İsa Hüseynovun həyat yoldaşı: “İsaya deyirəm, hələ nə yaxşı ki, türmədə deyilik"
04.02.14

İsa Hüseynovun (Muğanna) həyat yoldaşı Firuzə xanımın müsahibəsi


– İsa müəllimin səhhəti necədir? 

– Necə olacaq, ay oğul. Yaxşı da olur, pis də olur. Havalar da dəyişdi. O da bir tərəfdən təzyiqə mane olur.

-  Yazıçılardan, yaxud rəsmi şəxslərdən sizə baş çəkən varmı?

- Kim olacaq ki. Elə özümüz öz qeydimizə qalırıq. Bircə deputat Nizami Cəfərov baş çəkib, çox sağ olsun.

Daha sonra Firuzə xanımla söhbətimizə başlayırıq. Geriyə baxmaq ona nə qədər çətin olsa da, məmnuniyyətlə danışır. Amma təbii ki, yaşını və səhhətini nəzərə alıb müsahibənin qısalığına maksimum dərəcədə diqqət edirik. Əvvəlcə Firuzə xanım acı müharibə illəri və o zamanın ağrıları barədə danışır:

– İsayla o qədər ağrılı-acılı günlər  gördük ki... İsanın da,  mənim də atam müharibəyə gedib qayıtmadılar. Davud Nəsib adında şair var idi, tanıyırdınızmı? Bax, o, kiçik qardaşım idi. Atam elə onun ancaq üzünü  görə bildi. Onların  evində İsa böyük uşaq idi, bizim evdə də mən böyük uşaq idim. Onların hamısını böyüdüb ali təhsil verdik,  ailə sahibi elədik. Amma demək olar ki, indi onların böyük əksəriyyəti dünyadan köçüb,  yenə də biz tək qalmışıq. Mən bilmirəm nədir bizim günahımız ki, onlar bizdən qabaq köçdülər, axıra qalan biz olduq (kövrəlir). 

– Onlardan başqa da çox şairlərə, yazıçılara analıq eləmisiz...

– Ola bilər. Əgər bunu kim yada saldısa sağ olsunlar. Mənim həyatım dəryadır. Danışsam qurtarmaz. Allaha and olsun ki,  nə qədər yazsanız da qurtarmaz. Ardıyca ardı gələr. 

– İxtisasca kim olmusuz?

– Həkim olmuşam, amma işləməmişəm

– Amma İsa Hüseynovun bütün əsərlərinin ilk oxucusu və redaktoru siz olmusuz.

– Bəli, bəli. İlk oxucusu və ilk redaktoru mən olmuşam. Onun bütün əsərlərini birinci mən oxumuşam. Müharibə illərində yazdığı və o illərə aid olan əsərlərin  hamısını ilk dəfə mən oxuyurdum. Xəbərin varmı, oxumusanmı o əsərləri? Mən onun əsərlərinin hamısını göz yaşıyla oxumuşam çünki hamısı mənim həyatım idi. İsanın öz həyatı idi.

– Bəs İsa Hüseynovun odərlərdən bəhs edən fəlsəfi romanları var, onları da oxudunuzmu?

– Bəli, nə qədər ki, gözüm görürdü, onları da oxuyurdum. İndi gözüm yaxşı görmür. Nə qəzet oxuya bilirəm, nə kitab oxuya bilirəm. Elə mənimki odur ki, xəbərlərə qulaq asım, görüm dünyada nə var, nə yox.

– Öz səhhətinizlə maraqlanan varmı?

– Yox,  kim maraqlanacaq ki...  Özüm-özümlə məşğul oluram,  özüm özümlə maraqlanıram. Özümlə də maraqlanıram, İsayla da maraqlanıram. Bir dənə qızımız var, Sevinc. Bir də o bizimlə maraqlanır. 

– Evə kimlər gəlib, kimlər gedirdi?

– Kim qalıb ki... Bəxtiyardı gedib, Qabildi gedib, Qasım Qasımzadə, Əli Vəliyev, Süleyman Rüstəm... Allah hamısına rəhmət eləsin.  Sizdən dönə-dönə üzr istəyirəm, indi çox nadan cavanlarımız var. Köhnə yazıçıları tənqid edirlər, bu nə qədər düzgündür?! Hələ gəlsinlər onların yarı səviyyəsinə çatsınlar. Beş kəlməni yan-yana düzə bilsinlər, ondan sonra danışsınlar. Çıxırlar cavan yazıçılar, elə danışırlar ki,  adam özü məəttəl qalır. Əgər onlara yazıçı demək olarsa. Çıxırlar Mehdi Hüseyni,  Səməd Vurğunu tənqid edirlər. Əvvəlcə gəlin, onların səviyyəsinə çatın,  sonra görün nə var, nə yox. Mən elə bil köhnə dünyamı itimişəm, indi yalançı bir dünyada yaşayıram. 

– Firuzə xanım,  gənclərdən bu qədərmi narazısınız? 

– Çox, çox narazıyam! Yenə də  Allah canlarını sağ eləsin, yazsınlar.  O vaxtlar da gənc yazarların köhnə yazıçılardan şikayəti olurdu. İsanın özün o qədər tənqid edib,  o qədər tənqid ediblər ki. Hətta partiya səviyyəsində olub bu tənqidlər. Partiya iclasında Zeynal Xəlil qalxıb deyib ki, İsa Hüseynov partiyadan çıxarılmalıdır. “Yanar ürək” əsərinə görə olmuşdu. Yadınızdadırmı o əsər? Bunların da başı çox çəkib. Amma o vaxtkı cavanlar istedadlı cavanlar idi, böyüyə hörmət edən cavanlar idi. Nə qədər tənqid eləsələr də, İsaya deyirdim ki,  bunlara niyə cavab vermirsən? Deyirdi ki, mən onlara nə cavab verim? Yazırlar, qoy yazsınlar. Allah canlarını sağ eləsin. Mən onlara ancaq öz yazımla, öz əsərimlə  cavab verə bilərəm. 

– Ədəbiyyatımızda İsa Muğannadan böyük yazıçı yoxdur...

–Mən də deyirəm: İsadan böyük yazıçı yoxdur, hələ olmayacaq da. Bir əsr keçsin, bəlkə ondan sonra olacaq!

Daha sonra bugünkü günlərindən danışır. İsa müəllimdən söhbət açır. Deyir ki, İsa bu gün çox narazıdır. Nədən narazıdır, onu indi deyəcək:

– İsayla hərdən oturub dərdləşirik. Görürəm ki çox narazılıq edir. 85 yaşı oldu, onu qeyd eləmədilər. Niyə bir təqdimat eləmədilər ki? Deyəndə deyirlər ki, İsanın hər şeyi var: Xalq yazıçısıdır, əməkdar incəsənət xadimidir, prezident təqaüdçüsüdür, nə bilim , “İstiqlal” ordeni var. Çox da ki, var axı onun özü dəyərli adamdı. Elə adamların yubileyin edirlər ki, heç o həmin təqdimata layiq deyil...

– İsa müəllim nədən narazıdır?

– Otururuq dərdləşirik. Görürəm, çox fikir edir. Deyir ki,  bu dünya niyə belədir? Deyir ki,  mən hələ dəqiq qiymətimi almamışam. Nizami Cəfərovun “525-ci qəzet”də onun barəsində çox dəyərli məqaləsi var. Bəlkə tapıb oxuyasan. Deyir ki, məni dərk edən,  mənim qədrimi bilən odur. Deyirəm ki, ay İsa, fikir eləmə. Azərbaycan ədəbiyyatından götürəndə Nəsimimi yaxşı gün görüb, Füzulimi yaxşı gün görüb, Molla Vəli Vidadi, Sabir,  kim yaxşı gün görüb ki?!  Sabir sabun sata-sata özünü dolandırırdı. Axırda da vərəm oldu. Mirzə Cəlil ona bir az kömək edirdi. Hansı birini deyim ki?! Ən böyük yazıçılarımız məhrumiyyət içində yaşayıb. Rus ədəbiyyatını götürək. Dostoyevski yaxşı gün görübmü? Ona görə mən bu qərara gəlmişəm ki, ən gözəl,  dəyərli yazıçı ancaq məhrumiyyətlə yaşamalıdır. 

- İsa Hüseynov kimi...

– Ancaq gərək belə adamlar məhrumiyyət görməsin. Niyə görməlidilər ki?! Onlara dəyər vermək lazımdır. İsa hərdən çox narazılıq edir, amma mən onu susdururam. Deyirəm ki, keçmiş yazıçıları gətir gözünün qabağına gör nələr çəkiblər. Mirzə Ələkbər Sabir Mikayıl Müşfiqin, Hüseyn Cavidin özləri ilə bərabər ailələri də əzab çəkirdi. Ailələrini də türməyə salırdılar. İndi heç olmasa türmə yoxdur, oturmuşuq rahat. Nə yaxşı ki, türmədə deyilik...


İsa Hüseynovun həyat yoldaşı Firuzə xanımın bir bacısın Nəbi Xəzriyə ərə gedib, digər bacısı  şair Məstan Günərə, 3-cüsü də professor Cəlal Abdullayevə. Bacılarına Firuzə xanım analıq edib... /modern.az/

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.