Elşad can Şamil: "Mənim üçün psixologiya atadır ədəbiyyat ana"- MÜSAHİBƏ

28.01.14

BSU Yaradıcılıq fakültəsi “Tanıyaq və tanıdaq” adlı layihəsinin növbəti müsahibini təqdim edir.


Özünüzü təqdim edin?

Elşad can Şamil.

Məqsədimiz tanımaq və tanıtmaqdır. Bir az geniş məlumat verin.

Elşad Can Şamil- Elşad İsrafil oğlu Səfixanov. 1987-ci ildə Bakı şəhərində doğulmuşam. Orta məktəb heç nəyi ilə yadımda qalmadığına görə o illər haqqında fikir bildirmək istəmirəm. 2007-ci ildə Naxçıvan Müəllimlər İnstitututunun “Psixologiya və Pedaqoqika” fakültəsinə daxil olub fərqlənmə diplomu ilə bitirmişəm. Tələbəlik illərində bir çox naminasiyalar üzrə fəxri fərman, diplom və digər təltiflərə layiq görülmüşəm. “Bu həyat gözümü açdırıb” adlı şeir kitabçasının müəllifiyəm. “Amma kaş yazmaz olaydım” Bədii yaradıcılığım 2011-ci ildən dərgilərdə, almanax və internet saytlarda dərc olunmağa başlayıb. Hazırda 315 saylı tam orta məktəbdə,  Peşəkar Psixologiya Mərkəzində və “online psixoloq” saytında psixoloq-psixoterapevt kimi əmək fəaliyyətini davam etdirməklə yanaşı, Psixoterapiya mərkəzində klinik psixoterapiya üzrə, “BSU Yaradıcılıq fakültəsində və “AYB Gənc Ədiblər Məktəbi”ndə təhsil alıram. Gənclərin söz birliyinin Nəzarət Təftiş Komissiyasının üzvüyəm. Hələ üzvü olmadığım bir çox yerlər də var ki, məni gözləyir. Bu qədər.

Maraqlıdır, psixoloq və şair. Məncə sizin üçün su içmək şeir yazmaqdan daha çətindir. Yoxsa...?

Elə hər ikisi çətindir. Təmiz su tapmaq qiymətli söz tapmaq qədər çətinləşib. Şeir yazmaq deyəndə ki, mən hələ dəqiq dəyə bilmirəm yazdıqlarıma şeir demək olar yoxsa yox. Gündəlik 3-4 saat mütaliyə etsəm də sözün açığı bədii baza ehtiyatım imkan vermir ki, yazdıqlarıma tam arxayınlıqla şeir adı verəm. Hər halda bunun adı psixi enerjinin çıxarılması da ola bilər. Bütün qələm əhli məndən də gözəl bilir ki, yazıyla birlikdə ölçüyəgəlməz rahatlıq hissi də doğulur. Əvvəldə dedim ikisi də çətindir, ancaq hardasa şeir yazmaq daha çətindir.

Anladım, onda yeni bir şeir deyin oxucularımız qoysun adını.


Baxma mənim keçmişimə, keçmişimdə qaranlıq var
Gələcəkdən bir az danış...Danış ürəyim rahatlansın...
Söz et bizim sevgimizdən, evimizdən, özümüzdən
Yaşananlarla sən barış...Barış ürəyim rahatlansın...

Sual dolu nəzərlərlə baxma mənim gözlərimə
Məni anlamağa çalış...Çalış ürəyim rahatlansın...
Bilirəm ki, çox çətindir məni belə qəbul etmək
Mənim bu halıma alış...Alış ürəyim rahatlansın...

Gözlərimi sənə açdım, sürüşürdün bəbəyimdən
Əl at baxışımdan yapış...Yapış ürəyim rahatlansın
Düşün yeni arzuları, özünə mənli xəyal yarat
Özün də xəyala qarış...Qarış ürəyim rahatlansın...


"Kitabça"  “Kaş yazmaz olaydım” və s, kimi sözlər nəyə işarədir?


Mən o kitaba daxil olan şeirləri tələbəlik illərində yazmışdım. Cəmiyyətin bütün eybəcərliklərini qabarıq şəkildə, açıq-aydın qeyd eləmişəm. Bir az da pessimist ruhdadır. Bir sözlə, indiki baxışımla nəzər yetirəndə görürəm ki, həyatın nə qədər yaxşı tərəflərini qaçırtmışam. Yəni optimis olub irəli getmək, uzağı görmək lazımdır. Və təbi ki, bədii gücü də çox cılızdı. Onu da görməmək mümkün deyil.

Maraqlıdır. Bəs BSU Yaradıcılıq fakülitəsi o "cılızlığı"aradan qaldıra bilir?

Bax bu sualı gözləyirdim. (gülümsəyir)
BSU Yaradıcılıq fakültəsinə gələndən sonra mətnlərimdəki cılızlığı, mütaliyə aclığını hiss elədim. Və bu elə aclıqdır ki, bundan sonra ona doyum yoxdur. Yaradıcılıq fakültəsi çox böyük istiqamətdir. Burda nəinki yazar, bir şəxsiyyət kimi də tam kamil yetişmək olar. Mənim üçün qəbul edilmiş bir qayda var: Müəllimimi onun intelektine görə yox şəxsiyyət statusuna görə seçirəm. Bu baxımdan çox şanslıyam. “BSU isə, bu imkanları biz tələbələrə tam olaraq yaradıb”

Mütaliədən söz düşmüşkən, kimləri oxuyursuz?

Hazırda Kamal müəllimin xüsusi tapşırığı kimi 25 mərhələyə daxil olan əsərləri oxuyub bitirməyi düşünürəm. Və 1-ci mərhələni (5-cildli Azərbaycan nağılları) bitirmək üzərəyəm. Ümumilikdə vaxt olan kimi elə məhs bu gün ən son Etimad Başkeçidin "Min yol mənə söylər" adlı kitabını oxudum. Və hər bir ustad yazarın kitabını oxuyuram.

BSU Yaradıcılıq fakülitəsinin tələbəsi olaraq, kiçik bir əlavə edim ki, oxucular söhbətin nədən getdiyini daha dəqiq anlasınlar. Kamal Abdullanın bizim üçün tətbiq etdiyi “25 mərhələ” Azərbaycan nağıllarından tutmuş dünya uşaq ədəbiyyatının nümunələrinə kimi, həmçinin bir sıra dünya şöhrətli ədiblərin oxucu zövqünün düzgün formalaşmasına xidmət edən əsərlərdən ibarətdir. Kamal Abdullaya görə yazar ilk öncə güclü oxucu, sonra ədəbiyyat adamı, daha sonra yazar olmalıdır. Bütün bunlar üçün, mütaliyə bazan güclü, həmdə itkisiz olmalıdır. Bir yazarın güclü mətnləri tanıya bilmə qabiyiyyətini yalnız “itirilməyən” mətnlər formalaşdıra bilər. Təməl nağıllardan başlayır. Yoxsa bu yolu yerimədən attanıb Frans Kafkaya çatmaq mənasızdır.

Elşad bəy, bu gün gənc yazarların əksəriyyəti inernet saytlarda "köşə yazarı" kimi fəaliyyət göstərməkdədir. Bu istedadın ürəyinə tuşlanmış ox deyil ki?

Məncə istedad hər yerdə istedaddır. İstər köşə yazılarında istər ərzaq dükanında... Kimsə öz üzərində işləyirsə gec-tez istədiyi pilləyə qalxacaq. İstedadın ürəyinə ox o zaman tuşlanır ki, istedad sahibi öz gücünü görmür və ya onu bayağı sanır. Əksinə, mən deyərdim köşə yazarı daima informasiya qəlibində olduğundan daha yaxşı inkişaf edə bilər. İstedad təkcə inkişaf demək deyil. Bilik, bacarıq və vərdişləri təkmilləşdirməkdir inkişaf.

Çox vaxt şair obrazı cəmiyyət üçün "dəli" adamı xatırladır. Şair oxucu kimi hansı dəlinin yaradıcılığını yüksək pillə hesab edirsiniz?

Yəqin mən bu cəmiyyətdən deyiləm ki, bu dəli kəlməsinin şairlərə qarşı işlədilməsini görməmişəm. Və heç bəyənmədiyim bir kəlmədi. Nəinki cəmiyyətin ziyalı qaymaqları olan şairlər üçün, hətta daun, autist, şizofreniklərə də "dəli" deyəndə çox qıcıqlanıram. Fakültədə dərs deyən bütün müəllimlərin yaradıcılığını yüksək qiymətləndirirəm. Hər bir ustadın xüsusi dəsti xətti var. Ramiz R, Nüsrət K, Əli K, Kamal A, Salam S, Qəşəm N, Etimad B, Səlim B, Baba V, Əjdər O, Mövlud S, və s. Həm də sırf birini qiymətləndirmək üçün özüm köklü söz sahibi olmalıyam. Hələ ki, qiymətləndirmə pilləsindəyəm. İnşallah vaxtı gələndə açıqlayaram yaradıcılıqda mənim üçün ən yüksək pillə kimə məxsusdur.

Təbii olaraq haqlı cavab verdiniz. Növbəti sualıma şair yox, psixoloq kimi cavab istəyirəm. Yazar və şairlərimizə yuxarıda qeyd etdiyim “dəli” və s, kimi ironik ayamalar qoşan cəmiyyət niyə bu haldadır?

Bizim millət yaxşını qiymətləndirməyi bacarmır. Bir incəsənət adamı çıxıb tv-də deyə ki "neynirəm kitab oxumağı, kitab oxuyanın da soyuducusunu açın baxın, mənim də" və onun çoxsaylı fanat ordusu da bunu təsdiqləyə biz bu cəmiyyətdən nə gözləyə bilərik? Təbii ki, elə bu cür ayamalar. Gəlin açıq danışaq, biz bir toplum olaraq şouya meylli millətik. Biz hər dəyərləndirməni maddiyyatla aparırıq. Atalar deyib geyiminə görə qarşılayıb, ağlına görə yola sal. Düzdür bu başqa mövzudur, ancaq bir ucu da sizin sualınıza cavab axtarmaqda yardımçı olur. Çünki indiki cəmiyyət elə geyiminə görə də yola salır. Ədəbiyyat fərdlərin üzərində qurulur, cəmiyyət toplumun. Biz kütləni elə yönləndirməliyik ki, sadəcə dildə yox vizual olaraq da yazarlara həqiqi qiymət verilsin. Bu gün mənəviyyat məsələini yığışdırmağın zamandır. Zövq məsələsi, hobbi filan... Yazar görkəmindən cəmiyyət üzərinə əzmkarlıq, kamillik, müdriklik yağmalıdır, acizanə baxış yox! Optimis olaraq deyim ki, bilmirəm neçə gələcək gedəndən sonra, mütləq özümüzə gələcəyik.
Bir başqa sözlə desək, psixologiya və ədəbiyyat... Hər ikisinin predmeti insandır. Cəmiyyət mənnən, bizdən keçir.

Neçə gələcək gedib, neçəsi də gedəndən sonra... Biraz ürəyə yaxın mövzulara keçək. Düz deyirlər ki, şair ilhamlanmağ üçün mütləq sevməlidir?

Məncə yox. Ancaq müəyyən həyat şəraiti, situasiyalar var ki, insanı ilhamlandırır və bunu bütün insanlara şamil etmək olar. Hər kəs bu ilhamı müxtəlif yolla yaşayır. Kimisi durduğu andaca ağlayır, kimisi tənhalığa çəkilir. Şair isə bunu bədii estetik cəhətdən qələmə alır, ədəbiyyat yaradır.

Ancaq gəlin etiraf edək ki, sevgi olmasa gözəl şeir doğulmazdı. Məsələn mən bu şeirə bayılıram.



Getdikcə məni çox sevəcəyini deyirdi...
o üzdən də getdi...
yəqin getməkdir sevgi...

Mənsiz yaşamayacağını,
öləcəyini deyirdi...
yaşamayaraq öldü...
ölü döğuldu...
O yox...sevgim

Hər gün yuxularına gəldiyimi deyirdi
axı hardan biləydi...
getməyə başqa yerimin olmadığını...

Həmişə yanımda olduğunu deyirdi
Ancaq, Ona baxanda
Onu görmürdüm...
bilmədim hara baxım
Onu görmək üçün...

Darıxma “o”nsuz  da, biz birlikdə olacayıq deyirdi
ancaq nəinki biz birlikdə
Heç ikilikdə də biz olmadıq
Mən və o oldu...
Sən də olmadı...


Həyat yolunu birgə gedək deyirdi
həyat yolunu yox
iki tin küçəni
yanaşı, ancaq məsafələrdə getdik
O mənim ürəyimdə,
mən təkliyin əllərində...

Sən “mənim yarım”san deyirdi
Yarım olmadı…Yarısı oldum
Qurşaqdan aşağı…
Ürəyi ola bilmədim

Sevgimiz davam edir deyirdi...
ama biz davam edə bilmirdik...
söz də tapmırdıq danışmağa
Bütün sözlər tükəndiyində,
insan insanı anlamağa başlarmış...

O artıq sözlərini mənə gözləri ilə deyirdi...
mən də Ona səsimi eşitdirməyim üçün
bir az da susdum
O daha çox susaraq üstümə qışqırırdı...

Darıxanda gecələr göy üzünə,
aya bax deyərdi...   
Ay isə nəzərlərdən gizlənərdi
buludlar arxasında...
Sübhə qədər səmaya baxardım
ayı görmək üçün.
Onun isə səması hamilə idi,
səhərə günəşini doğmaq üçün…


Təşəkkür edirəm. Yaradıcılığın hər hansı bir növü ilə məşğul olan insan üçün sevgisiz yaşamaq mümkün deyil. Şairin torpaq, valideyn, ürək, peşə sevgisi və s.

Və ədəbiyyat sevgisi... Bu günə kimi saysız hesabsız yazar və şairlər ədəbi yükü sona kimi daşıya bilməyib, yarı yoldan dönüblər. Elşad Can Şamil ədəbiyyatı qurban verər?

Maraqlı suladır. Mənim üçün psixologiya atadır ədəbiyyat ana. Hər ikisi qəlbimə möhkəm qollarla sarılıb. Və bayaq da dedim, hər ikisinin predmeti insandır-mənəm... Allahın izni ilə qurbanlığım qoç olacaq, ədəbiyyat yox.

İnşAllah... Şair olmasaydınız psixoloqa ehtiyyacınız olardı?

Elə məqamlar olur ki, hər kəs psixoloqa ehtiyac duyur. Əslində yaradıcılıqla məşğul olan insanlar daha çox depressiv olur. Bəzən də insan qəlbindəki suala cavab tapmadıqda mütləq insana söykənir, onunla söhbətə can atır. Bu söhbətlə bağlı bir fikir də yadıma düşdü. "İnsan olaraq qalması üçün, insana da insan gərəkdir"

O zaman söhbətə görə təşəkkürlər! Məndən başqa hansı sualı gözləyirdiniz ki, vermədim?

Qorxduğum sualı vermədiniz. Psixologiya ilə ədəbiyyat arasında seçim etmək zorunda qalsanız...?

Məncə bu sual dolayısı ilə verildi.

Ya heç biri yada hər ikisi deyərdim. Biri beyindir, digəri ürək. Bu qədər.

Təşəkkürlər!

Mən sizə təşəkkür edirəm
Urrraaaaaaaaaaaaa, suallar bitdi. (gülürük)


Söhbətləşdi: Ramilə Qardaşxanqızı

Avanqard.net

Yenililklər
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.