Azad Qaradərəli - Bir Aslan Qəhrəmanlı vardı
21.01.14

Vida sözü
           
Eldar Baxış bi gün məni yanına çağırdı. Əlindəki qollu, möhürlü sənədi qabağıma qoyub dedi:
-Sən bu radioda işləyəcəyin müddətdə bu iki verilişin redaktoru olacaqsan:  uşaqlarçün “Nağıl axşamı” və “Bəbə” radio teatrı. Mən də müəlliflər təklif edəcəm, amma sən daha  ehtiyacı olanları yığ. Həm də istedadlıları. Yazıçıların bir çoxu çörəkpuluna möhtacdır... Sən də qaçqınsan. Elə et ki, həm özünə gün ağla, həm də bu yazıq qələm dostlarımıza şərait yarat...

    Mən Eldar Baxışın nə demək istədiyini o saat anlamadım. Amma bir az sonra başa düşdüm ki, Eldarın şəxsi nüfuzu və bacarığı sayəsində radionun Uşaq verilişləri redaksiyasına smetalı iki veriliş verilib. Yuxarıda adlarını çəkdiyimiz verilişlərə pul yüksək  smeta dəyəri ilə yazılırdı. Teleşirkətin sədri Babək Hüseynoğlunun sərancamı ilə (həm də Eldarın nüfuzu və ad-sanı sayəsində) yaradılmış bu şəraitdən elə istifadə etməliydim ki, həm radionun fondu zənginləşsin, həm də səfalət vəziyyətində olan yazıçılara dolanışıq üçün müəyyən şərait yaradılsın. Mən təbii ki, ilk növbədə vəziyyəti ağır olan istedadlı adamları bura cəlb etdim: Məmməd Elli, Camal  Yusifzadə, İsa İsmayılzadı, Əhəd Muxtar, Qaçay Köçərli, Ələkbər Salahzadə, Aslan Qəhrəmanlı...

    Elə sonuncudan – bu günlərdə dünyasını dəyişən Aslan Qəhrəmanlıdan danışacam.  Digər qələm dostlarımız kimi Aslan bəy də bir-birinin ardıncan gözəl nağıllar və radio-pyeslər yazdı və istedadlı aktyorlarımız Məhluqə Sadıqova, Əminə Yusifqızı, İlham Təvəkküloğlu, Səfurə İbrahimova, eləcə də gözəl radio rejissorlarımız Sədrəddin İsrafilov, Südabə Nurulu və Ülviyyə Əhmədqızının köməyi ilə bu əsərlərə radio-tamaşa həyatı verildi. (İndi onların bir çoxu radiomuzun fondundadır)

    Aslan müəllim o biri müəlliflərdən fərqli olaraq bəzən gəlib yazılış prosesində də iştirak edir, dəyərli məsləhətlərini əsirgəmirdi. Hətta radionun diktoru, radio-tamaşalarda bəzən aktrisa kimi iştirak edən Almaz Tahirzadə üçün ayrıca rollar yazdılğını bildirir, onun həmin rolları ifa etməsini israrla xahiş edərdi. (Bu istedadlı adam da çox ağır maddi durumda idi və yəqin ki, Aslan müəllim bunu nəzərə almışdı.) Aslan müəllimin yazdığı  nağıllar və radio-pyeslər o biri müəlliflərinkindən kəskin surətdə fərqlənərdi. Onun əsərlərinin məzmununda bir ictimai motiv, haqsızlıqlara etiraz və ən ümdəsi bədiilik vardı. Ona görə də aktyorlar onun əsərlərini oynamağa həvəslə gələrdiərdilər. Televiziyada da  Aslan müəllimi sevər və gəlişini sevinclə qarşılayardılar. Axı o, burada ilk dəfə olaraq tele-seriallar üçün tele-pyeslər  yazmış və bunlar yüksək oxucu auditoriyası qazanmışdı. (Əlbəttə, bu günün prizmasından baxanda həmin əsərlərin zəif tərəfləri yəqin ki, vardı və bunlar televiziya və radio tənqidçiləri tərəfindən yəqin ki,  yazılacaq və deyiləcək.)

    Aslan müəllim həm də xeyirxah idi. Çox qısa müddətdə rektoru olduğu bir özəl universitetdə  qələm dostlarımızın uşaqlarının çətin duruma düşməməsi üçün (söhbət, əlbəttə təhsil haqqından gedirdi) əlindən gələni edirdi.

    Və Aslan müəllim yaxşı qələm dostu  idi. Ədəbiyyatı duyan, ona can yandıran idi. Bizim “Yazı” dərgisi çıxanda ilk xeyir-duanı və həm də maddi dəstəyi göstərənlərdən  biri o olub. Baxmayaraq ki, nə qədər çalışsaq da,  yazısını dərgiyə vermədi – gəncləri çap etməyimizi istədi. (O ağır çağlarda yazıçılar bir yerə toplaşmaq,  yeyib-içmək vərdişindən də soyumuşdular elə bil. Aslan müəllim bunu da nəzərə alıb tez-tez bizi başına yığar, aldığı qonarardanmı, yaxud hansısa qazancındanmı  bilmirəm, bizlərə qonaqlıq verərdi.)

    Aslan Qəhrəmanov həm də  abırlı və ləyaqətli müəllim olub. Bunu mən demirəm. Sosial şəbəkələrdə onun vəfatı münasibətilə şərh yazan tələbələri deyir. Buyurub tanış ola bilərsiniz:

Kimdən: Babek Bekir. Haradan: Baki
Allah rehmet elesin. Menim tetbiqi riyaziyyatdan müəllimim olub.
Həm çox savadlı, həm də çox dürst adam idi.Ölənə qədər rüşvət almadı...

Kimdən: Shamil. Haradan: Baki
Allah rəhmət eləsin. Müəllimim olub. Elə bilirəm təkcə mən yox, onun bütün tələbələri fəxr edir ki, bizə Aslan müəllim ders deyib.
Onun yeri CƏNNƏTDİR.


      Bu gün Aslan müəllim həyatda yoxdur. Amma bu kimi sözlər  hər zaman bu gözəl insan haqqında yazılacaq. Onun üzündə gəzən xoş təbəssüm əsərlərində də duyulib həmişə. O təbəssümlərdə, bir də dostlarının qəlbində yaşayacaq Aslan Qəhrəmanlı. Əlvida, gözəl dost!
   
   
Avanqrad.net

Yenililklər
13.04.21
Təranə Vahid - Qasırğa
10.04.21
Xəzər Universitetində Fransız dili bayramı
06.04.21
“Hədəf Nəşrləri” müəllif tenderi elan edir
30.03.21
Tanınmış kinoşünas Aydın Kazımzadənin yeni kitabı işıq üzü görüb
30.03.21
“Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinə sənəd qəbulu başa çatıb
30.03.21
Təranə Vahidin “Qarışqa təqvimi” Türkiyədə çap olunub
30.03.21
Qalib Şəfahətin "hekayələr kitabı Türkiyədə işıq üzü görüb
11.03.21

“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olundu

09.03.21
Emil Rasimoğlu -  Tor qurub işıq dirəklərinə Tanrı...
08.03.21
Qadınlarımızı bəşəri sevgi ilə şərəfləndirən 8 Mart ucalığı
08.03.21
Erməni generalını boğan şəhid haqqında roman - İlk hissə
05.03.21
Əbdürrəhim bəy Haqvеrdiyеvin “Mоzalanbəyin səyahətnaməsi” əsərinin ifşaedici gücü
03.03.21
“Azərbaycan Nəşriyyatları” İctimai Birliyi yaradıldı
26.02.21
Səxavət Sahil - İsa kimi Xocalı
26.02.21
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi fondunun ilk eksponatları təqdim olunub
25.02.21

Azərbaycan kitabları Fransa Milli Kitabxanasında

25.02.21
Nəcəf bəy Vəzirovun “Dələduz” pyesində dövrün həqiqətləri
24.02.21
Görünməyən mötərizələr – Fərid Hüseyn Salam Sarvanı tənqid etdi
24.02.21
“Əlyazmalar yanmır” jurnalının növbəti nömrəsində
23.02.21
Xalq artisti Yalçın Rzazadə vəfat edib
22.02.21
Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş beynəlxalq xalça eskizi müsabiqəsi elan edilib
19.02.21
Nizami Gəncəvinin 880 illiyi münasibətilə İspaniyada xüsusi poçt markaları dövriyyəyə buraxılıb
19.02.21
Mədəniyyət Nazirliyi işğaldan azad olunmuş ərazilərdə tarix və mədəniyyət obyektlərinin vəziyyətinə dair məlumat yayıb
19.02.21
Aşıq Ələsgərin 200 illik yubileyi qeyd ediləcək
18.02.21

“İzahlı dini terminlər lüğəti” nəşr olunub

18.02.21
Xalq şairi Nəriman Həsənzadə “İstiqlal” ordeni ilə təltif edildi
18.02.21

Prezident İlham Əliyev Nəriman Həsənzadəni 90 illik yubileyi münasibətilə təbrik edib

16.02.21
Paşa Talıblı - Mənim şeirlərim başsağlığıdı...
16.02.21
Sabir Rüstəmxanlı yaradıcılığı haqqında monoqrafik tədqiqat
16.02.21
Mədəniyyət naziri ölkəmizdə fəaliyyət göstərən televiziya kanallarının rəhbərləri ilə görüşüb
16.02.21
İlqar Fəhminin "Yenilməz" romanı işıq üzü görüb
15.02.21
Tural Turan - Sazaqlı şaman ruhu
15.02.21
“Əbdürrəhim bəy Haqverdiyev arxivindən nümunələr” kitabı çapdan çıxıb
15.02.21
İsmayıllı və Sabirabad Regional Mədəniyyət idarələrinə rəis təyin edilib
15.02.21
Vüqar Əhmədin yeni monoqrafiyası nəşr olunub
15.02.21
Misirdə Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi açılıb
15.02.21
Azərbaycan vokalçıları Mariinski Teatrının səhnəsində
15.02.21
Nizami Gəncəvinin 880 yubileyi münasibətilə konfrans təşkil edilib
13.02.21
Fotojurnalistika müsabiqəsi elan olunub
12.02.21
Gənc və yeniyetmələr üçün növbəti rəsm müsabiqəsi elan olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.