Aydın Dadaşov - Nazim Hikmətlə Əjdər İbrahimovun ilk filmi
16.01.14

1951-ci ildən ömrünün sonunadək SSRİ-də yaşamaq zorunda qalan Nazim Hikmətin (1902-1963 bu dövrdə "Türkiyədə" (1952), "Qəribə adam" (1955), "İvan İvanoviç vardımı, yoxdumu" (1956) pyesləri tamaşaya qoyulduqdan sonra ilk ekran əsəri «Bir məhəlləli iki oğlan» filmi oldu.

1923-27-ci illərdə Aşqabadda fəaliyyət göstərən xalq teatrında uşaq rolları oynamış, 1937-ci ildə orada teatr texnikumunu bitirmiş, müharibə başlananda cəbhəyə yollanmış, alman faşizmi üzərində qələbədən sonra, 1946-cı ildə daxil olduğu ÜDKİ-nun kinorejissorluq fakültəsində, Sergey Yutkeviçlə Mixail Rommun emalatxanasını 1952-ci ildə bitirən Əjdər İbrahimovun Nazim Hikmət haqqındakı «Sülh mübarizi» adlı diplom işini bəyənən komissiya sədri Dovjenkonun Mosfilmdə çalışmaq təklifi qəbul edilmədi. Bir müddət doğulduğu Türkmənistanda «Firuzə» adlı kinooçerk və «Xəzərin şərqində» mənzərə filmini çəkən Əjdər İbrahimovun ekran yaradıcılığı birgə oxuduğu İlya Qurinlə birgə quruluş verdiyi, Bakı və Maksim Qorki adına kinostudiyalarının  birgə istehsalı olan «Bir məhəlləli iki oğlan» (ssenari müəllifləri Nazim Hikmət, A.Begiçeva.1957) filmindən başladı.

1 oktyabr 1949-cu ildən Mao Tszedunun rəhbərliyi ilə yaranan Çin Xalq Respublikasında real həyata tətbiq oluna bilməyən «Böyük sıçrayış» və «Mədəni inqilab» ideyaları iflasa uğradığı, ölkə daxilində baş verən qarşıdurmalarda hakimiyyətin tanklardan və hətta aviasiyadan istifadə etməkdən çəkinmədiyi bir şəraitdə İkinci Dünya Müharibəsindən sonra Şərqi Avropaya doğru genişlənən sosializmin Asiya qitəsinə də yeridilməsi dünyanın geosiyasi mənzərəsində qarşıdurmanı gücləndirdi. Arxasında İosif Stalinin xeyir-duası ilə Sovet, Şərqi Avropa və ÇXR döyüşçülərinin durduğu Şimali Koreya ordularının Cənubi Koreyaya hücumunun qarşısını almaq naminə BMT Təhlükəsizlik Şurasının qərarına əsasən 25 iyun 1950-ci ildə ABŞ-ın demokratları təmsil edən prezidenti Harri Trumenin Türkiyə də daxil olmaqla 16 ölkə ilə birgə döyüşlərə qoşulması «soyuq müharibə»nin qaynar səhifələrini açdı. Artıq atom və hidrogen bombalarını əldə etməkdə olan Sovet ordusunun işğal etdiyi Şərqi Avropa ölkələrində azad seçkilər əvəzinə kommunist diktaturası rejimini yaratmaqla kifayətlənməyib üstəlik Cənub-şərqi Asiyaya da üz tutmasından təşvişə düşən BMT qəti qərarlar qəbul etməli oldu. Belə bir tarixi şəraitdə siyasi fəaliyyətinə görə ölkəsində mərhumiyyətlərə dözmüş böyük türk şairi və dramaturqu Nazim Hikmətin üz tutmalı olduğu Sovetlər birliyində onun «Romantika» avtobioqrafik əsərinin ekranlaşdırılması sovet təbliğat mexanizminin maraqları ilə üst-üstə düşdü.

Beləliklə «Bir məhəlləli iki oğlan» filmində ölkənin adı çəkilməsə də, bəlli Türkiyə mühitini göstərən «Cənnətin qapısı» adlı kasıb, bərbad kənddən keçən qatarın pişvazına çıxan yoxsul, yarıçılpaq uşaqların rahat vaqondakı hərbi yardım komissiyasının üzvlərinin atdıqları şirniyyatı havada tutmaları, sərnişinlərdən Gülsümün (K.Sokolovskaya), nurani simalı usta Əlinin (Fateh Fətullayev), əri həbsxanada olan Həlimənin (Tamara Kokova), onun kiçik oğlunun təqdimatı ilə havada süzən qırıcı təyyarələrin montajı problemi bəyan edir. Mövzu xatirədəki cavan Əlinin çapçı uşaqlarla çərpələng uçurtması, özündən çıxan mürəttib Həsəni (Möhsün Sənani) sakitləşdirməsindən sonra ekrandaca böyüyən Nurunun da qatarda olması hadisələri əvvəlki məkana qaytarır. Ətrafdakıların üzünə şampan şərabı fısqırdıb ələ salan xarici zabitlərin boşqabları sındırmasına hiddətlənən vaqon bələdçisi Tahirin (Əziz Qurbanov) onları qatardan atması gözönü hadisələri qızışdırır.
On il  əvvəlki ilk ürək tutması xatırlanan mətbəədə Nurunun (Semyon Sokolovski) səhhətinin pisləşməsi ucbatından fabrikdə işləməsinə hadisələri diktor mətnində idarə edən həkim Əzizin (Sergey Bondarçuk) qadağa qoyması, Əhmədin (Vladimir Medvedev) sevdiyi Həliməyə oxuduğu, filmin bəstəkarı Qara Qarayevin mahnısında sosial problemlərə toxunması qızın atası Həsənin dükançı Feyziyə (Əliağa Ağayev) borcunun müddətini uzatması, Qadının ölmüş ərinin kəfən pulunu tam ödəyə bilməməsi siyasi motivi önə çəkir. Yeri gəlmişkən tipaj fərqliliyinin zahiri əlamətlərdə nəzərə alınmaması, Nurunu ifa edən Semyon Sokolovskinin Əhməd rolundakı Vadim Medvedevlə zahiri bənzərlikləri, geyimlərinin yaxınlığı hətta hər ikisinin bığları tamaşaçıda çaşqınlıq yaradır.

 24 iyun 1958-ci ildə çıxan «Sovetskaya kultura» qəzetindəki «İgidlik ölməzdir» məqaləsində V.A,Çaykinin: «Üzünü demək olar ki, görmədiyimiz, bütün tarixçəni dilindən eşitdiyimiz təhkiyyəçi həkim Əziz obrazı (Sergey Bondarçuk) daha həyati, daha dəqiq, hətta daha «görümlü» alınmışdır. Bu qeyri ekran obrazının yaranmasında (Sergey Bondarçuk) maraqlı nümunədir» fikirləri isə mübahisəli görünür. Doğrudan da mozaik dramaturji modelin qurulmasında müstəsna rol oynayan həkim Əziz əslində kinodan çox radio personajına yaxındır.  

 Filmdə Həlimə üçün qarpız seçən Əhmədin qızın ardınca qaçması, pulun donun yaxasından çıxarılması kadr daxili plastikanı zənginləşdirsə də, «İşıq» jurnalının yaradılması ilə redaksiyanın pəncərəsinə daşla çırpılan şantaj məktubunun korrupsiyadan söz açan qəzetdə çapı, belə getsə, ölkənin müstəmləkəyə çevriləcəyi bildirilməklə şəhər prokurorunun narahatçılığı, axşam qəzeti buraxan sahibkarın məqalələrinin səviyyəsinə görə işə cəlb etmək istədiyi Nurunun cırıltı ilə açılan qapıdan gözlədiyi cinayətkarın əvəzinə çay gətirən uşağın görünməsi attraksionların montajını yaradır. Əhmədlə görüşə gələn Həlimənin qonşuları Xədicə xalanın (E.Sultanova) tavanından asılan lampanın üzərinə atdığı örtüyün təsadüfən götürülməsilə qızın atasının gəldiyini düşünüb həmən evə qaçması dolaşıq süjet yaratsa da  Jurnalistlər birliyinə dəvət olunduqda, dostlarının avtomobillə yola saldıqları, kirayələdiyi  frakı geyinən Nurunun kübar dairənin adamları ilə ünsiyyətə girə bilməməsi mühitin ziddiyyətini yaradır.

 Tədbirdə qəzet maqnatı cənab Rafiqin (S.Köçəryan) açıq-saçıq geyimli qızı Gülsümlə tanış olan Nurunun rəqs zamanı vaxtaşırı ayağını basdığı qızla məhəbbət macərası fabulaya işləyir. Rejissor sənəti baxımından ikinci  planın yüksək səviyyədə işləndiyi çimərlik səhnəsindən sonra həyatına sui-qəsd olunan Əhmədin cinayət məsuliyyətinə cəlb edilməsi ədalətsizliyi gözönü təqdim edir. Sevgilisinin ardınca gələn Həlimənin atası tərəfindən zorla aparılması ilə həbsxananın fonunda Əhmədlə Nurunun on illik həbs cəzasına məhkum olunduqlarının bildirilməsi, fəhlələrin nümayişindən, imza toplanmasından sonra tutulanların azadlığı siyasi motivi gücləndirir. Gizli təşkilat üzvlərinin məktubunu dolmaların arasında həbsxanaya gətirən Həlimənin buraya bahalı avtomaşınla gələn, bahalı ərzaqlar gətirən Gülsümlə rastlaşması sosial zümrə ziddiyyətini yaradır. Dolmalara girişən həbsxana nəzarətçiləri saspens yaratmaqla yanaşı məmur özbaşınalığını da nümayiş etdirsə də, dəmir barmaqlıqlarla ayrıldığı sevgilisi Əhmədlə təbəssümlə ünsiyyətə girən Həlimə mənəviyyatın timsalına çevrilir. Nuru ilə məxsusi otaqda görüşərkən atasının əfv fərmanına çalışdığını dilə gətirən Gülsüm sinfi mübarizəni neytrallaşdıran digər metodları bəyan edir. Həbsxanadan çıxan eyni taleyi bölüşdüyü Əhmədi, dostlarını və hətta atası usta Mahmudu (İsmayıl Osmanlı) qoyub Gülsümün bahalı avtomaşınında banketə tələsən Nurunun tərəddüdləri əqidəyə xəyanətin asan olmadığının psixologizmini  səciyyələndirir.

Usta Əlinin evinə yığışanların gözlədiyi Nurunun pulun diktəsinə tabe olaraq Gülsümün atasının partiyasının mənafeyini müdafiə etməklə ikinci infarktını alması fonunda, ölkənin hərbi sazişə baş əyməsi şəxsi və ictimai motivləri birləşdirir. Gülsümün atasının qəzetindəki sifarişli məqaləyə imza atan Nuru özünün simasızlığını göstərməklə həmkarlarının, dostlarının hətta atası usta Mahmudun belə nifrət hədəfinə çevrilsə də, dostunu satqın adlandırıb ifşa edən Əhmədin məqaləsi haqq-ədalətin təntənəsinə çevrilir. Hərbi sazişə əsasən kasıb məhəllələrə belə gəlib çıxan xarici əsgərlərin ayaqları altına çirkab su atmasına görə döyülən Xədicə xalanı, müdafiə edənlərin damlardan başlarına qarpız yağdırdıqları şər qüvvələrin gülüş hədəfinə çevrilməsi xeyrin gözönü təntənəsinə çevrilir. Həbs edilməklə xalq qəhrəmanına çevrilə biləcək  Əhmədin barəsində materiallar yğıllmasına dair paytaxtın göstərişinə əməl edən cənab Rafiqin tədbirləri, Həlimənin Əhmədlə görüşməsi ilə ürək tutmaları başlayan atası Həsənin yanına pul istəməyə gəldiyi Nurudan qızına varlı adaxlı tapmağı da xahiş etməsi ziddiyyəti artırır. Nazifin (Bu rol Məlik Dadaşovun kinoda ilk işidir.A.D.) iş otağına gəldiyi Əhmədin cibindən oğurladığı tapanca ilə Həsəni güllələməsi, sifarişli məhkəmədə Nurunun dostuna qarşı ifadə verməyə məcbur edilməsi dramatizmi artırır.

 Tutarlı çıxışı ilə qondarma məhkəməni ifşa edən Əhmədin silahın Nazif tərəfindən oğurladığını xatırlaması, salonuna daxil olan Həlimənin təbəssümlü çöhrəsi günahsızlığın sübutuna çevrilir. Atasına hamilə olduğunu bildirdiyini deməklə salonda təlatüm yaradan Həlimənin çıxışından sonra ömürlük həbs cəzasına məhkum olunan Əhmədin aclıq elan etməsi haqq-ədalət uğrunda sona qədər mübarizəni səciyyələndirir. Kameraya gələrək dostunu aclığa son qoymağa çağıran Nurunun Əhmədə oğlunun dünyaya gəldiyini bildirməsi bütün məhrumiyyətlərə baxmayaraq davam edən həyatın mənzərəsini yaradır. Nəhayət ki, azadlığa çıxdığını düşünsə də dar ağacından asılan Əhmədin həyatının oğlunun və «İşıq» jurnalının timsalında davam etməsi ideyanın qələbəsini səciyyələndirir. Finalda dəmiryolçu Tahirin azğınlaşmış xarici hərbiçiləri qatardan atdığına görə səhvən həbs olunan kəsin yerinə özünü qanuna tabe etdirməsi mübarizənin davam etdiyini göstərir. 1957-ci idə birinci Ümumittifaq kinofestivalında filmin ən yaxşı bəstəkar işinə görə mükafata təqdim edilməsi Qara Qarayevin musiqisinin ekran effekti yaratmaq bacarığını da təsdiqlədi.

 «İskusstvo kino» jurnalının 1958-ci il 5-ci sayındakı «Ürək yananda…» məqaləsində filmi ətraflı təhlil edərək mürəttib Həsən rolunda ani də olsa, ata mehribançılığına yer verməyən,  yalnız kobudluğu göstərən Möhsün Sənaninin birtərəfli oyununu, Əhmədi öldürməklə hədələdiyi səhnənin zahiriliyini, bəsitliyini, mehriban baxışlı, xoş sifətli usta Əli rolundakı Fateh Fətullayevin ssenarinin çərçivəsindən çıxa bilməməsini, sentimentallığa uyub, həddindən çox bir-birlərinin çiyninə vuran dostların, yersiz təbəssümlərini:  Əhməd obrazının Vadim Medvedevin kinoda ən yaxşı rolu olduğunu,  Semyon Sokolovskinin isə Nurunu zəif oynadığını yazan  kino tənqidçisi A.N.Zemnovanın: ««Bir məhəlləli iki oğlan» filminin özünün ciddi səhvləri vardır. Ancaq bircə o aydındır ki, bu film maraqlıdır. O hər bir həqiqi insanı fərqləndirən məxsusi dərinliyi, hissiyyat bütövlüyünü, mənəviyyat əzmini öyrədir. Kimin ürəyi sadəcə közərməyib, alışıb yanır» fikirləri bu ekran əsərini yetərincə yüksək dəyərləndirir.

Yenililklər
20.09.19
Gülhüseyn Hüseynoğlunun kitabının təqdımatı oldu
18.09.19
BMT Pikassonun “Gernika” əsərinə görə İspaniyadan üzr istəyib
18.09.19
Vasif Əlihüseyn - Elə gözəl idi dizimdəki yaraların qurumuş qaysaqlarını qoparmaq
18.09.19
Vüqar Əhməd - Aktyorun dəfni
16.09.19
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi
16.09.19
Türk rənginin - Turkuazın hekayəsi
12.09.19
Ayhan Miyanalı - 40-ncı sınaq
12.09.19
Rəşad Məcidin “Qələmsiz yazılanlar”ı
12.09.19
İsa Həbibbəylinin yeni monoqrafiyası çap olunub
06.09.19
Naxçıvan Dövlət Tarix muzeyi - 95
06.09.19
Ramil Əhmədin “İki Şəhərin Yazıları” adlı kitabının təqdimat və imza günü keçiriləcək
01.09.19
Esmira Fuad - Faniliyin poetik tarixi
01.09.19
Regina Deriyeva - Uşaqlıq-xəzinəsidir gözyaşlarının
19.08.19
Fərid Hüseynin kitabı Serbiyada nəşr edilib
30.07.19
Güclü insan sorağında - Əhməd bəy Ağaoğlu-150
30.07.19
Azərbaycan-Qırğız ədəbi əlaqələrində yeni səhifə
29.07.19
“Türk dilləri araşdırmaları” jurnalının ilk nömrəsi işıq üzü görüb
29.07.19
Əhməd bəy Ağaoğluna həsr olunan konfrans keçiriləcək
29.07.19
“Qoşa qanad” ədəbi almanaxı işıq üzü görüb
29.07.19
Ədəbiyyat İnstitutu Avrasiya Türk Araşdırmaları İnstitutu ilə memorandum imzaladı
26.07.19
“Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək
26.07.19
Məhəmməd Tanhu - 8-ci günün qeydləri
26.07.19
Ədəbiyyat İnstitutunda Qırğızıstan yazıçıları ilə görüş təşkil olunub
24.07.19
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
24.07.19
Nemətullah Naxçıvaninin “Şərhi-Gülşəni-raz” əsərinin iki müxtəlif nüsxəsi əldə edilib
24.07.19
Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub
23.07.19
Prezident Murad Köhnəqalaya ev verdi
23.07.19
Svetlana Alekseyiviçin növbəti romanı yayımlanıb
23.07.19
Amerikalı yazıçı-satirik vəfat edib
22.07.19
Tanınmış jurnalist Amil Novruzovun 60 illiyinə
22.07.19
Aida Feyzullayevanın “Komparativistikanın işığında” kitabı işıq üzü görüb
22.07.19
"Gənc Qırğız şeiri antologiyası" Bakıda və Bişkekdə təqdim olunacaq
22.07.19
"Qanun"dan yeni nəşrlər
22.07.19
“Türkologiya” jurnalının əlavəsi akademik Məmmədağa Şirəliyevin 110 illiyinə həsr ediləcək
18.07.19
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb
18.07.19
İradə Musayeva - Üçlü formul müəmmasına düzəliş... 
18.07.19
Etimad Başkeçid yazır - Qırxayaq hər addımını düşünsəydi...
18.07.19
Nəsiminin dilinin dialektoloji tədqiqinə həsr olunmuş yeni kitab çap olunub
18.07.19
Azərbaycanda ilk dəfə türkdilli əlyazmaların toplu kataloqu nəşr olunub
18.07.19
Yazıçı Andrea Kamilleri vəfat edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.