Əsəd Qaraqaplan: “Axundov sağ olsaydı, Salam Sarvanı müdafiə edərdi”
14.01.14

Gənc yazar Əsəd Qaraqaplanın müsahibəsi.

-Son günlər Ayxan Ayvazla Seymur Baycan arasında pul qalmaqalı səngimək bilmir. Sizin bu məsələyə münasibətinizi bilmək istərdik.

- Ayxan işini-gününü, dərsini, ailə dolandırmağını buraxıb kitab tərcümə edib. Seymur da söz verib ki, sən tərcümə elə, mən təbliğ edəcəyəm, kitab satılacaq. Amma adam heç bir status da yazmayıb ki, verdiyi sözün mində birini eləmiş olsun. Ayxan da haqqını tələb edəndə durub artıstlik edir. “Mən susuram”,-deyir. Başqa şeyləri demirəm, adamda heç olmasa yazı əxlaqı olar. İki dənə özü kimi ipiqırıq buna “zor yazırsan”,-deyib, bu da özünü inandırıb ki, yazıçıdır. Onu müdafiə eləyənləri və ikibaşlı oyun oynayanları görəndə nə deyəcəyimi bilmədim. Zərrə qədər vicdanları yox imiş. Seymura yaltaqlanmaq üçün haqqı tapdalayırlar, sonra da yazıçı humanizmindən, söz azadlığından, haqdan-ədalətdən danışırlar. Başqalarını deyə bilmərəm, amma bu məsələdə Şərif Ağayarla Aqşinin mövqeyi (daha doğrusu, mövqesizliyi) mənə çox pis təsir etdi. İnandığın və sayğı duyduğun adamlar haqsızlıq edəndə adama daha çox təsir edir. Onlar elə danışdılar, elə bil, heç nədən xəbərləri yoxdu və Seymur da bunlar üçün Dostoyevskidir. Əgər Seymur Baycan bunlar üçün Dostoyevskidirsə, onda demək, özləri də Hüseynbala Mirələmovdurlar.

- 2000-ci illərdə ədəbiyyata gələn yazarlar, xüsusən də Azad Yazarlar Ocağının üzvləri, mətbuatda gedən yazılarında qələbə qazandıqlarını deyirlər. Anar AYB sədri olaraq qalır, xalq hələ də 60-cılardan başqa yazıçı-şair tanımır… Sizcə, nədən ibarətdir bu qələbə?

- Məncə, bu qələbə ədəbiyyatda, xüsusən də şeirdə olan yeniliklərdir ki, gənclərə yol açmağa başladı. Bu da adını çəkdiyimiz qurumlardan kənarda baş verdi və gedişat göstərdi ki, bu adamlar ancaq bir-biri ilə didişməklə məşğuldur və AYO elə AYB-in daha kiçik fomasıdır. Bəzi səmimi inanmışları çıxmaqla, oradakılar da “xalturşik”dir. AYB-in durumu aydındır və bu haqda min dəfə deyilib. AYO-ya gəlincə, onu deyim ki; bir təşkilatın ki, filosofu Qan Turalı, nasiri Həmid Herisçi, Seymur Baycan, Əli Əkbər, şairi, köşə yazarı, təşkilatçısı, tənqidçisi Rasim Qaraca və Günel Mövlud, nə bilim kim ola, demək, məsələ aydındır. Bunlar hamısı taxta dabanlar geyinmiş liliputlardır. Əllərindən ancaq qrupbazlıq, dostbazlıq, yerlibazlıq gəlir. Başqa heç nəyə yaramırlar zatən.

- AYB-yə müxalif olsanız da, qarşı cəbhədə də görünmürsünüz. Zəhmət olmasa, deyin: Əsəd Qaraqaplanın ədəbi dünyagörüşü daha çox kimlərə yaxındır?

- Mənim kitablarım “Ən Özgür Ədəbiyyat” seriyasından çıxır. Bu seriyanın müəllifi də özüməm. Seriyanın devizi belədir: “Ən Özgür Ədəbiyyat” seriyası heç bir ədəbi çevrəyə mənsub olmayan, özünü heç bir ədəbi “izm”ə, zümrəyə aid etməyən yazarların seriyasıdır. Bu seriyanın özəlliyi ondan ibarətdir ki, özünü özgür hesab edən hər kəs bu devizi götürüb kitabını seriyaya daxil edə bilər. Bu, təkcə yazı adamının düşüncə, təfəkkür, mətn və s. özgürlüyünü deyil, həm də seçim özgürlüyünü ortaya qoyur. Onu da bilirəm ki, təkbaşına mübarizə aparmaq çox çətindir, amma əsl mübarizə də budur. Çaqqallar kimi sürü halında gəzməkdənsə, yalquzaq olmaq daha yaxşıdır.

- Sizi qalmaqala çəkmək kimi olmasın, daha bir söz savaşı barədə fikirlərinizi bilmək istərdik: Zamin Hacı ilə Salam Sarvan arasındakı “komfort həyat” mübahisəsində kimi haqlı görürsünüz?

- Adamlar Salam Sarvana qarşı qərəzlidir. Ona bu böyüklüyü bağışlaya bilmir, etiraf etməyə cəsarətləri çatmır. Axı necə ola bilər ki, bir böyük şəxsiyyət səninlə eyni zamanda yaşasın. Heç belə şey ola bilər? Dahilər ancaq keçmişdə olublar, müasir dövrdə heç vaxt dahi ola bilməz. Bax, budur məsələ. Gərək Salam Sarvan ölsün, ondan sonra onun böyüklüyünü etiraf etsinlər, ona heykəl qoysunlar. Axı Axundovu da belə edib bu Zamin Hacı camaatı. Amma sonra anlayıblar ki, sən demə, o dahi imiş, qədrini bilməmişik. Gəl, tez onu “dirildək”, heykəl qoyaq, sitayiş edək. Zamin Hacı kimi ədəbiyyatda uğur qazana bilməyən, mühafizəkar və bütpərəst düşüncəli adamların Salam Sarvana irad tutmasından normal heç nə yoxdur. Guya bu adamlar Axundovu çox istəyirlər, gecə-gündüz kitablarını əllərindən yerə qoymurlar, onun qoyduğu ideyalarla yaşayıb-hərəkət edirlər. Xeyr, onlar ancaq Axundovun adını bilirlər, bir də bəzi əsərlərinin adlarını. Tam səmimi deyirəm, Axundov sağ olsaydı, bu məsələdə mütləq Salam Sarvanın tərəfində olardı. Çünki o da öz dövrünün Salam Sarvanı idi. Keçmişin bütlərini yıxmaqla məşğul idi. Bunlar isə təzədən büt yaradırlar. O ki, qaldı komfort həyat məsələsinə, bu haqda Salam Sarvan statistik şəkildə çox dəqiq yazmışdı hər şeyi. Həm də bildiyimə görə, Zamin Hacının 2 yox, 3 otaqlı evi var.

- Bir az da yaradıcılığınız barədə. Ədəbi mühitdə bəzən deyirlər ki, şeirdə uğur qazana bilməyənlər nəsrə keçir. Əsəd Qaraqaplan niyə nəsrə keçdi? Bu keçid hansı ehtiyacdan doğdu?

- Tam səmimi deyirəm ki, mən nəsrə keçəndən sonra ürəyimcə olan şeirlərimi yazmağa başladım. Yəni bir növ nəsrim şeirlərimin ilkin variantı oldu. Mən yaxşı şeir yazmaq üçün roman yazıram. Üstəlik, dünyada “poetik nəsr” anlayışı da var və bu günə qədər sevdiyimiz, dünyada möhtəşəm nəsr əsəri kimi qəbul olunan əsərlər də məhz poetik nəsr əsərləridir. Əlbəttə, Folkner düz demirdi ki, bütün nasirlər uğursuz şairlərdir. Çünki özü də gözəl nasir və şair idi. Bir də şairindən-naisirindən asılı olmayaraq, ədəbiyyat elə bir qutsal məkandır ki, o, adamı özü seçər. Bir növ masonluq kimi. Yəni güclə özünü orda “qəbul elətdirmək”lə, yüngül desək, özünü ora soxmaqla deyil. İstəyirsən, yüz il yaz, yüz il özünü təbliğ elə, yüz il özünü gözə sox, yüz il qanqal otla, yenə də xeyri yoxdur. Amma o, səni seçibsə, harda olsan da, neyləsən də, heç yazmasan da, tanınmasan da, tamamdır, sən ədəbiyyatdasan artıq. Çünki daha yaxşısını O bilir. O, hər şeyi bilən, duyan və görəndir. O, bir gün gəlib sənin ərklə qolundan tutar və belə deyər: “Ey yaramaz uşaq, sən artıq seçilmisən”.

- Yazı adamının siyasətə qarışmasına necə baxırsınız? Bəzən şairdən-yazıçıdan vətəndaş mövqeyi gözləyirlər.

-Sizə bir nümunə verim: öz istedadsızlığınla, iç üzünü gizlədərək gündəmə gəlmək istəyirsənsə, beş-on “müxalifətçi” gəncə qoşul, mitinqə çıx, kənarda dur, onların çığır-bağırına bax, ağzına gələni yaz, özünə “mavi”, “küçə qadını”, “lezbiyen” və s. adlar qoy. Vəssəlam, gənclərin sevimlisi və qəhrəmanısan, inqilabçısan, nə bilim, nəsən. Elə Seymur Baycan, Günel Mövlud kimi. Belə adamlar Əkrəm Əylislini müdafiə eləyib, sonra da vətənpərvərlikdən dəm vuran adamlardır. Bir də ki, yazarın vətəndaş mövqeyi-filan ifadəsi kimi absurd ifadə yoxdur. Yazarın yazdığı zatən onun vətəndaş-mətəndaş, bəşəri-məşəri mövqeyidi də. Yoxsa onu ayrıca provokasiyaya çəkib, yenidən Amerika kəşf eləmək də nə demək?! İkinci də, yazarın elə bir öhdəçiliyi də yoxdu axı. Sən azad, sərbəst düşüncəli, bütün düşüncəsi və varlığı ilə öhdəçiliklərdən qaçan birinin üzərinə necə öhdəçilik qoya bilərsən ki?! Dünya ədəbiyyatının ən böyük yazarlarından biri irlandiyalı Ceyms Coysdan soruşurlar ki, sən İrlandiya uğrunda şəhid olmağa hazırsanmı? O da belə cavab verir: “Xeyir ola?! İrlandiya mənim uğrumda şəhid olsun da…”

- Çox vaxt cəmiyyətdən, kütlədən narazılıqlarınız gözə çarpır, bunun səbəbi nədir bəs?

- Bütün günü işi-gücü ancaq onu-bunu aldatmaq, onun-bunun ayağının altını qazmaq, evini yıxmaq olan, yolda qızlara, qadınlara söz atan, dalıyca baxıb ağız marçıldadan, savas adı gələndə qaçıb gizlənən, məcburi aparıldığı savaşdan qəhrəman kimi qayıtdığını idda edib, haqq tələb edən, arxada min fırıdaqdan çıxan, özündən vəzifəcə yuxarı adam görən kimi ikiqat əyilən, özündən zəifi basıb öldürməyə hazır olan əksər həmvətənimiz pişik kimi marıqda gözləyir ki, görək, hansısa söz adamı, hansısa azad yazar fərqli bir söz deyəcək, tez düşək onun üstünə, onu “neprav” çıxaraq, ona əxlaq dərsi keçək, mili-vətənpərvərlik aşılayaq, “haqq yoluna” gətirək. Belə iyrənclikləri görəndə qəti qərar verdim ki, ancaq öz həyatımı yaşayacağam. Ciddi sözümdür; baxdım bu adamlarla nəsə eləmək olmaz. Gördüm ancaq əsəblərim, canım və hisslərim boş yerə gedir. Öz-özümə dedim ki, harda qırıldı-qırıldı.

- Adətən, yazı adamları müsahibəni yaradıcılıq planları barədə sualla bitirirlər. Bizim üçün maraqlıdır ki, ən məhsuldar gənclərimizdən olan Əsəd bəy hazırda nə yazır? Növbəti kitabını nə vaxt çıxaracaq?

- Beşinci romanım olan “Ağ yaz paltolu qadın”ı artıq bitirmişəm, üzərində işləyirəm ki, daha yaxşı formada üzə çıxarım. Əvvəlki romanlarımda bir az səhlənkarlıq etdiyimi indi başa düşürəm. Bu roman 10 məktubdan və on şeirdən ibarət yeni ruh halında, yeni baxış bucağında və yeni formada yazılmış bir romandır. İmkan verilən yerlərdə köşə yazısı, araşdırma və digər yazılarla çıxış edirəm ki, bu da maddi çətinlikləri aradan qaldırmaq üçündür. Şeir isə mənim həyat mənbəyim və yaşam tərzimdir. Uzun müddət şeir yaza bilməyəndə özümü ölmüş hesab edirəm. Şeirin ümumiyyətlə, bu dünyayla, hətta ədəbiyyatla-mədəbiyyatla əlaqəsi yoxdur. /elitar.az/

Yenililklər
24.02.20
Rəvan Cavid - “Azğın”: roman, yoxsa cızma-qara gündəlik?
24.02.20
"Kitabi-Dədə Qorqud”un üçüncü – Günbəd əlyazması" cap olunub
24.02.20

İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub

24.02.20
Azər Abdulla - Peşmanlıqdan sevincə keçid
23.02.20
Elçin Hüseynbəyli - Qarağac - Romandan parça
23.02.20
Bədirxan Əhmədli - Gerçək və intellektual türkçü Muhsin Kadıoğlu
23.02.20
Könül Nuriyeva - "İsanın İncili"ndəki sonsuz suallar
23.02.20
Əlyazmalar İnstitutunda “Nəsimidən nəsimlər” kitabının təqdimatı olub
23.02.20
Ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verən alim – akademik Həmid Araslı
21.02.20
İnsanın əzəməti – Dino Butsatinin hekayəsi
21.02.20
Tramp “Oskar” mükafatının Cənubi Koreya filmi “Parazitlər”ə verilməsini tənqid edib
21.02.20
Məşhur yazıçı hekayəsini 1 ABŞ dollarına satdı
21.02.20
Müslüm Maqomayev haqqında çəkilən serialın treyleri yayımlandı - VİDEO
21.02.20
Xalq rəssamı Böyükağa Mirzəzadənin anadan olmasından 99 il ötür
21.02.20
Taleh Eminoğlu - Knut Hamsun: bir medalın iki üzü
21.02.20
Bakıda Beynəlxalq film festivalı keçiriləcək
21.02.20
"Müqayisəli ədəbiyyatşünaslıq" jurnalının yeni sayı çıxıb
21.02.20
Hacı Ələmdar Mahirin anım günü
18.02.20
Özbəkistanda “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsi elan olundu
12.02.20
"Təkrarın tənhalığı”nda "Sevdiyim əsər” – Fərid Hüseynin kitab təqdimatından reportaj
10.02.20
Gülbala Dadaş - “Hər kəsin öz eşqi” kitabı haqqında
07.02.20
Fərid Hüseynin kitablarının təqdimat mərasimi keçiriləcək
05.02.20
Bəsirə Əzizəlinin Muhsin Kadıoğlu haqqında monoqrafiyası çap olunub
05.02.20
İradə Musayeva -  Süleyman Rüstəmi əksinqilabçı adlandıran repressiya qurbanı
03.02.20
Cavanşir Yusiflinin Səlim Babullaoğlu haqqında kitabı nəşr edilib
02.02.20
İradə Musayeva - Bağırovun gizli tapşırığı: “Boynuna qoyuluncaya qədər döyün!”
01.02.20
"Qanun” nəşriyyatında "The Paris Review müsahibələri” adlı kitab nəşr edilib
01.02.20
Rusiya Yazıçılar İttifaqı ilə AYB arasında əməkdaşlıq müqaviləsi imzalanıb
29.01.20
İradə Musayeva - Bağırov bu tərcüməçimizi həbs etmək üçün Stalindən icazə istəmişdi
28.01.20
Fərid Hüseyn - İnsanın unutqanlığı bəzən onun ədalətidi
28.01.20
AYB-nin Gənclər Şurasının “Ulduz”u nəşr edildi
25.01.20
İradə Musayeva - Müstəqil Azərbaycan” sözü dilinizdən çıxmadımı?
25.01.20
Fazil Abbasov - Qanımı süz, şərab kimi...
25.01.20
Əsmər Hüseyn Xan - Onda balaca idik, adımız uşağıydı
25.01.20
Şəhla Aslan Türkiyənin "KonTV" kanalında aparıcılıq edəcək
24.01.20
İradə Musayeva -  Repressiya illərində  tragik həbs situasiyaları...
22.01.20
“Dünya ədəbiyyatı” dərgisinin yeni sayı esse janrına həsr edilib
22.01.20
İlham Əziz - O dünyadan gələn səslər
22.01.20
İradə Musayeva - Repressiya dəhşətləri
22.01.20
Yazıçı-publisist Aqşin Babayevin daha bir kitabı çapdan çıxıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.