"Əli Kərim özünə gələn sevgi məktublarını mənə oxudurdu"
15.01.14

Əli Kərimin həyat yoldaşı Elza Kərimova ilə müsahibə.

Evində görüşmək istədik. Amma Elza xanım üzrxahlığını bildirərək bunu inkar etdi: “Oğlum, evim təmirsizdi, ona görə səni dəvət edə bilmirəm. Amma Əli Kərim haqqında nə desən eləməyə hazıram”.

– Əli Kərim mənim haqqımda şeir yazıbsa, mənə çox ülvi məhəbbəti olubsa, bu gün borcumdur ki, onun barəsində nə qədər desən danışım. Yeganə adam olub ki, qadınına bu qədər etibar edib. Bunu tək mən  demirəm. Başqalarından da soruşa bilərsən. Gözəl oğlan olub. Gənc qızlar ona məktublar yazardılar. Yazıçılar İttifaqına göndərərdilər. Onları açmazdı. Evə gətirib mənə verərdi. Deyirdi ki, sən aç. Mən də cavab verirdim ki, əşi özün oxu da. O qədər arxayın idim ki, ondan. Heç açmırdı,  oxumurdu da. O cür təmiz bir adam idi. Ona desəydilər ki, Elza bir yarım saat artıq yaşayacaq, qolunu-qıçını ver, verərdi. O, bir o qədər qızın içində məni sevib, məni seçib. Mən kiməm ki?! Əliyə bütün qızlar qurban!..

“O , can verirdi, amma bunu məndən gizlədirdi.” Bu sözləri demək xanım üçün təbii ki, ağır idi. Amma yaş öz sözünü deyir. Elza xanım indi o vaxtlara bir soyuq xatirə kimi baxır. Əli Kərimin necə can verdiyini xatırlayır:

– Mən səmimi deyirəm. Əgər mən Əliyə yox, Məmmədhəsənə ərə getsəydim, bu səviyyədə olmazdım. Əlinin şəxsi təsiri məni bu cür yetişdirdi.  O qadına münasibətdə başıaşağı, söyüşbilməyən bir adam idi. İndi elə kişi var?! O, tam başqa olub. İmkanımız yaxşı olmayıb, zirzəmidə yaşamışıq, Əli içkiyə meylli olub də, eşitmisən yəqin. Atam-anam bizə kömək edib. Amma mən o xoşbəxtliyi gəlinlərimdə görmürəm. Amma qorxudan səsimi də çıxarmıram. Mən onun haqqında səmimi danışıram. Zəhləm gedir, o ki, qadınlar yazırlar e, ay məni belə sevirdi, mən belə sevirdim. O sözlərdən iyrənirəm. Fotoqraf ki, adamın şəklin çəkir ha, mən də o cür olanı deyirəm. Gördüm ki, Əli can verir. Amma mənə demir. Bir şeirində də var: “Ölüm gəlirdi, sadəlövh bir gözəli aldadırdı”. Orda sadəlövh mənəm. İndi düzəlmişəm, ağıllanmışam. Onda çox avam idim. Gözünə baxa-baxa getdi. Gözündə mənim şəklim qaldı. Doktor deyəndə ki, Əlinin gözün bağla, dedim, nə edirsiz?! Dedilər ki, ölüb, gözün bağlayırıq. Qoymadım, gözlərini özüm bağladım. Gözündə mənim şəklim getdi. İndi mən Əliyə nə eləsəm azdı. Amma çox şey edə bilmirəm.

Amma o, çox şey edib. Övladlarını əziyyətlə oxudub. Ün oğlu – Azər, Paşa və Orxandan indi də razılıq edir: Deyir, Azər, yeganə azərbaycanlıdır ki, 8-ci sinfi bitirib Moskva Dövlət Universitetinə daxil olub.

– Mən ona bir Moskva jurnalı alırdım. Orada məktəblilər üçün riyaziyyat məsələləri, başqa suallar olurdu. O jurnalı Azərə tez-tez alırdım. Azəri apardım Moskvaya. Heç boyu da çıxmırdı, üzünə tük də gəlməmişdi. 15 yaşlı balaca uşaq idi. Anam da qoymurdu. Deyirdi ki, gedəcək ora urus alacaq. Amma uşaq məndən əl çəkmədi. Apardım, bu günə qədər Azərbaycanda səkkizinci sinfi bitirəndən sonra MDU-ya daxil olan ikinci bir azərbaycanlı yoxdur. Azəri rektorun otağına apardılar. O, orda tək imtahan verdi. Azər nə təhər imtahan verdisə onlar dəli oldular. Çox istedadlı oğlandır. Oğlum olduğu üçün demirəm. İnan ki , bu belədir. Ehsan Doğramacı deyib ki, mən Azər Kərimova görə Azərbaycan xalqının qarşısında baş əyirəm.

Söhbətin bu yerində Elza xanım maraqlı bir məqama toxunur. Əli Kərimin ölümü ona necə təsir edibsə, əvvəlcə buna inanmayıb. Sonradan dərk edəndə isə bu ona çox pis təsir edib. Hətta dörd ay qohumlarını belə tanımayıb.

– Əli rəhmətə gedəndən sonra dörd ay adamları tanımadım. Heç yaxın adamları da tanımırdım ha. O günə düşmüşdüm. Sonra gördüm ki, əldən gedirəm, dedim ki, Elza daha bəsdir, özünü yığışdır. Özümü yığışdıra bildim. Yığışdırdım,  uşaqlarımı oxutdum. Azər Moskvada oxudu, Orxan da Kiyevdə. Atam, anam kömək edirdi. Əlinin kitabları da çıxırdı. Mən o pula  ev da almadım. Hamısını uşaqların təhsilinə xərclədim. İndi iki oğlum elmlər doktorudur. Başqa qadınlar kimi yüyürüb sırğadan,  üzükdən almadım. Onları ancaq oxutdum. Məzuniyyət alanda da gedirdim yanlarına. əyin-başlarına, yeməklərinə baxırdım. Şəhərdə oxuyan başqa azərbaycanlı uşaqları da çağırırdım ki, onların burada anaları yoxdur, qoy oturub yesinlər. Çünki mənim uşağım da orda anasızdı. Elə edirdim ki, Əli məndən inciməsin.

Elə söhbətin bu yerində Elza xanım Əli Kərimin uşaqlarını necə dəlicəsinə sevdiyinə toxunur. Yadında qalan bir-iki maraqlı əhvalatı bizə danışır:

– O, uşaqları mənə qısqanırdı. Kislavodska gedəndə dörd nəfərlik kupeni götürürdük. Uşaqları baş-ayaq yatırırdı, özü də otururdu. Uzana bilməzdi. Maşallah, çox enlikürək idi. Mən də tək yatırdım. Çay gətirən bələdçi qadın məndən soruşurdu ki, bu uşaqlar sənin deyil? O uşaqları mənə qısqanırdı. Deyirdi ki, sən yatarsan, uşaqlar yıxılar. Onlarla çox oynayırdı, qəzet, kitab, jurnal alırdı. Daha uşağa nələr eləmirdi ki, o?! Onun kimi ata yox idi! Onun üçün mən də sonradan elə etdim ki, Əlinin ruhu məndən inciməsin.

Elza xanım sonradan bu sözünün üzərində dayanıb. Əli Kərimin xatirəsi olan uşaqlara bütün həyatını həsr edib. İndi də onlardan qürurla danışır: “Azərə Türkiyənin Bilkənd Universitetinin professorudur. Böyük riyaziyyatçı alim kimi tanınır”.

– Vəfat edəndən sonra əlyazmalarının hamısını topladım qorudum. Bütün əlyazmaları dövlətə təhvil verdim. Arxiv idarəsində dedib ki, Əli Kərimin evi zirzəmidədir. Orada qalsaydı əlyazmaları çürüyərdi.

Elza xanımla yarasını təzələyən  yerə gəlirik. “O vaxt Əli Kərimi yaman qısqanırdılar ha...”

– Əlini nəinki o vaxt, onu elə indi də qısqanırlar. Əlini Məti Osmanoğlu kimi adamlar sevir ki, hərdən bir şey yazıb yad edirlər. Hərdən televizorda orda-burda görürəm ki, sənin yaşda oğlanlar Əlini necə sevir, necə bilirlər. Mən özüm belə onlardan utanıram. Sən nə danışırsan! Onu düşmənləri yox e, onu elə dostları da qısqanıb.

Sənə bir söz deyim. Əlinin sağlığında onu sevən yeganə adam Rəsul Rza olub. Onu öləndə də Fəxri Xiyabana basdırmağa qoymadılar. Rəsul Rzanın gücü ilə  aparıb Göyçayda dəfn etdilər.

Yazıçılar Birliyində ev paylanılırdı. Əli də rəhmətə getmişdi. Bizə ev vermədilər. Bir dramaturq var, Altay Məmmədov. Mənə dedi ki, kooperativə, yəni tikilən binaya pul vermişəm. Amma mənə ev vermədilər ki, sən Gəncədə yaşayırsan. İndi pul mənimdi. Elə bil verdim Əliyə. Get, balalarınla otur o evdə. Mən də o vaxt İttifaqa getdim. Mirzə İbrahimov məni qəbul eləmədi. Manaf Süleymanov da qəbul eləmədi. Düzdü mehriban danışdı, amma dedi ki, bu işə Novruz Gəncəli baxır. Axırda da Novruz Gəncəli mənə nə desə yaxşıdı? “Əli ölüb, Birliyin qeydiyyatdan da çıxarılıb”. Ondan sonra Yazıçılar Birliyinə gedəsi döyüldüm. Rəsul Rzanın oğlu Anar ora katib keçəndən sonra getdim ora. Yoxsa mən ora ayaq basan deyildim.

Elza xanım gileyini gizlədə bilmir:

– Əlinin 80 illik yubileyi keçirildi? Yox!

Yenidən o dövrə qayıdırıq. Elza xanım çox maraqlı məqamlara toxunur.

– O, Cəlal Məmmədovla dalaşıb işdən çıxdı. O şeir şöbəsində işləyirdi. Jurnalın üz qabığında bir “bezdar”nı aşığın şeirlərini vermişdi. Jurnalın redaksiya heyətində də heç kim müdaxilə etmədi. Təkcə Əli narazılığın bildirib. Onda da işdən çıxdı.

Birin qoyum, birin danışım. Bir gün Osman Sarıvəllinin şeirini itirir. İndi vərəqdi də, harasa düşüb. Osman Sarıvəllinin şeiri itirdiyinə görə Yazıçılar Birliyində Rəyasət Heyəti toplanılır. Rəsul Rza da orada iştirak edirdi. Bundan qabaq da onlar Əli Kərim Osman Sarıvəlli, Rəsul Rza, Moskvada dekadada da olublar. Kremldə Xruşşov bunlara qonaqlıq verib. Orada kimlərində sağlığına içirdilər. Osman da içən adam deyildi. Amma qorxusundan bütün sağlıqları içir. Olur lül-qənbər və yediklərini Kremldə qaytarır. Əli bunu alıb dalına qaldıqları yerə gətirib. İndi Yazıçılar İttifaqında həmin şeir itkisinə görə Rəyasət Heyəti yığılanda Əli söz alan kimi bunu deyib: “Osman müəllim, mən hələ “Baksovet”ə qaytarmamışam, amma sən Kremlə qaytarmısan”. Rəsul Rzaya bu ləzzət edib, deyib ki, Osman, di cavab ver! Bununla da Rəyasət Heyəti dağılıb. Məsələ bağlanıb.

Elza xanımdan xahiş edirik ki, Əli Əkrimi sizdən yaxşı tanıyan olmaz, mümkünsə, onun heç kimə bilinməyən tərəflərini bizə danışsın. Onun da ürəyi dolu. Nəinki danışır, hətta çox maraqlı məqamları da bizə deyir:

– Qayınatam çoxlu arvad alıb. Əli görünür bu məsələdə xeyli acığa düşüb. Odur ki, qıza-zada heç gözünün ucuyla da baxmırdı... Bir dəfə qayınanamla ikimiz univermağa getdik. Avtobusda pulum oğurlandı. Çox pərt oldum. Qayınanamla ikimiz çox pərt halda evə gəldik. Dedim ki, Əli, pulumu oğurlayıblar. Dedi: “Canın sağ olsun. Sabah radiodan pulumu alacam. Yəqin oğruya da pul lazım imiş”. /modern.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.