Qalib Şəfahət - Çəmən xala
03.02.14

Hekayə

Əmim arvadı Sənəm xala səsini başına atmışdı:
  - Köpəqqızı, harda görmüsən, düzünü de, yoxsa səni qaz kimi yolub, tükünü buralarnan bir eləjjəm!
   Yazıq  Çəmən xala udquna-udquna qalmışdı:
  -Aaz, vallah, bir söz idi, ağzımdan çıxdı, hara var, harda görəjəm ki?
 -Yox eyy, deməsən, bu dəyqə səni buralarnan sürüyəjəm...
   Əslnə qalsa sürüyə bilməzdi. Çəmən xala ondan canlı-cəsədlı idi. Özü baş qoşmaq istəmirdi. Çünki öz dilinin bəlasına düşmüşdü. Mən də çox toxunurdu, Çəmən xala onun qabağında günahkar kimi dayanıb, dinib-danışmırdı.   
  Əmim arvadından çox onun xətrini istəyirdim. Çox şırındil, mehriban qadın idi. Qonşu kənddən gəlin gəlmişdi. Mənimlə çox mehriban danışıb, gülürdü. Arada başımı sinəsinə sıxıb, saçımı sığallayırdı. Nəfəs aldıqca döşləri  başıma sıxılırdı. Hər mənə toxunduqca elə bilirdim ruhum canımdan cıxacaq. Bədənim tir-tir əsirdi. Bəlkə  özü də hiss edirdi bunu. Zarafata salıb, qiz istəyirsənmi- deyirdi.
   Mən də özümü utancaq kimi göstərib, başımı aşağı salırdım, cavab vermirdim.        
  O:
- İstəyərsən-istəyərsən, inanmıram istəməyəsən! Əmisi  kimi yaraşıqlı, boylu-buxunlu oğlan heç qız istəməzmi?! Gör neçə qız dərdindən öləcək?! -deyirdi.
  Belə şirin sözlər mənə xoş gəlirdi. Onda 16 yaşım var idi.
   O, ətli-qanlı, gözəl-göycək qadın idi. Şux yeriyirdi. Yeriyəndə yanları titrəyirdi. Dolu sinəsi qabağa qabarırdı. Tünd-qara saçlarını səliqə ilə darayıb kürəyinə tökərdi. Ağbəniz, cəlbedici sifəti var idi. Yanaqlarında zərif qızartı müşahidə olunur, sifətinə xüsusi yaraşıq verirdi. Gözləri ağ sifətdə qara karandaşla rənglənmiş rəssam tablosuna bənzəyirdi.
   Düzünə qalsa, ondan xoşum gəlirdi. Görnüşü bir an belə xəyalımdan çəkilmirdi. Gecələr tez-tez yuxumu qarışdırır, özümü onun qolları arasında görüb xoşbəxt olurdum. Hələ başqa şeyləri demirəm, ayıbdır! Hərdən gördüyüm yuxulardan utanırdım. Gör məndən neçə yaş böyükdür? Həm də Şahinin anası idi. Eşitsə nə deyərdi mənə? Başqa məhəllə uşaqları ilə dava-dalaş olanda Şahinə görə onların gözünün yağını alırdıq.
                                                ***

    Bizim ev Çəmən xala ilə əmimgilin evinin arasında yerləşirdi. Çox mehriban qonşuluğumuz vardı. Hay deyəndə bir-birimizin  köməyinə çatırdıq.      
   Cəmən xalanin əri Tapdıq çoxdan rəhmətə getmişdi. Tapdıq əmimin uşaqlıq dostuymuş,  bir-birinə çox mehriban olublar. Neçə il bir yerdə işləyiblər.  
  Sonra qəflətən Tapdıq gecə yatıb, səhər ayılmayıb. Heç dərdini də bilən olmayıb. Deyirlər çox gümrah adam olub. Bir yaşlı oğlu Şahin, anası Cəmən xalanın  himayəsində qalıb.
   İnsafən, əmim dostluğa çox sədaqətli adam idi. O gündən dostunun da evinə  hayan olub. Nə çətinlikləri olsa əl uzadıb, köməklık göstərib.
  Yadımdadı bir-iki dəfə məhəllə arvadları Çəmən xalaya məsləhət bildilər ki, a bala, cavan qadınsan, neynəyək, taleyin belə gətirdi, ömrünü-gününü niyə çürüdürsən? İstəyən olsa, birini bəyən, get.
  - Yox, mən Tapdıqdan sonra heç kəslə bir yastığa baş qoymaram! Tapdığın yurdunu kimə tapşırım, yadigarını kimə etibar edim?!
Daş atıb, başını tuturdu.  Əmim uzun müddət idi ki, kolxoz sədri işləyirdi. Çox zəhmətkeş, qayğıkeş adam kimi tanıyırdı
 hamı onu. İşgüzarlığına söz ola bilməzdi. Bu vəzifəyə birdən-birə gəlməmişdi, əmim.  Cavanlıqda Tapdıqla kolxozun kəllərinə baxıblar. Sonra təsərrüfat briqadiri işləyib. Bacarıqlı adam olduğuna görə kolxoz sədri seçmişdilər.
Bir sözünü iki eləyən olmamışdı. Söz ağzından çıxdı, baş üstə deyib, yerinə yetirərdilər. Özündən 3-4 yaş kiçik olsa da, atam da əmimin məsləhətinə qulaq asardı. Nə başınızı ağrıdım, əmim belə kişi idi. Arada atam deyirdi:
- Əmin də, mən də babana çəkmişik.
Mən də bununla qurur duyurdum. Babam, deyilənə görə, qollu-budaqlı, boylu-buxunlu, səsindən yer titrəyən, sözü ötkəm kişi olub. Atam sakit təbiətli insan idi. Çox şeyə qarışmırdı.
                                                                  ***
   O vaxtlar,  yadımdadır  qonşu arvadları birlikdə həftədə bir-iki dəfə sacda yuxa salardılar, ya çörək bişirərdilər.
   Yazın əvvəlləri idi.  Havalar isinməyə başlamışdı. Ağacların çoxu çıçəkləmişdi. Çol-bayır yamyaşıl xalıya bürünmüşdü. Havadan gələn xoş ətir adamı bihuş edirdi. Təsərrüfat  işlərinin qızğın vaxtı idi. Hər ikisi yaylıqlarını çiyinlərinə atıb, şirin-şirin söhbət edə-edə, sacda yuxa salırdılar. Əmimin beş yaşlı kiçik oğlu İbrahimin (biz onu əzizlədiyimizdən İbo deyib çağırırdıq) şalvarının ortası partlayıb, hər şeyi çöldə  qalmışdı. Yazıq uşağın özündən xəbəri yox idi. Birdən Çəmən xalanın gözü ona sataşdı:
  - Ədə, ədə, ay İbo, özündən xəbərin varmı, biabır oldun, hər şeyin çöldə qalıb! – dedi, qəh-qəhə çəkib, ürəkdən güldü. Sonra da əlva etdi:
- Nejə də dədəsininkinə oxşor!
                                                                   ***
    Sənəm xala  əsib-coşurdu. Səsinə xeylı adam yığılmışdı. Elə bil tamaşaya baxırdılar.
Əmimin atı kişnəyəndə hamı çevrilib yola baxdı. (Kənddə hamı əmimin atını kişnəməsindən tanıyırdı). Elə bil qurbağa gölünə daş atdılar, səs kəsildi. Mən heç nə anlamadım. Bunlar birdən-birə niyə qızışdılar və qəflətən də ortaya lal sukut cökdü.
  Əmim evə yaxınlaşanda əmim arvadı tez-tələsik gedib atın yüyənindən tutdu.
Əmim ayağını üzəngidən çıxarıb ağır-ağır, atın belindən yerə endi...

Avanqard.net

Yenililklər
18.10.19
“Bir şeir” yarışmanın qalibləri mükafatlandırıldı
18.10.19
Türkiye üzerinde oynanan satranç oyunu
16.10.19
Beynəlxalq Türk Akademiyasının Azərbaycan nəşrlərinin təqdimatı keçirilib
15.10.19
"Buker"in qalibləri Marqaret Etvud və Bernardin Evaristo oldu
15.10.19
Ülvi ruhun sərhədsizliyi... - Nina Simiç Serbiyadan yazır
15.10.19
"Bütün dövrlərdə sevgi şeirləri daha təsirli olub" - Tuğrul Tanyol ilə müsahibə
11.10.19
Peter Handke - Nəzarət şurasına təbrik sözü
10.10.19
"Azərbaycan universitetləri ilə sıx əlaqələr qurmağa çalışırıq" - Müsahibə
10.10.19
Nobel mükafatı bu yazıçılara verildi
10.10.19
Ömrün üçüncü onluğunu yaşayan Fərid Hüseyn – Sona Vəliyevadan təbrik yazısı
09.10.19
“Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitabının təqdimaı keçirilib
04.10.19
Ədəbiyyat İnstitutunda xarici yazarlarla görüş keçirilib
04.10.19
“Akademik Məmməd Cəfər Cəfərov - Ədəbiyyat nəzəriyyəçisi” kitabı işıq üzü görüb
03.10.19
Əhməd Ağaoğlunun “Mən kiməm?” kitabı işıq üzü gördü
03.10.19
Mərkəzi Elmi Kitabxanada “Çincə-Azərbaycanca lüğət” oxucuların istifadəsinə verilib
03.10.19
Bakıda Avropa Film Festivalı başlanıb
02.10.19
Kənan Hacının "Məşədi Azər təzkirəsi" adlı kitabı çap olunub
02.10.19
İmadəddin Nəsiminin 650 illiyi münasibətilə poçt markaları buraxılıb
02.10.19
Qorunan milli dəyərlərimizin təbliğ olunduğu ünvan: Milli Dəyərlər Muzeyi
02.10.19
Vüqar Əhməd Hindastanda "Ayın şairi" seçildi
30.09.19
"Nesimi. İrak divanı" kitabı təqdim olunub
30.09.19
Yeni aşıq şeiri antologiyasının təqdimatı keçirilib
26.09.19
Türkiyədə Vurğun Əyyubun anma mərasimi keçirilib
26.09.19
Şairlərimiz Dünya Yazarlarının Belqrad Görüşündə
24.09.19
Opera və Balet Teatrının oktyabr repertuarı zəngindir
24.09.19

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası İmadəddin Nəsiminin 650 illiyinə həsr olunacaq

24.09.19
Atatürkün ad qoyduğu xanım, milyonerin musiqiçi əkiz övladları... - FOTOLAR
23.09.19
Bəsirə Əzizəli - Məhəmməd İqbalin “Zarb-i Kelim” əsərində qadın
23.09.19
Etibar Kərimli - "Sehirbazlar dərəsi"nin postmodern "tilsimi", yaxud şərq Hamleti yaratmaq cəhdləri?!
20.09.19
Gülhüseyn Hüseynoğlunun kitabının təqdımatı oldu
18.09.19
BMT Pikassonun “Gernika” əsərinə görə İspaniyadan üzr istəyib
18.09.19
Vasif Əlihüseyn - Elə gözəl idi dizimdəki yaraların qurumuş qaysaqlarını qoparmaq
18.09.19
Vüqar Əhməd - Aktyorun dəfni
16.09.19
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi
16.09.19
Türk rənginin - Turkuazın hekayəsi
12.09.19
Ayhan Miyanalı - 40-ncı sınaq
12.09.19
Rəşad Məcidin “Qələmsiz yazılanlar”ı
12.09.19
İsa Həbibbəylinin yeni monoqrafiyası çap olunub
06.09.19
Naxçıvan Dövlət Tarix muzeyi - 95
06.09.19
Ramil Əhmədin “İki Şəhərin Yazıları” adlı kitabının təqdimat və imza günü keçiriləcək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.