlar. Əntiq alverçisi olan fırıldaqçılar İrandan, Türkiyədən axışıb Azərbaycana gəliblər.
Romanın qəhrəmanı qədim qəbristandan qazılıb çıxarılmış balaca qızıl inək fiqurunu 25 min dollara satır. Fiqur eraməzdan əvvəl 9-7-ci əsrlərə aid idi. Ona oxşar qızıl tapintilar Ermitajin xüsusi fondlarında saxlanir. Mən əsəri oxuyandan sonra öyrəndim ki, əslində qiyməti olmayan bu fiquru Aslan özü də görübmüş. Amma zaman elə idi ki, insanlar tarix barədə deyil, bir tikə cörək barədə fikirləşirdilər. Pasportsuz qızıl fiqur isə bir fırıldaqcının əli ilə İrana aparıldı və izi itdi. İndi o, Londonun, ya Nyu-Yorkun şəxsi kolleksiyalarından birinin virindədir.
         “Yolun sonu” povestindəki incanlar, hadisələr, vəziyyətlər indiyə qədər mənim hafizəmdə qalıb. Əsəri isə on il əvvəl oxumuşam. Aslanın qəhrəmanları cox vaxt macarlardan keçirlər, amma onların bütövlüyü, ardıcıllığı, avantürist idealizmi  rəğbət doğurur və oxucunun yadında qalır. Nasir istedadı ücün bu xüsusiyyətlərə nail olmaq  cox qiymətlidir. Şübhəsiz ki, 90-cı illərin əvvəllərindəki iqtisadi böhran dövrü haqqında ikinci belə gözəl və müasir əsər meydana çıxmayacaq. Aslanın bu əsəri bir də ona görə qiymətlidir ki, o, konkret həyat faktları, dəqiq müşahidələr əasasında yazılmışdır və müasir tariximizin mürəkkəb bir mərhələsinə bədii işıq salır.
Aslanın 2003-cü ildə “Azərbaycan” jurnalında cıxmış  “Keçmiş döyüşçü və oğlan” povesti də müstəqillik dövrü gercəklərinə həsr olunub. Əsərin süjeti müharibə nəsri üçün ənənəvidir: döyüşlərdən keçən nəslin faciəsi, dinc şəraitdə cəmiyətdə özünə yür tapmaması. Lakin bu ənənəvi mövzunu Aslan bizim günlərin acı həqiqətləri ilə bağlaya bilmiş, konfliktin Azərbaycan variantını yaratmağa nail olmuşdur.
Povestin əsas fikri Azərbaycan ordusuna, onun döyüşçülərinə qarşı ədaətsiz  münasibətin sərt bədii formada rədd edilməsidir. Odun-alovun içində vətənin şərəfini qorumuş insanlara qarşı qəddar münsibət cəmiyyətdə dərin əxlaqi deqradasiyadan xəbər verir, vətənin sabahı üçün təhlükəyə çevrilir. Aslanın qəhrəmanı sonranı düşünmədən məmurlara və səlahiyyətli mafiyaya qarşı ölüm-dirim mübarizəsinə girişir. Onun əsas məramı adidir: istəyir ki, məmurlar vətən yolunda qan tökmüş döyüşcülərlə hasblaşsınlar. Yazıçı sayır ki, həqiqi döyüşçülər həm də milli genafondun sağlamlığının əsas daşıyıcısıdır. Məmurlara onları məhv etmək imkanı verilərsə, xalq gələcəkdə adi incan vüqarından, şəxsiyyət başlanğıcından məhrum olan bir çoxluğa çevrilə bilər. Belə çoxluq yazıçıya görə torpağı, xalqı və dövləti qorumaq qabiliyyətindən məhrum olacaq.
Povestdə döyüşçı mütəşəkil cinayətkar dəstə ilə mübarizə aparır, cətənə platasiyası əşkar edir, əsir düşür, atışmalrda yaralanır. Onun cinayətkar müzdlulardan gizlənmək üçün meşə kahasında yaşaması ilə bağlı epizodlar böyük maraqla oxunur. Aslam Quliyev meşə haqda yazanda onun qələmı xüsusu bir təcir qüvvəsi, bədii əyanilik kəsb edir. O, ağacları, meşənin bitgilərin xüsusu dəqiqlik və məhəbbətlə təsvir edir.  Nəticədə onun təbiətə qarşı hissləri oxucuya da sirayət edir. Əksər meşə bitgilərinin və otlarının adlarını bizim nəsrdə ilk dəfə Aslanın əsərində oxuyuruq.
Aslan Quliyev dinamik, maraqlı süjetlər qurmaq ustasıdır. Onun süjetlərində müxtəlif konfliktlər olur. Həmin konfliktlərə bəddii çəki verən əsas əlamət onların quvvətli insan xarakterləri ilə bağlı olmasıdır. Məhz bu cəhət bu konflitləri hər bir oxucu ücün maraqlı edir, onları diqqətlə izləməyə sövq edir. Aslanın qəhrəmanlarının mənəvi maksimalizmi də onun süjetlərini oxunaqlı edir, ədalət axtaran, nəcib, təmənnasız insaların taleyi və kompromissiz mübarizəsi ilə bağlayır.
Aslan Quliyüvin bu qəhrəmanları tamahkar, pul düşgünü olan məmurların at oynatdığı müasir cəmiyyətə qarşı protestin bir formasıdır. Digər tərəfdən, onun nəcib, romantik dərəcədə təmənnasız, alicənab qəhrəmanları bizin cəmiyyətdəki mənəvi yoxsulluğu dolduran ən qiymətli bədii dəyərdir. Aslanın qəhrəmanları üçün həyat - mənəvi dəyərlərə sığınmaq, onlarla yaşamaq deməkdir. Başqa həyatı  - yırtıcı fərdiyyətciliyi normaya çevirən yaşayışı o qəbul etmir. Onlar mənəviyyat mücahidləridirlər. Demək olar ki, ədibin bütün əsərlərində nəcib və normal tərbiyəli insanların döyülüb thqir edildiyini, qanına qəltan edildiyini görürük.
Yırtıcı cəmiyyətlə kompromissiz əxlaqın konfliktinə yazıcının “Əyalət yazıcısı” (“Azərbaycan, 2005, N 3) povestində də rast gəlirik. Burada əsərin qəhrəmanı əyalətdə yaşayan yazıçıdır. Müəllif ənənəvi konfliktinin araşdırılmasını davam etdirir. Lakin burada sosial deqradasiyanın ən üzdəm olan qatı qələmə alınır. Burada  yumruq davası və atışma yoxdur. Lakin sosial ədaətsizliyin ən adi təzahürləri qələmlə yaşayan bir adamı rahat dolanmağa qoymur: həyat amansız təziqi və məntiqi  ilə  yazıçını da  öz saxtakar oyunlarına cəlb edir.
“Əyalət yazıçısı”nda Aslan mənəvi ölçüləri itirmiş, insan dəyərlərinə arxa çevirmiş cəmiyyətdə normal insanların boğulub məhv olmasını, sərhədsiz bir absurt okeanında məhv olmasını göstərə bilmişdir. Hər məmurun iradəsi bir qanuna çevrildiyindən çox halda normal ziyalı son nəticədə bezib bu başıpozuqluğun məntiqinə tabe olmalı, şərə müqavmər göstərməkdən əl çəkməli olur.
Lakin Aslanın yazıçısı bu yolu seçmir. Düzdür, bəzi epizodlarda qəhrəman kompromis barədə düşünür, şərə qarşi radikal inkar mövqeyindən özünəironiya mövqeyinə keçmiş kimi görünür. İlk baxışda şərə münasibətin yumşaması təsiri baxışlasa da, özünəironiya mövqeyi yazıçının şər dolu gerçəkliyə münasibətində aydınlaşmaya doğru bir addım idi. Çünki bununla  şərə münasibətdə ağ-qara alternativi aradan gedir. Bu alternativ yüksək bir əxlaqi məna və çəki daşıca da, bədii cəhətdən  yekmənalığa daha artıq meylli idi.
Ağ--qara konfliktində şər yekməna olur, konkret bir ünvan kəsb edir. Əlbəttə, hüquq və sağlam düşüncə müstəvisində şər  konkretdir, bu halda cinayət də adlanır. Lakin universal fəlsəfi müstəvidə şər öz konkretliyini itirir.Yəni sosial şərdə payı və günahı olan fərdlərin və səbəblərin sayı artır və  nisbiləşir.  Kütlə və insan çoxluğu onun əsas subyeti kimi üzə çıxır. Eqoizmin dünya şərində mərkəzi motiv olduğu da aydınlaşır.
Deyilənlər baxımından “Əyalət yazıçısı” Aslanın yaradıcılığında sosial şərin təhlilində yeni bir mərhələ açıldığını göstərirdi. Burada ironiya təkcə qəhrəmanlara deyil, həm də sosial çərə münasibətdə əsas baxış nöqtəsi olur. Başqa sözlə, yazıçı hardasa özünü də sosial şərin tərkib ünsürü kimi görür. Bu isə adalətsizliyin bəddii təhlilində yeni bir fikir və baxış mövqeyidir. Bu mövqe “Köpək balıqları” povestində xüsusi bəddii etffektlə özünü büruzə verib.
Sonuncu əsərdə artıq şər konkret surət deyildir. O, normal sağlamlığını itirmiş bir ənənəvi müsbət surətin xəstələnmiş fərdi qavrayış xüsusiyyətidir. Ən eybəcər fahişə onun gözünə bəzən mələk kimi görünür. Bir müdət sonra isə yaxınlıq etdiyi fahişənin həqiqi eybəcər siması ona görünür. Ətrafdakı adi adamlar cox vaxt ona müxtəlif yırtıcı heyvanlar – canavar, tülkü və s. şəklində görünür. Bunun xəstəlik, həm də müalicəsi olmayan bir xəstəlik olduğunu anlayandan sonra isə qəhrəman həkimə getməyə qərar verir. Həkimlə görüşədə isə məlum  olur ki, həkim özü də bu xəstəliyə mübtəladır, amma bir çoban onu bir az müalicə edib.
Bu xəstəlik  insanla yırtıcını, eybəcərliklə gözəlliyi, mənəvi təmizliklə əxlaqi fahişəliyi ayırmaq qabliyyətinin itməsidir. Başqa cözlə xeyirlə şəri ayırmaq qabiliyyəti itir və bu, adamların dərdi, xəstəliyi kimi meydana çıxır. Xatırlayaq ki, əşirət dövründə bu, xəstəlik yox , norma idi. Ona görə biz cəsarət edib Aslan Quliyevin bədii şəkildə üzə şıxardığı xəstəliyə ad da verə bilərik: əşirət xəstəliyi.
Aslanın hekayələrindən başlayaraq əksər əsərlərində cəmiyyət və təbiət konflikti, qarşıdurması var. Müxtəlif əsərlərdə bu motiv müxtəlif dərinlikdə və aydinlıqla ifadə olunub. “Köpək balaqlarınnda” bu əkslik ən yuksək həddə çatıb. Hətta deyərdik ki, sonuncu əsərində Aslan  əqidəli bir antiqlobalist və russoçudur. Aslan Qliyev kənddə yaşaya-yaşaya bir russoçuya, şəhər məişətinə dərindən kin bəsləyən bir məfkurəçiyə çevrilib. Cəsarətlə demək olar ki, Azərbaycan ədəbiyyatında  təbiət-şəhər əksliyi heç zaman belə bədii və fikri güvvə ilə göstərilməyib.
Əsərin əvvəli qəhrəmanın uşaqlığı, oun təbiətlə ünsiyyəti ilə başlanır. Lakin ətraf adamlar, hətta atası belə onu başa düşmürlər. Cünki o təbiətən sadəlövhdür. Uşaqlıqdan cəmiyyətlə təbiət arasında fərq qoymur, otu və ağacı da hissiyyatlı məxluqlar kimi qəbul edir. Amma buna görə hamı onu qınayır. Böyüyüb ali məktəb müəllimi olur, burada isə rüşvət almaqdan imtina etdiyi ücün şəhər adamları ona şikəst və yazıq kimi baxırlar. Arvadı, dostları, iş yoldaşları da onun barədə belə düşünürlər.
Lakin əsərin sonuna doğru görürsən ki, bu sadəlövhlük geniş bədii bir məna alır. Yoxsulluq və mənəvi təziqlər nəticəsində qəhrəman gah özünü, gah da atraf adamları vəhşi heyvan cildində görür. Burada adi insan sadəlövhlüyünün mürəkkəbliyi mövzusu açılır. Əslində bu ədəbiyyadın bünövrəsində duran bir məsələdir. Əxlaqsız davranmaq üçün heç bir maneə olmadığı halda əxlaqlı qalmaq  - təkcə tək-tək adamların deyil, ümumən ədəbyyatın həyata münasibətinin bünövrə prinsipidir.
Qəhrəman boşananda evini arvadına və oğluna verir. Onun bu mərhəmətli addımı daha ağır aqresivlik və əxlaqsızlıq üçün əsas olur. Xeyirxahlığın şərə çevrilmlsi baş verir. Onun özünü tutdurmaq, oğlunu isə yetimxanaya vermək istəyirlər. O öz oğlunu yetimxanadan çıxarır. Lakin povestin sonunda  o, həbsxanaya düşəndən sonra dostu uşağı atasının kəndinə, bir vaxt onun əzgil yığdığı meşənin  kənarına gətirir. Uşağına bu kəddə yaşayışı ilə həyatın eyni şəkildə davamına, tragik təkrarına heç bir şübhə qalmır. Povest bədbin ovqatla bitir.
Əsərdə maraqlı bir səfil balıqsatan obrazı var. Müəllif onu Balıqlar şahı adlandırır. O  özü də sağlam adama bənzəmir. Lakin  qəhrəmanı müalicəyə məhz o göndərir. Məlum olur ki, həkimin özü vaxtilə dağların başında bu xəstəlikdəm müalicə olunub. Müalicə böyük Qafqaz dağlarının lap başında gedir. Bu təbiətin ən təmiz yeridir. Xəstə həkimi ən qədim üsulla - zahidlik, maddi istəkləri öldürmək yolu ilə müalicə edirlər.
Aslanda şəhərə qarşı, daha dəqiqi sivilizasiyaya qarşı dərin bir protest var. Bu artıq şəhərdə ağrıyan kəndli ziyalının iniltisi deyil, atrafdaki fantastik qəddarlığın ifadəsidir.

Əsəri cəmiyyətin də, müəllifin özünün də ən ağır daxili böhranı kimi qiymətləndirmək olar. Burada insani dəyərlərə inam və rəğbət artıq öləziyib. Elə buna görə də qəhrəman da öz mənəvi ağrılarının və böhranının intiqamını almaq ücün dağıdıcı instinktlərə meydan verir. Ədalət, insaf vəhşi yollarla müdafiə olunanda bu müdafiə də dağıdıcı sosial deqradasiyanin bir forması our. Bu çıxılmazlıq, pat vəziyətidir. Bu kollapsdir.
Aslan Quluyevin əsəri 1988-ci ildən başlanan və fasiləsiz olaraq dərinləşən mənəvi deqradasiyaya parlaq şəkildə bədii yekun vurub. Bununla təkcə şəhər yazıçıarının yox, bütün müasir Azərbaycan ədəbiyyatının əsas missiyasını təkbaşına icra edib. Çünki “Köpək balaqları” həm müasir nəsrin bütöv bir mərhələsidir, həm də bu mərhələnin yekunudur.
Bu gün  Aslan Quliyev müasir nəsrin birinci şəxsidir. Ədəbiyyatçılıqda bundan böyük məqam yoxdur. Başqa peşələrdə var.

Yenililklər
13.04.21
Təranə Vahid - Qasırğa
10.04.21
Xəzər Universitetində Fransız dili bayramı
06.04.21
“Hədəf Nəşrləri” müəllif tenderi elan edir
30.03.21
Tanınmış kinoşünas Aydın Kazımzadənin yeni kitabı işıq üzü görüb
30.03.21
“Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinə sənəd qəbulu başa çatıb
30.03.21
Təranə Vahidin “Qarışqa təqvimi” Türkiyədə çap olunub
30.03.21
Qalib Şəfahətin "hekayələr kitabı Türkiyədə işıq üzü görüb
11.03.21

“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olundu

09.03.21
Emil Rasimoğlu -  Tor qurub işıq dirəklərinə Tanrı...
08.03.21
Qadınlarımızı bəşəri sevgi ilə şərəfləndirən 8 Mart ucalığı
08.03.21
Erməni generalını boğan şəhid haqqında roman - İlk hissə
05.03.21
Əbdürrəhim bəy Haqvеrdiyеvin “Mоzalanbəyin səyahətnaməsi” əsərinin ifşaedici gücü
03.03.21
“Azərbaycan Nəşriyyatları” İctimai Birliyi yaradıldı
26.02.21
Səxavət Sahil - İsa kimi Xocalı
26.02.21
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi fondunun ilk eksponatları təqdim olunub
25.02.21

Azərbaycan kitabları Fransa Milli Kitabxanasında

25.02.21
Nəcəf bəy Vəzirovun “Dələduz” pyesində dövrün həqiqətləri
24.02.21
Görünməyən mötərizələr – Fərid Hüseyn Salam Sarvanı tənqid etdi
24.02.21
“Əlyazmalar yanmır” jurnalının növbəti nömrəsində
23.02.21
Xalq artisti Yalçın Rzazadə vəfat edib
22.02.21
Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş beynəlxalq xalça eskizi müsabiqəsi elan edilib
19.02.21
Nizami Gəncəvinin 880 illiyi münasibətilə İspaniyada xüsusi poçt markaları dövriyyəyə buraxılıb
19.02.21
Mədəniyyət Nazirliyi işğaldan azad olunmuş ərazilərdə tarix və mədəniyyət obyektlərinin vəziyyətinə dair məlumat yayıb
19.02.21
Aşıq Ələsgərin 200 illik yubileyi qeyd ediləcək
18.02.21

“İzahlı dini terminlər lüğəti” nəşr olunub

18.02.21
Xalq şairi Nəriman Həsənzadə “İstiqlal” ordeni ilə təltif edildi
18.02.21

Prezident İlham Əliyev Nəriman Həsənzadəni 90 illik yubileyi münasibətilə təbrik edib

16.02.21
Paşa Talıblı - Mənim şeirlərim başsağlığıdı...
16.02.21
Sabir Rüstəmxanlı yaradıcılığı haqqında monoqrafik tədqiqat
16.02.21
Mədəniyyət naziri ölkəmizdə fəaliyyət göstərən televiziya kanallarının rəhbərləri ilə görüşüb
16.02.21
İlqar Fəhminin "Yenilməz" romanı işıq üzü görüb
15.02.21
Tural Turan - Sazaqlı şaman ruhu
15.02.21
“Əbdürrəhim bəy Haqverdiyev arxivindən nümunələr” kitabı çapdan çıxıb
15.02.21
İsmayıllı və Sabirabad Regional Mədəniyyət idarələrinə rəis təyin edilib
15.02.21
Vüqar Əhmədin yeni monoqrafiyası nəşr olunub
15.02.21
Misirdə Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi açılıb
15.02.21
Azərbaycan vokalçıları Mariinski Teatrının səhnəsində
15.02.21
Nizami Gəncəvinin 880 yubileyi münasibətilə konfrans təşkil edilib
13.02.21
Fotojurnalistika müsabiqəsi elan olunub
12.02.21
Gənc və yeniyetmələr üçün növbəti rəsm müsabiqəsi elan olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.