Əli Şirin Şükürlü - Bir sevgi hekayəsi
22.01.14

- iki sevən qovuşanda sevgi yox olur, bəyəm? –
bir qadın yazmışdı “inbox”a.
- bəzən hə, bəzən də yox, məncə, -
hansısa şeirimə işarə etdiyinidüşünüb,
cavab verdim ona. 
- bəs iyirmi il birini sevmək olar, sizcə?
- bir ömür sevmək olar hətta.

sonra yazdı qadın,
mən də oxudum qəmli sevgi hekayəsini:
kiçik bacımı ötürüb idman zalına qayıdarkən
yenə də gördüm onu qapı ağzında. salam verdi.
nədənsə utanırdım ondan. “sənə sözüm olacaq” – deyib
uzaqlaşdı məndən. tir-tir əsməyə başladım həyacandan.
cəmi 16 yaşım vardı. o – bacımın idman müəllimi,
düz 9 il böyükdü məndən. bacımla məktub göndərmişdi.
məktubda telefon nömrəsi; zəng etməyi xahiş edirdi israrla.
beləcə başladı sevgi hekayəsi. sonra kiçik qardaşı peyda
oldu sevgi etiraflarıyla. məsələdən hali olsa da əl çəkmədi.
min oyun quraşdırdı, axır inandıra bilmişdi qardaşını, deyəsən.
daha zəng etmədi. özünü görməzliyə vurdu üz-üzə gələndə.
bir günsə toy xəbərini gətirdi mənə kiçik qardaş.
dözməyib, iki dəfə cəhd etdimintihara. yaşadım amma.
bir il sonra qoşulub qaçdım sevmədiyim adamla.
beləliklə, düz iyirmi il keçib, amma sevirəm
sevgisindən asanlıqla imtina edən o adamı hələ də.

bir filmə bənzədi oxuduğum bu qəmli sevgi hekayəsi.
duruxdum bir az, doğrusu. nə deyim qadına indi.
soruşdum:
-ərini sevə bilmədin bu neçə il ərzində?
-yox. amma hörmətim var ona övladlarımın atasıdır deyə.
-inan, bir yerdə olsaydınız sevdiyin adamla bu neçə ildə
onu da sevməyəbilərdin həyatın hansısa dönəmində.
amma indi düz iyirmi il sevgi yaşadırsan
bir qəmli sevgi hekayəsindən sonra.

-bəyəm, sevgi – elə ayrılıqdı həmişə?
-yox.yox.yox. hə. hə. hə...

          ... – 22.01.2014

Yenililklər
04.05.24

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.