Sergey Dovlatovun “Əcnəbi qadın” romanı çap olunub
15.01.14

"Qanun" nəşriyyatı tərəfindən Sergey Dovlatovun “Əcnəbi qadın” romanı çap olunub.

“Əcnəbi qadın” romanı qeyri-adi yumorla yazılıb.
Əsərin qəhrəmanı Marusya Sovet ittifaqında Kommunist Par­tiyasına sadiq bir ailədə doğulub. Təminatlı həyat onu sıxır. Sa­dəlövhlük onun yolunu Avropaya, oradan isə Nyu-Yorka aparıb çıxarır.
Əsərdə Marusyanın timsalında sovetlərdən gedən mü­ha­cir­lə­rin həyatı təsvir olunur.
“Əcnəbi qadın” əsərində bir cümlədə eyni hərflə başlayan iki söz yoxdur.
Tərcümə edərkən müəllifin üslubu qorunub.

Sovet mühacir-yazıçılarının “üçüncü” dalğasının nü­ma­yən­də­si, adı Azərbaycan oxucularına az-çox tanış olan Sergey Dovlatov 1941-ci ildə, ailəsinin evakuasiya edildiyi Ufada doğulub. Son­ralar yenidən Leninqrada qayıdıb. Filologiya fakültəsini bitirib. İlk hekayələrini yazan gündən “dissident” sayılıb. Sovet ədə­biyyat jurnallarında çap olunmaq cəhdləri baş tutmayıb. İlk kitabının yığımı DTK-nın sərəncamı ilə məhv edilib. Çörək pulunu jurnalistikadan “çıxarıb”.
1976-cı ildə bir sıra hekayələri Qərbdə, “Kontinent”, “Zaman və biz” jurnallarında çap olunub, buna görə SSRİ Jurnalistlər İtti­fa­qından xaric edilib.
1978-ci ildə Avstriyaya, sonra ABŞ-a mühacirət edib. Nyu-York­da yaşayıb, ilk vaxtlar qalmaqallı “Yeni amerikalı” qəzetini bu­raxıb. Səksəninci illərin ortalarında Amerika oxucuları arasında məşhurlaşa bilib, hekayələri dəfələrlə “mötəbər və nüfuzlu” “New Uorker” jurnalında çap olunub. Onu da deyək ki, rus yazıçılarından heç biri heç vaxt bu jurnala “yaxın buraxılmayıb”. Dovlatov istisna təşkil edir.
1990-cı ildə Nyu-Yorkda ürək çatışmazlığından vəfat edib.
On iki illik mühacir həyatı ərzində Dovlatovun ABŞ və Avropada on iki kitabı nəşr edilib. Rusiyada onu “samizdat”a və radiodakı verilişlərinə əsasən tanıyırdılar. Hazırda Moskvada Dovlatovun çoxsaylı kitabları nəşr edilib, “Seçilmiş əsərlər”i buraxılıb.
Biz, Azərbaycan oxucularını S.Dovlatovun hansı əsəri ilə tanış etmək barəsində düşünərkən müəyyən tərəddüddən sonra onun “Əcnəbi qadın” romanını seçdik.
Bu vaxta qədər onun Azərbaycan dilində yalnız bir neçə heka­yəsi Natiq Səfərov tərəfindən tərcümə olunub.

128 səhifəlik romanı rus dilindən Şahbaz Xuduoğlu tərcümə edib. Qiyməti isə  4 AZN-dir.

Avanqard.net

Yenililklər
27.11.21
Kənan Hacı - Yazı sənətinin tarixi
24.11.21
Təranə Vahidin “Qarışqa təqvimi” çap olunub
23.11.21
Muni Vitçer - Altıncı Ayın qızı Nina    
23.11.21
İlk dəfə olaraq “Arı” və “Mirat” satirik jurnalları transfoneliterasiya edilərək yeni əlifbada toplu halında nəşr edilib
22.11.21
Cəmşid Cəmşidovun tərcüməsində Muni Vitçerin əsəri çap olundu
22.11.21
Turan Yazqan: Türk dünyasının səsi
17.11.21
“Nizami Gəncəvi sözünün orbitində” kitabının təqdimatı keçirilib
17.11.21
Türkiyənin məşhur şairi Sezai Karakoç vəfat edib
17.11.21
“Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi elan olunur
17.11.21
Elçin Hüseynbəylinin “Vida” romanı çap olunub
17.11.21
BAFTA qısa filmləri Bakıda nümayiş olunacaq
11.11.21
“Nizami Gəncəvinin poetik portreti” kitabı nəşr olunub
11.11.21
“Şərq irsi” adlı Beynəlxalq Müasir İncəsənət Sərgisi açılacaq
08.11.21
Kənan Hacı - Ekspress qatarında eksperimental mozaika
08.11.21
Fəxri Uğurlu - Klassikanı diri saxlamaq
08.11.21
"Şuşa" sənədli filminin təqdimatı olub
08.11.21
4+4: rəqəmsal namə
08.11.21
İsfar Sarabski Parisdə iki gün konsert verib
05.11.21
“Hədəf Nəşləri”nin təsisçisi Şəmil Sadiqin ƏDV ilə bağlı müzakirələrə əlavə və dəyişiklərlə bağlı təklifləri
05.11.21
Kənan Hacı - Yazıçılarımız nəyi bacarmır?
04.11.21
Qələbə ilə bitən ilk roman
04.11.21
Ədəbiyyat İnstitutunda Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin təqdimatı keçirilib
04.11.21
Azad Qaradərəli - Qara sevda
03.11.21
"Qarabağın qara kitabı" və "Qarabağ - qələbəyə doğru" kitablarının təqdimat mərasimi keçirilib
03.11.21
Kənan Hacının “Hakimə açılan atəş” romanı oxucularıın böyük marağına səbəb olub
02.11.21
“Şuşa, sən azadsan!” və “Biz” filmləri təqdim olunacaq
02.11.21
Rusiyanın Tretyakov Qalereyasında Tahir Salahovun sərgisi açılıb
02.11.21
Şamaxıda Yaradıcılıq Mərkəzi istifadəyə verilib
01.11.21
Altı əsr yaşı olan xalça 5,4 milyon dollara satışa çıxarılacaq
01.11.21
Nizami Kino Mərkəzində “Fulya” sənədli filminin premyerası olub
01.11.21
Zahid Sarıtorpağın İranda kitabı çap olunub
01.11.21
Vidadi Babanlının "Sabaha ismarıc" adlı romanı çap olunub
01.11.21
Poetik diktatura - Firuz Mustafa yazır
26.10.21
Çempion idmançı, istedadlı aktyor və doktorant
25.10.21
Azad Qaradərəli -  Zəngəzur ağacları
24.10.21
I Sumqayıt Kitab Sərgisi keçiriləcək
22.10.21
Kənan Hacı: “Güclü xarakterə malik insan haqqında yazmaq ikiqat çətindir” - Müsahibə
21.10.21
"Cəbrayıl əfsanəsi"nin təqdimat mərasimi olacaq
20.10.21
Türkiyədə təşkil olunan Beynəlxalq Şeir və Ədəbiyyat Festivalında ölkəmiz də təmsil olunur
20.10.21
Təranə Vahid - Yaddaşsız kölgələr
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.