Şair Qərib: "Aşıq ədəbiyyatı Nobelə layiqdir" - MÜSAHİBƏ
03.02.14

Bildiyiniz kimi BSU-Yaradıcılıq fakülitəsinin "Tanıyaq və Tanıdaq" başlığı altında yeni layihəsinə start vermişik.

Buyurun özünüzü təqdim edin?

Qərib-Alagözov Rauf Mübariz oğlu. 26.10.1982-ci ildə Gürcüstanda doğulmuşam. 1992-ci ildən 2002-ci ilə kimi Bakıda, 2002-2006-ci illər arasında isə İstanbulda yaşamışam. Hazırda vətəndəyəm, üzümə yaxşı baxmasanız yenə gedəcəm. (gülür)

Zarafatınızdan qalmırsız da... Qərib təxəllüsünün ədəbiyyata gəlişi necə oldu?

Əslində Qəribliyin hekayəsi çox uzun və anlaşılmazdır. Ədəbiyyata heç özüm də bilmədən, sürüklənib gəldim deyə bilərəm.

BSU-Yaradıcılıq fakülitəsindən razısız?

BSU-Yaradıcılıq fakültəsinin mənim ədəbi düşüncəmdə köklü dəyişikliklər etdiyini deyə bilərəm. Əlbəttə müsbət yöndə.

Anladım. Niyə məhz şeir?

ÜRƏYİMƏ yığılanları qarşı tərəfə məhz şeirlə bildirmək mənə rahatlıq verir.

Aşıq ədəbiyyatı ilə tanınmağa cəhd edib postmodernist şairləri qəbul etmirsiz. Səbəb nədir?


Mənə görə postmodernist şeir deyə bir şey yoxdur. Postmodernist düşüncə ola bilər, və bunu dəstəkləyirəm. "POSTMODERNİST ŞEİR" şeir yazmaq istəyib yaza bilməyənlərin uydurmasıdır.

Umberto Eko da postmodernistdir, Salam Sarvana da postmodernist şair demək olar. İkisi də zəifdir?

Mən postmodernizmi zəif hesab etmirəm. Eko alimdir və postmodernist düşüncələrini ədəbiyyata da yansıdıb. Mən postmodernist şeir üslubu yoxdur deyirəm. Bunlar ayrı-ayrı şeylərdir. Salam Sarvanı oxumuram. Fikirlərinin maraqli olduğunu eşitmişəm. Hardasa aforizm kimi oxumuşdum, amma şeir kimi oxumaq vaxt itkisi olardı. Ondansa Aşıq Ələsgəri, Abbas Tufarqanlını oxumaq daha faydalidir.

Etiraf etməsəniz də oxumusuz, qəbul da edirsiz. Ancaq belə başa düşdüm ki, sizə görə bu günün yazarı keçən əsrin 30-cu illərində ilişib qalmalıdır. Niyə?

Əgər müasirlik adı altında mentalitetimizə zidd yazılar yazılacaqsa nəinki 30-cu, hətta 20-ci illərdə qalmağa üstünlük verərdim.

Kimlər “mentalitetə” zidd yazır?

Günel Movlud, Aytən Nəsibbəyli, Əsəd Qaraqaplan və s.

Bu gedişlə aşıq ədəbiyyatı Qərib imzası ilə Nobelə layiq görülə bilər?

Qərib imzası ilə bilmirəm, amma aşıq ədəbiyyatı Nobelə layiqdir. Sadəcə biz yetərincə tanıdıb dünyaya çıxarda bilmirik.

Azərbaycan ədəbiyyatı, və yaxudda aşıq şeiri dünyaya açılmaq üçün hansı yoldan keçməlidir ki, siz deyən həqiqət olsun?

Dunya özunə, keçmişinə dönməyə cəhd edərkən, biz onların bəyənmədiyi bu gününə qibtə edirik. Bax budur, bizim məğlubiyyətimiz. Avropada ən çox tirajla satilan Harry Potterin bizim sehrli nağıllardan heç nəyi artıq deyil. Sadəcə özumuzun olana sahib çıxmalıyıq.

Mənə elə gəlir ki, Qəribin sərbəst şeirləri daha uğurludur nəinki heca. Buna münasibətiniz?


Əlbəttə ki, zövqlər müxtəlifdir amma mən sərbəst şeirlərimi bədahətən və danışdığım kimi birbaşa sosial şəbəkələrə, məsələn facebook-a yazdığım üçün ciddi qəbul etmirəm. Sərbəst şeirləri mən də sevirəm amma "ÖZÜNÜ BURAXMIŞCASINA SƏRBƏSTİ YOX!"

Yazmağı bir kənara qoysaq, mütaliyə lazım olar?

Mütaliyə təkcə yazarlara yox, hər kəsə gərəklidir. Ən azından dünya görüşü və təfəkkürün inkişafı üçün.

Doğru. Məsələn, mənə görə insanın özünütanıma prosesi kitablarla tamamlanır. Bəs Qərib özünü necə tanıyır?

Qəribin qəribəlikləri qəribə olduğu üçün, Qəribin özünü tanımağa çalışması da qəribədir.

Bir sözlə, qəribsiz ki, Qərib?

Özüdür ki, varam. (gülür)

Yaradıcılığınızda qarşı tərəf daha çox sevgili obrazıdır. Həmin obraz olmasaydı nədən yazardınız?

Yazmazdım yəqin ki... Mənə boşuna "Sultanül-Eşq" (Eşq Sultanı) deməyiblər.

Sonda şeirlərinizdən biri gəlsinmi?



Ötənlərin xatirinə dinlə gəl,
Gedər ayaq son xahişim var sənə.
Getməyinə olmayacam da əngəl,
Öncə dinlə, sonra isə get yenə.

Gəlişinlə gətirmişdin sevinci,
Xoşbəxtliyi tanımışdım səninlə.
Mənim üçün sən olmuşdun bir inci,
Günəşimdin, yürüyərdim yönünlə.

İndi isə, tərk edirsən səbəbsiz,
Gəlişintək gedişin də müamma.
Getmə deyə çökməyəcəm sənə diz,
Son sözümü söyləyəcəm mən amma...

Çantalari yenidən yığ, düzənlə,
Dərdlərimi əşyalara qatarsan.
Demirəm ki, hər an gəzdir özünlə,
Məndən apar, yarı yolda atarsan.

Təşəkkürlər!

Söhbətləşdi: Ramilə Qardaşxanqızı

Avanqard.net


Yenililklər
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.