Samir İlqaroğlu - Azad Qaradərəlinin “Kuma-Manıç çökəkliyi” romanı haqqında
31.01.14

İstanbul Mərmərə Universitəsi tibb uzmanı
    

"Kuma-Manıç çökəkliyi" dili və hadisələrin axıcılığı ilə əsəri bir nəfəsə bitirmək həvəsi yaradan romanlardandır.  Mən romanı “Yazı” dərgisindən oxuyanda  düşündüm ki, yazıçı bütün demək istədiklərini sanki  burda deməyə çalışmış.  “Kuma-Manıc çökəkliyi”  yazıçının gənclərə vəsiyyəti kimidir.

Təbii ki bu təəssüratı yaradan ən əsas element də əsərin əsas qəhrəmanı Xosrovun özünün hadisələrə baxışı, təəssübü, emosiyaları, dərdi, sevincinin çox içdən, səmimi verilməsi  və subyektivliyidir. Yazıçı romanda xəlvət olaraq (gizli deməzdim) elə iştirak edir ki, oxuduqca əsərlə deyil, birbaşa Xosrovla üzbəüz durduğunu hiss edirsən.

Diqqətimi çəkən ən əsas məsələlərdən biri  əsəri oxuduqca hamımızın cani-dildən nifrət bəsləyə biləcəyimiz Elyasın, əslində, çox da bədniyyət adam olmamasına inandırılmaq cəhdidir. Hər kəs  böyük və ya kiçik olmaqla həyatda səhvlər edir. Amma bu səhvlər  başqasının adından yazılırsa,  asanlıqla onu qınayırıq və ona bəraət qazandıra biləcək heç bir şey düşünmək istəmirik. Burda isə yazıçı Xosrovun timsalında sanki öz atasının pis işindən utanırmış kimi həmişə qorxaq davranır,  eyni zamanda isə atasına haqq qazandıran mütləq bir şeylərin olmasına inanır. Bu, əslində, məsələyə çox insani bir baxış tərzidir məncə. Yəni, insanı o saat qınayıb daşa tutmaqdansa,  haqq verəcək bir səbəbin axtarışı daha kamil bir münasibətdir.

İkinci bir tərəfdən, xalqın məişəti, ənənələrinə yaxından bələd olması  və bunu bir sərvət hesab etməsi yazıçının bütün yazılarında öz əksini tapır. Əvvəllər nənəsinin dilindən arxaik  sözlərə canlılıq qazandıran və müdrik keçmişin deyimlərini sıx-sıx istifadə edən yazıçı yenə fərqli metodla,  amma, keçmişə köhnəlik kimi deyil,  antiklik kimi baxmaqla əsərə öz möhürünü vurmuşdur. Səkinənin Xosrova biganə olmamasıyla yanaşı əsgərlikdə olan ərinin namusunu həmişə yüksəkdə tutması, istəklərindən daha yuxarıda duran dəyərlərinə sadiq olması tipik Azərbaycanlı qadınının obrazıdır. Onun qonaqpərvəriyi də, avamlığı da, yeri gələndə siyasətcilliyi də, ehtiyatlılığı da  klassik azəri qadınını xarakterizə edir.

Yazıçının metafizik baxış bucağı  digər böyük əsərlərində oluğu kimi "Kuma-manıç"da da ön plandadır. İstər babasının öngörmələri, vəhyləri, istərsə də lallar diyarı bu bucaqdan baxışın nəticələridir. Və çox gözəl olan bunların fantastic, bayağı və uydurma deyil, real həyatla iç-içə görünməsidir.

Yazıçının yaradıcılığının ən önəmli qismini təşkil edən Vətən sevgisini , yurd yanğısını həm 20 Yanvar hadisələrini təsvir edən səhnələrdə,   həm də Qarabağ müharibəsi  səhnələrində görmək mümkündür. Amma bu sevgi də bayağı deyil, realdır. Yəni, xalqı talayan özünümüdafiə dəstəsi, (bunların əsl könüllülərə aidiyyatı yox) onun başında duran adını yaza bilməyən quldurlar hamımızın çox yaxşı tanıdığı, qarabağlıların çox gözəl bildiyi müharibə həqiqətləridir. Və ya Qanlı Yanvar hadisələrinin möhtərəm şəhidlərinin bir qisminin azadlıqla  və ya qəhrəmanlıqla heç əlaqəsinin olmaması, sadəcə maraqlarının onlara güc gəlməsiylə küçələrə axışması və təsadüfi güllə qurbanları olmasını çatdırması yazıçının süni vətənpərvərlik deyil, obyektiv dünyabaxışını əks etdirir. Roman boyu Azad Qaradərəli süni vətənpərvərlikdən, pafosdan qaçır, bir əsgərin 100 erməni öldürməsi kimi boğazdan yuxarı əfsanələrdən deyil,  zatı qırıq xainlərdən daha geniş bəhs edir. O xainlər ki elə Xosrovun babasını da, Hafiz müəllimin özünü də cahillik torunda boğurlar.

Cahillik və onunla mübarizə: əsərin  başdan sona kimi məqsədi, amalı bunu aşılamaqdır. Xosrovun nəslinin bəy-xan olması, aristokrat, zəmanəsinin elm ve ictimai xadim olmasının dəfələrlə vurğulanması əbəs deyil. O adamlar ki o elin - Qarabağın tarixini həm yaradıblar,  həm də yazmışlar. Sonradan onların əlyazmalarının yağıya qalması da cahilliyin bəlasıdır. O yerdə ki müdrik insanla falçı səhv salınır, qan barışdıranla  qantökən ayırd olunmur, ordan qan qada əskik olammaz.

" Kuma- manıç çökəkliyi"nin adını belə doğru söyləyə bilməyənlər bir dövlətin, obanın özünümüdafiə dəstəsinin başında durarlarsa, ərazisinin istila olunması alın yazısı olmağa layiqdir. Əsərdə maarifçilik ideyaları ana xətti təşkil edir. Elyasın elədiyi "çörəyi diziüstündəlik"dən tutmuş  Xosrovun babasının ölümünə, lallar diyarının sakinlərinin taleyinə qədər hər şey cahilliyin qurbanı olmuş. 

Təbii ki digər obrazların özünəməxsus xarakterləri müxtəlif insan düşüncə və psixologiyalarının açılması baxımından romana rəng qatmaqda və onu gözəlləştirməkdədir. Buraya Xosrova yardımçı olan polis zabiti, kəndçilərindən tutmuş, xaricdən gələn kəndçilərinə, Maypara arvaddan tutmuş Hafiz müəllimin həyat yoldaşına qədər hər kəs daxildir.

Əsər hər nə qədər bədii baxımdan qiymətli olsa da, hər yazıçını üstün edən intellektual elementlər də diqqət çəkməkdədir. Romanda mühafizə xidmətlərinin rəsmi və ya qeyri rəsçi yollarla nələr etdiyi açıq siyasi düşüncə olmaqla yanaşı, elə 20 Yanvar hadisələrində müzakirə olunan mövzular, onların iştirakçıları və onların düşündükləri, habelə lallar diyarı fikrimcə yazıçının siyasi baxışlarını üstüörtülü çatdırmaqda çox uğurlu tapıntılardır.

Sonda bir sualmı deyim, ya iradmı, bilmirəm, müəllifdən cavab almaq istərdim: Hafiz müəllim və həyat yoldaşı, Xosrov və Səkinə bir birinə nə dərəcədə layiqdirlər və bu mübahisə mövzusu ola bilər. Yəni, doğrudanmı müasir düşüncəli, zəmanəsinin elm əhli, tarixini və mədəniyyətini dərindən  bilən və bunun yolunda qayğısı, problemi başından əksik olmayan bir azərbaycanlı kişisini tamamlamaq üçün ona bütün varlığıyla bağlı olan və adət ənənələrə bütün ruhuyla əsir olan, amma o qədər də dünyagörüşlü olmayan, nisbətən aciz Səkinələr lazımdırmı?!


Avanqard.net
 

Yenililklər
13.04.21
Təranə Vahid - Qasırğa
10.04.21
Xəzər Universitetində Fransız dili bayramı
06.04.21
“Hədəf Nəşrləri” müəllif tenderi elan edir
30.03.21
Tanınmış kinoşünas Aydın Kazımzadənin yeni kitabı işıq üzü görüb
30.03.21
“Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinə sənəd qəbulu başa çatıb
30.03.21
Təranə Vahidin “Qarışqa təqvimi” Türkiyədə çap olunub
30.03.21
Qalib Şəfahətin "hekayələr kitabı Türkiyədə işıq üzü görüb
11.03.21

“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olundu

09.03.21
Emil Rasimoğlu -  Tor qurub işıq dirəklərinə Tanrı...
08.03.21
Qadınlarımızı bəşəri sevgi ilə şərəfləndirən 8 Mart ucalığı
08.03.21
Erməni generalını boğan şəhid haqqında roman - İlk hissə
05.03.21
Əbdürrəhim bəy Haqvеrdiyеvin “Mоzalanbəyin səyahətnaməsi” əsərinin ifşaedici gücü
03.03.21
“Azərbaycan Nəşriyyatları” İctimai Birliyi yaradıldı
26.02.21
Səxavət Sahil - İsa kimi Xocalı
26.02.21
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi fondunun ilk eksponatları təqdim olunub
25.02.21

Azərbaycan kitabları Fransa Milli Kitabxanasında

25.02.21
Nəcəf bəy Vəzirovun “Dələduz” pyesində dövrün həqiqətləri
24.02.21
Görünməyən mötərizələr – Fərid Hüseyn Salam Sarvanı tənqid etdi
24.02.21
“Əlyazmalar yanmır” jurnalının növbəti nömrəsində
23.02.21
Xalq artisti Yalçın Rzazadə vəfat edib
22.02.21
Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş beynəlxalq xalça eskizi müsabiqəsi elan edilib
19.02.21
Nizami Gəncəvinin 880 illiyi münasibətilə İspaniyada xüsusi poçt markaları dövriyyəyə buraxılıb
19.02.21
Mədəniyyət Nazirliyi işğaldan azad olunmuş ərazilərdə tarix və mədəniyyət obyektlərinin vəziyyətinə dair məlumat yayıb
19.02.21
Aşıq Ələsgərin 200 illik yubileyi qeyd ediləcək
18.02.21

“İzahlı dini terminlər lüğəti” nəşr olunub

18.02.21
Xalq şairi Nəriman Həsənzadə “İstiqlal” ordeni ilə təltif edildi
18.02.21

Prezident İlham Əliyev Nəriman Həsənzadəni 90 illik yubileyi münasibətilə təbrik edib

16.02.21
Paşa Talıblı - Mənim şeirlərim başsağlığıdı...
16.02.21
Sabir Rüstəmxanlı yaradıcılığı haqqında monoqrafik tədqiqat
16.02.21
Mədəniyyət naziri ölkəmizdə fəaliyyət göstərən televiziya kanallarının rəhbərləri ilə görüşüb
16.02.21
İlqar Fəhminin "Yenilməz" romanı işıq üzü görüb
15.02.21
Tural Turan - Sazaqlı şaman ruhu
15.02.21
“Əbdürrəhim bəy Haqverdiyev arxivindən nümunələr” kitabı çapdan çıxıb
15.02.21
İsmayıllı və Sabirabad Regional Mədəniyyət idarələrinə rəis təyin edilib
15.02.21
Vüqar Əhmədin yeni monoqrafiyası nəşr olunub
15.02.21
Misirdə Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi açılıb
15.02.21
Azərbaycan vokalçıları Mariinski Teatrının səhnəsində
15.02.21
Nizami Gəncəvinin 880 yubileyi münasibətilə konfrans təşkil edilib
13.02.21
Fotojurnalistika müsabiqəsi elan olunub
12.02.21
Gənc və yeniyetmələr üçün növbəti rəsm müsabiqəsi elan olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.